Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə50/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
105
 
 
İstehsalın alternativ xərcləri – təsərrüfat həyatının hansı sahələrindən eyni xərclərlə 
daha  çox  iqtisadi  səmərə  götürülməsinin  əlverişli  seçimini,  yaxud  variantını 
müəyyənləşdirməyə imkan verir. Əgər 1 milyon manat (dollar, avro) gəliri 500 min manat 
xərc sərf etməklə maşınqayırma, yaxud daş kömür hasilatından və 300 min manat xərc sərf 
etməklə  yüngül,  yaxud kimya  sənayesindən əldə  etmək  mümkündürsə, şübhəsiz kapitalın 
bir sahədən digərinə təbii axını baş verəcəkdir.  
İstehsal  fəaliyyəti  təkcə  iş  prosesinin  təkmilləşdirilməsi  və  məhsul  buraxılışının 
artırılması  ilə  məhdudlaşmayıb,  eyni  zamanda  bu  xərclərin  başqa  sahələrlə  müqayisəsini 
tələb edir. Bu müqayisə nəticəsində, alternativ (əks) istehsal xərcləri variantı meydana çıxır 
ki,  hər  bir  sahibkar  yaxud  şirkət  daha  səmərəli  seçim  etməkdə  sərbəstdir.  İstehsalın 
strategiyasını  dəyişən  sahibkar  və  şirkət,  bu  mühüm  addımı  atmamış,  vəziyyəti  dəqiq 
faktlar,  materiallar  əsasında  hərtərəfli  təhlil  edib  müəyyən  qərara  gəlməlidir.  İstehsal 
xərclərinin müqayisəli alternativ variantı seçilərkən, təkcə sırf iqtisadi gəlir məsələsi deyil, 
işin perspektivləri, sosial nəticələri, ekoloji problemləri də nəzərə alınmalıdır.  
Alternativ  xərclər  yalnız  istehsal-xidmət  sahələrində  deyil,  insanların  ailə-məişət, 
təhsil  dairəsi  və  iş,  gəlir  və  istirahət,  vaxt  və  əyləncə  seçimlərində  də,  mənəvi-psixoloji 
dəyərlərlə  yanaşı,  iqtisadi  amil  kimi  mühüm  əhəmiyyətə  malikdir.  Çünki,  nəyi  isə  əldə 
etmək üçün, nədənsə imtina etmək lazım gəlir.  
Transaksion  xərclər  –  bazar  subyektləri  (agentləri)  arasındakı  alqı-satqı 
sövdələşmələrinə  sərf  olunan  xərclərin  məbləğidir.  Geniş  mənada  bu  xərclər  hər  bir 
iqtisadi  sistemin  əlavə  xərcləri,  dar  mənada  isə  iştirakçılarının  öz  aralarındakı 
münasibətləri tənzimləmək üçün çəkdikləri xərclərdir.  
Bu  anlayış  ilk  dəfə  1937-ci  ildə,  sonralar  Nobel  mükafatı  almış  tanınmış  iqtisadçı 
Ronold  Koyz  (İngiltərə  –  ABŞ)  tərəfindən  işlədilərək,  elmi  dövriyyəyə  daxil  edilmişdir. 
Şirkət  və  korporasiyaların  transaksion  xərcləri  3  mənbə  hesabına  formalaşır:  a)  onların 
xidmət bölməsinin xərcləri; b) daxili transaksion xərclər; c) bazar münasibətləri sisteminin 
qeyri-kamilliyi çətinlikləri və nöqsanları ilə bağlı xərclər.  
Transaksion xərclərin aşağıdakı xarakterik cəhətlərini qeyd etmək zəruridir: əvvələn, 
şirkətin  normal  fəaliyyəti  üçün  lazım  olan  məlumatların  və  materialların  toplanmasına 
çəkilən  xərclər;  sonra,  əldə  edilmiş  məlumatların  tam  olmaması  və  şübhə  doğurması  ilə 
bağlı  itgilər;  sonra,  razılaşma,  saziş  və  müqavilələrin  bağlanması  ilə  əlaqədar  danışıqlara 
sərf  olunan  xərclər;  daha  sonra,  bağlanmış  saziş  və  müqavilələrin  yerinə  yetirilməsi 
üzərində nəzarət işlərinə yönəldilən xərclər; nəhatət, mülkiyyətçinin, sahibkarın və şirkətin 
hüquqlarının  qorunub  müdafiə  olunması  proseslərinə  sərf  olunan  xərclər.  Bu  xərclər, 
şirkətin son hədd xərclərinə aid edilir.  
Müxtəlif  şirkətlərin  istehsal  xərclərinin  formalaşmasında,  qısamüddətli   
uzunmüddətli dövr anlayışları mühüm rol oynayır.  
Qısamüddətli  dövr,  istehsal  prosesi  amillərinin  bir  hissəsinin  (əsasən  dəyişən 
xərclərin),  uzunmüddətli  dövr  isə  həmin  amillərin  hamısının,  yəni  həm  dəyişən,  həm  də 
sabit  xərclərin  kəmiyyət  və  keyfiyyətcə  dəyişdirilməsini,  təkmilləşdirilməsini,  yenidən 
qurulmasını nəzərdə tutur.  
Bu  dövr  ərzində  baş  verən  dəyişikliklər  isə  ilk  növbədə  konkret  şirkətin  istehsal 
təyinatından,  onun  gücündən,  məhsul  buraxılışı  həcmindən,  texniki-texnoloji  silahlanma 
səviyyəsindən asılıdır.  


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
106
 
 
Məsələn,  kiçik  şirkət  və  məhdud  torpaq  sahəsində  fəaliyyət  göstərən  fermerlə,  iri 
maşınqayırma müəssisəsinin imkanları eyni deyildir. Lakin buna baxmayaraq, istər fermer, 
istərsə  də  iri  şirkətlər,  qısamüddətli  dövr  ərzində  yalnız  əmək  (iş  qüvvəsi),  xammal-
material,  yanacaq  kimi  dəyişən  xərclərin  hesabına,  habelə  işin  daha  bacarıqla  idarə 
olunması nəticəsində məhsul istehsalını artıra bilər.  
Şübhəsiz,  qısamüddətli  dövr  ərzində,  istehsal  prosesinin  xüsusiyyətlərindən  asılı 
olaraq,  xərclərin  quruluşunda  (ümumi,  orta,  son  hədd  xərcləri)  fərqli  dəyişikliklər  baş 
vermiş  olsa  da,  lakin  ümumi  bir  meyl  kimi  istehsalın  həcminin  artdığı  şəraitində,  ilk 
mərhələdə  orta  xərclər  azalsa  da,  müəyyən  mərhələdən  sonra  həm  orta,  həm  də  ümumi 
xərclər artacaqdır.  
Uzunmüddətli  dövr  ərzində  bütün  istehsal  xərcləri,  o  cümlədən  əmək,  xammal  və 
materiallar,  habelə  kapitalla  (əsas  fondlarla)  bağlı  məsrəflər  artır.  Bu  dövrdə  istehsal 
xərclərinin  artım  dinamikası,  ilk  növbədə  konkret  istehsal  sahəsinin  və  müəyyən  bir 
şirkətin məhsul buraxılışı həcmindən asılıdır.  
Uzunmüddətli dövr xırda, orta və iri tipli şirkətlərə öz istehsallarını genişləndirməyə, 
yeni  binalar  tikməyə,  istehsal  güclərini  artırmağa,  mükəmməl  texnika-texnologiyadan 
istifadə etməyə  imkan  yaradır. Bu prosesdə şirkət və  müəssisənin təyinatı,  məhsul  həcmi, 
bazar  konyukturası,  qiymətlərin  səviyyəsi,  onun  dəyişkənlik  miqyasları  mühüm  rol 
oynayır.  
Məsələn,  gəmiqayırma  və  kimya  sənayesi  obyektlərinin  tikintisi,  yaxud  yenidən 
qurulması  işi  xeyli  vaxt,  habelə  vəsait  tələb  edirsə,  kiçik  bir  kafenin,  yaxud  gözəllik 
salonunun  genişləndirilib  yenidən  quruması,  təbiidir  ki,  həmin  obyektlərlə  müqayisədə 
xeyli  az  vaxt  aparacaqdır.  Eyni  zamanda  şirkətin  və  müəssisənin  miqyasları,  hələ  onun 
səmərəli  fəaliyyəti  üçün  meyar  sayıla  bilməz.  Həm  də  qısamüddət  və  uzun-müddət 
anlayışları, konkret sahələrin müqayisəli təhlili baxımından şərti xarakter daşıyır.  
Uzunmüddətli  dövrün  belə  bir  xarakterik  cəhətini  qeyd  etmək  lazımdır  ki, 
qısamüddətli dövrdə istehsalın – torpaq, şirkətin miqyası, onun avadanlıq – dəzgahları kimi 
müəyyən  şərtləri sabit  və dəyişməz kəmiyyət olduğu halda, uzunmüddətli dövrdə  istehsal 
amillərinin hamısı, yaxud əksəriyyəti dəyişir.  
 
12.4. Mənfəət – hər hansı bir sahibkarlıq və işgüzar biznes fəaliyyətinin son məqsədi, 
səmərəli  nəticəsi,  ümumiləşdirici  yekunudur.  Müxtəlif  iqtisadi  sistem  və  təsərrüfat 
sahələrində  mənfəətin  kəmiyyəti,  məhsul-xidmətlərin  reallaşdırılmasından  əldə  edilmiş 
müəyyən  məbləğdə  pul  ilə,  həmin  məhsulların  ümumi  istehsal  xərcləri  arasındakı  fərqə 
bərabərdir. Bu asılılığı belə ifadə etmək olar: 
Mənfəət=Satış məbləği – Ümumi istehsal xərcləri 
Mənfəət anlayışını  xüsusi  mülkiyyət və onun  işçinin  əməyinin  istismarı  nəticəsində 
yarandığını  irəli  sürmüş  marksist  iqtisadi  mövqedən  fərqli  olaraq,  müasir  iqtisadi 
ədəbiyyatda bu anlayışın xüsusi mülkiyyətlə bilavasitə əlaqəsi tezisi düzgün sayılmır.  
Bəs  mənfəət  nədir?  Mənfəət,  ilk  növbədə  sahibkarlıq,  işgüzar-biznes  fəaliyyəti  ilə 
bağlı olub, istehsal amillərdən, yəni torpaq, əmək və kapitaldan səmərəli istifadə edilməsi 
şərtlərilə  bağlıdır.  Eyni  zamanda  mənfəət,  sahibkarın  istehsalı  idarə  etmək  qabiliyyəti, 
təşkilatçılıq  bacarığı,  risqə  getmək  cəsarəti  üçün  aldığı  haqq,  yaxud  mükafatdır.  Belə  bir 
fikir də vardır ki, mənfəət sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların, bazarda yaranan 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə