Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə56/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
117
 
 
 
 
 
 
 
 
 
 
Bunların əsasında formalaşan uzunmüddətli orta xərclər əyrisi (sxem IV) göstərir ki, 
istehsalın  miqyasları  böyüdükcə,  ilk  mərhələdə  orta  xərclər  azalır,  sonra  müəyyən  bir 
müddət  dəyişməz  (sabit)  qalır,  nəhayət  istehsalın  miqyaslarının  sonrakı  inkişafı,  orta 
xərclərin artmasına səbəb olur.  
İstehsalın  miqyasları  və  həcmi  ilə  bağlı  optimal  variantın  tapılması,  ilk  növbədə 
şirkətin  təyinatı,  onun  daxil  olduğu  sahənin  özünəməxsus  cəhətləri  ilə  bağlıdır.  Məsələn, 
metallurgiya, kimya, gəmiqayırma kimi sənaye sahələrində iri müəssisələrin kompleksinin 
yaradılması,  iqtisadi-sosial  baxımdan  daha  məqsədəuyğun  və  səmərəli  sayılır.  Bu  yol, 
həmin  tipli  müəssisələrdə  uzunmüddətli  dövrdə  orta  xərcləri  əhəmiyyətli  dərəcədə  aşağı 
salmağa  və  miqyas  (həcm)  effektindən  yararlanmağa  imkanlar  açılır.  Lakin  unutmamaq 
lazımdır  ki,  müəssisənin  miqyasları,  hələ  onun  səmərəli  fəaliyyətinə  və  maksimum 
mənfəətlə  işləməsinə  təminat  vermir.  Təsərrüfat  təcrübəsi  göstərir  ki,  xidmət,  istirahət, 
sağlamlıq  təyinatlı  obyektlərin  miqyasları  çox  böyük  olmasa  da  səmərəlilik  səviyyəsi 
yüksəkdir. Ona görə də bu sahələr son dövrlərdə  yerli  və xarici  iş adamlarını özünə daha 
çox cəlb edir.  
Sərbəst  rəqabət  şəraitində,  istehsalın  son  məqsədi  olan  səmərəliliklə,  onun 
hərəkətverici  qüvvəsi  sayılan  rəqabətin  ümumiyyətlə  əlaqəsinə  gəldikdə,  müəyyən  istisna 
hallarını  çıxmaq  şərtilə,  əmtəə-xidmətlərin  qiyməti  (P)  və  son  hədd  gəliri  (MR),  onların 
orta ümumi  xərclərinin  minimum səviyyəsinə uyğun  formalaşır. Həmin asılılıq  belə  ifadə 
olunur: 
P (və MR)=minimum ATC 
Aşağıdakı qrafik sxemdə, qiymət, son  hədd  xərcləri, orta ümumi  xərclər üçlüyünün 
bərabərliyi və müəyyən bir nöqtədə kəsişdiyi göstərilmişdir.  
Burada,  P  –  qiymət;  MC  –  son  hədd  xərcləri;  ATC  –  orta  ümumi  istehsal  xərcləri; 
MR – son hədd mənfəətidir.  
Qrafik  təsvirdən  aydın  olur  ki,  son  hədd  xərcləri  əyrisi  (MC),  orta  ümumi  xərclər 
(ATC) əyrisinin minimum nöqtəsində bir-biri ilə kəsişirlərsə, onlar bərabərdirlər. Buradan 
isə daha geniş mənada olan bərabərlik meydana çıxaraq belə ifadə olunur: 
IV 


Uzunmüddətli orta 
xərclər əyrisi 
III 


Orta xərclərin neytral 
miqyas effekti 
II 
Q

Orta xərclərin mənfi miqyas 
(həcm) effekti 



Orta xərclərin müsbət 
miqyas (həcm) effekti 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
118
 
 
P (və MR)=MC=minimum ATC 
Bu  bərabərlik  göstərir 
ki,  sərbəst  rəqabət  şəraiti 
cəmiyyətin  məhdud  iqtisadi 
resurslarını, 
istehlakçıların 
tələb  və  zövqləri  əsasında, 
bir 
tərəfdən 
həmin 
resursların  şirkətlər,  sahələr 
arasında  bölgüsünü,  digər 
tərəfdən 
isə 
istehsalın 
səmərəliyini təmin edir.  
 
13.4. 
Azad 
(mükəmməl, 
sərbəst) 
rəqabət  bazarının  alternativi 
yaxud 
əksi, 
qeyri-
mükəmməl  rəqabət  bazarı  tipidir.  Buraya  inhisarçı  bazar,  oliqopoliya  bazarı  və  xalis 
(mütləq) inhisarçı rəqabət bazarı daxildir.  
Ümumiyyətlə inhisar və inhisarçılıq dedikdə, bazarda kiçik bir qrupun istehsal yaxud 
satış  dairəsində  ağalığı  nəzərdə  tutulur.  Bu  qrup  əmtəə-xidmətlərin  istehsal  həcminə, 
onların təklifinə və bazar qiymətlərinin formalaşmasına güclü təsir göstərmək imkanlarına 
malikdir.  
İnhisarların  (monopoliyaların)  olması  və  ölkənin  təsərrüfat  həyatının  müəyyən 
sahələrində  aparıcı  mövqe  tutması  hadisəsi,  hələ  eramızdan  əvvəl  qədim  yunan  alimi 
Aristotel  (384-322)  tərəfindən  göstərilmişdi.  O,  Yunanıstanda  zeytun  istehsalı  və  dəmir 
məmulatları satışında inhisarların olduğunu qeyd etmişdi.  
Orta əsrlərdə  inhisarçılıq  meylləri özünü, o dövrün təsərrüfat həyatında  mühüm  yer 
tutmuş  və  müxtəlif  təyinatlı  məhsullar  hazırlayıb-satan  sexlərin  fəaliyyəti  nümunəsində 
meydana çıxarmışdı.  
Yeni  tarixi  dövrdə,  xüsusilə  XIX  əsrin  ikinci  yarısından  başlayaraq  elmi-texniki 
kəşflər,  mütərəqqi  texnologiya  bazasında  sənaye,  tikinti,  kənd  təsərrüfatı,  nəqliyyat, 
məlumat-informasiya 
sahəsindəki 
nailiyyətlər, 
istehsalın 
mərkəzləşməsi 
və 
təmərküzləşməsi  prosesləri  təməlində  iri  istehsal-xidmət  birliklərinin,  yəni  inhisarların 
(monopoliyaların, təkəlliyin)  formalaşmasını keyfiyyətcə  yeni  bir  mərhələyə qaldırmışdır. 
XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərindən  yeni  bir  vüsət  almış  bu  proses,  klassik 
modellərin  yeni  formaları,  çalarları  ilə  zənginləşərək,  bizim  günlərimizdə  də  öz 
mürəkkəblikləri, habelə ziddiyyətləri ilə davam etməkdədir.  
Xalis, yaxud mütləq inhisar (monopoliya) bir şirkətin müəyyən bir məhsulun, yaxud 
məhsullar qrupunun, xidmətin, iqtisadi resursun istehsalçısı (satıcısı) olmasıdır. Bu məhsul 
atom reaktoru, təyyarə mühərriki, futbol topu, mebel, kompüter, ov tüfəngi, qol saatı, pepsi 
ola  bilər.  Eyni  tipli  məhsulu  bir  müəssisə,  şirkət  də,  eyni  zamanda  müəyyən  sahə  də 
istehsal edib, bazara satışa çıxara bilər.  
-  Xalis (mütləq) inhisar bazarını aşağıdakı xüsusiyyətlər səciyyələndirir: 
-  Xalis inhisarçı şirkət bazara tam nəzarət edir.  
-  İstehsal olunmuş əmtəələrin, göstərilən xidmətlərin əvəzləyicisi, yaxud analoqu yoxdur.  
MC 
ATC 
Q
iym
ət
 
P=MC=minimum ATC 
(normal mənfəət) 
MR 
Məhsul 
Həcm 

Uzunmüddətli dövrdə rəqib şirkətin tarazlıq vəziyyəti 
(Qiymət=son hədd xərclərinə=minimum orta ümumi 
xərclərə) 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə