Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə18/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   14   15   16   17   18   19   20   21   ...   244

 

35 


 

istifadəni  çətinləşdirir.  Belə  mürəkkəb  vəziyyətdən  çıxış  yolu  qanunvericiliyin 

sistemləşdirilməsidir. 

Qanunvericiliyin  sistemləşdirilməsi  hüquq  qaydasının  sabitləşdirilməsi,  normativ-

hüquqi nizama salmanın ictimai həyatın normal axınını təmin edən alətə çevrilməsi, dövlət 

idarəetməsinin cəmiyyətin marağına daha səmərəli uyğun təşkili məqsədlərini güdür. 

           Normativ-hüquqi  aktların  (qanunvericiliyin)  sistemləşdirilməsi  -  hüquq  normalarının 

qaydaya salınmasına və təkmilləşdirilməsinə yönələn fəaliyyətdir. 

Sistemləşdirmə nəticəsində hüquq normaları arasındakı ziddiyyətlər aradan qaldırılır, 

köhnəlmiş  normalar  ləğv  edilir  və  ya  dəyişdirilir,  ictimai  inkişafın  tələblərinə  cavab  verən 

yeni, daha təkmil normalar yaradılır. Onlar müəyyən sistem əlamətlərinə görə qruplaşdırılır. 

Məcəllələrdə, qanunvercilik toplularında və başqa sistemləşdirilmiş aktlarda toplanırlar. 

            ndiki  zamanda  normativ-hüquqi  aktların  sistemləşdirilməsinin  üç  əsas  formasından 

istifadə olunur: 

 məcəllələşdirmə; 

 inkorporasiya; 

 konsolidasiya. 

          Məcəllələşdirmə  -  mövcud  qanunvericiliyin  dərindən  və  hərtərəfli  yenidən  işlənməsi 

və  ona  yeni,  əhəmiyyətli  dəyişikliklərin  edilməsi  yolu  ilə  yeni  sistemləşdirilmiş  normativ-

hüquqi aktın yaradılması üzrə dövlətin hüquqyaratma orqanlarının fəaliyyətidir. 

Məcəllələşdirmə  aktları  öz  məzmun  və  adlarına  görə  aşağıdakı  üç  əsas  növə 

bölünürlər: 

 əsaslar; 

 məcəllə; 

 nizamnamə, əsasnamə. 

Ə

saslar - müəyyən hüquq sahəsinin və ya dövlət idarə sahəsinin mühüm müddəalarını 



(əsas başlanğıclarını) müəyən edən normativ-hüquqi aktdır. 

Məcəllə  -  ictimai  həyatın  hüquqi  nizamlanma  tələb  edən  əsas  sahələrində  qüvvədə 

olan  məcəllələşdirmə  aktlarının  ən  geniş  yayılmış  növüdür.  Məsələn:  Mülki  Məcəllə, 

Cinayət Məcəlləsi, Gömrük Məcəlləsi,  nzibati Xətalar Məcəlləsi və s. 

Nizamnamə,  əsasnamə  -  bunlar  təkcə  qanunverici  orqanlar  tərəfindən  deyil,  həm  də 

digər  hüquqyaratma  orqanları  (məsələn:  prezident  və  ya  hökumət)  tərəfindən  qəbul  edilən 

xüsusi məcəllələşdirmə aktlarıdır. Məsələn: Polis Akademiyasının Nizamnaməsi; Daxili işlər 

orqanlarının  ntizam Nizamnaməsi. 

            nkorporasiya  -  qüvvədə  olan  normativ-hüquqi  aktların  məzmununu  dəyişdirmədən 

müəyyən qaydada toplularda və ya külliyyatda birləşdirilməsidir. 

nkorporasiyanı  hüquq  normasını  ləğv  etməyə,  dəyişdirməyə  və  ya  yeni  norma 

müəyyən  etməyə  səlahiyyətli  olmayan  sistemləşdirici  orqan  (məsələn:  ədliyyə  nazirliyi) 

aparır. O, yalnız hüquqyaratma orqanının etdiyi dəyişiklik və əlavələri topluda əks etdirir. 

             nkorporasiya rəsmi və qeyri-rəsmi formada olur. 

            Rəsmi  inkorporasiya  -  hüquq  normalarının  səlahiyyətli  orqanlar  tərəfindən  qüvvədə 

olan normativ-hüquqi aktların məcmuəsinin nəşri yolu ilə qaydaya salınmasıdır. Bu orqanlar 

tərəfindən nəşr edilən qanunvericilik topluları rəsmi xarakter daşıyır. 

Rəsmi inkorporasiyanın iki  növü mövcuddur: 

 xronoloci inkorporasiya; 

 predmet üzrə (sistematik) inkorporasiya. 




 

36 


 

Xronoloci  inkorporasiya  -  elə  bir  sistemləşdirmə  formasıdır  ki,  bu  zaman  normativ-

hüquqi  aktların  qaydaya  salınması  onların  dərc  olunduğu  və  qüvvəyə  mindiyi  vaxta  görə 

aparılır. 

Sistematik  inkorporasiya  -  qüvvədə  olan  normativ-hüquqi  aktların  predmet  əlaməti 

üzrə,  yəni  hüquq  sahələrinə,  institutlarına,  dövlət  fəaliyyətinin  sahələrinə  görə  qaydaya 

salınmasıdır. 

           Qeyri-rəsmi inkorporasiya - xüsusi hüquqyaratma səlahiyyətlri olmayan təşkilatlar və 

ayrı-ayrı  vətəndaşlar  tərəfindən  (təhsil  müəssisləri,  idarələri,  alimlər  və  praktiki  işçilər) 

qanunvericiliyin zahiri işlənməsidir. 

Konsolidasiya - sistemləşdirmənin elə formasıdır ki, bu zaman ictimai münasibətlərin 

eyni  sahəsində  fəaliyyət  göstərən  bir  neçə  normativ-hüquqi  aktın  onların  məzmunu 

dəyişilmədən vahid normativ-hüquqi aktda birləşməsi baş verir. 

Konsolidasiyanın xüsusiyyəti onun məcəlləşdirmə və inkorporasiyanın bəzi cəhətlərini 

özündə əks etdirir. Konsolidasiya aktı toplu xarakterli normativ-hüquqi aktdır və bu cəhətdən 

o, məcəlləşdirməyə yaxındır. 

Normativ-hüquqi  aktların sistemləşdirilməsi qaydası  əsas götürülərək, inzibati  hüquq 

normalarının da sistemləşdirilməsi həyata keçirilir. 

Beləliklə,  Azərbaycan  Respublikasında  hüquqi  dövlətçiliyin  möhkəm  əsaslarının 

yaradılması  prosesində  mühüm  vəzifələrin  həll  edilməsi  ilə  bağlı  olan  inzibati  hüququn 

sistemləşdirilməsi və məcəlləşdirilməsinin perspektivli işlərinin görülməsi əsas vəzifələrdən 

biridir.  

Üçüncü sualın açıqlanmasını yekunlaşdıraraq bir daha qeyd etmək istərdim:  

1.

  nzibati  hüququn  mənbələri  dedikdə  -  inzibati-hüquqi  normaların  xarici  ifadə 



formaları başa düşülür. 

2.

  nzibati-hüququn aşağıdakı kimi mənbələri mövcuddur: 



-

  Azərbaycan Respublikasının Konstitusiyası; 

-

  Azərbaycan Respublikasının Qanunları; 



-

  Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən  qəbul  edilən  normativ-hüquqi 

aktlar; 

-

  Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  tərəfindən  qəbul  edilən  normativ-



hüquqi aktlar; 

-

  Azərbaycan  Respublikasının  mərkəzi  icra  hakimiyyəti  orqanları  tərəfindən  qəbul 



edilən normativ-hüquqi aktlar; 

-

  Yerli icra hakimiyyəti başçılarının qərarları və sərəncamları; 



-

  Beynəlxalq müqavilələr, əgər onlarda inzibati-hüquqi normalar mövcuddurlarsa; 

-

  darə, müəssisə və təşkilat daxili xarakterli normativ-hüquqi aktlar. 



3. Normativ-hüquqi aktların (qanunvericiliyin) sistemləşdirilməsi - hüquq normaların 

qaydaya salınmasına və təkmilləşdirilməsinə yönələn fəaliyyətdir. 

Normativ-hüquqi aktların sistemləşdirilməsinin üç əsas forması mövcuddur: 

-

  məcəllələşdirmə; 



-

  inkorporasiya; 

-

  konsolidasiya. 



 

 

Sual 4. 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə