Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə29/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
60
 
 
kimi problemlərinə ölkədə pul kütləsinin tədavül dairəsindəki hərəkəti nöqteyi-nəzərindən 
yanaşaraq, dövlətin əsas bu məsələni həll etməsini irəli sürmüşlər.  
Müasir  mərhələdə  dünyada  gedən  inteqrasiya  prosesləri  və  vahid,  qlobal  təsərrüfat 
sisteminin 
formalaşması, 
dövlət 
siyasəti, 
habelə 
iqtisadiyyatın 
tənzimlənməsi 
problemlərinə  yeni  mövqelərdən  yanaşaraq,  konkret  şəraitə  uyğun  yaradıcılıqla  tədbirlər 
hazırlamağı tələb edir.  
Son  100  il  ərzində  iqtisadiyyata  dövlət  müdaxiləsinin  miqyaslarını  təsəvvür  etmək 
üçün  ayrı-ayrı  ölkələrin  büdcələrinin  dinamikasına  diqqət  yetirmək  kifayətdir.  Aşağıda 
verilən cədvəldən bir qrup yüksək inkişaf etmiş ölkələrin büdcə xərclərinin, onların ümumi 
daxili məhsuluna (ÜDM) nisbətinin necə dəyişdiyini görmək olar (%-lə): 
 
İllər 
Ölkələr 
1900 
1950 
XXI əsrin 
əvvəlləri 
ABŞ 
7,7 
22,3 
32,2 
Yaponiya 
15,4 
25,5 
43,7 
İngiltərə 
14,2 
34,2 
41,1 
Almaniya 
14,9 
30,2 
46,8 
Fransa 
10,8 
28,3 
53,6 
İtaliya 
11,0 
16,3 
48,5 
Bu ölkələr üzrə 
yekun 
11,9 
25,0 
43,7 
 
Cədvəldəki  rəqəmlərdən  aydın  olur  ki,  dövlətlərin  ölkənin  təsərrüfat  həyatına 
müdaxiləsinin  mənfi  meyllər  yaratmasına  baxmayaraq,  hələlik  bu  prosesin  davam  etdiyini 
görürük.  
Hər  bir  dövlətin  iqtisadi  siyasət  xəttinin  hazırlanıb  həyata  keçirilməsi  müxtəlif 
mərhələləri  əhatə  edir.  Əvvələn  dövlətin  iqtisadi  məqsədlərinin  müəyyənləşdirilməsi  və 
bunların  bəyan  edilməsi;  sonra,  dövlətin  iqtisadi  siyasətinin  mümkün  və  alternativ 
varianlarının  hazırlanması;  daha  sonra  hazırlanmış  iqtisadi  siyasətin  həyata  keçirilməsi; 
nəhayət, reallaşdırılmış iqtisadi siyasət xəttinin yekunlarının tənqidi təhlili və gələcək inkişaf 
yollarının müəyyənləşdirilməsi. Yalnız belə kompleskli yanaşma sayəsində, dövlətin iqtisadi 
siyasətinin uğurlarını təmin etmək mümkündür.  
 
7.2. Hər bir dövlətin iqtisadi siyasətinin məqsəd və vəzifələri öz aydın ifadəsini, onun 
strategiyası  və  taktikasında  tapır.  İqtisadi  strategiya  –  uzunmüddətli  iqtisadi  siyasət  xətti 
olub,  perspektiv  üçün  irimiqyaslı  vəzifələrin  yerinə  yetirilməsini  nəzərdə  tutur.  İqtisadi 
strategiya  anlayışına  iqtisadi  siyasətin  məqsədi  ilə  yanaşı,  eyni  zamanda  həmin  siyasətin 
reallaşdırılması istiqamətləri, yolları da daxildir. İqtisadi taktika isə iqtisadi strategiyada bir 
məqsəd  kimi  irəli  sürülüb,  elmi  cəhətdən  əsalandırılmşş  vəzifələrin  konkret  surətdə  hansı 
vasitələrlə  və  necə  həyata  keçirilməsini  nəzərdə  tutur.  Ümumiyyətlə  cəmiyyət  həyatında 
dövlətin  iqtisadi  siyasətinin  strategiyası  və  taktikası  qarşılıqlı  surətdə  bir-birini 
tamamlayaraq, vahid inkişaf konsepsiyasının tərkib hissələrini təşkil edirlər.  
Dövlətin  iqtisadi  siyasətinin  son  məqsədi,  istehsal  və  xidmət  dairəsinin  düşünülmüş, 
tarazlı  inkişafı  əsasında  insana  hərtərəfli  qayğı  göstərmək,  onun  iqtisadi  fəaliyyətinin 
sərbəstliyini  təmin  etmək,  yaşayış  səviyyəsini  yüksəltmək,  sosial  problemlərini  həll  etmək 
olmalıdır.  Bu  mənada  siyasət,  o  cümlədən  də  dövlətin  ümumi  daxili  və  xarici  siyasətinin 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
61
 
 
mühüm istiqamətlərindən, habelə tərkib hissələrindən sayılan iqtisadi siyasət, həqiqətən «bir 
elm və idarəetmə sənətidir» (Aristotel).  
Nobel mükafatı laureatı Pol Samuelson ABŞ dövlətinin timsalında hökumətin iqtisadi 
siyasət  vəzifələrinə  aşağıdakıları  daxil  edir:  a)  ölkənin  təsərrüfat  həyatının  iqtisadi 
səməliliyinin artırılması; b) əhalinin gəlirlərinin bölgüsündəki fərqlərin azaldılması və sosial 
ədalət prinsiplərinin qorunması; c) hökumətin  makroiqtisadi göstəricilər (ÜDM, milli gəlir, 
məşğulluq,  işsizlik,  inflyasiya  səviyyəsi)  vasitəsiylə  milli  iqtisadiyyatın  davamlı  inkişafına 
nail olmaq; ç) ölkənin milli mənafeyinin və iqtisadi təhlükəsizliyinin qorunması. Dövlət bu 
iqtisadi  vəzifələrini  həyata  keçirmək  üçün  bir  sıra  hüquqi,  iqtisadi,  inzibati  vasitələrdən 
istifadə edir.  
Dünya  Bankının  hesabatlarında,  dövlətin  ölkənin  təsərrüfat  həyatındakı  rolunun 
beynəlxalq aləmdəki son 50 illik təcrübəsi ümumiləşdirilmişdir. Müasir iqtisadi  inteqrasiya 
və  dünya  miqyasında  qloballaşma  nəticəsində  vahid  təsərrüfat  sisteminin  formalaşdığı  bir 
şəraitdə  mütəxəssislər  dövlətin  ölkənin  çoxcəhətli  təsərrüfat  həyatındakı  rolunu  və 
vəzifələrini  belə  qiymətləndirirlər:  «Dövlət  ölkənin  təsərrüfat  həyatının  subyekti  yox, 
iştirakçısı  yox,  iqtisadi artım və  inkişafın təminatçısı (qarantı) rolunu oynamalıdır». Dünya 
Bankının  hesabatında  dövlətin  ölkə  iqtisadiyyatının  daha  da  yüksəlişi  üçün  tarazlı 
fəaliyyətinin  başlıca  istiqaməti və rolu belə  müəyyənləşdirilmişdir: a) dövlət qanunçuluğun 
əsası və qoruyucu olmalıdır; b) dövlət siyasi sabitliyin və makroiqtisadi tarazlığın təminatçısı 
kimi bütövlükdə iqtisadiyyatın dayanaqlı (stabil), habelə səmərəli inkişafını təmin etməlidir; 
c)  dövlət  ətraf  mühitin  çirkləndirilməsi  və  korlanması  qrşısını  almaq  üçün  təsirli  tədbirlər 
sistemi  işləyib,  ardıcıl  mərhələlərlə  həyata  keçirməli,  eyni  zamanda  tədricən  gərginləşən 
ekologiya  problemlərinə  ciddi  qayğı  göstərməlidir;  d)  dövlət  ölkə  vətəndaşlarının  təhsil, 
sağlamlıq,  həyat  səviyyəsinin  yaxşılaşdırılması  problemlərini  diqqət  mərkəzində 
saxlamalıdır;  e)  dövlət  ölkə  vətəndaşlarının  iqtisadi  hüquqlarının  və  azadlıqlarının  qarantı 
olmalıdır.  
 
7.3.  Ümumiləşdirilmiş  şəkildə  dövlətin  ölkə  iqtisadiyyatının  səmərəliliyinin 
yüksəldilməsi, sosial ədalətin təmin olunması, makroiqtisadi səviyyədə sabitlik yaradılması, 
beynəlxalq  iqtisadi  əməkdaşlıq  əlaqələrinin  həyata  keçirilməsi,  ətraf  mühitin  qorunması  və 
ekologiya  problemləri  kimi  mühüm  istiqamətlərdəki  geniş  əhatəli  fəaliyyəti, onun  müxtəlif 
yollardan (formalardan, metodlardan, üsullardan, vasitələrdən) istifadə etməsini şərtləndirir.  
Müasir bazar münasibətləri iqtisadi sistemi şəraitində dövlətin iqtisadi siyasəti-inzibati, 
hüquqi,  iqtisadi  yollarla  həyata  keçirilir.  Real  təsərrüfat  həyatında  dövlətin  iqtisadi 
siyasətinin  inzibati-hüquqi  və  iqtisadi  üsulları  əslində  şərti  bir  məna  daşıyır,  çünki  həmin 
vasitələr  o  zaman  səmərəli  olur  ki,  təcrid  edilmiş  surətdə  deyil,  kompleks  halında  tətbiq 
olunub fəaliyyət göstərsinlər.  
Dövlətin  iqtisadi  siyasətinin  inzibati  vasitələri,  yolları  sırasında  onun  inhisarlara  və 
inhisarçılığa  qarşı  antiinhisar  tədbirlərini,  müəyyən  təsərrüfatçılıq  fəaliyyəti  ilə  məşğul 
olmaq  üçün  lisenziyalar  verməsini,  qiymətlər  məzənnəsini  dəyişdirməsini  göstərmək  olar. 
Eyni  zamanda  dövlət  məcburi  qaydada  məqsədəuyğun  saymadığı  tikinti  obyektlərinin 
inşasını  dayandırmaq,  müəyyən  qadağanlar  qoymaq  və  icazələr  vermək  səlahiyyətinə  də 
malikdir.  Tədricən  dövlətin  inzibati  metodlar  vasitəsiylə  iqtisadi  həyata  müdaxiləsi  prosesi 
məhdudlaşsa da, lakin onun ətraf mühitin qorunması, ekologiya ilə bağlı qayğıları, əhalinin 
sosial təminatı məsələləri, müasir dövrdə getdikcə daha aktual bir əhəmiyyət qazanır.  


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə