Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə32/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   28   29   30   31   32   33   34   35   ...   244

 

63 


 

a)  subyektin(lərin)  qanunauyğun  davranışı  nəticəsində  yaranan  inzibati  hüquqi 

münasibətlər  (məsələn,  şəxsiyyət  vəsiqəsinin  alınması  ilə  əlaqədar  vətəndaşın  D O-ya 

müraciəti); 

b)  subyektin(lərin)  qanunazidd  davranışı(ları)  nəticəsində  yaranan  inzibati  hüquqi 

münasibətlər (məsələn, vətəndaşın inzibati xəta törətməsi). 

nzibati  hüquq  münasibətlərin  yaranmasında,  dəyişməsində  və  xitam  olunmasında 

hüquqi faktlar əsas rol oynayırlar. 

 

3. Hüquqi faktlar elə faktlardır ki, onlar inzibati-hüquqi nəticələr yaradırlar. 

nzibati  hüquq  münasibətləri  inzibati  hüquq  normaları  ilə  nəzərdə  tutulmuş  şəraitin 

mövcud olduğu hallarda yaranır, dəyişir və xitam olunur. Bunlar hüquqi faktlardır. Hüquqi 

faktlar kimi, bir qayda olaraq, hərəkət, bəzi hallarda isə hadisə çıxış edir.  



 

Hadisələr bu, elə təzahürlərdir ki, onlar şəxslərin (fərdlərin) iradəsindən, davranışından 

asılı olmayaraq yaranırlar. 

Hər  bir  inzibati  hüquqi  münasibətlər  onun  iştirakçısının  hüquq  və  vəzifələrinin 

müəyyən  edilmiş  qarşılıqlı  əlaqələridir.  nzibati  hüquqi  normalar  qabaqcadan  tərəflərin 

səlahiyyətlərinin həcmini, onların qarşılıqlı hüquq və vəzifələrini, həm də vəzifələrin yerinə 

yetirilməməsinə  və  ya  hüquqlarının  pozulmasına  görə  hüquqi  məsuliyyətlərini  müəyyən 

edirlər.  Subyektlərin  birinin  subyektiv  hüququna  görə  səlahiyyətləri  həmişə  başqasının 

(digərinin) hüquqi vəzifəsinə uyğun olmalıdır və əksinə. 

Hərəkətlər  hüquqi fakt kimi subyektin iradəsinin ″aktiv″ ifadə edilməsinin nəticəsidir. 



NZIBATI HÜQUQ  MÜNASIBƏTLƏRIN  NÖVLƏRI 

nzibati  hüquq  münasibətləri  öz  məzmunlarına,  onların  iştirakçılarının  hüquq  və 

vəzifələrinin  nisbətinə,  onları  yaradan  hüquqi  faktların  xarakterinə  və  onların  mühafizə 

üsullarına görə fərqlənirlər. 



 

1.  nzibati hüquq münasibətləri hüquqi məzmununa görə iki yerə bölünürlər: 

  maddi inzibati hüquq münasibətləri; 



  prosessual inzibati hüquq münasibətlər. 

 

Maddi  inzibati  hüquq  münasibətləri  dedikdə,  dövlət  idarəetmə  sahəsində  yaranan  o 



ictimai münasibətlər başa düşülür ki, onlar inzibati hüququn maddi normaları ilə tənzimlənir. 

 

Prosessual inzibati hüquq münasibətləri dedikdə isə dövlət idarəetmə sahəsində yaranan 



o ictimai münasibətlər başa düşülür ki, onlar konkret fərdi işin həlli ilə bağlı olur və inzibati 

hüququn prosessual normaları ilə tənzimlənir. 

nzibati  prosessual  münasibətlərə  misal  olaraq  vətəndaşların  ərizə,  təklif  və 

ş

ikayətlərinin dövlət idarəetmə orqanları və onların vəzifəli şəxsləri tərəfindən baxılması və 



həll edilməsi zamanı yaranan hüquq münasibətlərini göstərmək olar. 

Maddi  və  prosessual  inzibati  hüquqi  münasibətlərin  qarşılıqlı  əlaqəsi  onunla 

xarakterizə  olunur  ki,  maddi  münasibətlər  prosessual  münasibətlər  vasitəsi  ilə  yerinə 

yetirilirlər. Bundan əlavə inzibati prosessual münasibətlər hüququn bir sıra başqa sahələrinin 

hüquq  münasibətlərinə  xidmət  edir,  onların  yerinə  yetirilməsini  təmin  edirlər.  Məsələn, 

inzibati prosessual münasibətlərin vasitəsi ilə maliyyə, əmək və hüququn başqa sahələrinin 

maddi münasibətləri realizə olunurlar. 

 

2.  nzibati hüquq münasibətlərini yaradan hüquqi faktlar öz xarakterlərinə görə 

iki yerə bölünürlər: 

  qanunauyğun  hərəkətlər  əsasında  yaranmış  (meydana  gəlmiş)  inzibati  hüquqi 



münasibətlər; 


 

64 


 

  qanunazidd  hərəkətlər  əsasında  yaranmış  (meydana  gəlmiş)  inzibati  hüquqi 



münasibətlər. 

Qanunauyğun  hərəkətlər  inzibati-hüquqi  normaların  tələbinə  uyğun  olur.  nzibati 

hüquq  münasibətlərin  iştirakçıları  olan  subyektlərin  qanunauyğun  hərəkətlərini  hüquqi  fakt 

kimi  göstərmək  olar.  Məsələn,  vətəndaş  tərəfindən  şikayətin  verilməsi  ilə  onunla  ərizənin 

ünvanlandığı  icra  hakimiyyəti  orqanı  (vəzifəli  şəxs)  arasında  konkret  inzibati    hüquqi 

münasibət yaranır. 

Hüquqi  faktların  inzibati  hüquqa,  əsasən,  xüsusiyyəti  ondan  ibarətdir  ki,  hüquqi 

hərəkətlərin əsas növləri icra hakimiyyəti subyektlərinin hüquqi aktları hesab edilirlər. Qəbul 

edilmiş bu hüquqi aktlar fərdi xarakter daşıyır, yəni onlar konkret ″ünvançıya″ və ya inzibati 

işə  aid  olurlar.  Onların  birbaşa  hüquqi  nəticələri  inzibati  hüquq  münasibətlərin  yaranması, 

dəyişməsi  və  ya  xitam  olunmasıdır.  Məsələn,  vəzifəyə  təyin  etmə  haqqında  əmr,  həmin 

şə

xsin dövlət-qulluq münasibətlərinin yaranmasına səbəb olur. 



Qanunazidd  hərəkətlər    isə  inzibati  hüquq  normaların  tələblərinə  cavab  vermir,  yəni 

onların tələblərini pozur. Bunlar intizam və inzibati xətalardır,  onlar dövlət idarəetmə sahəsi 

üçün daha xarakterikdirlər. 

 

3. Subyektlərin hüquq və vəzifələrinə və ya bir-birinə qarşı olan münasibətlərinə 

görə inzibati hüquq münasibətləri iki qrupa bölmək olar: 

nzibati  hüquq  münasibətlərinə  görə  bir  subyekt  o  birinə  tabe  olur  (şaquli  xətt  üzrə 

subyektlərin hüquq münasibətləri, ″hakimiyyət-tabeçilik″); 

nzibati hüquq münasibətlərinə görə subyektlər bir-birinin tabeçiliyində olmurlar (üfiqi 

hüquq münasibətləri, əlaqələndirmə münasibətləri (koordinasiya və razılaşdırma)). 

Birinci  qrupa  aid  olan  subyektlər  inzibati  hüquq  münasibətlərinə  görə  tabeçilik 

çərçivəsində biri-birinə tabe olurlar. Məsələn, aşağı səlahiyyətli orqanlar yuxarı səlahiyyətli 

orqana  tabe  olurlar;  dövlət  idarəetmə  orqanlarının  struktur    bölmələrinin    öz    aralarındakı 

tabeçilik münasibətləri və s. 

Ş

aquli  xətt  üzrə  inzibati  hüquq  münasibətlər,  inzibati  hüquqi  münasibətin  bir 



subyektinin  normativ  aktının  icrası  qanunvericiliyə  uyğun  olaraq,  başqa  subyekt  üçün 

məcburi  xarakter  daşıyan  hallarda  da  yaranır.  Belə  ki,  çox  vaxt  dövlət  idarəetmə  orqanı 

normativ akt qəbul etmək səlahiyyətinə malik olur, qəbul edilmiş akt yalnız onun bilavasitə 

tabeçiliyində  olan  orqan  və  təşkilat  üçün  məcburi  xarakter  daşıyır,  o,  həm  də  onun 

tabeçiliyində olmayan orqanlar, təşkilatlar, idarələr, müəssisələr, xidmətçilər və vətəndaşlar 

üçün də məcburi xarakter daşıya bilər. 

Ş

aquli xətt üzrə yaranan inzibati-hüquqi münasibətlər üçün bir tərəfin iradəsinin ifadə 



edilməsi əsasında yaranması xarakterikdir, lakin onların yaranmasında onları yaradan orqan 

və ya vəzifəli şəxsin səlahiyyətləri nəzərə alınır. Şaquli inzibati hüquq münasibətləri hüquq 

münasibətinin başqa subyektinin iradəsindən kənar və ya asılı olmayaraq da yarana bilər. 

kinci qrupa aid olan subyektlər isə inzibati hüquq münasibətlərinə görə bir-birinə tabe 

olmurlar. Məsələn: dövlət idarəetmə sistemində elə münasibətlər vardır ki, bu münasibətlərin 

iştirakçıları  olan  idarə,  müəssisə,  təşkilatlar  öz  quruluşlarına  görə  bir-birinə  tabe  deyillər, 

lakin  dövlət  idarəetmə  sistemində  onlar  eyni  bir  vəzifəni  yerinə  yetirən  zaman  onların  hər 

biri ayrı-ayrılıqda öz hüquq və vəzifələrini həyata keçirirlər. 



 

4.  Müdafiə  üsullarına  görə  inzibati  hüquq  münasibətlər  inzibati  və  məhkəmə 

qaydasında müdafiə olunan inzibat hüquq münasibətlərə bölünürlər. 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə