Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə32/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
66
 
 
Bütövlükdə ev təsərrüfatlarının yığımı – sığorta, investisiya, səhmlər əldə edilməsinə 
sərf  olunur  və  onların  gəlirlərinin  bir-neçə  faizini  təşkil  edir.  Ev  təsərrüfatları  öz 
gəlirlərinin təxminən 30%-ini gündəlik tələlat mallarına, 10-12%-ini uzunmüddətli istehlak 
mallarına, 60%-ə qədərini isə müxtəlif təyinatlı xidmətlərə sərf edirlər.  
ABŞ  iqtisadiyyatinda  ev  təsərrüfatlarindan  sonra,  xüsusi  (özəl)  bölmənin 
quruluşunda  (sturkturunda)  müxtəlif  təyinatlı  müəssisələri,  şirkətləri,  sahələri  əhatə  edən 
biznes  sahibkarlıq  fəaliyyəti  mühüm  yer  tutur.  Qeyd  edək  ki,  müəssisə  –  zavod,  fabrik, 
şirkət, mədən, anbar, mağaza formasinda əmtəələrin-xidmətlərin istehsali və bölgüsü üzrə 
bir, yaxud bir neçə vəzifəni (funksiyani) yerinə yetirən obyektdir. Şirkət – bu müəssisələrə 
sahib olan və onları idarə edən bir qrumdur. Şirkətin bir və yaxud bir neçə müəssisəsi ola 
bilər. Sahə, eyni tipli yaxud oxşar məhsullar istehsal edən şirkətlər qrupudur.  
İstehsal-satiş  həcminə  görə  müəssisələr,  şirkətlər  və  sahələr  bir-birindən  xeyli 
fərqlənirlər.  Bunların  arasında  bir-iki  nəfərin  işlədiyi  və  gündəlik  satış  həcmi  200-300 
dollar  təşkil  edən  xırda,  ailəvi  tipli  istehsal-xidmət  obyektlərindən  (vahidlərindən) 
başlayaraq,  yüz  minlərlə  fəhlə-qulluqçunun  çalışdığı,  habelə  illik  məhsul  satışı  həcmi 
milyardlarla dollara çatan nəhəng korporasiyalar da vardır.  
ABŞ-da  bu  tipli  işgüzar  biznes-sahibkarlıq  fəaliyyətinin  3  əsas  forması  geniş 
yayılmışdır: a) fərdi xüsusi şirkətlər b) şərikli (müştətək, yoldaşlıq, əmədaşlıq) şirkətləri c) 
korporasiyalar.  Onların  say  və  satış  həcmlərindəki  xüsusi  çəkisi  aşağıdakı  sxemdə 
verilmişdir. 
Biznes müəssisələrinin say və daxili məhsulda xüsusi çəkisi (%-lə) 
 
Biznes formalarının saya görə bölgüsü 
Biznes formalarının satiş məbləğinə görə 
bölgüsü 
Fərdi xüsusi şirkətlər 
(72%) 
Korporasiyalar 
(87%) 
Korporasiyalar 
(20%) 
Şərikli şirkətlər 
(9%) 
Şərikli şirkətlər 
(8%) 
Fərdi xüsusi şirkətlər 
(4%) 
 
Fərdi  xüsusi  şirkət,  bir  nəfərin  sahib  olduğu  və  şəxsi  mənafeyinə  uyğun,  müəyyən 
mənfəət əldə etmək məqsədiylə, öz nəzarəti, məsuliyyəti altında işgüzar biznes-sahibkarlıq 
fəaliyyətidir. Fərdi xüsusi sahibkarlıq fəaliyyətinə başlayan hər bir şəxs ilk növbədə maddi 
resurslar,  xammal,  avadanlıq,  əldə  etməlidir.  Sahibkarlıq  fəaliyyətinin  fərdi  təşkili, 
istehsal-xidmət sahəsinin ən sadə (bəsit) ilk forması kimi bir sıra üstünlüklərlə yanaşı, eyni 
zamanda  nöqsan,  habelə  çatışmayan  cəhətlərə  də  malikdir.  Onun  üstünlükləri  sırasında, 
işin  təşkili  prosesində  hüquqi  və  bürokratik  əngəllərin  olmamasını,  müəyyən  xərclərlə 
rastlaşmamasını,  sahibkarın  müstəqilliyini,  onun  təşəbbüskar  fəaliyyət  göstərmək 
imkanlarını qeyd etmək lazımdır. Bu işgüzar fəaliyyətin nöqsan cəhətlərinə gəldikdə, fərdi 
sahibkarın maliyyə imkanları məhdud, iş günü xeyli uzun, zəhməti çox, mənfəəti isə azdır. 
O,  həm  təchizatçı,  həm  nəzarətçi,  həm  də  bilavasitə  satıcı  işlərini  yerinə  yetirir.  Onun 
müflis  olaraq  nəinki  mənfəətini,  hətta  illər  boyu  əldən  etdiyi  əmlakı,  topladığı  yığımını 
itirmək risqi böyükdür.  
Fərdi xüsusi şirkətlərin inkişafı təbii olaraq şərikli (müştərək, yoldaşlıq, əməkdaşlıq) 
şirkətlrin sahibkarlıq fəaliyyətinə əlverişli imkanlar yaradır. Birgə sahibkarlıq fəaliyyətinin 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
67
 
 
təşkilinə əsas səbəb, fərdi şirkətlərə xas olan məhdudiyyət və nöqsanları aradan qaldıraraq, 
2  və  daha  çox  sahibkarın  maliyyə  imkanlarına,  işguzar  əlaqələrinə,  bacarığına 
arxalanmaqla,  yüksək  mənfəət  əldə  etməkdir.  Şərikli  şirkətlərin  fəaliyyəti  onun  müştərək 
sahibləri  tərəfindən  konkret  vəziyyətdən  asılı  olaraq  şifahi  razılaşma  və  yazılı  öhdəliklər 
əsasinda  həyata  keçirilə  bilər.  Qeyd  etmək  lazımdır  ki,  birgə  şirkətlərin  fəaliyyətində 
iştirak  edənlərin  rolu  müxtəlif  olur.  Əməkdaşlıq  edənlərin  bəziləri  şirkətin  gündəlik 
fəaliyyətində  fəal  iştirak  etdikləri  halda,  digərlər  yalnız  bir  payçı  kimi  öz  maliyyə 
resurslarını verərək, birgə şirkətin idarə olunmasi işlərinə qarışmırlar.  
Bazar  münasibətləri  iqtisadi  sistemində  kifayət  qədər  geniş  yayılmış  şərikli 
sahibkarlıq  formasınının  həm  müsbət,  həm  də  mənfi  cəhətləri  vardır.  Şərikli  sirkətləri 
təşkil  etmək  çətin  deyildirdir,  onların  birgə  fəaliyyəti  tam  könüllük  prinsipinə  əsaslanır, 
ixtisaslaşmanı  dərinləşdirir,  bir  neçə sahibkarların  maliyyə  imkanlarını  birləşdirir, onların 
kredit  əldə  etməsi  asanlaşır,  banklar  isə  biznesin  bu  fəaliyyət  formasını  daha  etibarlı 
sayaraq,  onlarla  həvəslə  əməkdaşlıq  edirlər.  Birgə  əməktaşlıq  formasının  ziddiyyətli  və 
mənfi  cəhətləri  kimi  bu  fəaliyyət  gedişində  bir-birini  başa  düsməmək  hallarını,  müəyyən 
məsləhətlərə yanaşmalarda narazılıq olduğunu, maliyyə cətinliklərinin meydana cıxmasını, 
obyektiv-subyektiv  səbəblərlə  bağlı  şəriklərdən  birinin  fəaliyyətini  dayandırması  ilə 
qarşıya  çıxan  çətinlikləri,  nəhayət  şəriklərdən  hər  birinin  tək  özünün  işi  üçün  deyil,  eyni 
zamanda bütövlükdə başqalarının da fəaliyyəti üçün məsuliyyət daşıdığını göstərmək olar. 
Amma bu neqativ cəhətlərə baxmayaraq, ayrı-ayrı ölkələrin çoxsahəli təsərrüfat həyatının 
müxtəlif  istehsal-xidmət dairəsində geniş  yayılmış şərikli sirkətlərin  sahibkarlıq  fəaliyyəti 
müəyyən  problemlərlə  qarşılaşsa  da,  onlar  meydana  çıxır,  formalaşır,  fəaliyyət  göstərir, 
gah yüksəlir, gah dağılır, yenidən təşkil olunaraq fəaliyyətə başlayırlar.  
Korporasiya  –  biznes  fəaliyyətinin  təşkilatı-hüquqi  formasi  kimi  yüksək  inkişaf 
etmiş  ölkələrin,  xususilə  də  ABŞ-ın  çoxsahəli  təsərrüfat  həyatında  müasir  mərhələdə 
aparıcı  bir  rol  oynayır.  Ölkə  iqtisadiyyatında  onların  sayının  şirkətlərin  ümumi  sayının 
20%-ini təşkil etməsinə  baxmayaraq, korporasiyalar əmtəə və  xidmətlər satışının 87%-ini 
əllərində  cəmləşdirmişlər.  Korparasiyalarda  onun  sahibi  sayılan  konkret  adamlar  yoxdur. 
Burada  şirkətlər  ona  sahib  olan  şəxslərdən  aralanmışlar.  Korporasiya  onun  səhimlərinin 
sahibləri,  səhimdarlar  tərəfindən  seçilmiş  İdarə  Heyəti  tərəfindən  idarə  olunur.  Rəsmi 
qaydada «hüquqi səxs» statusu almış korporasiya müxtəlif təyinatli məhsulları istehsal edib 
satmaq üçün iqtisadi resuslar alır, banklardan borc götürür, kredit verir, məhkəmədə iddiaçi 
və  ya  cavabdeh  kimi  çıxış  edir,  habelə  başqa  tipli  müəssisələrin  (şirkətlərin)  yerinə 
yetirdiyi vəzifələri həyata keçirir.  
Korporasiylar  biznesin  digər  formalarına  nisbətən  daha  səmərəli  sürətdə  maliyyə 
kapitalını  özünə  cəlb  edə  bilir,  başqa  biznes  formalarının  istifadə  edə  bilmədiyi  səhmlər 
satışından faydalanır və beləliklə əhalinin böyük hissəsinin maliyyə resuslarını ümumi bir 
fondda  cəmləşdirməyi  bacarır.  Korporasiyaların  səhmləri,  onun  mülkiyyətinin  bir  hissəsi 
kimi  dəyərləndirilir,  istiqrazları  isə  öz  borcunu  müəyyən  faizlə  ödəyəcəyi  barəsində 
öhdəlik (vəd vermək) vəzifəsini yerinə yetirir.  
Korporasiyanın  səhmlərini  alan  çoxsaylı  səhmdarlar  qurupu,  müəyyən  məbləğdə 
gəlir  əldə  etmək  naminə,  korporasiyanın  idarə  olunmasında  fəal  iştirak  etməyərək,  bu  işi 
başqalarının  aparması  ilə  razılaşırlar.  Səhm  və  istiqrarların  alıcılarla  satıcılar  arasında 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə