İqtisadi nəzəriyyə
ECONOMICS
103
Ümumi xərclər (Total costs – TC) – sahibkarın, şirkətin, müəssisənin, korporasiyanın
məhsul istehsalı üçün zəruri olan bütün xərclərinin cəmidir.
Orta xərclər (Averaqe costs – AC) – istehsal olunmuş hər məhsul vahidinə sərf
edilmiş xərclərdir.
Sabit xərclər (Fixed costs – FC) – istehsal olunmuş məhsulun həcmindən,
kəmiyyətindən asılı olmayaraq, dəyişməz qalan xərclərdir. Buraya istehsal binalarına,
avadanlıqlara, dəzgahlara, icarə haqqına, inzibati işçi heyətinə və sairəyə çəkilən xərclər
daxildir.
Dəyişən xərclər (Varialle costs – VC) – istehsal olunmuş hazır məhsulun həcmindən
asılı olaraq dəyişən kəmiyyətdir. Buraya xammal və yarımfabrikatlar, enerji daşıyıcıları,
işçilərə verilən əmək haqqı və digər xərclər daxil edilir.
Ümumi və orta xərclərin necə formalaşdığını, bu prosesdə sabit və dəyişən xərclərin
rolunu aşağıdakı cədvəldən görmək olar:
Sabit, dəyişən, ümumi və orta xərclərin şirkətdə formalaşması
Məhsul buraxılışı
(ədədlə)
Ümumi xərclər (min. manatla)
Orta xərclər (manatla)
Sabit
Dəyişən Ümumi
Sabit
Dəyişən Ümumi
0
100
0
100
100.000 0
100.000
100
100
120
220
1.000
1.200
2.200
200
100
240
340
500
1.200
1.700
300
100
360
460
333
1.200
1.533
400
100
490
590
250
1.225
1.475
500
100
640
740
200
1.280
1.480
600
100
810
910
167
1.350
1.517
Cədvəldən aydın olur ki, müəyyən bir məhsul (çörək, paltar, ayaqqabı, saat, parça,
sement) istehsalı artdıqca, orta istehsal xərcləri, yəni hər məhsul vahidinə sərf olunmuş
xərclər azalmağa doğru meyl edir. Rəqəmlərin təhlilindən görünür ki, orta istehsal xərcləri
200-300 ədəd mıhsul buraxılışı həcmində təxminən bir-birinə yaxındır. Lakin sonra məhsul
istehsalı 400 ədədə çatdırıldıqda, orta xərclər ən optimal variantda olur. Daha sonrakı
mərhələdə orta xərclər tədricən artmağa doğru gedir. Deməli, bu konkret misalda orta
istehsal xərcləri baxımından ən əlverişli, səmərəli variant istehsal həcminin 400 ədəd
hüdudunda olmasıdır.
İqtisadi nəzəriyyədə son hədd xərcləri, alternativ xərclər və transaksion xərclər
anlayışlarına rast gəlirik.
Son hədd xərcləri – növbəti, əlavə məhsul istehsalı (məsələn 1.000 ədəddən çox
paltar, 10 tondan artıq çörək, 50.000 metrdən əlavə parça) ilə bağlı şirkətin ümumi
xərclərinin artan kəmiyyətini göstərir. Bu xərclərin öyrənilməsi, şirkətin və korporasiyanın
təsərrüfat fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edərək, hər hansı bir istehsalın optimal
variantını müəyyən edir.
Şirkətin konkret məhsul (şəkər, televizor, mobil telefon, mebel) buraxılışı və satışı ilə
onun müxtəlif xərcləri arasındakı asılılığı, eyni zamanda şirkətin son hədd xərclərilə
bazarda formalaşan qiymətlərin səviyyəsi elə olmalıdır ki, istehsalı həmin artan həcmdə
davam etdirmək səmərəli olsun.
İqtisadi nəzəriyyə
ECONOMICS
104
Deməli, son hədd xərcləri (SHX), ümumi xərclərin artımının məhsul buraxılışının
kəmiyyətinə (həcminə) təsirini göstərir və belə ifadə olunur:
SHX =
X − X
ə
M − M
ə
Burada: SHX – son hədd xərcləri;
X – son miqdarda məhsul ilə bağlı ümumi istehsal
xərcləri;
X
ə
– əvvəlki miqdarda məhsul istehsalı ilə əlaqədar ümumi istehsal xərcləri;
M –
məhsul buraxılışının sonuncu həcmi;
M
ə
– məhsul buraxılışının əvvəlki həcmidir. Bu
asılılıq, başqa formada da ifadə oluna bilər:
SHX (Marqinal costs)MC ==
Dəyişən xərclərin artımı (∆VC)
Ümumi məhsulun (istehsalın) artımı (∆Q)
Şirkətin və koporasiyanın konkret məhsul buraxılışı ilə bağlı çəkdikləri müxtəlif
xərclər arasındakı nisbətin (asılılığın) necə dəyişdiyini aşağıdakı cədvəldən görmək olar:
Məhsul buraxılışı ilə müxtəlif xərclər arasındakı asılılıq
Məhsul
buraxılışı
(ədədlə)
Sabit
xərclər
Dəyişən
xərclər
Ümumi
xərclər
Orta
xərclər
Sabit
orta
xərclər
Dəyişən
orta
xərclər
Son
hədd
xərcləri
Qiymət
0
6.000
0
6.000
-
-
-
-
-
100
6.000
4.000
10.000
100
60
40
40
40
200
6.000
7.000
13.000
65
30
35
30
40
300
6.000
9.000
15.000
50
20
30
20
40
400
6.000
10.000
16.000
40
15
25
10
40
500
6.000
14.000
20.000
40
12
28
40
40
600
6.000
18.000
24.000
40
10
30
40
40
700
6.000
23.400
29.400
42
8,6
33,4
54
40
Cədvəldəki rəqəmlərdən aydın olur ki, son hədd xərcləri, rəqabət şəraitində bazarda
formalaşmış qiymətlərdən aşağı olduqda, şübhəsiz istehsalın həcmini artırmaq
mümkündür, həm də səmərəlidir. Cədvəldə verilmiş misal nümunəsində bu hədd 400 ədəd
(vahid) həcmindədir.
Əgər şirkətin son hədd xərcləri bazar qiymətindən yüksək olarsa, aydındır ki,
mənfəət olmayacaq, deməli istehsal səmərəsiz işləyəcəkdir. Belə halda istehsalı davam
etdirməyin iqtisadi baxımdan faydası olmayacaq və sahibkara, şirkətin təsisçilərinə zərər
gətirəcəkdir.
İstehsal prosesinin davam etdirilməsi üçün zəruri olan amillərin - dəyişən xərclərin,
hazır məhsulun həcminə nisbətən daha sürətlə artması, təbiidir ki, bir sıra problemlər
yaradır. Bazar rəqabəti mühiti və istehsal amillərinin qiymətlərindəki dəyişikliklər, istehsal
proseslərində yeni texnika-texnologiyalardan istifadə olunmasını, əmək məhsuldarılğınıın
yüksəldilməsini, sahibkarlıq bacarığının təkmilləşdirilməsini, habelə daha bir sıra konkret
şəraitlə bağlı tədbirlərin həyata keçirilməsini irəli sürür.
Bütün bu obyektiv-subyektiv amillər kompleksi hərtərəfli öyrənilib təhlil edilməli,
şirkətə və koporasiyaya elə əməli məsləhətlər, işgüzar tövsiyyələr verilməlidir ki, ayrı-ayrı
istehsal və xidmət dairəsi sahələrinin fəaliyyətinin səmərəliliyi təmin olunsun.
Dostları ilə paylaş: |