Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə40/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
84
 
 







T
ək
li

Tələblə təklifin 
tarazlıq nöqtəsi 
Tələb 
Bazar və qiymət tarazlığı səviyyəsi göstərir ki, əks tərəflər kimi səciyyələnən tələb və 
təklifin nisbi uyğunluğu mümkündür, lakin bu tarazlıq müvəqqəti xarakter daşıdığından hər 
an dəyişə bilər. Deməli, bazarda tələblə-təklifin nisbi tarazlığı keçici və ötəri, onların 
qiymətlə bağlı dəyişkənliyi isə əbədidir.  
 
10.4.  Tələblə  təklifin  tarazlıq  nöqtəsində  kəsişməsi  anından  sonra  qiymət-gəlir, 
faydalılıq,  vaxt  amillərinin  təsiri  nəticəsində  həm  tələbdə,  həm  də  təklifdə  müxtəlif 
dəyişikliklər  baş  verir.  Bu  dəyişikliklərin  dinamikası,  tələb  və  təklif  əyrilərinin  istiqaməti, 
bazarda  yaranan  konkret  vəziyyətdən  asılı  olaraq bəzən  yüksələn,  bəzən  də  enən  xətt  üzrə 
gedə bilər. Qrafik sxem şəklində bu dəyişikliyi belə təsvir etmək olar.  
 
Bazarda 
formalaşan 
tələblə 
təklifin 
tarazlığının  müvəqqəti,  onların  dəyişkənliyinin  isə 
vaxtaşırı,  fəsiləsiz  davam  etdiyi  nəzərə  alınarsa, 
həmin  dəyişikliklərin  kəmiyyət  göstəricilərini 
müəyyənləşdirmək lazım olur.  
İqtisadi 
nəzəriyyədə 
bu 
məsələni 
aydınlaşdırmaq üçün elastiklik anlayışından istifadə 
olunur.  «Elastiklik»  iqtisadi  nəzəriyyənin  mühüm 
anlayışlarından  biri  olub,  ilk  dəfə  məşhur  ingilis 
iqtisadçısı  Alfred  Marşall  (1842-1924)  tərəfindən 
işlədilərək elmi dövriyyəyə daxil edilmişdir.  
Elastiklik  –  bir  dəyişən  kəmiyyətin  (tələbin, 
təklifin, qiymətin, gəlirin) , digər dəyişən kəmiyyətə təsiri deməkdir. Başqa sözlə elastiklik, 
bir-birindən  asılı  olan  tələb,  təklif,  qiymət,  gəlir  amillərinin  birində  baş  verən  dəyişikliyin 
digərinə  mütəq,  yaxud  nisbi  mənada  (faizlə)  təsiridir.  Bəzən  bu  kəmiyyətlərdən  birindəki 
dəyişikliyin,  digər kəmiyyətə təsiri  həssaslıq  yaxud  cavab reaksiyası  kimi  səciyyələndirilir. 
Elastiklik anlayışı, bazarın orada baş verən proseslərə uyğunlaşması gedişini dərindən  başa 
düşməyə kömək edir. Bəzən elə düşünürlər ki, hər hansı bir şirkət istehsal etdiyi məhsulların 
satış qiymətini yüksəltməklə, daha çox mənfəət əldə edə bilər. Formal məntiq baxımından bu 
fikirlə  razılaşmaq  mümkün  olsa  da,  lakin  iqtisadi  reallıq  və  bazar  münasibətləri  prinsipləri 
mövqeyindən  doğru  deyildir.  Çünki  ayrı-ayrı  şirkət  və  müəssisələr  istehsal  etdikləri 
məhsulların,  yaxud  göstərdikləri  xidmətlərin  qiymətlərini  artırmaqda  sərbəstdirlər.  Lakin 
həmin  məhsul  və  xidmətlərin  reallaşdırılması,  satışı  taleyi  onların  iradəsindən  deyil,  bazar 
qanunlarından,  habelə  alıcı  zövqü-imkanlarından  asılı  olduğundan,  şübhəsiz  qiymətlərin 
artması  satış  həcminin,  eyni  zamanda  satışdan  əldə  olunan  məbləğin  aşağı  düşməsi  ilə 
nəticələnəcəkdir.  
İqtisadi nəzəriyyədə tələb, təklif, qiymət, gəlir arasındakı elastikliyi müəyyənləşdirmək 
üçün  elastiklik  vahidi  (əmsalı,  indeksi,  göstəricisi)  anlayışından  istifadə  edilir.  Elastiklik 
vahidi  dedikdə,  qiymətin  dəyişməsi  səviyyəsinin  (miqdarının,  həcminin,  faizinin)  tələbin, 
təklifin,  satışdan  əldə  olunan  məbləğin  dəyişməsi  səviyyəsinə  nisbəti  (bərabərliyi)  nəzərdə 
tutulur.  Məsələn;  qiymətin  2  dəfə  azalması  (yaxud  artması)  ilə  tələbin  də  2  dəfə  artması 
(yaxud  azalması)  faktı,  müəyyən  bir  məhsulla  (taxıl,  neft,  sement)  bağlı,  tələbin  elastiklik 
vahidi – E=1 olacaqdır. Qiymətlə bağlı tələb və təklifdəki dəyişikliklər, elastiklik vahidinə öz 
təsirini göstərərək E>1 və E<1 olacaqdır.  
 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
85
 
 
10.5.  Bazar  münasibətləri  şəraitində  fəaliyyət  göstərən  şirkət  ilk  növbədə  özü  üçün 
müəyyənləşdirməlidir  ki,  onun  rəqiblərinin  istehsal  etdikləri  məhsulların  və  göstərdikləri 
xidmətlərin  qiymətlərinin  artıb-azalması  istiqamətindəki  dəyişikliyi  tələbə,  alıcıların 
gəlirlərinə  necə  təsir  göstərəcəkdir.  Bazarın  subyektləri  (iştirakçıları) olan  ev  təsərrüfatları, 
şirkətlər, müəssisələr burada gah alıcı, gah da satıcı rolunda çıxış etdiklərindən, onlar üçün 
əmtəə-xidmətlərin həcmi, qiyməti, tələb məsələləri həyatı bir əhəmiyyət kəsb edir.  
Elastiklik bir dəyişən kəmiyyətin başqa dəyişən kəmiyyətə mütləq rəqəmlərlə, yaxud 
faiz etibarilə təsir dərəcəsini göstərdiyindən, onun əmsalı belə ifadə olunur: 
 E =
∆Q
∆P
 
Burada 
∆Q  –  tələbin  dəyişkənliyini;  ∆P  –  qiymətin  dəyişkənliyini;  «p»  –  elastikliyin 
qiymətə görə baxıldığını yaxud müəyyənləşdirildiyini nəzərdə tutur.  
Qeyd  etmək  lazımdır  ki,  ümumiyyətlə  qiymətlə  miqdar  (kəmiyyət)  arasında  olan 
asılılıq,  tələblə-təklifin  elastikliyinin  əsasını  təşkil  edir.  Söhbət  ondan  gedir  ki,  qiymətin  1 
faiz  dəyişməsi  (artıb-azalması),  satışda  olan  əmtəələrin-xidmətlərin  həcminin  dəyişməsinə 
necə təsir göstərəcəkdir. Bu dəyişkən asılılığı, tələbin elastikliyi üçün belə ifadə etmək olar: 
 E =
∆Q
Q
∶  
∆P
P
=  
∆Q ∙ P
Q  ∙ ∆P
  ∙ 100% 
Burada 
∆Q – tələb olunan məhsulun səviyyəsindəki (kəmiyyətindəki) dəyişiklikdir; Q 
–  ilkin  tələb  səviyyəsidir; 
∆P  –  qiymətin  səviyyəsindəki  dəyişiklikdir;  P  –  qiymətin  ilkin 
səviyyəsidir; 
E  – tələbin qimətlə bağlı elastiklik əmsalıdır (indeksidir).  
Tələbin satışdan əldə olunan məbləğlə (gəlirlə) bağlı elastikliyinə gəldikdə, həmin gəlir 
(R),  məhsul  və  xidmətlərin  qiyməti  ilə  (P)  bunların  bazara  çəxarılan  kəmiyyətinin  (Q) 
hasilinə bərabər olacaqdır:  
R = P ∙ Q 
Bu halda elastiklik səviyyəsi E=1 olacaqdır. Əgər qiymətin azalması nəticəsində satışın 
artmasından  əldə  olunan  gəlir,  qiymətin  azalmasından  itirilən  gəlirdən  çox  olarsa,  gəlir 
elastik  hesab  edilə  bilər  və  E>1  kimi  işarə  olunur.  Əksinə,  qiymətin  aşağı  düşməsindən 
itirilən gəlir, bunun nəticəsində tələbin (satışın) artmasından əldə edilən gəlirdən çox olarsa, 
bu halda tələb qeyri-elastik hesab edilir və E<1 kimi işarə olunur.  
Fikrimizi aydınlaşdırmaq üçün fərz edək ki, taxıl satışı  ilə  məşğul olan şirkət bazara, 
hər  tonu  300  dollardan  200  ton  məhsul  çıxarır.  Satış  həcminin  və  bazarda  qiymətlərin 
dəyişməsi ilə bağlı, elastiklik səviyyəsi də aşağıdakı kimi dəyişəcəkdir: 
 I halda – 200 ton×300 dollar=60000 dollar; E=1 
 II halda – 250 ton×280 dollar=62000 dollar; E>1 
III halda – 210 ton×280 dollar=57800 dollar; E<1 
Elastik tələbə başqa bir misal kimi göstərmik olar ki, əmtəə və xidmətlərin qiymətinin 
2 dəfə ucuzlaşdığı şəraitdə, satışdan əldə olunan məbləğ 1,5 dəfə artmışsa yəni qiymətlə əldə 
edilən  məbləğ  əks  istiqamətlərdə  gedərsə,  deməli  tələb  elastikdir,  dəyişkəndir,  həssasdır. 
Qrafik şəkildə tələbin elastiklik əyrisinin necə dəyişdiyini aşağıdakı sxemdən görmək olar: 
Qeyri-elastik  tələbə  misal  kimi  göstərmək  olar  ki,  əgər  əmtəə-xidmətlərin  qiyməti  3 
dəfə aşağı düşmüş və bunun nəticəsində satışdan əldə olunmuş məbləğ cəmi 1/3 qədər (33,3 
faiz) azalmışsa, onda tələb qeyri-elastik sayılmalıdır. Çünki, qiymətlərin kəsgin surətdə aşağı 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə