Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə52/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
109
 
 
fəaliyyətinin  optimal  variant  seçmək,  yüksək  səmərəliliyə  nail  olmaq,  daha  çox  mənfəət 
əldə  etmək  yolundakı  səylərinə  aşkar  əngəllər  yaradır.  Sahibkarlıq  və  işgüzar  biznes 
fəaliyyəti  ilə  məşğul  olan  hər  bir  şəxsin  mənfəətinin  kəmiyyəti,  onun  bu  sahədəki 
uğurlarının  xarakterik  göstəricisidir.  Mənfəətin  artması  prosesi,  məhsul-xidmətlərin 
keyfiyyətini  aşağı  salmadan,  eyni  zamanda  istehsal  xərcərinin  minimum  həddə  qalması 
prinsipinə əməl etməklə həyata keçirilməlidir.  
Deməli,  istehsal  xərcləri  ilə  şirkətin  mənfəəti  arasında  tərs  mütənasiblik  vardır. 
İstehsal  xərclərinin  kəmiyyət  baxımından,  şübhəsiz  keyfiyyətə  xələl  gətirmədən  aşağı 
salınması,  şirkətin  yaxud  sahibkarın  mənfəətinin  artmasını  təmin  edəcəkdir.  Əksinə, 
şirkətin və sahibkarın xərclərinin artması meyli, onun mənfəətinin kəmiyyətinə mənfi təsir 
göstərəcəkdir.  
Aydındır ki, konkret şəraitdən, ölkənin iqtisadi resurs imkanlarından, tələb-təklifdən, 
daxili-xarici  bazarın  vəziyyətindən,  istehsal  amillərinin  bazar  qiymətlərindən,  əhalinin 
alıcılıq  qabiliyyətindən,  dövlətin  iqtisadi  siyasətindən  asılı  olaraq,  şirkət  və  sahibkarların 
istehsal  xərcləri  ilə  onların  mənfəəti  arasındakı  asılılıq  dəyişəcəkdir.  Bu  dəyişkən  meyl 
özünü həm qısamüddətli, həm də uzunmüddətli dövrlər ərzində göstərir.  
Müasir  elmi-texniki  tərəqqi  və  təkcə  daxili  bazarda  deyil,  eyni  zamanda  dərinləşən 
əmək  bölgüsü  nəticəsində  beynəlxalq  bazarda  da  kəsginləşən  rəqabət  mübarizəsi 
reallığında,  istehsal-xidmət  dairəsinin  müxtəlif  sahələrində  xərclərlə  mənfəətin  qarşılıqlı 
nisbətinin  elə  optimal  variantları  tapılmalıdır  ki,  milli  iqtisadiyyatın  səmərəliliyi  təmin 
olunsun.  
Dünya  təcrübəsi  və  müxtəlif  istiqamətli  şirkətlərin  təsərrüfat  fəaliyyətinin  təhlili 
göstərir ki, şirkətlərin istehsal xərclərinin aşağı salınmasına, onların mənfəətinin artmasına, 
nəticə  etibarilə  məhsul-xidmətlərinin  bolluğuna,  habelə  qiymətlərin  aşağı  düşməsi 
sayəsində əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə aşağıdakı amillər bilavasitə, yaxud 
dolayı yollarla təsir edir: 
a)  istehsal-xidmət şirkətlərinin (obyektlərinin) miqyası və istehsal həcmi; 
b) müxtəlif  təyinatlı  istehsal-xidmət  müəssisələrinə  kapital  qoyuluşları,  habelə 
yönəldilməsi nəzərdə tutulan investisiyaların həcmi; 
c)  elmi-texniki nailiyyətlərin və mütərəqqi texnologiyaların tətbiqi səviyyəsi; 
d) əməyin peşə-ixtisas səviyyəsi və onun təşkilinin təkmilləşdirilməsi; 
e)  sahibkarlıq və idarəetmə qabiliyyətinin yüksəldilməsi; 
f)  kapitalın  məhsuldarlığının  yüksəldilməsi  və  onun  hansı  sahələrə  yönəldilməsinin 
müəyyənləşdirilməsi; 
g) iqtisadi  resurslardan  və  onların  əvəzləyicilərindən  istifadə  etməklə,  qənaət  rejiminin 
ardıcıllıqla həyata keçirilməsi; 
h) bazar qiymətləri və tələb-təklifin proqnozlaşdırılması zəruriliyi; 
i)  ekoloji 
cəhətdən 
təmiz 
və 
yüksək 
keyfiyyətli 
məhsulların 
istehsalının 
genişləndirilməsi; 
j)  rəqabət  mübarizəsinin  prinsiplərinə  və  antiinhisar  qanunlarının  tələblərinə  əməl 
olunması. 
Bazar münasibətləri iqtisadi sistemi və inteqrasiya prosesləri nəticəsində qloballaşan 
beynəlxalq  aləmdə,  bu  amillərdən  kompleks  şəkildə  istifadə  etməklə,  istehsalın 
səmərəliliyini optimal həddə çatdırmaq mümkündür.  
 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
110
 
 
 
Mövzu 13. 
Sərbəst rəqabət və xalis inhisarçı rəqabət 
 
13.1 
Rəqabətin mahiyyəti, tipləri və modelləri.  
13.2 
Sərbəst (azad) rəqabət bazarı və onun xüsusiyyətləri 
13.3 
Qısa və uzunmüddətli dövrlərdə şirkətlərin fəaliyyəti 
13.4 
Xalis inhisar və onun fəaliyyəti xüsusiyyətləri 
13.5 
Təbii inhisarlar və onların fəaliyyətinin tənzimlənməsi metodları 
 
13.1.  Latın  dilindən  götürülmüş  «konkurent»  sözü,  «toqquşma»,  «yarış», 
«qarşıdurma»  mənasını  verərək, rəqabət anlamında bazar  iştirakçıları arasında daha  yaxşı 
istehsal  şəraiti,  əmtəə-xidmətlərin  satışı,  yüksək  mənfəət  əldə  etmək  uğrunda  müxtəlif 
(qanuni və qanunsuz) üsullarla aparılan iqtisadi mübarizə formalarıdır.  
Rəqabətin meydana çıxması, tarixən xüsusi mülkiyyətin formalaşması və cəmiyyətdə 
əmək bölgüsünün genişlənib-dərinləşməsi nəticəsində, əmtəə-pul münasibətlərinin inkişafı 
ilə  bağlıdır.  Rəqabət  bazarın  təbiətinə  və  ruhuna  xas  keyfiyyət  kimi  alqı-satqı 
sövdələşmələrinin reallaşdırılmasında həlledici rol oynayır. Rəqabət mübarizəsi prinsipləri 
bazarda  qiymətləri,  tələb-təklifi,  istehsalın  həcmini  tənzimləyir,  məhsul  və  xidmətlərin 
bolluğunu  yaradır,  alıcıların  zövqünə,  habelə  alıcılıq  qabiliyyətinə  uyğun  dəyişiklikləri 
çevikliklə  nəzərə  alır.  Bazarda  rəqabət  mühitinin  olması  həm  istehsalçılar  arasında,  həm 
istehsalçılarla  istehlakçılar  arasında,  həm  də  istehlakçıların  (alıcıların)  özləri  arasında 
gedən aşkar-gizli mübarizəni əks etdirir.  
Rəqabət  mübarizəsi  bazar  iştirakçılarını  həmişə  tələb-təklif  dəyişikliklərini  nəzərə 
almağa  məcbur  edir,  istehsal-xidmət  dairəsinin  fəaliyyətini,  işini  təkmilləşdirməyə 
həvəsləndirir,  istehsalın  gələcək  inkişafı  üçün  işgüzar  maraq  yaradır.  Tanınmış  iqtisadçı 
alim  və  mütəxəssislər  rəqabəti  «yeniliklə  köhnəliyin  mübarizə  meydanı»  (J.Şumpeter), 
«yeni imkanlar açan bir vasitə» (F.Xayek), «istehsalın strukturunun kəmiyyət və keyfiyyət 
təkmilləşdiricisi» (C.Robinson, E.Çemberlin) kimi qiymətləndirmişlər.  
Rəqabət  mübarizəsi  mühitində  bazar  iştirakçılarının  müəyyən  uğurlar  qazanmaq 
imkanları  olduğu  kimi  eyni  zamanda  qazandıqlarını  itirmək,  hətta  tamam  müflis  olmaq 
təhlükəsi,  risqi  də  vardır.  Ona  görə  də  sahibkarlar  və  şirkətlər  həmişə  müxtəlif  istehsal-
xidmət 
məsələlərində 
bir-birini 
qabaqlamağa, 
texniki-iqtisadi 
göstəricilərini 
yaxşılaşdırmağa, reklam təbliğatından daha dolğun surətdə faydalanmağa çalışırlar.  
Belə bir mürəkkəb və ziddiyyətli, çox vaxt son iqtisadi-sosial nəticələrini əvvəlcədən 
müəyyənləşdirmək çətin olan bazar münasibətləri şəraitində aparılan qeyri-bərabər rəqabət 
mübarizəsi bəzən zəifləyib, bəzən güclənsə də, lakin heç vaxt dayanmamış, həmişə olmuş, 
indi də var, şübhəsiz gələcəkdə də olacaqdır.  
Görkəmli  iqtisadçı,  rəqabət  problemi  üzrə  məşhur  mütəxəssis  Maykl  Porterin 
(ABŞ)  işləyib  hazırladığı  ideyaya  görə  rəqabət  mübarizəsinin  5  gücü  modelini  aşağıdakı 
sxemdən görmək olar:  
Həmin  sxemdə  rəqabət  mübarizəsinin  müxtəlif  istiqamətlərini  (əmtəə-xidmətlərin 
satıcıları arasında; əvəzləyici əmtəə-xidmətlərin satıcıları arasında; bazarı xammal və hazır 
məhsillarla  təchiz  edənlər  arasında;  alıcılar  arasında)  intensivləşdirən  şərtlər  öz  əksini 
tapmışdır. 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə