Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə35/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   31   32   33   34   35   36   37   38   ...   244

 

69 


 

birləşməsi insan hüquqları haqqında beynəlxalq sənədlərə uyğun olaraq öz üzərinə götürdüyü 

hüquqi öhdəliklərlə yanaşı Respublikanın hüquq sistemində də böyük islahatlar aparılmışdır. 

Respublikamızın  hüquq  sistemində  aparılan  hüquqi  islahatların  aparılmasının  əsas  məqsədi 

insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinə yönəldilmişdir.  

Müasir şəraitdə hər bir dövlətin demokratik imici onun insan hüquqlarına münasibəti, 

həmin  dövlətdə  insan  hüquqlarının  vəziyyəti  ilə  müəyyən  olunur.  Demokratiya  və  insan 

hüquqları bir-biri ilə qırılmaz surətdə bağlıdır və biri digərini tamamlayır. Yalnız cəmiyyətdə 

mövcud olan demokratik iqlim insan hüquqlarının qorunmasına real təminat verə bilər.  

Bu  günkü  mühazirəmizin  mövzusunun  da  əsas  mahiyyəti  ondan  ibarətdir  ki, 

mühazirənin  planına  daxil  edilmiş  sualların  açıqlanması  vasitəsi  ilə  birinci  növbədə 

Respublikamızda  dövlət  idarəetməsində  Azərbaycan  Respublikası  vətəndaşlarının  inzibati-

hüquqi statuslarının əsasları haqqında geniş biliklər əldə etmiş olacağıq. 

Respublikamız öz müstəqilliyini bərpa etdikdən sora dövlətimizin beynəlxalq əlaqələri 

daha  da  genişləndikcə  Respublikamıza  gəlib-gedən  əcnəbilərin  və  vətəndaşlığı  olmayan 

şə

xslərin  sayı  günbəgün  artır.  Bu  məqsədlə  də,  Respublikamızda  yaşayan  və  gəlib-gedən 



ə

cnəbilər və vətəndaşlığı olmayan şəxslərin inzibati-hüquqi statusları açıqlanacaq. 

Mühazirənin  ikinci  sualının  açıqlanması  vasitəsi  ilə  vətəndaşların  hüquqlarının 

müdafiəsinin əsasları, üsulları və qaydaları barədə nəzəri biliklər əldə etmiş olacaqsınız. 

Dövlət idarəetməsində vətəndaşlarla yanaşı kollektiv subyektlər də iştirak etdiyi üçün 

mühazirənin  üçüncü  sualı  kollektiv  subyektlərə  və  onların  inzibati-hüquqi  statuslarına  həsr 

edilmişdir. 

Bu  biliklərin  əldə  edilməsinin  Sizin  hər  birinizin  gələcək  fəaliyyətinzdə  öz  xidməti 

vəzifələrinizi qanunçuluq çərçivəsində həyata keçirilməsi üçün həm nəzəri, həm də təcrübə 

cəhətdən böyük əhəmyyəti vardır. 

 

Sual 1. 

Azərbaycan  Respublikası  vətəndaşlarının  inzibati-hüquqi  statuslarının  əsasları.  Fərdi 

subyektlərin xüsusi inzibati-hüquqi statusu 

 

          Azərbaycan  Respublikası  vətəndaşlarının  inzibati-hüquqi  statusu  dövlət  idarəetmə 

sahəsində  onlara  verilən  hüquq  və  azadlıqların,  onların  üzərinə  qoyulmuş  vəzifələrin 

məcmusu ilə müəyyən edilir. 

Öz  təbiətinə  görə  vətəndaşların  dövlət  idarəetmə  sahəsində  hüquq,  azadlıq  və 

vəzifələri  vətəndaşların  iqtisadi,  siyasi  və  sosial-mədəni  həyatın  bütün  sahələrində  malik 

olduqları  ümumi  hüquq,  azadlıq  və  vəzifələrdən  heç  nə  ilə  fərqlənmirlər.  Azərbaycan 

Respublikasının  bütün  vətəndaşları  mənşəyindən,  sosial  və  maddi  vəziyyətindən,  milli  və 

irqi 

mənsubiyyətindən, 



cinsindən,  təhsilindən,  dilindən, 

dinə 


münasibətindən, 

məşğuliyyətinin növü və xarakterindən, yaşayış yerindən və digər amillərdən asılı olmayaraq 

qanun qarşısında bərabərdirlər. 

Vətəndaşların  əsas  hüquq,  azadlıq  və  vəzifələri  Azərbaycan  Respublikasının 

Konstitusiyası və ″Azərbaycan Respublikasının vətəndaşlığı haqqında″ 30 sentyabr 1998-ci 

il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir. 

Vətəndaşların  inzibati  hüquq  sahəsində  hüquq  və  vəzifələri  əsasən  Azərbaycan 

Respublikasının  Konstitusiyasından  törəyir  və  müxtəlif  normativ-hüquqi  aktlar  vasitəsi  ilə 

dəqiqləşdirilir. 



 

70 


 

          Vətəndaşın  inzibati-hüquqi  statusunun  məzmunu  vətəndaşların  inzibati  hüquq 

normaları  ilə  təsbit  edilmiş  hüquq  və  vəzifələrin  məcmusundan,  bu  hüquq  və  vəzifələrin 

həyata  keçirilməsinə  təminatın  verilməsindən,  onların  qanunla  mühafizə  edilməsindən  və 

dövlət hakimiyyət orqanları tərəfindən qorunmasından ibarətdir. 

Lakin,  insanın    və  vətəndaşın  bütün  hüquq  və  vəzifələri  onun  konstitusiya-hüquqi 

statusundan  törəmir.  nsan  və  vətəndaşın  elə  hüquq  və  vəzifələri  vardır  ki,  onlar  insan  və 

vətəndaşın  konstitusiya-hüquqi  statusundan  kənarda  qalır  və  Azərbaycan  Respublikasında 

insan  və  vətəndaşın  vəziyyəti  barədə  konstitusiya  konsepsiyasına  müvafiq  olan  konkret 

normativ aktlarla müəyyən edilir. Məsələn, nəqliyyat vasitələrinin idarə edilməsi ilə əlaqədər 

yaranan hüquq və vəzifələr. 

          Vətəndaşın statusu haqqında inzibati hüquq normaları aşağıdakı aktlarda öz əkslərini 

tapırlar: 

1.

  Vətəndaşların  statusunu  müəyyən  edən  ümumi-hüquqi  aktda  (Azərbaycan 



Respublikasının Konstitusiyası). 

2.

  nsan və vətəndaşın statusuna aid olan normaların yalnız bir hissəsi əks olunmuş 



hüquqi aktlarda (torpaq haqqında, mülkiyyət haqqında aktlarda və s.). 

3.

  nsan  və  vətəndaşın  statusunun  konkret  məsələlərini  nizamlayan  xüsusi-hüquqi 



aktlarda  (″Qeyri-hökumət  təşkilatları  (ictimai  birliklər  və  fondlar)  haqqında″  Azərbaycan 

Respublikasının Qanunu  və s.). 

Vətəndaşın  inzibati-hüquqi  statusunun  müəyyən  edilməsinə  aid  olan  hüquqi  aktlar 

aşağıdakılardan asılı olaraq bir neçə növə bölünə bilər: 

a)  hakimiyyətlərin  bölünməsi  prinsipinə  görə:  nümayəndəli  hakimiyyət  orqanının 

aktlarına və icra hakimiyyəti orqanlarının aktlarına; 

b) hüquqi qüvəsinə görə: qanunlara və qanunqüvvəli aktlara; 

v)  onları  qəbul  edən  orqanların  səlahiyyətinin  xarakterinə  görə:  ümumi,  sahəvi  və 

sahələrarası səlahiyyətli orqanların aktlarına. 

Göstərilənlərə  aid  olaraq  bir  çox  məsələlər  Azərbaycan  Respublikası  Prezidentinin 

aktları ilə də nizamlanır. Məsələn: ″ nsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin 

edilməsi  sahəsində  tədbirlər  haqqında″  Azərbaycan  Respublikası  Prezidentinin  22  fevral 

1998-ci il tarixli Fərmanı. 

           Vətəndaşların  dövlət  idarəetmə  sahəsində      hüquqi  vəziyyətini  (inzibati-hüquqi 

statusunu)  müəyyənləşdirən institutun ilkin  mənbəyi  inzibati-hüquq subyektivliyidir.  Bu da 

ki,  özündə  inzibati-hüquq  qabiliyyəti  və  inzibati-fəaliyyət  qabiliyyəti  kimi  elementləri 

cəmləşdirir. 

            nzibati  hüquq  qabiliyyəti  -  yəni  vətəndaşın  dövlət  idarəetmə  sahəsində  hüquq  və 

vəzifələrin subyekti (sahibi) olmaq qabiliyyətidir.  

Bu qabiliyyət vətəndaşlarda anadan olduğu andan yaranır və ölümləri ilə xitam olunur. 

nzibati  hüquq  qabiliyyətinin  məzmunu  qanunlarla  və  onlara  əsaslanan  dövlət  idarəetmə 

aktları ilə müəyyən edilir. Vətəndaşların inzibati-hüquq qabiliyyətini müəyyən edən müvafiq 

inzibati-hüquqi  normalar  öz  əkslərini  müəyyən  qanunlarda,  idarəetmə  aktlarında  tapmış 

olurlar. 

Vətəndaşların  inzibati  hüquq  qabiliyyəti  nə  alına  bilər,  nə  də  başqasına  verilə  bilər. 

Onun həcmi yanız qanunla dəyişdirilir. Ayrı-ayrı vətəndaşlar üçün inzibati hüquq qabiliyyəti 

qanunla  müəyyən  edilmiş  hallarda  və  qaydada  müəyyən  müddətə  məhdudlaşdırıla  bilər. 

Məsələn:  vətəndaş  tərəfindən  cinayətin  və  ya  inzibati  xətanın  törətməsi  ilə  əlaqədar  olaraq 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə