Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə40/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   36   37   38   39   40   41   42   43   ...   244

 

79 


 

  inzibati kollektivlərin subyektləri; 



  inzibati qəyyumluğun subyektləri; 

  xüsusi inzibati-hüquqi rejimlə ərazilərin sakinləri; 



  icazə vermə sisteminin subyektləri; 

  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər. 



 

Sual 2: 

Vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi üsulları 

 

Həyatın,  sağlamlığın,  azadlığın,  mülkiyyətin  və  digər  nemətlərin  müdafiəsi  hüququ 



vətəndaşların  ən  mühüm  və  ayrılmaz  hüququdur.  Dövlət  hüququ  qanuniləşdirir,  onun 

həcmini dəqiqləşdirir,  həyata  keçirilməsi  qaydasını  təsbit  edir,  vətəndaşların  müraciətlərinə 

müəyyən  müdətlərdə  baxılması  və  bunlarla  əlaqədar  olaraq  tədbirlər  görülməsi  sahəsində 

dövlət  orqanlarının  və  ictimai  orqanların,  vəzifəli  şəxslərin  vəzifəsini  müəyyənləşdirir, 

həmin hüququ dövlət məcburetməsi ilə təmin edir və o, qanunla tənzimlənən yuridik hüquq 

olur. 


Ə

gər vətəndaşların subyektiv hüququ hüquq normaları ilə təsbit edilmiş, lakin lazımi 

müdafiə  ilə  təmin  olunmamışdırsa,  onda  belə  normalar  formaldır.  Vətəndaşların  şəxsi 

hüquqlarının  əlaqələndirilmiş  təminatları  sisteminin  yaradılması  hüquqi  dövlətin 

təşəkkülünün zəruri şərtidir. 

          Ümumiyyətlə,  vətəndaşların  hüquqi  müdafiəsinin  iki  başlıca  istiqamətlərindən 

danışmaq olar: 

  vətəndaşların cinayətlərdən və digər qeyri-qanuni hərəkətlərindən müdafiəsi; 



  vətəndaşların  hakimiyyət  subyektlərinin  qanunazidd  və  məqsədəuyğun  olmayan 

hərəkət və hərəkətsizlikdən müdafiəsi. 

 

Azərbaycan  Respublikası  Konstitusiyasının  26-cı  maddəsində  deyilir:  ″Hər  kəsin 



qanunla qadağan olmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək 

hüququ vardır″. 

nzibati  hüquq  vətəndaşların  hüquqlarının  dövlət  hakimiyyəti  subyektlərinin,  yerli 

özünüidarəetmə  orqanlarının  düzgün  olmayan  hərəkətlərindən  müdafiə  işində  xüsusi  rol 

oynayır. 

Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı hüquqları da mövcuddur: 

  dövlət  idarəetmə  orqanlarının  və  vəzifəli  şəxslərin  qanunsuz  hərəkətlərindən 



vətəndaşların məhkəmə qaydasında şikayət vermə hüququ; 

  icra  hakimiyyətinin  və  onun  vəzifəli  şəxslərinin  qanunsuz  hərəkətləri  nəticəsinə 



vətəndaşa dəymiş ziyanın ödənilməsinin tələb edilməsi hüququ; 

  təhqiqat,  ibtidai  istintaq,  prokurorluqn  və  məhkəmə  orqanlarının  və  ya  onların 



vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət 

tərəfindən ödənilməsi hüququ; 

- idarəetmə aktlarından şikayət vermə hüququ və s. 

Dövlət  orqanlarının,  vəzifəli  şəxslərin  və  digər  hakimiyyət  səlahiyyətli  subyektlərin 

fəaliyyətində  sui-istifadə,  bürokratizm,  səriştəsizlik və  s. hallarında vətəndaşların  hüquq və 

mənafelərinin müdafiəsinin əsas vasitələri aşağıdakılardır: 




 

80 


 

1)  başlıca  vəzifəsi  hüquq  qaydalarının  mühafizəsi  olan  orqanların  yaradılması  və 

onların gündəlik fəaliyyəti (məhkəmələrin, prokurorluq orqanlarının, polisin və s.); 

2)  dövlətdən  asılı  olmayan  və  vətəndaşlara  kömək  göstərməyə  imkanı  olan 

təşkilatların  mövcudluğu  və  onların  fəaliyyəti  (vəkilliklər,  həmkarlar  ittifaqları,  kütləvi 

informasiya vasitələri və s.); 

3) öz hüquqlarının müdafiəsi zamanı vətəndaşların özlərinin aktiv fəaliyyəti (məsələn: 

zəruri müdafiə hüququ, silah saxlamaq və onu tətbiq etmək hüququ və s.) 

          Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşların hüquqların müdafiəsinin iki 

üsulunu müəyyən edir: 

  inzibati  qaydada,  yəni  burada  vətəndaşların  hüquqları  məhkəməyə  müraciət 



etmədən müdafiə olunur; 

  məhkəmə qaydasında, burada vətəndaş pozulmuş hüququn bərpa edilməsi barədə 



birbaşa məhkəməyə müraciət edir. 

Azərbaycan  Respublikasının  Konstitusiyasının  57-ci  maddəsi  hər  bir  vətəndaşın 

müraciət etmək hüququnu təsbit edir. 

Vətəndaşların müraciətlərinə baxılması mexanizmi isə Azərbaycan Respublikasının 10 

iyun 1997-ci il tarixli ″Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında″ Qanunu ilə 

tənzimlənir. 

          ″Vətəndaşların  müraciətlərinə  baxılması  haqqında″  Qanunun  3-cü  maddəsinə  əsasən, 

müasir  şəraitdə  vətəndaşların  müraciətlərinin  əsas  növləri  təklif,  ərizə  və  şikayətlərdən 

ibarətdir. Bu müraciətlər arasındakı əsaslı fərqlər aşağıdakılardan ibarətdir: 

Təklif  -  dövlət  hakimiyyəti  orqanı,  idarə,  təşkilat  və  müəssisənin  fəaliyyətinin 

yaxşılaşdırılmasını,  təhsil,  elmi,  texniki,  hüquq,  yaradıcılıq  və  və  başqa  sahələrlə  bağlı 

məsələlərin həllini nəzərdə tutan müraciətdir. 

Ə

rizə - vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə 



tutan müraciətdir. 

Ş

ikayət - dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə vətəndaşın pozulmuş 



hüququnun bərpası tələbi barədə müraciətdir. 

Vətəndaşların müraciətlərinin baxılması qaydası və maddələri müraciətlərin növündən 

asılı olmayaraq eynidir. 

Qeyd  etdiyimiz  normativ-hüquqi  akt  vətəndaşların  müraciətləri  arasında  şikayətləri 

xüsusilə  fərqləndirir.  Müəlliflərin  çoxu  onun  ümumi  inzibati  şikayət  növünü  və  xüsusi 

inzibati şikayət növünü fərqləndirir. 

Ümumi  inzibati  şikayətin  baxılması  qaydası  ″Vətəndaşların  müraciətlərinə  baxılması 

qaydası haqqında″ Qanunla müəyyən edilir. 

          Vətəndaşlar  təklifləri  və  ərizələri  həmin  məsələni  bilavasitə  həll  etməli  olan  dövlət 

hakimiyyəti orqanlarına, idarələrə, təşkilatlara, müəssisələrə və ya vəzifəli şəxslərə verirlər. 

Dövlət  hakimiyyəti  orqanları,  idarələr,  təşkilatlar,  müəssisələr,  onların  rəhbərləri  və 

digər  vəzifəli  şəxsləri  müraciətdə  irəli  sürülən  məsələlərin  həlli,  onların  səlahiyyətinə  aid 

olmadıqda,  bunları  beş  gündən  gec  olmayaraq  müvafiq  təşkilata  göndərir  və  bu  barədə 

müraciət edənə məlumat verir, şəxsi qəbul zamanı isə hara müraciət etmək lazım olduğunu 

izah edir. 

          Müraciətdə  göstərilən  məsələyə  baxdıqda  və  bu  barədə  vətəndaşa  əsaslandırılmış 

cavab verildikdə müraciət baxılmş hesab olunur. 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə