Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə48/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
101
 
 
 
Mövzu 12. İstehsal xərcləri və mənfəət 
 
12.1 İstehsal xərclərinin mahiyyəti 
12.2 İstehsal xərclərinin quruluşu, daxili və xarici xərclər 
12.3 İstehsal xərclərinin müxtəlif formaları 
12.4 Mənfəətin mahiyyəti, vəzifələri və formaları 
12.5 Kapitalın hərəkəti, əsas və dövriyyə kapitalı 
12.6 İstehsal xərcləri ilə mənfəətin qarşılıqlı əlaqəsi və onlara təsir göstərən 
amillər 
 
12.1.  İstehsalın  harada,  kimlər  tərəfindən  və  hansı  həcmdə  təşkil  edilib 
qurulmasından,  fəaliyyət  növündən  asılı  olmayaraq,  bu  mürəkkəb,  həm  də  çətin  proses 
hökmən  müəyyən  xərclərlə,  əməklə,  kapitalla,  sahibkarlıq  qabiliyyəti  ilə  bağlıdır. 
Müəyyən  həcm daxilində  istehsal  xərcləri (C), əmək  haqqı  və ödənişləri (L), kapital sərfi 
və qoyuluşlarından (K) ibarət olub, belə işarə olunur: 
 
C =
 
+
 
  
 
Dünyanın  «General  Motors»,  «BP  Amoco»,  «Microsoft»,  «Tayota»,  «Nestle», 
«Bayer»  kimi  iri  avtomobil,  neft,  kimya,  elektron,  ərzaq  məhsulları  korporasiyalarından 
başlamış,  müxtəlif  istehsal-xidmət  təyinatlı  orta  və  xırda  şirkətlərinə,  müəssisələrinə,  ev 
təsərrüfatlarına qədər hamısı istehsal xərclərinə, onun minimum həddə saxlanmasına ciddi 
diqqət  yetirirlər.  Çünki  müasir  bazar  münasibətləri  iqtisadi  sistemi  və  kəsgin  rəqabət 
mübarizəsi  şəraitində,  işgüzar  biznes  fəaliyyətinin  son  məqsədi  sayılan  mənfəətin 
formalaşmasında,  əmtəə-xidmətlərin  keyfiyyətinə  xələl  gətirmədən,  istehsal  xərclərinin 
aşağı salınması problemi, həlledici əhəmiyyətə malikdir.  
İstehsal xərclərini artırmadan, istehsalı genişləndirib onun dinamik yüksəlişini təmin 
etmək çətindir. Cəmiyyətin və insanların tələblərinin artması təbii bir proses olduğundan, 
həmin ehtiyacların ödənilməsi xərclərin də artırılması irəli sürülür. Bu mənada istehsalın 
inkişafı ilə onun xərcləri arasında ziddiyyətli bir vəziyyət yaranır.  
Təsadüfi deyildir ki, iqtisadçılar və mütəxəssislər haqlı olaraq qeyd edirlər ki, xərclər 
«istehsalın  kölgəsi»  kimi  onu  həmişə  təqib  edirlər.  Məhz  bu  səbəbdən,  hər  bir  konkret 
istehsalçı öz  fəaliyyətini səmərəli  aparmaq üçün  istehsal  xərclərinin ən optimal  variantını 
seçmək zərurəti ilə üzləşir.  
Bəs  istehsal  xərcləri  nədir?  Bu  anlayış,  əmtəə-xidmətlərin  istehsalına  sərf  olunmuş 
iqtisadi resursların alınmasına  yönəldilmiş  xərclərin pulla  ifadəsidir. Başqa sözlə,  istehsal 
xərcləri istehsalçı şirkətin istifadə etdiyi istehsal amillərinin bazar qiymətləri ilə dəyəridir.  
İqtisadi  nəzəriyyədə  böyük  elmi  və  əməli  əhəmiyyəti  olan  istehsal  xərcləri 
məsələsinə  həmişə  diqqət  yetirilmişdir.  Klassik  iqtisadi  nəzəriyyə  məktəbinin  yaradıcıları 
A.Smit  və  D.Rikardo,  istehsal  xərclərinə  istehsal  qiyməti  kimi  baxmışlar.  R.Torrens, 
C.Mill, C.Mak-Kullox kimi ingilis iqtisadçıları, əmtəənin dəyərinin gəlirlərin (əmək haqqı, 
mənfəət, renta) cəmindən ibarət olması haqqında A.Smitin mövqeyinə əsaslanaraq, istehsal 
xərclərini  «toplanmış  əmək  məsrəfləri»  adlandırmışlar.  Avstriya  iqtisadi  məktəbinin 
nümayəndəsi 
F.Vizer 
istehsal 
xərclərini 
əmtəənin 
faydalılığı 
səviyyəsi 
ilə 
əlaqələndirmişdir.  Marksist  məktəbin  iqtisadçıları  istehsal  xərclərini  əmək-dəyər 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
102
 
 
nəzəriyyəsi  baxımından  izah  edərək,  bu  anlayışı  məhsul  istehsalına  sərf  olunmuş  canlı  və 
maddiləşmiş  (keçmiş)  əməyin  cəmi  kimi  səciyyələndirmişlər  A.Marşall  istehsal  xərcləri 
nəzəriyyəsinin  obyektiv  və  subyektiv  variantlarını  eyni  bir  «kəsən  qayçının  iki  tərəfi» 
adlandıraraq,  bunun  fəhlələrin  əməyinə,  zəhmətinə,  əziyyətinə;  kapital  sahiblərinin  isə 
imtinasına, risqinə əsaslanan bir iqtisadi anlayış olduğunu göstərmişdir.  
Bu  müxtəlif,  mövqelər  və  elmi-nəzəri  izahlar  sübut  edir  ki,  istehsal  xərcləri  hər  bir 
təsərrüfat  fəaliyyəti üçün aydın, sadə zərurət sayılmaqla  yanaşı, eyni zamanda  mürəkkəb, 
hətta ziddiyyətli  iqtisadi anlayışdır. Məsələnin  mürəkkəbliyi  və ziddiyyətliliyi  isə  istehsal 
xərclərinin  mahiyyətinə,  kəmiyyət  göstəricilərinə,  təsnifatına,  quruluşuna,  formalarına 
yanaşmalarda fərqli mövqelərin olması, habelə indi də qalması ilə əlaqədardır.  
Müasir  iqtisadi  nəzəriyyə  istehsal  xərclərinin  şərhinə  belə  bir  nöqteyi-nəzərdən 
yanaşır  ki,  əgər  əvvəllər  bu  xərclərin  əsas  hissəsini  bilavasitə  istehsal  proseslərində 
çalışanların  əməyi  təşkil  edirdisə,  indi  bu  xərclərin  əksəriyyəti  qeyri-istehsal  dairəsi 
işçilərinin əməyinə-alimlərə, mütəxəssislərə, menecerlərə, marketinq fəaliyyəti, idarəetmə, 
reklam  işilə  məşğul  olanlara  sərf  olunur.  Deməli,  istehsalın  şəxsi  amili  sayılan  insan 
əməyinin  bilavasitə  istehsal  prosesindəki  rolunun  dəyişməsi,  istehsal  xərcləri  anlayışının 
formalaşması və hesablanması mexanizminin üsullarına öz təsirini göstərmişdir.  
Digər tərəfdən isə sahibkara və kapital sahibinə olan münasibətdə ciddi dəyişikliklər 
baş  vermişdir.  Prinsip  etibarilə  sosial  ədalət  çağırışları  deyil,  səmərəlilik  və  mənfəət 
üzərində qurulan  bazar  münasibətləri  iqtisadi  sistemində  istehsalın təşkilatçısı,  «orkestirin 
dirijoru»  sayılan  hər  bir  sahibkar,  öz  kapitalı,  qabiliyyəti,  bacarığı  ilə  istehsal  xərclərinin 
fəal  iştirakçısı  kimi,  təbiidir  ki,  istehsalın  nəticələrindən  də  faydalanmalı  və  normal 
mənfəət götürməlidir.  
 
12.2.  İstehsal  xərcləri  öz  quruluşuna  görə  2  yerə  –  daxili  (gizli,  örtülü)  və  xarici 
(aşkar, görünən) xərclərə ayrılır.  
İstehsalın  daxili  xərcləri  dedikdə  sahibkarın,  fermerin,  şirkətin,  korporasiyanın 
mülkiyyətində  olan  iqtisadi  resursların  müəyyən  pul  ifadəsində  dəyəri  nəzərdə  tutulur. 
Buraya sahibkarın, şirkətin, fermerin torpaq sahəsi, tikinti və istehsal binaları, avadanlıq və 
dəzgahlar, müxtəlif qurğular, texnika və mexanizmlər daxildir.  
Eyni zamanda sahibkarın öz əmək və bacarığının yaxud konkret iş qüvvəsinin şirkət 
daxilindəki  tətbiqi  də  daxili  xərclərə  aid  edilir.  Çünki  hər  bir  sahibkar  öz  mülkiyyətində 
olan torpaq sahəsini,  bina  və tikintini, avadanlıq  və dəzgahları  başqasına  icarəyə  verərək, 
müəyyən  məbləğdə  gəlir  əldə  edə  bilərdi.  Bu  mənada  daxili  xərclər,  konkret  istehsal 
prosesi  gedişində,  sahibkar  yaxud  şirkət  tərəfindən  pul  sərf  edilməsini  tələb  etməyən 
xərclər hesab olunur.  
İstehsalın  xarici  xərcləri  sahibkarın  və  şirkətin  öz  normal  fəaliyyətini  təmin  etmək 
üçün  əldə  etdiyi  iqtisadi  resursların  dəyərini  pulla  ödəməsidir.  Bu  xərclərə  sahibkarın  və 
şirkətin  kənardan  cəlb  etdiyi  iş  qüvvəsinə,  aldığı  xammal,  material  və  ehtiyat  hissələrə, 
enerjiyə,  nəqliyyata,  təchizata,  reklama,  xeyriyyə  tədbirlərinə,  digər  məqsədlərə  sərf 
olunmuş pul məbləği daxildir.  
 
12.3.  İstehsal  xərcləri:  ümumi,  orta,  sabit  və  dəyişən  xərclərə  ayrılır.  Buna  bəzən 
istehsal  xərclərinin  təsnifatı  deyilir  və  istehsal  xərclərinin  müxtəlif  formaları  kimi 
səciyyələndirilir.  


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə