Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə24/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   20   21   22   23   24   25   26   27   ...   244

 

47 


 

nzibati hüquq normaların əksəriyyəti Azərbaycan Respublikasının Konstitusiyasında 

öz  əksini  tapmışdır.  Bu  normalar  dövlət  idarəetmə  fəaliyyətinin  əsas  istiqamətləri  və 

idarəetmə  prosesində  yaranan  idarəetmə  münasibətləri  ilə  müəyyən  edilir  (məs.:  icra 

hakimiyyəti subyektlərinin və şəxsiyyətin konstitusion statusu). Demək olar ki, Azərbaycan 

Respublikasının hər bir qanununda müxtəlif inzibati hüquq normaları var.   

Bu,  o  deməkdir  ki,  inzibati-hüquqi  normaların  ierarxiyası  mövcuddur:  konstitusion 

normalar, qanun normaları və icra hakimiyyəti subyektləri tərəfindən qəbul edilən normativ-

hüquqi  aktlarda  olan  normalar.  Qüvvədə  olan  qanunvericiliyə  əsasən,  icra  hakimiyyəti 

subyektlərinə  normativ-hüquqi  aktların  qəbul  edilməsi  hüququ  verilib,  bu  hüquq  normaları 

öz hüquqi qüvvəsinə görə eyni əhəmiyyətli deyillər. 

cra  hakimiyyəti  subyektləri  tərəfindən  müəyyən  edilmiş  inzibati  hüquq  normaları 

konstitusion və qanunverici xarakterli normalarla münasibətdə ikinci dərəcəli sayılırlar, yəni 

axırıncılar  öz  hüquqi  əhəmiyyətinə  görə  ilkin  xarakterə  malikdirlər  və  icra  hakimiyyəti 

subyektləri tərəfindən yaradılan inzibati hüquq normaları birincilərdən yaranır. 

Buradan  nəinki  icra  hakimiyyəti  subyektlərinin  fəaliyyəti,  həm  də  onlar  tərəfindən 

müəyyən  edilən  inzibati  hüquq  normaların  qanun  qüvvəliliyi  doğur.  Hüquq  normalarının 

ierarxiyasında onlara müəyyən yer ayrılır ki, o da aşağıdakı hüquqi formada ifadə olunur: - 

onlar,  dövlət  başçısı  kimi  Azərbaycan  Respublikası  prezidentinin  normativ  aktlarının, 

qanunların  və  konstitusiyanın  əsasında  onların  müddəalarının  yerinə  yetirilməsi  üçün 

yaradılır. 

cra  hakimiyyəti  subyektləri  tərəfindən  müəyyən  edilən  inzibati  hüquq  normaları, 

hüquqyaratmanın  ″ikinci  dərəcəli″  forması  olub,  hər  şeydən  əvvəl,  Konstitusiyanın  və 

qanunların normalarının doğruluğunu təmin edir. 

Birinci  sualın sonunda qeyd etmək istərdim ki: 

1.  nzibati  hüquq  norması  -  dövlət  idarəetməsi  və  icra  hakimiyyəti  mexanizmin 

fəaliyyəti  sahəsində  yaranan,  dəyişən  və  xitam  olunan  ictimai  münasibətləri  nizama  salma 

məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş davranış qaydasıdır. 

2.  nzibati hüquq normaların quruluşu aşağıdakı elementlərdən ibarətdir: 

¢  hipoteza; 

¢  dispozisiya; 

¢  sanksiya. 



           Hipoteza – inzibati hüquq normanın quruluşunun bir elementi kimi o, özündə həmin 

normanın  realizəsinin  faktiki  şərtlərini  əks  etdirir,  yəni  o,  özündə  bilavasitə  təsir  etdiyi 

ictimai münasibətləri əks etdirir və bu təsir də konkret hüquq münasibətini yaradır. 

          Dispozisiya  –  inzibati  hüquq  normanın  mərkəzi  hissəsi  olub,  həmin  hüquq  norması 

tərəfindən tövsiyə edilən, icazə verilən və ya qadağan edilən  davranış qaydasını göstərir. 

         Sanksiya  - inzibati hüquq normanın bir elementi kimi özündə hüquq normasını pozana 

qarşı tətbiq edilən təsir tədbirlərini əks etdirir. 

3. Hipotezanın üç növü mövcuddur: 

  sadə,  yəni bir şərt (şərait) müəyyən edildikdə; 

  mürəkkəb, yəni iki və daha çox şərt (şərait) müəyyən edildikdə; 

  alternativ,  yəni  bu  və  ya  digər  hallardan  asılı  olaraq  davranış  qaydası  müəyyən 

edildikdə. 

4. Dispozisiyanın 4 növü mövcuddur: 

  sadə;  




 

48 


 

  təsviri;  

  göndərici;  

  blanket. 

5.

  Sanksiyanın üç növü var: 



  mütləq-müəyyən edilmiş sanksiya; 

  nisbi-müəyyən edilmiş sanksiya; 

  alternativ sanksiyalar. 

Sual 2. 

nzibati hüquq normaların növləri və onların xarakteristikası 

nzibati  hüquq  normaları  öz  tənzimləyici  istiqamətinə  və  müvafiq  olaraq    hüquqi 

məzmununa  görə  müxtəlifdirlər.  Onların  təsnifatının  müxtəlif  meyarları  mövcuddur.  Bu 

normaların 2 əsas növü daha ümumi xarakterə malikdir.  

 

1.  nzibati  hüquq  normaları    öz  məzmununa  (tənzimləmə  predmetinə)  görə  iki  əsas 



növə ayrılır: 

¢ maddi inzibati hüquq normaları; 

¢ prosessual inzibati hüquq normaları. 

Maddi inzibati hüquq normaları. Bu elə normalardır ki, inzibati hüquqla tənzimlənən 

idarəetmə  münasibətlərinin  iştirakçılarının  hüquqlarını,  vəzifələrini  və  məsuliyyətini 

müəyyən  edir  (məs.:  XM,  mad.371.1  -  ″Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat 

aparılan şəxsin hüquqları...″ (bunlara ″statik″ normalar deyirlər)), yəni faktiki olaraq onların 

inzibati-hüquqi statusunu müəyyənləşdirir. Maddi inzibati hüquq normalarda o hüquqi rejim 

öz ifadəsini tapır  ki,   bu  recim  çərçivəsində icra hakimiyyəti  (dövlət idarəetməsi)  fəaliyyət 

göstərməlidir,  tənzimlənən  idarəetmə  münasibətlərin  iştirakçıları  hərəkət  etməlidir.  Bu 

normalara  misal  olaraq  müvafiq  vəzifəli  şəxslərin  müəyyən  edilmiş  vaxtda  vətəndaşların 

ş

ikayətinə baxmaq üçün vəzifələrini müəyyən edən normalar; icra hakimiyyətinin bu və ya 



digər subyektin səlahiyyətlərinin əsasını müəyyən edən normalar və s. normaları göstərmək 

olar. Beləliklə, maddi inzibati hüquq normaları icra hakimiyyəti subyektlərinin və müxtəlif 

növ  idarəetmə  obyektlərinin  qarşılıqlı  təsirinin  əsaslarını,  onların  qarşılıqlı  hüquqi 

imkanlarını müəyyən edir. 

Prosessual  inzibati  hüquq  normaları.  Bu  normalar  elə  normalardır  ki,  maddi 

normalarda göstərilən hüquq və vəzifələrin həyata keçirilmə qaydaları və məsuliyyətin təyin 

edilmə qaydasını nəzərdə tutur (müxtəlif hərəkətlərin görülmə qaydası göstərilib (məs.:  XM, 

mad. 423 - ″ nzibati xəta haqqında işə baxılması qaydası″). Bunlara ″dinamik″ normalar da 

deyilir.  Prosessual  normalar  dövlət  idarəetməsinin  dinamikasını  və  onunla  bağlı  olan 

idarəetmə  münasibətlərini  tənzimləyir.  Prosessual  inzibati  hüquq  normaları  vətəndaşların 

ə

rizə  və  şikayətlərinin  qəbulu,  baxılması  və  həll  edilməsi  qaydalarını,  inzibati  xətalar 



haqqında işlər üzrə icraatın aparılması qaydalarını və s. müəyyən edən normalardır. Onların 

ə

sas  təyinatı  -  tənzimlənən  idarəetmə  münasibətləri  çərçivəsində  maddi  inzibati  hüquq 



normaları ilə müəyyən edilmiş hüquqi vəzifələrin və hüquqların həyata keçirilməsi qaydasını 

(prosedurunu)  müəyyən  etməkdir.  Nəzəriyyədə  və  təcrübədə  qəbul  olunmuş,  proses  və 

prosessual  fəaliyyət  haqqında  təsəvvürlərə  müvafiq  olaraq,  onların  hüquqi  mahiyyətinə 

diqqəti  cəlb  etmək  lazımdır.  Məsələn:  cinayət  və  mülki  prosesə  münasibətdə.  Bu  əsasda 

inzibati  yurisdiksiya  normalarını,  yəni  məhkəmədənkənar  formada  müxtəlif  növ  inzibati-

hüquqi  mübahisələrin  baxılması  və  həll  edilməsi  qaydalarını  tənzimləyən  normaları  qeyd 

etmək  olar.  Burada  inzibati  yurisdiksiyanın  həyata  keçirilməsi  nəzərdə  tutulur,  yəni 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə