Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə29/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   25   26   27   28   29   30   31   32   ...   244

 

57 


 

   nzibati  hüquq  münasibətləri  hüquq  münasibətlərinin  növlərindən  biri  olmaqla, 

onlara xas olan əlamətlərin (xüsusiyyətlərin) hamısını özlərində cəmləşdirir. 

Hüquq  münasibətlərinə  xas  olan  əsas  əlamətlər  (xüsusiyyətlər)  inzibati  hüquq 

münasibətlərə də aiddir. Bu əlamətlər (xüsusiyyətlər) aşağıdakılardır: 

  hüquq  münasibəti  hüquq  norması  əsasında  yaranır;  bu  da  həmin  ictimai 



münasibətin  hüquq  norması  vasitəsi  ilə  tənzimləyici  təsirinin  nəticəsidir  ki,  bu  xüsusiyyət 

ona hüquqi forma verir; 

  hüquq münasibətlərinin tərəflərinin hərəkətləri (davranışları) hüquq normaları ilə 



tənzimlənir; 

  hüquq  münasibətlərinin  tərəfləri  hüquq  normaları  ilə  müəyyən  edilmiş  qarşılıqlı 



hüquq və vəzifələrin daşıyıcıları kimi çıxış edirlər;  

  hüquq  münasibətləri  şüurlu-iradəvi  mahiyyətə  malikdirlər;  onlar  bir  tərəfdən 



insanların  (orqanların)  şüurlu-iradəvi  fəaliyyətinin  məhsulu  olan  hüquq  normaları  əsasında 

ə

mələ  gəlir,  digər  tərəfdən  isə  hüquq  münasibətlərinin  iştirakçıları  hüquq  normalarında 



nəzərdə  tutulmuş  hüquq  və  vəzifələrini  öz  iradəvi,  şüurlu  hərəkətləri  vasitəsi  ilə  həyata 

keçirirlər; 

  hüquq  münasibətlərinə  dövlət  tərəfindən  təminat  verilir  və  zəruri  hallarda  onlar 



dövlətin məcburetmə vasitələri ilə qorunurlar. 

 

 Yuxarıda göstərilənlərə uyğun olaraq, inzibati hüquq münasibətləri dedikdə – inzibati 



hüquq  normaları  vasitəsi  ilə  tənzimlənən  idarəetmə  xarakterli  ictimai  münasibətlər  başa 

düşülür. Bu münasibətlərdə tərəflər inzibati hüquq  normaları ilə müəyyən edilmiş və təminat 

verilmiş qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları kimi çıxış edirlər.  

nzibati  hüquq  münasibətlərin  ümumi  xarakteristikasını  tamamlayan    bəzi  amilləri 

qeyd  etmək  lazımdır.  Çünki  onlar  inzibati  hüquq  münasibətlərini  başqa  hüquq 

münasibətlərindən fərqləndirməyə imkan verirlər. Bu amillər inzibati hüquq münasibətlərin 

təbiətinə  təsir  göstərirlər,  ona  görə  də  onların  araşdırılması  lazımınca  zəruridir.  Bunlar 

aşağıdakılardır: 

  onların yaranma sahəsi (icra hakimiyyəti mexanizminin fəaliyyət göstərdiyi sahə); 



  inzibati-hüquqi  tənzimlənmənin  spesifik  xüsusiyyətləri  (idarəetmə  subyektinin 

iradəsinin amiranə və birtərəfli ifadə edilməsi); 

  inzibati hüquq normaların hüquqi məzmunu. 



nzibati hüquq münasibətlərin problemləri daim kəskin surətdə diskussiyalı olmuşdur. 

Nəzərə  almaq  lazımdır  ki,  Azərbaycan  Respublikası  öz  müstəqilliyni  bərpa  etdikdən  sonra 

dövlət idarəetmə sisteminin bazar iqtisadiyyatı vəziyyətinə keçirilməsi ilə əlaqədar olaraq bu 

problem daha da kəskinləşib.  

Ona  görə  də  bu  problem  ümumiyyətlə  inzibati  hüququn,  xüsusilə  də  inzibati-hüquqi 

tənzimlənmə vasitələrinin mövcudluğunu başa düşmək üçün prinsipial əhəmiyyətə malikdir. 

Beləliklə, inzibati hüquqi münasibətlərin mahiyyətini xarakterizə edə bilən elə elementlərin 

ayrılması əsas əhəmiyyət kəsb edir ki, onların köməkliyi ilə hüquq münasibətləri sistemində 

həmin elementlərin real yerlərinin müəyyən edilməsi mümkündür. 

nzibati hüquq münasibətlərin xüsusiyyətləri aşağıdakılardır: 

1.

  nzibati  hüquq  münasibətləri  haqqında  geniş  fikir  yayılmışdır  ki,  digər  hüquq 



münasibətlərindən (birinci növbədə mülki-hüquqi) fərqli olaraq, onlar ″hakimiyyət-tabeçilik″ 

ə

sasında təşkil edilmiş ″hakimiyyət münasibətləri″ kimi mövcuddurlar. 




 

58 


 

nzibati  hüquq  münasibətlərin  belə  qiymətləndirilməsi  üçün  müəyyən  əsaslar 

mövcuddur.  Lakin  onların  ″hakimiyyət-münasibəti″  kimi  şərh  edilməsi  bir  çox 

dəqiqləşdirmələrin,  araşdırmaların  və  əlavələrin  açıqlanmasını  tələb  edir.  Qeyd  etmək 

lazımdır ki, hüquq ictimai münasibətlərin xüsusi tənzimləyicisidir. Özünün sosial və hüquqi 

məzmununa görə o, lazımi dərəcədə ″hakimiyyət″ başlanğıcını əks etdirir.  

nzibati  hüquq  münasibətləri  hakimiyyət  münasibətləri  kimi  adlandırmaqla,  ifrata 

qapılmaq  və  inzibati  hüququn  rolunu  polis  səviyyəsinə  gətirmək,  inzibati  hüquq 

münasibətləri  isə  son  dərəcədə  dövlət  məcburetməsinə  əsaslanmış  kimi  qəbul  etmək  lazım 

deyil. Lakin onların xarakteristikasına bilavasitə belə yanaşma daha geniş yayılmışdır. 

Hakimiyyət  münasibətinə  bir  kateqoriya  kimi  inzibati  hüquq  münasibətin  spesifik 

xüsusiyyəti  kimi  baxmaq  olmaz.  Digər  tərəfdən  isə  onların  məhz  bu  əlamətləri  üstünlük 

təşkil  edir,  çünki  onların  bu  əlaməti  dövlət  idarəetmə  fəaliyyətinin  əsasən  birinci  əlaməti 

kimi müəyyən edilmişdir. 

Dövlət idarəetmə fəaliyyətinin təbiəti sosial idarəetmənin istənilən başqa növləri kimi, 

idarəetmə  subyektlərinin  yeni  hakimiyyət  səlahiyyətlərinə  malik  olan  tərəfin  mövcudluğu 

zəruriyyətini  tələb  edir.  Qeyd  etdiklərimizə  əsaslanaraq  göstərmək  olar  ki,  idarəedən 

subyektin  iradəsi  (vahid  idarəetmə  iradəsi)    müəyyən  dərəcədə  üstünlüyə  malikdir.  Buna 

uyğun olaraq da onun öz şüurlu-iradəvi təsirini göstərməsi idarəetmə obyektinin davranışının 

tənzimlənməsinə  yönəldilmişdir.  darəetmə  obyektinin  davranışlarının  tənzimlənməsi 

yönəldilmiş  tənzimlənmənin  təcrübi  cəhətdən  belə  ifadə  edilməsi,  adətən  ″göstəriş″  kimi 

xarakterizə edilir, bu da ″hakimiyyət-tabeçilik″ əlaqəsinə körpü vasitəsidir. 

Ə

lbəttə,  ″göstəriş″  sözü  burada  lazımınca  sərt  formada  səslənir.  Lakin  həmişə  real 



vəziyyəti nəzərə almaq lazımdır ki, hər şey tənzimlənən vəziyyətdən asılıdır. Bəzi hallarda 

(məsələn, fövqəladə vəziyyət şəraitində) onu həqiqətən daha sərt formada, lakin bəzi hallarda 

isə  inzibati  hüquq  münasibətlərin  iştirakçılarının  davranışlarına  yumşaq  formada  təsir 

göstərmə kimi (məsələn, icazə vermə, mükafatlandırma) hiss etmək olar. Bir halda ki, dövlət 

idarəetməsi  hakimiyyət  xarakteri  daşıyır,  onda  idarə  olunanların  iradələrinə,  şüurlarına  və 

davranışlarına tənzimləmənin təsir etmə prosesini digər formada təsvir etmək çətindir. 

nzibati  hüquq  münasibətlərin  -  ″hakimiyyət  münasibəti″  kimi  xarakterizəsi  -  bir 

tərəfin,  yəni  idarəedən  tərəfin  (idarəetmə  subyektinin)    ″hakim  mövqe  tutma″  vəziyyəti  ilə 

müəyyən edilir. Belə hallarda ″hakimiyyət – iradə başlanğıcı″ özünün birbaşa ifadə formasını  

sosial  idarəetmənin  istənilən  növünə  xas  olan,  lakin  müxtəlif  formalarda  ifadə  olunan 

formada  tapır.  Bu,  dövlət  idarəetmə  sahəsində,  yəni  icra  hakimiyyətinin  funksiyaları 

bilavasitə  həyata  keçirildikdə  və  ya  inzibati  hüquq  münasibətlərdə  özünü  hüquqi  cəhətdən 

daha qabarıq şəkildə biruzə verir. Xüsusən buna görə də onlar bir çox hallarda hakimiyyət 

münasibətləri kimi xarakterizə olunurlar. 

2.  Dövlət  idarəetmə  fəaliyyəti  prosesində  inzibati  hüquq  münasibətləri  icra 

hakimiyyətinin vəzifə, funksiya və səlahiyyətlərinin təcrübi cəhətdən həyata keçirilməsi ilə 

birbaşa  bağlıdırlar.  Onların  bu  xüsusiyyəti  hüquq  münasibətlərinin  istənilən  iştirakçlıranın 

davranışlarına  müəyyən  iz  (yer)  qoyur;  onların  vəzifə  və  hüquqları  icra  hakimiyyətinin 

mərkəzdə və yerlərdə təcrübi cəhətdən həyata keçirilməsi ilə hökmən bağlıdır.  

Beləliklə də, inzibati hüquq münasibətlərin müəyyən edilmiş xüsusiyyətinin mahiyyəti 

ondan  ibarətdir  ki,  onlar,  bir  qayda  olaraq  dövlət  və  ictimai  həyatın  xüsusi  sahələrində   

dövlət idarəetmə sahəsində yaranırlar. 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə