İqtisadi nəzəriyyə
ECONOMICS
80
Üçüncüsü, mikroiqtisadi təhlil insanların konkret şərait və vəziyyətdən, habelə onların
maddi imkanlarından, gəlirlərindən asılı olaraq, hansı iqtisadi qərarlar qəbul etmələrinin səbəb-
nəticə əlaqələrini aydınlaşdırır.
Dördüncü, bazarlarda qiymət enib-qalxmaları əsasında, tələb-təklifin dəyişkənliyi və
qiymətlə bağlı həm tələbdə, həm də təklifdə baş verən elastiklik proseslərini tədqiq edir.
Beşincisi, istehsal xərclərinin minimum hədd səviyyəsində (məhsulun-xidmətin
keyfiyyətinə xələl gətirmədən) saxlamaqla, təsərrüfat vahidinin fəaliyyətindən son məqsəd
kimi maksimum (ən yüksək) mənfəət əldə olunmasının müxtəlif variantlarını araşdırır.
Altıncısı, bazarın quruluşu və orada gedən rəqabət mübarizəsinin strategiyası, habelə
taktikasının müxtəlif formaları, qisamüddətli və uzunmüddətli rəqabət mübarizəsinin
özünəməxsus cəhətləri, perspektivləri izah edilir.
Yeddincisi, ümumi tarazlıq modelinin müasir inhisarçı rəqabət, alıcı psixologiyası və
davranışı, beynəlxalq iqtisadi-ticarət əlaqələri, iqtisadi inteqrasiya, habelə qloballaşma
proseslərinin tədricən gücləndiyi bir şəraitdə, dəyişkən meylləri təhlil olunur.
Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən vəzifələrin həyata keçirilməsi gedişində bir
sıra problemlərin meydana çıxması, mikroiqtisadi nəzəriyyənin hüdudlarını müəyyən qədər
məhdudlaşdırır. Həmin məhdudiyyətlər sırasında: məlumat-informasiya bazasının fərqliliyini
(asimmetrik informasiya), dövlətin iqtisadi siyasətinin nə dərəcədə səmərəli olmasını,
obyektiv-subyektiv səbəblərlə bağlı insanların əvvəlki iqtisadi qərarlarını dəyişməsi, habelə öz
alıcı davranışlarında ziddiyyətlərə yol vermələrini göstərmək olar.
9.3. Mikroiqtisadi nəzəriyyə kursunun əhatə etdiyi problemlərin geniş tədqiqat dairəsini,
obyekt-subyektlərini, predmet-metodlarını, məqsəd və vəzifələrini nəzərə alaraq, onun
öyrənilməsinin aşağıdakı quruluşda, məntiqi bir ardıcıllıqla tədrisi məqsədəuyğun sayılmışdır:
Kursun məqsədi, vəzifələri və strukturu.
Tələb, təklif, qiymət və elastiklik.
İstehlakçı davranışı nəzəriyyəsi.
İstehsal xərcləri və mənfəət.
Sərbəst rəqabət və xalis inhisarçı rəqabət.
İnhisarçı rəqabət və oliqopoliya rəqabəti.
Əmək haqqı, renta, faiz və mənfəət.
Ümumi tarazlıq nəzəriyyəsi və bazar iqtisadi sisteminin fəaliyyəti.
Bu ümumiləşdirilmiş mövzular üzrə mikroiqtisadiyyat kursunun tədrisi prosesində
öyrənilən problemlərin təhlilində, həmin məsələlərin yeri gəldikcə makroiqtisadiyyatla və
digər elm sahələri (iqtisadi tarix, iqtisadi təlimlər tarixi, hüquq, tarix, fəlsəfə) ilə qarşılıqlı
əlaqələrinə diqqət yetirilmişdir. Xüsusilə mikroiqtisadiyyat kursunun iqtisadi nəzəriyyənin
(economicsin) digər bölmələri (iqtisadiyyata giriş, makroiqtisadiyyat, müasir beynəlxalq
iqtisadi problemlər) ilə vahid kompleks şəkildə əlaqəli izahı prinsipi gözlənilmişdir.
Aydındır ki, tarixən vahid bir elmi sistem kimi formalaşmış iqtisadi nəzəriyyənin
sonralar ayrılmış müasir bölmələri arasında «Çin səddi» yoxdur və yalnız onların qarşılıqlı
əlaqə, habelə bir-birinə təsiri müstəvisində öyrənilməsi prosesi, şübhəsiz mikroiqtisadiyyat
kursunun tələbələr tərəfindən daha mükəmməl surətdə mənimsənilib dərk olunmasını təmin
edə bilər.
İqtisadi nəzəriyyə
ECONOMICS
81
Mövzu 10. Tələb, təklif, qiymət və elastiklik
10.1. Tələb və tələb qanunu
10.2. Təklif və təklif qanunu
10.3. Tələblə təklifin tarazlığı və tarazlıq qiyməti
10.4. Elastiklik anlayışının mahiyyəti və elastiklik vahidi
10.5. Tələbin elastikliyi və formaları
10.6. Təklifin elastikliyi və onun xüsusiyyətləri
10.1. Bazar münasibətləri iqtisadi sistemində tələb istehsalın canı, onun pozulmaz,
lakin dəyişkən qanunu və bazar mexanizmi fəaliyyətinin tərkib hissəsidir.
İqtisadi nəzəriyyə baxımından tələb – alıcının müəyyən vaxt ərzində, hər hansı bir
əmtəə yaxud xidmətdən müəyyən qiymətə və müəyyən miqdarda əldə etmək imkanıdır.
Şübhəsiz, tələb və tələbat anlayışlarını bir-birindən fərqləndirmək lazımdır. Cəmiyyətin,
ailənin və hər bir insanın tələbatı sonsuzdur və bu arzu, istək, nəyi isə əldə etmək həvəsi
təbiidir. Tələbə gəldikdə isə konkret imkan və nağd pulla məhdudlaşan konkret tələbatdır.
Tələb yalnız sərəncamda mübadilə üçün müəyyən vəsait və imkanlar olduqda gerçəkləşə
bilər. Eyni zamanda tələbatla tələb arasında dialektik bir asılılıq və səbəb-nəticə əlaqəsi
vardır. Əgər tələbatı dairə yaxud çevrə kimi təsəvvür etsək, tələb onun bir hissəsi (seqmenti)
olacaqdır.
İqtisadi nəzəriyyədə ödəniş qabiliyyətli tələb anlayışından istifadə olunur. Ödəniş
qabiliyyətli tələb, müştərilər tərəfindən müxtəlif təyinatlı əmtəələrin alınmasına və onlara
göstərilən xidmətlərdən istifadə edib, faydalandıqlarına görə sərf olunmuş müəyyən pul
məbləğidir. İnsanların ehtiyac və tələblərini isə fiziki, sosial, mədəni-mənəvi, intelektual
kimi qruplara ayırmaq olar. Bu mənada insanlar həmişə müxtəlif tələblərin əhatəsində
yaşayır və bunları ödəməyə çalışırlar.
Bazar münasibətləri iqtisadi sistemi şəraitində tələbin ödənilməsinin və dəyişməsinin
əsas səbəbi, ölkədə qiymətlərin ümumi səviyyəsi, habelə əhalinin gəlirləridir. Bununla
yanaşı, tələbə qeyri-qiymət amilləri də, məsələn istehlakçı zövqü, əvəzləyici əmtəə-
xidmətlərin olması, ailə üzvlərinin sayı, reklam təbliğatı, müxtəlif şayələrin yayılması,
müharibə vəziyyəti, təbii fəlakətlər, fövqəladə hallar da təsir göstərə bilir.
Təsərrüfat həyatının obyektiv inkişaf qanunları sayılan və insanların məqsədyönlü,
şüurlu fəaliyyəti nəticəsində reallaşan iqtisadi qanunlar arasında tələb qanunu mühüm yer
tutur. Tələb qanunu, başqa şərtlər dəyişməz qaldıqda, bazarda qiymətlərin enib-qalxması
nəticəsində, tələbin həcminin dəyişkənliyi nisbətini göstərir. Başqa sözlə, qiymətlərin aşağı
düşməsi tələbi artırır, əksinə qiymətlərin artması prosesi isə tələbin aşağı düşməsinə səbəb
olur.
Deməli, əmtəələrin-xidmətlərin bazar qiyməti ilə onlara uyğun formalaşan tələb
arasında tərs mütənasiblik (nisbət) vardır. Müxtəlif ölkələrin və iqtisadi sistemlərin
təsərrüfatçılıq təcrübəsində tələblə qiymət arasındakı bu tip asılılıq, habelə dəyişmə meyli,
iqtisadi nəzəriyyədə tələb qanunu adlanır.
Qiymətlərdəki enib-qalxma dəyişiklikləri, tələblə əlaqədar gəlir səmərəliliyi və
əvəzetmə səmərəliliyi anlayışları ilə bağlıdır. Birinci halda qiymətlərin aşağı düşməsi meyli,
əhalinin real gəlirlərini artıraraq, başqa məhsullardan imtina etməməklə yanaşı, ucuzlaşmış
Dostları ilə paylaş: |