Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə28/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   24   25   26   27   28   29   30   31   ...   244

 

55 


 

mənimsənilməsi  vasitəsi  ilə  əldə  edəcəyiniz  nəzəri  biliklərin  sizin  hər  birinizin  gələcək 

fəaliyyətinizdə böyük əhəmiyyəti olacaqdır. 

nzibati hüquq″ fənninin predmetini öyrənərkən qeyd etdik ki, bu fənnin predmetini 



icra  hakimiyyətinin  təşkili  və  həyata  keçirilməsi  prosesində  yaranan,  dəyişən  və  xitam 

olunan  ictimai  münasibətlər  təşkil  edir.  Bu  ictimai  münasibətlər  də  əsasən,  inzibati  hüquq 

normaları vasitəsi ilə nizama salınırlar. 

Mühazirəmizin  mövzusunun  mahiyyəti  də  ondan  ibarətdir  ki,  icra  hakimiyyətinin 

təşkili  və  həyata  keçirilməsi  prosesində  yaranan,  dəyişən  və  xitam  olunan  ictimai 

münasibətlərin  qanunvericiliyə  müvafiq  olaraq  həyata  keçirilməsinə  yalnız  inzibati-hüquqi 

normalar,  onların  növləri  və  həyata  keçirilmələri  barədə  nəzəri  biliklərə  yiyələnməklə  nail 

olmaq olar. Digər tərəfdən isə Sizin hər biriniz hansı xidməti sahədə xidmət edəcəyinizdən 

asılı  olmayaraq,  gələcək  xidməti  fəaliyyətlərinizi  həyata  keçirərkən  xidməti  vəzifələrinizin 

yerinə  yetirilməsi  zamanı  yaranan  ictiami  münasibətlərin  əksəriyyətinin  inzibati  hüquq 

normaları vasitəsi ilə nizama salmış olacaqsınız. 

Bu  günkü  mühazirəmizin  mövzusunu  mənimsəməklə  siz  birinci  növbədə 

Konstitusiyamızın  12-ci  maddəsindən  irəli  gələn  tələblərin,  yəni  dövlətin  ali  məqsədi  olan 

insan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  tam  təmin  edilməsi  tələblərinin  yerinə 



yetirilməsində üzərinizə düşən vəzifələri qanunçuluq çərçivəsində yerinə yetirmiş olarsınız. 

kinci növbədə isə, bu mövzunu mənimsəməklə Siz, Azərbaycan Respublikası prezidentinin 

9  avqust  1994-cü  il  ″Cinayətkarlığa  qarşı  mübarizənin  gücləndirilməsi,  qanunçuluğun  və 

hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında″ və 22 fevral 1998-ci il ″ nsan və 

vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin  edilməsi  sahəsində  tədbirlər  haqqında″ 

Fərmanlarından irəli gələn tələbləri qanunçuluq çərçivəsində yerinə yetirmiş olarsınız. 

 

 

Mövzu   4:  ″″″″ nzibati- hüquqi münasibətləri″″″″ 



 

P L A N : 

 

G R Ş nzibati- hüquqi münasibətlərin anlayışı və onların əsas xüsusiyyətləri. 

1.

  nzibati- hüquqi münasibətlərin quruluşu və növləri. 



2.

  D O-nun fəaliyyətində inzibati hüquq münasibətləri. 



Ə T   C Ə 

 

Ə



 D Ə B   Y Y A T : 

 

1.



  Azərbaycan Respublikasının Konstitusiyası. 

2.

  Azərbaycan Respublikasının  nzibati Xətalar Məcəlləsi.2000-ci il. 



3.

  ″ nsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin  edilməsi  sahəsində  tədbirlər 

haqqında″ Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 22 fevral 1998-ci il. 

4.

  ″Cinayətkarlığa  qarşı  mübarizənin  gücləndirilməsi,  qanunçuluğun  və  hüquq  qaydasının 



möhkəmləndirilməsi  tədbirləri  haqqında″  Azərbaycan  Respublikası  Prezidentinin 

Fərmanı. 9 avqust 1994-cü il. 

5.

  A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008. 




 

56 


 

6.

   E.Abdullayev.    ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007. 



7.

  V. Abışov, A.  smayılov, R. Nəcəfquliyev. ″ nzibati hüquq″  1 hissə. Dərs vəsaiti. Bakı, 

2007.      

8.

  ″ nzibati hüquq″ (sxemlərdə). Dərs vəsaiti.   AR D N-in Polis Akademiyası. Bakı, 2002.  



9.

  E.M.Kozlov, L.L.Popov. ″Administrativnoe pravo″ Dərslik.M., 2000. 

10.

  D.N.Baxrax.  ″Administrativnoe pravo Rossii″. Dərslik.   M., 2000. 



 

                                                                                                                                                                 



G   R   Ş 

 

Hüquqi  dövlət  quruculuğunun  başlıca  vəzifələrindən  biri  də  dövlət  idarəetmə 



sistemində  yaranan  inzibati  hüquq  münasibətlərin  nizama  salınması,  onların 

istiqamətləndirilməsi və mühafizə edilməsidir. 

Bu  günkü  mühazirəmizin  mövzusunun  köməkliyi  ilə  dövlət  idarəetmə  sistemində 

yaranan hüquqi munasibətlərin anlayışı, onların növləri, quruluşu və xüsusiyyətləri haqqında 

anlayış  əldə  etmiş  olacağıq.  Qeyd  etmək  lazımdır  ki,  dövlət  idarəetmə  sistemində  yaranan 

hüquq münasibətlərinin növlərindən biri də inzibati hüquq münasibətlərdir. 

Hüquq-mühafizə  orqanlarının  əmkdaşları  kimi  bizim  dövlət  idarəetmə  sistemində 

yaranan  inzibati  hüquq  münasibətləri  haqqında  anlayış,  nəzəri  biliklər  əldə  etməyimizin 

böyük  əhəmiyyəti  vardır.  Çünki  əsas  vəzifələrindən  biri  də  dövlət  idarəetmə  sistemində 

yaranan inzibati hüquq münasibətlərin mühafizəsini həyata keçirməkdir.  kinci tərəfdən isə 

inzibati hüquq münasibətləri, təkcə dövlət idarəetmə sistemində yaranmır. Hüquq mühafizə 

orqanların  işinin  təşkilində  və  onların  qarşısında  duran  vəzifələrin  yerinə  yetirilməsində 

inzibati  hüquq  münasibətləri  yaranır.  Lakin  dövlət  idarəetmə  sistemində  yaranan  inzibati 

hüquq  münasibətlərdən  fərqli  olaraq,  hüquq  mühafizə  orqanların  fəaliyyətində  yaranan 

inzibati  hüquq  münasibətləri  özünə  məxsus  xüsusiyyətlərə  malikdirlər.  Bu  xüsusiyyətlər 

haqqında  anlayışın  əldə  edilməsinin  və  onların  yaranmasının  əsaslarının  və  qaydasının 

öyrənilməsinin böyük əhəmiyyəti vardır. 

 

Sual 1. 

nzibati hüquq münasibətlərin anlayışı və onların əsas xüsusiyyətləri 

 

Azərbaycan  Respublikasının  hüquq  sistemini  təşkil  edən  hüquq  sahələri  müxtəlif 



ictimai  münasibətləri tənzimləyir. Lakin həm də hər bir hüquq sahəsi özünəməxsus ictimai 

münasibətləri  tənzimləyir.  Bu  da,  müxtəlif  hüquq  sahələrinin  tənzimlənən  sahəsindən 

(predmetindən) danışmağa imkan yaradır. 

nzibati  hüquq  da  digər  hüquq  sahələri  kimi  özünəməxsus  ictimai  münasibətləri 

tənzimləyir, yəni inzibati hüququn tənzimləmə predmeti mövcuddur. 

nzibati hüququn predmetini dövlət idarəetmə sahəsində icra hakimiyyətinin təşkili və 

həyata keçirilməsi zamanı yaranan, dəyişən və xitam olunan ictimai münasibətlər təşkil edir. 

Bu  idarəetmə  xarakterli  ictimai  münasibətlər  də  inzibati  hüquq  münasibətləri  adlanırlar. 

nzibati hüquq münasibətləri inzibati hüquq normaları vasitəsi ilə tənzimlənir. 

nzibati  hüquq  münasibətləri  -  dövlət  idarəetmə  sistemində  yaranan  hüquq 

münasibətlərinin növlərindən biri olaraq, hüquqi normalar vasitəsi ilə tənzimlənir. 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə