Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə45/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
95
 
 
Dünyanın  müxtəlif  ölkələrində  narkotik  maddələrin  yayılmasına,  silah  alverinə, 
ekoloji  cəhətdən  təhlükəli  məhsulların  istehsalı  və  satışına,  uşaq  və  qadın  əməyindən 
qanunsuz  yollarla  istifadəsinə  qarşı  mübarizə  tədbirləri  buna  nümunə  ola  bilər.  Xoş 
niyyətlərlə  tətbiq  olunan  bu  məhdudiyyət  və  qadağanlar,  bəzən  istehlakçı  və  şəxsiyyət 
hüquqlarının pozulması kimi qiymətləndirilir. 
Ona görə də bir sıra Avropa, Amerika və Şərq ölkələrində müəyyən edilmiş qaydalar 
əsasında,  istehlakçı  tələbi,  habelə  onun  hüquqları  nəzərə  alınmaqla,  bəzi  narkotik 
vasitələrdən, əyləncə evlərinin  xidmətlərindən, özünü  müdafiə  məqsədilə  müəyyən şərtlər 
daxilində silah satışından istifadəyə, kazinoların fəaliyyətinə icazə verilir. 
Ayrı-ayrı  ölkələrin  təsərrüfat  həyatı  təcrübəsi  göstərmişdir  ki,  alıcı  hüquqlarının 
pozulması  və  məhdudlaşdırılması,  çox  vaxt  gözlənilməz  əks  sosial-iqtisadi  nəticələrə 
gətirib  çıxarmışdı.  Məsələn,  ötən  əsrin  20-ci  illərində  ABŞ-da  və  80-ci  illərində  keçmiş 
Sovet  İttifaqında  alkoqollu-spirtli  içgilərə  qarşı  rəsmi  mübarizə  tədbirləri  uğursuzluqla 
nəticələnmişdi.  Bu  məhdudiyyət  və  qadağan  tədbirlərindən  sonra,  həmin  ölkələrdə  şərab 
məhsullarının istehsalı, satışı üzrə qanunsuz gizli fəaliyyət geniş yayılmışdır. 
Bu  faktlar  göstərir  ki,  bazar  münasibətləri  iqtisadi  sistemi  şəraitində  istehlakçı 
davranışının  tərkib  hissələri  sayılan  alıcının  üstünlük  verdiyi  meyllərə,  həvəs  göstərdiyi 
xidmətlərə  həssaslıqla  yanaşmaq  və  düşünülmüş  tədbirlər  sistemi  vasitəsilə  səmərəli 
mübarizə aparmaq mümkündür. İstehlakçı davranışını təkcə iqtisadi amillər deyil, həm də 
siyasi-ictimai  səbəblər,  mənəvi-əxlaqi  dəyərlər,  irsi-mədəni  şərtlər,  insanların  yüksək 
intelektual səviyyəsi müəyyənləşdirir. 
İstehlakçı  üstünlüyü  və  seçimi  özünün  müxtəlif  təzahür  formaları,  səmərəliliyi, 
sosial-iqtisadi  nəticələri  ilə  fərqlənir.  Məsələn,  «yamsılamaq  effekti»  –  qonşu  getdi,  mən 
qaldın prinsipinə yaxud başqasında var, nə üçün məndə olmasın psixologiyasına əsaslanır 
ki,  bunun  da  həm  müsbət,  həm  də  mənfi  nəticələri  olur.  Başqa  bir  forma  «fərqlənmək 
effekti»  adlanır.  Bu  formanın  başlıca  xüsusiyyəti,  istehlakçının  öz  davranışı  və  zövqü  ilə 
hamıdan fərqlənmək cəhtidir. Bir qrup insanın hədsiz qısa və uzun, dar yaxud gen paltara, 
hündür  dabanlı  ayaqqabılara,  bənzərsiz  saç  düzümünə  və  rənginə  üstünlük  verməsi  buna 
nümunə  ola  bilər.  «Müstəsnalıq  effekti»  isə  normal  və  sivil  insan  ehtiyacını,  istehlakçı 
tələbini  ödəmək  üçün  deyil,  fərdin  geniş  imkanlarını  göstərmək  məqsədilə,  nümayiş 
xarakteri  daşıyır.  Çox  bahalı  geyim,  qiymətli  daş-qaşla  bəzənərək  məclislərə  çıxmaq, 
istehlakçı davranışının üstünlük meylinin kəsgin təzahür formalarından biridir. 
 
11.3.  Hər  bir  istehlakçının  yaxud  alıcının  bazar  münasibətləri  iqtisadi  sistemi 
şəraitində davranışı  müxtəlif  şərtlərlə  yanaşı,  ilk  növbədə onun gəliri  və  maddi  imkanları 
ilə  bağlıdır.  Ayrıca  fərd  və  istehlakçının  konkret  gəliri,  onun  şəxsi  gəliri  adlanır.  Eyni 
zamanda  ev  təsərrüfatlarının,  şirkətlərin,  müəssisələrin,  korporasiyaların,  milli  gəlir 
formasında ölkənin də gəliri olur. İstehlakçının  bazardakı davranışı  və rəftarının, öz tələb 
və  ehtiyaclarını  hansı  səviyyədə  ödəyə  bilməsinin  maddi  əsası,  mənbəyi  onun  şəxsi 
gəliridir.  
Şəxsi  gəlir  (Personal  inkome  –  Pİ)  əldə  edilmiş  müəyyən  məbləğ  vəsaitdən  vergi 
ödənişlərini  çıxdıqdan,  sonra  xərclənən,  yaxud  əmanət  kimi  saxlanılan  pulun  miqdarı  və 
kəmiyyətidir.  Əhalinin  və  ayrı-ayrı  şəxslərin  gəlirləri  ölkə  iqtisadiyyatının  ümumi  inkişaf 
səviyyəsindən,  istehsal-xidmət  dairəsinin  sahə  quruluşundan,  iqtisadi  resurslarla  təmin 
olunmasından,  milli  gəlirin  bölgüsü  və  yenidən  bölgüsündən,  vergi  dərəcələrindən, 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
96
 
 

30 
20 
10 
40  500  60 










10 
C  
C  





Ərzaq məhsulları 
Büdcə xətti=600 manat 
P
al
ta

(kos
tyu
m

minimum  və  orta  əmək  haqından,  güzəşt  və  yardımlardan,  pensiya  təminatından, 
hökumətin sosial siyasətindən asılıdır.  
Şəxsi gəlirlərin həcmindən və formalaşdığı mənbələrdən asılı olmayaraq, bu anlayış 
müəyyən bir kəmiyyət kimi məhduddur. Bazarda bu gün alıcı, sonra isə satıcı kimi iştirak 
edən  subyektlərin  gəlirləri  sonsuz  bir  kəmiyyət  olmayıb,  zaman-məkan  daxilində  konkret 
məbləğdir. Bu mənada şəxsi gəlir, onun həcminin az-çoxluğundan asılı olmayaraq, qapalı 
bir  dairənin  məhdud  sahəsini  xatırladır.  Gəlirlərin  artıb-azalması  prosesi,  müəyyən 
hüdudlar  daxilində  baş  verdiyindən,  şəxsi  gəlirin  konkret  nisbi  dairə  yaxud  çevrə 
məhdudluğu həmişə reallıqdır.  
Şəxsi  gəlir,  hər  bir  istehlakçının  konkret  büdcəsi,  onun  imkanları,  xərcləri,  yığımı, 
nəhayət büdcəsinin məhdudluğu ilə səciyyələnir. İqtisadi anlayış olan büdcə məhdudluğu 
dedikdə, istehlakçının alıcılıq qabiliyyətinin, onun gəlir imkanları ilə bağlı müəyyən hədd 
və hüdud daxilində olduğu başa düşülür.  
Fərz  edək  ki,  tələbənin-şagirdin  həftə  ərzində  büdcəsi  14  manat  (dollar) 
həcmindədirsə,  o  bu  məbləği  öz  seçimi  əsasında  ərzaq  məhsulları  ilə  digər  xidmət  və 
əyləncələr (tamaşa, idman yarışları, internet) arasında aşağıdakı variantlarda xərcləyə bilər:  
 
Variantlar 
Ərzaq məhsulları  
vahidinin qiyməti  
(1 manat) 
Xidmət və 
əyləncələrin 
qiyməti (2 manat) 
Cəmi 
xərclər 
(manatla) 

14 

14 
II 
12 

14 
III 
10 

14 
IV 


14 



14 
VI 


14 
VII 


14 
 
Tələbənin-şagirdin  bir  istehlakçı  kimi  həftəlik  xərclərinin  göstərilən  variantlar  üzrə 
bölüşdürülməsi,  büdcə  məhdudluğu  anlayışı  ilə  bağlıdır.  Bu  anlayış  göstərir  ki, 
istehlakçının  gəlirlərindən  formalaşan  büdcəsi  müxtəlif  variantlarda  sərf  olunsa  da,  son 
nəticə etibarilə onun xərclərinə bərabərdir.  
İstehlakçı davranışını daha yaxşı başa düşmək üçün iqtisadi nəzəriyyədə büdcə xətti 
və  etinasızlıq  (bitərəflilik,  laqeydlik)  əyrisi 
anlayışlarından  istifadə  olunur.  Büdcə  xətti  – 
istehlakçının  müəyyən  məbləğ  pula,  müxtəlif 
əmtəə-xidmətləri  seçib  almaq  imkanıdır.  Sadəlik 
naminə fərz etsək ki, konkret istehlakçı 600 manat 
həcmində  olan  aylıq  gəlirini  ərzaq  məhsulları  və 
paltar  kimi  2  qrup  məhsullara  xərcləyirsə  (ərzaq 
məhsulları  səbəti  10  manat,  paltar-kostyum  60 
manat  olmaqla)  büdcə  xətti  aşağıdakı  sxemdə 
göstərilən kimi olacaqdır: 
Sxemdə  AB  xətti,  büdcə  xətti  kimi 
istehlakçı (alıcı)  imkanlarının real  hüdudlarını  və  büdcə  məhdudluğunu göstərir. CC xətti 
istehlakçının  öz  büdcə  imkanlarından  az  xərcləyərək  qənaət  etdiyini; 
  xətti  isə 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə