İqtisadi nəzəriyyə
ECONOMICS
82
əmtəə-xidmətlərdən daha çox əldə etməyə imkan yaradır. İkinci halda, qiymətlərin
yüksəlməsi və bahalaşma şəraitində alıcılar daha ucuz olan əvəzedici əmtəə-xidmətlər əldə
etməyə üstünlük verirlər.
10.2. İqtisadi nəzəriyyənin əsas anlayışlardan biri olan təklif, müəyyən dövr ərzində
bazarda olan, yaxud bazara çıxarıla bilən (yolda olan, anbarlarda saxlanılan) əmtəələrin-
xidmətlərin kəmiyyəti (həcmi, miqdarı), yaxud pul ifadəsində dəyəridir.
Bazarın tələbə əks qütbünü təşkil edən təklif anlayışı, öz məzmunu və xarakterinə görə
dinamik hərəkətdə olur. İstehsal və xidmət dairəsi ilə sıx bağlı olan təklif, eyni zamanda
onlardan xeyli dərəcədə fərqlənir. İstehsal prosesi maddi nemətlərin hazırlanması ilə
bilavasitə bağlı olduğu halda, təklif əmtəə-xidmətlərinin mübadiləsi, satışı, reallaşdırılması
münasibətlərini əks etdirir.
Qeyd etmək zəruridir ki, təklif öz həcmi etibarilə normal bazar münasibətləri
şəraitində, adətən istehsal həcmindən aşağı olur. Buna səbəb, ölkədə istehsal olunmuş
məhsulların təkcə daxili bazarda deyil, eyni zamanda xarici bazarda satışı yaxud digər
dövlətlərə ixracıdır.
Təklif həmişə bazarın maddi əsası rolunu oynamışdır. Tarixən təklif öz təyinatına görə
həm daxili, həm də beynəlxalq bazarın müxtəlif növ və çeşdli əmtəə-xidmətlərə artan
tələblərinin mənbəyi hesab olunmuşdur. Eyni zamanda təklif, istehsalın ayrı-ayrı sahələrinin
daha da inkişaf edib genişlənməsinə, yeni texnika və mütərəqqi texnologiyaların tətbiqinə,
insanlarının zövqlərinin formalaşmasına güclü təsir göstərir. Məlumdur ki, cəmiyyətin
müəyyən bir ehtiyacı, elmi-texniki tərəqqinin yüksəlişinə təkan verir və həmin nailiyyətlərin
nəticəsində yaradılıb hazırlanmış əmtəə-xidmətlər alıcılara təklif olunur. Təklifin
formalaşmasına 2 qrup amillər – qiymət və qeyri-qiymət amilləri təsir göstərir. Qeyri-qiymət
amillərinə istehsalın texnika-texnologiyasındakı yeniliklər, məhsulun hazırlanmasına sərf
olunan resursların qiymətinin enib-qalxması, dövlətin vergi-gömrük siyasəti, məhsul-
xidmətlərin reallaşdırılmasında çalışanların sayı, məhsulun qiyməti ilə bağlı perspektiv
gözləmələr aiddir. Bu qeyri-qiymət amillərinin hər biri ayrılıqda və müəyyən hallarda
kompleks şəkildə, bazarda təklifin dəyişməsinə, bəzən onun artmasına, bəzən də azalmasına
səbəb olur.
Təklif qanununa görə başqa şərtlər dəyişməz qaldıqda, bazarda əmtəə və xidmətlərin
qiyməti artmağa doğru meyl edərsə, o zaman təklif çoxalacaqdır. Əksinə, istehsal və xidmət
dairəsində digər şərtlər dəyişməz qaldıqda, qiymətlər aşağıya (enməyə) doğru meyl edərsə, o
zaman təklif azalacaqdır. Deməli, bazarda qiymətlərin enib-qalxması prosesi ilə, əmtəə-
xidmətlərin təklifi arasında düz mütənasiblik vardır. Qiymətlərin tədricən yüksəlməsi
istehsalçıları həvəsləndirir, yeni iş yerləri açılır, əmtəə-xidmətlərinin həcmi əhəmiyyətli
dərəcədə çoxalır. Bu mənada, ölkədə qiymətlərin səviyyəsi ilə əmtəə-xidmət dairəsinin
inkişafı arasında düz mütənasiblik prinsipi fəaliyyət göstərir.
10.3. Bazar münasibətləri iqtisadi sistemində tələblə-təklifin bir-birinə nisbəti və
qarşılıqlı səviyyəsi əks qüvvələri xatırladır. Maraqlıdır ki, qarşı-qarşıya duran bu qüvvələrin
nisbəti obyektiv və subyektiv səbəblərlə bağlı həmişə dəyişir. Təbii olaraq qiymət, rəqabət,
resurslar bazarındakı vəziyyət, beynəlxalq miqyasda cərəyan edən siyasi-ictimai proseslər,
nəhayət müharibə və təbii fəlakətlər nəticəsində bazarda tələblə-təklifin nisbətinin
dəyişkənliyi konkret reallıq kimi qəbul olunur. Lakin nəzəri və əməli cəhətdən mümkündür
İqtisadi nəzəriyyə
ECONOMICS
83
P
0
Tələb – təklif (ədəd, ton, metr)
2
4
6
8
10
Q
iym
ət
lə
r
(do
ll
ar
,
m
an
at
,
avro)
Q
ki, istehsalçıların bazarda satmaq (reallaşdırmaq) istədikləri əmtəə-xidmətlərin həcmi və
qiyməti ilə alıcıların (istehlakçıların) əldə etmək istədikləri məhsul-xidmətlərin kəmiyyəti və
qiyməti bir-birinə uyğun olsun. Şübhəsiz bu uyğunluq mütləq bərabərlik kimi deyil, tələblə-
təklifin nisbi və mümkün tarazlığı mənasında başa düşülməlidir. Aydındır ki, belə bir tarazlıq
şəraitində bir-birinə qarşı duran bütün kənar bazar amillərinin, qüvvələrinin təsiri sanki
«heçə enir» və tələblə təklif arasında uyğunluq (tarazlıq) meydana çıxır. Belə bir vəziyyətdə
əmtəələrin-xidmətlərin real bazar qiyməti, tarazlıq qiymətinə bərabər olur. Eyni zamanda bu
nisbi tarazlığın hər an pozulması imkanı, XXI əsrin ilk onilliyində daxili və xarici bazarlarda
neft-qaz, ərzaq məhsulları, qiymətli metalların timsalında özünü göstərməkdədir.
Bazar münasibətləri şəraitində hər şey dəyər-qiymət meyarları ilə ölçülməyə başlayır
və satışla yekunlaşır. Ümumiyyətlə qiymət amilinin düzgün formalaşması və coxcəhətli bir
hadisə kimi onun tələblərinə dəqiq əməl olunması, bütövlükdə sağlam iqtisadiyyatın normal
fəaliyyəti, habelə dayanaqlı inkişafında mühüm rol oynayır. Bazar münasibətləri sistemində,
alıcı ilə satıcı, sahibkarlarla (mülkiyyətçilərlə) icarədarlar, şirkətlərlə şirkətlər, dövlətlə
müəssisələr, dövlətlə əhali, bankla müştərilər arasındakı çoxcəhətli əlaqələr, qiymətlərlə
tənzimlənir.
Bazara çıxarılan hər bir əmtəə və göstərilən müxtəlif təyinatlı xidmətlər, müəyyən
hallar istisna olmaqla, adətən tələb-təklifin təsiri altında formalaşan real bazar qiymətinə
uyğun satılır. Bu mənada bazar qiyməti orada satılan hər hansı bir əmtəənin, yaxud
göstərilən xidmətin, həmin konkret şərait üçün normal və optimal qiymətidir.
Obyektiv-subyektiv səbəblərlə bağlı əmtəə və xidmətlər öz həqiqi dəyərindən
(qiymətindən) baha, yaxud ucuz satıla bilər. Əgər məhsul-xidmətlər bazarda yaranan tələb
nəticəsində öz dəyərindən baha qiymətə (P+p) satılarsa, bu hal istehsalçının (satıcının) bazar
üstünlüyünü göstərərək, təklif qiyməti adlanacaqdır. Bəzən buna «tavan» qiyməti də deyilir.
Bazarda təklif olunan əmtəə-xidmətlərin
həcmi alıcıların real tələbindən çox olarsa,
təbiidir ki, onların qiyməti bazardakı konkret
tələb əsasında müəyyənləşəcəkdir. Bu isə
alıcının üstünlüyünü göstərərək, tələb qiyməti
kimi səciyyələnəcəkdir. Bəzən buna «döşəmə»
qiyməti deyilir.
Bazar
qiymətinin
formalaşmasının
başlıca amili, şübhəsiz tələb və təklif olsa da,
lakin bu proses çoxamilli olub, istehsal
xərcləri,
əmtəə-xidmətlərin
keyfiyyət
göstəriciləri,
əhalinin
gəlirləri,
alıcılıq
qabiliyyəti, reklam təbliğatı, mövsümilik, müxtəlif gözləmələrlə də bağlıdır. Lakin bazarda
müxtəlif səbəblərlə bilavasitə, yaxud dolayı yollarla bağlı ayrı-ayrı amillərin təsiri altında baş
verən qiymət enib-qalxmaları nəzərə alınmazsa, orada tələblə-təklifin nisbi bərabərliyi
prinsipi əsasında tarazlıq qiyməti formalaşır.
Tarazlıq qiyməti dedikdə, müəyyən bir vaxt (ay, rüb, il) ərzində, mövcud qiymətlər
təməlində, əmtəə-xidmətlər təklifinin ümumi həcmi və konkret çeşidi ilə həmin məhsullara
olan alıcı tələbi arasındakı müəyyən uyğunluq başa düşülür. Həmin asılılığı qrafik sxem
şəklində belə göstərmək olar.
Dostları ilə paylaş: |