Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə42/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
88
 
 
E =
∆Q
Q
∶  
∆P
P
=  
∆Q ∙ P
Q  ∙ ∆P
  ∙ 100% 
 
Burada 
∆Q  – təklif  olunan  əmtəə-xidmətlərin  səviyyəsindəki  dəyişikliyi;  Q  – təklifin 
ilkin səviyyəsini; 
∆P – qiymətin dəyişmiş səviyyəsini; P – qiymətin  ilkin səviyyəsini; E  – 
təklifin  qiymətlə  bağlı  elastiklik  səviyyəsini  göstərir.  Bu  formuldan  aydın  olur  ki,  təklifin 
elastikliyi  ilə  tələbin  elastikliyi  arasında  zahiri  bir  oxşarlıq  vardır.  Lakin  bu  yalnız  zahiri 
xarakter  daşıyır,  mahiyyət  etibarilə  həmin  formullar  tamamilə  fərqlidirlər.  Təsadüfü 
deyilməmişdir  ki,  əgər  hadisələrin  təzahürü  ilə  onların  mahiyyəti  üst-üstə  düşüb,  eyni 
olsaydı, o zaman heç bir elmi axtarış və təhlilə ehtiyac qalmazdı.  
Bu  mənada  yuxarıdakı  oxşarlıq  və  bənzəyişin  mahiyyətinə  diqqət  yetirilsə,  şübhəsiz 
fərq  aydın  olar.  Həmin  fərq  isə  bundan  ibarətdir  ki, 
∆Q tələbin  elastikliyi  formulunda  alıcı 
tərəfindən  tələb  olunan  məhsulun  dəyişkənliyi  səviyyəsini  göstərir.  Təklifin  elastikliyi 
formulunda isə 
∆Q kəmiyyəti satıcı (istehsalçı) tərəfindən təklif olunan əmtəə və xidmətlərin 
həcm səviyyəsinin dəyişkənliyini göstərir.  
Təklifin  həcmi  və  miqdarı  ilk  növbədə satışa çıxarılan  məhsulların, habelə göstərilən 
xidmətlərin  bazar  qiymətlərindən  asılıdır.  Aydındır  ki,  başqa  şərtlər  dəyişməz  qaldıqda 
qiymətlərin  yüksək  olması,  istehsalçıları  daha  çox  əmtəə-xidmətlər  hazırlayıb  bazara 
çıxarmağa  həvəsləndirəcəkdir.  Əksinə  bazarda  qiymətlərin  aşağı  düşməsi  meyli, 
istehsalçıların  gəlirlərini  azaltdığından,  təbiidir  ki,  onlar  tədricən  bazara  daha  az  əmtəə-
xidmətlər  çıxarmaqda  maraqlı  olacaqlar.  Belə  bir 
asılılıq və qarşılıqlı təsir nəticəsində, qiymətlə bağlı 
təklifin  elastiklik  səviyyəsi  müəyyənləşdirilir. 
Məhz  bu  əsasda  hesablamaq  mümkündür  ki, 
konkret 
vaxt, 
zaman 
kəsiyində 
ayrı-ayrı 
məhsulların 
və 
xidmətlərin 
istehsalı, 
bazar 
qiymətlərinin 
dəyişməsinə 
nə 
dərəcədə 
həssasdırlar.  
Bazar  qiymətlərində  baş  verən  ucuzlaşma 
məhsulların istehsalını tədricən aşağı salırsa, yaxud 
bazarda qiymətlərin bahalaşması əmtəə-xidmətlərin 
həcminin  artmasına  səbəb  olursa,  deməli  təklif 
elastikdir.  Əksinə,  bazara  çıxarılan  məhsulların 
həcminin sabitliyi şəraitində, bunların hər hansı bir 
qiymətə satışı təklifin qeyri-elastik olduğunu göstərir.  
Məsələn,  özünün  mövsüm  ərzində  yetişdirdiyi  məhsulu  (meyvə,  taxıl,  tütün)  bazara 
çıxaran fermerin, nadir sənət əsərini hərraca çıxaran şirkətin; ata-baba mülkünü satan şəxsin 
təklifi, bunların satış qiymətindən asılı olmayaraq, qeyri-elastik xarakter daşıyacaqdır. Çünki, 
onların  satışa  çıxardıqları  məhsul  və  obyektlərin  kəmiyyəti  (həcmi)  sabitdir,  dəyişməzdir. 
Əgər, müəyyən vaxt keçdikdən sonra fermerin mövsüm ərzində yetişdirdiyi məhsulun, nadir 
rəsm  yaxud  sənətkarlıq  əsərinin  qiyməti  qalxıb-ensə  də,  bunların  istehsalını  qısa  müddət 
ərzində  təşkil  etmək  çətin,  hətta  mümkün  olmadığından,  təklif  qeyri-elastikliyində 
qalacaqdır. Ona görə də elastiklik əyrisi, aşağıdakı sxemdə göstərilən kimi şaquli (vertikal) 
xətt vəziyyətində olacaqdır:  
 

 
 
 
 
 


 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
89
 
 
Burada  Q  –  təklif  olunan  məhsulu;  P  –  qiyməti; 
Q   –  təklif  olunan  məhsulun  konkret 
həcmini; 
P  – ilkin qiyməti; P  – sonrakı qiyməti; D  – ilkin tələbi; D  – sonrakı tələbi; S
m
 – 
təklifi göstərəcəkdir.  
Təklifin  elastiklik  səviyyəsi  eyni  zamanda  vaxt  amilindən  həlledici  dərəcədə  asılıdır. 
Yuxarıda göstərilən cari bazar  müddəti dövründə (bəzən bu qısamüddətli dövr adlandırılır) 
təklif  qeyri-elastikdir  və  onun  əyrisi  şaquli  xətt  boyuncadır.  Buna  səbəb  vaxt  məhdudluğu 
üzündən təklifin həcminin artırılmasının mümkün olmamasıdır.  
Lakin müəyyən vaxt keçdikdən sonra nisbi mənada qısa, orta, uzun zaman kəsiyində, 
bazarda  yaranan  tələb  və  qiymətlərin  yüksəlməsi  nəticəsində,  istehsal-xidmət  sahələrinin 
genişlənməsi, habelə təklifin artması qanunauyğun bir haldır.  
Sonrakı  orta  yaxud  qısamüddətli  və  nisbətən  daha  uzunmüddətli  dövr  ərzində 
istehsalın  intensivləşdirilməsi, habelə  istehsal güclərinin genişləndirilməsi  hesabına, təklifin 
həcminin  xeyli artırılması  mümkündür. Belə vəziyyətdə təklifin elastikliyi  xeyli artacaq və 
təklif  əyrisi  əvvəlkindən  fərqlənərək  sağa  doğru  meyl  edəcəkdir.  Bunu  aşağıdakı  qrafik 
təsvirlərdən görmək olar.  
 
  
 
 
Tələb  və  təklifin  elastikliyi  məsələsi  təkcə  nəzəri  deyil,  eyni  zamanda  təsərrüfat 
fəaliyyəti  üçün  əməli  əhəmiyyətə  malikdir.  Bazarda  formalaşmış  tələb  və  təklifin  qiymət, 
habelə gəlirlə bağlı elastiklik səviyyəsi haqqında kifayət qədər məlumata malik olmadan ev 
təsərrüfatlarının,  şirkətlərin,  korporasiyaların  işini  səmərəli  təşkil  etmək,  onların  gələcək 
perspektivlərini müəyyənləşdirmək çətindir.  
Xüsusilə  istehsalın  inkişafı  sayəsində,  bazara  çıxarılan  məhsulların-xidmətlərin 
təklifinin artması, ilk növbədə əlavə xərclərlə bağlı olduğundan, müasir dövrdə iqtisad elmi 
və nəzəriyyəsinin aktual problemlərindən birinə çevrilmişdir. Ona görə tələb-təklifin istehsal, 
satış,  qiymət,  xərclər,  gəlirlə  bağlı  məsələləri  böyük  maraq  doğurur.  Bu  mənada  təklifin 
elastikliyi  göstərir  ki,  bazarda əmtəələrin-xidmətlərin  qiymətlərinin  bahalaşması  meylindən 
əldə edilən gəlir, təklif olunan məhsulların istehsalını artırmaq üçün çəkilmiş xərclərdən çox 
olarsa təklif elastik, az olarsa qeyri-elastik sayılacaqdır.  
İqtisadi  nəzəriyyədə  təklifin  elastikliyinin  aşağıdakı  müxtəlif  variantları  qrafik  sxem 
şəklində belə təsvir olunur:  
 
 
 
 
 

 
 
 
 
 
 


 
Uzunmüddətli dövr 

 
 
 
 
 
 


 
Qısamüddətli 
(ortamüddətli) dövr 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə