Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə44/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
93
 
 
Lakin  insanların  tələbatları  nə  qədər  müxtəlif  və  sonsuz  olsa  da,  şübhəsiz  bunun 
müəyyən nisbi bir həddi vardır. Həyat təcrübəsindən məlumdur ki, qızmar yay günündə 1-
2  stəkan  sərin  suyun,  ac  adama  bir  qismət  çörəyin,  ürək  çatışmazlığından  əziyyət  çəkən 
xəstəyə  müvafiq  dərmanın  gətirdiyi  rahatlıq  və  ruhi-psixoloji  sakitliyin  faydalılığı 
böyükdür,  bəlkə  də  həlledicidir.  Sonrakı,  yəni  əlavə  su,  qida  dərman  qəbulunun  əvvəlki 
faydalılığı  və  istehlakçıya  gətirdiyi  rahatlıq,  razılıq  dərəcəsi  (əmsalı)  tədricən  aşağı 
düşəcəkdir. Bu meyl, faydalığın azalması qanunu adlanır. 
Deməli  əmtəələrin-xidmətlərin  faydalılığı  ilə  onların  həcmi  və  miqdarı  (kəmiyyəti) 
arasında  tərs  mütənasiblik  vardır.  Əmtəə  və  xidmətlərdən  ardıcıl  istifadə  prosesində  hər 
sonrakı,  yəni  əlavə  istehlak  kəmiyyəti,  həmin  əmtəə-xidmətlərin  faydalılıq  həddini  aşağı 
salır.  Nizami  Gəncəvinin  dediyi  kimi  insanın  müəyyən  bir  nemətdən,  əməldən  fayda 
götürməsi üçün: «Hər qərar vaxında verilsin gərək». 
Faydalılıq  nəzəriyyəsi  iqtisad  elminin  inkişafında  mühüm  rol  oynamışdır.  XVIII 
meydana  çıxmış  bu  elmi-nəzəri  istiqamətin  müəyyən  ideyaları  İ.Bentam  (1748-1832), 
A.Smit  (1723-1790),  U.Cevons  (1835-1882)  kimi  görkəmli  iqtisadçı  və  sosioloqların 
əsərlərində  öz  əksini  tapsa  da,  onun  əsl  təhlili  marjinalizm  (faydalılıq)  məktəbinin 
nümayəndələri  sayılan  K.Menger  (1840-1921),  L.Valras  (1834-1910),  V.Pareto  (1848-
1923) və başqaları tərəfindən yaradıcılıqla inkişaf etdirilmişdir. 
Marjinalistlər  faydalılıq  həddi  anlayışını  izah  edərkən,  əmtəə-xidmətlərin  qiymətini 
onlara  sərf  olunmuş  əməyin  kəmiyyəti  və  ümumi  istehsal  xərcləri  ilə  deyil,  həmin 
məhsulun  konkret  alıcıya  (fərdə,  şəxsə,  subyektə)  gətirdiyi  faydalılığa  üstünlük 
vermişlər.  Başqa  sözlə,  ayrı-ayrı  əmtəə  və  xidmətlərinin  qiymətinin  əsl  meyarı,  ölçüsü, 
dəyəri həmin məhsulun yaxud xidmətin konkret alıcı üçün faydalılığıdır. Deməli, faydalılıq 
həddi nəzəriyyəsi əmtəə-xidmətlərin qiymətinin əmələ gəlməsini istehsalın və istehsalçının 
fəaliyyəti,  xərcləri,  risqi  baxımından  deyil,  satılan  məhsulun,  yaxud  göstərilən  xidmətin 
konkret alıcıya (istehlakçıya) faydalılığı baxımından təhlil edib öyrənir. 
Marjinalist  mövqeyə  görə,  müəyyən  bir  məhsulun  yaxud  xidmətin  hər  sonrakı 
kəmiyyətinin  təkrar  istehlakından  (istifadəsindən)  alınan  əlavə  fayda  –  faydalılıq  həddi 
adlanır  və  əmtəə-xidmətlərin  qiyməti,  həmin  ən  aşağı,  adiləşən  zəruri  tələbat 
səviyyəsindəki faydalılıqla müəyyən olunur. 
Onların  fikrincə,  faydalılıq  və  qiymət  eyni  anlayış  deyildir.  Bu  iki  anlayış  arasında 
oxşarlıq əlaqəsi var, lakin bərabərlik və eyniyyət yoxdur. Təcrübədən aydındır ki, çörəyin 
qiyməti ac adamın,  suyun qiyməti  isə hədsiz susamış adamın  ilkin  «aclıq» və  «susuzluq» 
halının-vəziyyətinin  hökm  etdiyi  qiymətlə  deyil,  çörəyin  və  suyun  normal  zəruri  tələbatı 
ödəyən sonuncu vahidinin (miqdarının, kəmiyyətinin) adiləşən faydalılığı ilə ölçülür. 
İqtisad elmi tarixində faydalılıq (marjinalizm) nəzəriyyəsinin işlənib hazırlanmasında 
Avstriya iqtisadçısı Karl Menger mühüm rol oynamışdır. O, müxtəlif məhsulların konkret 
faydalılıq həddini aydınlaşdırmaq üçün aşağıda verilmiş cədvəli tərtib etmişdir: 
 
Müxtəlif məhsulların faydalılıq həddi 
 
İstehlak olunmuş məhsulların 
istifadə pillələri 
Faydalılıq həddi ilə qiymətləndirmə 
Çörək 
Pendir 
Banan 

10 


II 





İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
94
 
 
III 



IV 







VI 



VII 



VIII 



 
Cədvəldən  bir  daha  aydın  olur  ki,  istehlakçının  sonrakı  hər  istifadəsi  pilləsində 
məhsulun  kəmiyyəti  artsa  da,  lakin  istehlakın  faydalılıq  səviyyəsi  yaxud  dərəcəsi  aşağı 
düşür.  Tərs  mütənasiblik  əsasında  qurulan  bu  nisbət  nəticəsində,  istehlak  olunmuş 
məhsulların miqdarı artsa da, faydalığı azalır. 
K.Mengerin  fikrincə,  hələ  lap  qədim  vaxtlardan,  Aristoteldən  başlayaraq  – 
məhsulların  mübadiləsinin  əsasında  onların  bərabərliyinin,  təxminən  eyni  dəyərliyinin 
durduğunu  söyləmək  doğru  deyildir.  Çünki,  «insanların  mübadilə  (alqı-satqı)  cəhdləri, 
səyləri o zaman baş tutur ki, bir subyektdə (nəfərdə) olan məhsul, həmin adam üçün başqa 
subyektdə  (şəxsdə)  olan  məhsuldan  daha  az  faydalıdır,  yaxud  arzu  ediləndir».  Sonralar 
A.Marşall  əmtəə-xidmətlərin  qiymətinin  formalaşmasında  həm  istehsal  xərcləri,  həm 
faydalılıq, həm də digər amillərinin rolu olduğu konsepsiyasını irəli sürüb əsaslandırmışdır. 
 
11.2.  Cəmiyyətin,  istehsal-xidmət  dairəsinin,  xüsusilə  də  insanların  iqtisadi 
tələblərinin əhatə dairəsi geniş və məzmunu isə olduqca zəngin, habelə müxtəlifdir. Zaman 
keçdikcə,  onların  aldıqları  təlim-tərbiyə,  təhsil,  peşə-sənət  yönümü,  zövq  və  mədəni 
səviyyəsi dəyişdikcə, təbiidir ki, bir istehlakçı kimi alıcıların tələbləri, faydalılıq haqqında 
təsəvvürləri,  hansı  əmtəə-xidmətlərə  üstünlük  vermək  meylləri,  nəhayət  gəlirləri  – 
imkanları  daxilində  seçimləri,  hökmən  dəyişir.  İstehlakçının  müəyyən  əmtəə-xidmətlərə 
üstünlük  verməsi  onun  gəliri  ilə  bağlı  olduğu  kimi,  eyni  zamanda  imkanları  xaricində  də 
ola  bilər.  İstehlakçı  daha  rahat  mənzildə  yaşamağa,  ailəsi  ilə  birlikdə  səyahətə  çıxmağa, 
son  markalı  avtomobilə  sahib  olmağa  üstünlük  versə  də,  lakin  bu  arzular  onun  real 
imkanlarına  uyğun  olmaya  bilər.  İstehlakçının  imkan  və  qiymətlərdən  asılı  olmayan, 
alıcının  real  tələblərinə  uyğun  gəlməyən  üstünlük  davranışı  meylləri  saf,  ideal,  xəyal, 
yaxud təmiz üstünlük adlanır. 
Alıcının  ona  eyni  təyinatlı  əmtəə-xidmətlər  arasında,  öz  seçimində  nəyə  üstünlük 
verəcəyini  müəyyənləşdirmək,  əlbəttə  çətindir.  Çünki,  nəyə  isə  üstünlük  vermək  və  son 
seçim etmək, istehlakçının «suveren hüququdur». Real həyatda, normal istehlakçı davranışı 
prinsipləri  ilə  hərəkət  edən  və  yaşayan  hər  bir  alıcı  öz  gəliri  –  imkanı  daxilində,  bəyənib 
üstünlük  verdiyi,  habelə  faydalı  hesab etdiyi, səmərəli saydığı əmtəə-xidmətlər seçimində 
tam  sərbəstdir.  Bu  mənada  istehlakçı,  bazarın  «baş  qəhrəmanı»  və  alqı-satqı 
münasibətlərinin həlledici tərəfidir. 
Nəzərə  almaq  lazımdır  ki,  müəyyən  bir  zərurət  yarandıqda,  məsələn  müharibələr 
zamanı, təbii  fəlakətlər  baş  verdikdə,  fövqəladə  vəziyyət elan olunduqda, ölkənin  iqtisadi 
təhlükəsizliyi  ilə  bağlı  tədbirlər  həyata  keçirildikdə,  istehlakçıların  hüquqları 
məhdudlaşdırıla,  hətta  qadağanlar  tətbiq  oluna  bilər.  Rəsmi  dairələrin  bu  istiqamətdəki 
addımları  insanların  sağlamlığını  qorumaq  və  milli  adət-ənnənələrə  hörmətlə  yanaşmaq 
arzusu, habelə tələbi ilə izah olunsa da, təssüf ki, cəmiyyətin müxtəlif təbəqələri tərəfindən 
birmənalı qəbul olunmur. 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə