Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə53/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
111
 
 
  
 
Eyni  zamanda  həmin  sxemin  təhlili,  «rəqabətin  hərəkətverici  qüvvəsi»  adlandırılan 
amillərin bu prosesin intensivləşdirilməsi gedişinə necə təsir etdiyini aydınlaşdırır. Həmin 
amillər sırasında aşağıdakıları göstərmək olar: 
-  uzunmüddətli  artım  templərinin  aşağı  düşməsi  meyli,  fəaliyyət  göstərən  şirkət  və 
istehsal-xidmət sahələrinin sayının azalması ilə nəticələnir yaxud əks proses baş verir; 
-  alıcı  tələbinin  müəyyən  əmtəə-xidmətlərə  olan  əvvəlki  səviyyəsinin  dəyişməsi,  həmin 
şirkətlərin tədricən sıradan çıxmasına səbəb olur; 
-  yeni  məhsullar  istehsal  edib,  bazara  çıxaran  şirkətlərin  fəaliyyətinin  genişlənməsi  və 
«mühafizəkar» (dəbdə olmayan) məhsullar, habelə alıcı zövqünü təmin etməyən mallar 
istehsal edən şirkətlərin isə sayının ixtisarı gedir; 
-  istehsalın  texniki-texnoloji  cəhətdən  təkmilləşdirilməsi  əsasında,  onun  həcmində  və 
qiymətlərində səmərəliliyin dəyişməsi baş verir; 
-  əvvəlki  rəqiblərin  yeni  texnika  və  texnologiyadan  istifadəsinə  dair  məhdudiyyətlər 
aradan qaldırılır; 
-  iqtisadi islahatların həyata keçirilməsi və yeni hüquq – normativ aktların qəbul olunması 
nəticəsində, dövlətin iqtisadi siyasətində müəyyən dəyişikliklər nəzərdə tutulur; 
-  inteqrasiya  və  qloballaşma  proseslərinin  genişlənməsi,  habelə  «açıq  iqtisadiyyat» 
prinsiplərinin  tələbləri  nəticəsində,  daxili  bazara  beynəlxalq  səviyyəli  xarici  rəqiblərin 
müdaxiləsi güclənir.  
Bazar  münasibətləri  iqtisadi  sistemi  reallığında,  sahibkarlıq  və  işgüzar  biznes 
fəaliyyətinin  səmərəliliyinin  yüksəldilməsinin  əsas  şərtlərindən  sayılan  rəqabət 
mübarizəsini  başqa  üsullarla  əvəz  etmək,  yaxud  onu  inzibati  yollarla  məhdudlaşdırmaq, 
hətta  qadağan  etmək  cəhdləri  həmişə  uğursuzluqla  nəticələnmişdir.  Çünki  bəşəriyyətin 
çoxəsirlik  təsərrüfat  həyatı  təcrübəsi  sübut  etmişdir  ki,  bazar  yalnız  rəqabət  prinsipləri 
əsasında  inkişaf  edib  təkmilləşərək,  cəmiyyətə  və  sosial-iqtisadi  inkişafa  xidmət  göstərə 
bilər.  Rəqabətin  aparılmasının  başlıca  məqsədi  isə  bazar  subyektlərinin,  yəni  həm 
satıcılarının,  həm  də  alıcıların  azad,  sərbəst,  müəyyən  olmuş  qayda-qanunlara  riayət 
etmək əsasında daha yüksək mənfəət əldə etməkdir.  
İqtisadi  nəzəriyyədə  bazardakı  rəqabətin  mahiyyətindən  asılı  olaraq,  bu  rəqabətin  
tipi  və  4  modeli  (forması)  təhlil  olunur.  Rəqabətin  tiplərinə  –  azad  (sərbəst,  mükəmməl, 
Rəqabətin 5 gücü 
Əvəzləyici əmtəə-xidmətləri bazara 
çıxaran şirkətlərin rəqabəti 
Eyni adlı əmtəə-
xidmətlərin satıcıları 
arasında rəqabət 
Bazarı xammal və hazır 
məhsullarla təchiz 
edənlərin rəqabəti 
Alıcıların rəqabəti 
Yeni rəqiblərin bazara daxil 
olmaq uğrunda rəqabəti 

II 
III 
IV 



İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
112
 
 
halal) rəqabət bazarı və qeyri-sətbəst, yaxud qeyri-mükəmməl (inhisarçı, oliqopoliya, xalis 
inhisarçı) rəqabət bazarları daxildir.  
 
13.2.  Mükəmməl  (azad,  sərbəst)  rəqabət  bazarında,  eyni  adlı  məhsul  istehsalçıları – 
satıcıları ilə istehlakçılar arasında, hamı tərəfindən qəbul olunmuş «görünməz əl» (A.Smit) 
prinsipi  əsasında  normal,  halal  rəqabət  mübarizəsi  gedir.  Bu  rəqabətin  məntiqi  və 
mahiyyəti  onunla  izah  olunur  ki,  bazarda  eyni  adlı,  standart  məhsul  istehsal  edib  satışa 
çıxaran çoxsaylı şirkətlər, habelə saysız-hesabsız alıcılar iştirak edirlər.  
Məhsul 
istehsalçıları 
əmtəə-xidmətlərin 
satış 
həcminin, 
miqdarının 
müəyyənləşdirilməsində, alıcılar isə öz konkret seçimlərində sərbəst olduqları halda, onlar 
qiymətlərə  təsir  göstərə,  başqa  istehsalçıların  yaxud  alıcıların  işinə  qarışa  və  digərlərinin 
bazara daxil olmasına mane ola bilməzlər.  
Buna  səbəb  odur  ki,  həm  çoxsaylı  istehsalçılar,  həm  də  alıcılar  vahid  rəqabət 
bazarının  eyni  hüquqlu  iştirakçıları  kimi  ayrı-ayrılıqda  hərəkət  etdiklərindən,  «dağınıq» 
olduqlarından,  müstəqil  sürətdə  qərarlar  qəbul  etdiklərindən,  onların  bazarda  baş  verən 
proseslərə, xüsusilə qiymətlərin formalaşmasına təsirləri çox az olub, yox dərəcəsindədir.  
Məsələn  taxılçılıqla  məşqul  olan  fermer,  ayaqqabı  istehsal  edən  şirkət,  mebel 
istehsalçısı  «böyük»  rəqabət  bazarının  «kiçik»  iştirakçısı  olduğundan,  istər  istehsalın 
ümumi  həcminə,  istərsə  də  orada  formalaşan  qiymətlərə  təsir  göstərmək  imkanlarından 
məhrumdur. Çünki azad rəqabət bazarında qiymətlər əvvəlcədən verilmiş, kənar (ekzogen) 
kəmiyyət  olduğundan,  bazarın  hər  bir  iştirakçısı  bu  «oyun  qaydasını»  qəbul  etməlidir. 
Rəqabət  bazarının  bu  qaydalarını  bəyənib-bəyənməmək  olar,  lakin  onun  «iqtisadi  oyun 
qaydalarını»  ləğv  etmək  mümkün  deyildir.  Bunun  üçün  cəmiyyətin  təsərrüfat  həyatı  və 
iqtisadi münasibətlər sistemi dəyişməlidir.  
Deməli,  sərbəst  rəqabət  bazarının  fərqləndirici  xüsusiyyətləri  kimi  aşağıdakıları 
göstərmək olar: 
1.  Bazarda öz məhsul-əmtəə və xidmətləri ilə iştirak edən istehsalçıların (satıcıların), eyni 
zamanda istehlakçıların (alıcıların)sayı çoxdur.  
2.  Sərbəst rəqabət eyni adlı, çeşidli, standart əmtəə-məhsulları əhatə edir və onlara aiddir.  
3.  Bazarda qiymətlər üzərində nəzarət yoxdur, o tələb-təklif qanunu əsasında formalaşır.  
4.  Sərbəst  rəqabət  bazarına  daxil  olmaq,  orada  istehsalçı-satıcı  və  istehlakçı-alıcı  kimi 
iştirak etmək, yaxud bu bazarı tərk etmək üçün heç bir ciddi maneə yoxdur.  
5.  Bu  bazar  haqqında  məlumat  toplamaq  və  orada  gedən  prosesləri  izləmək,  hamı  üçün 
açıqdır.  
Qeyd  etmək  lazımdır  ki,  sərbəst  (azad)  rəqabət  bazarı  anlayışı  nəzəri,  abstrakt  bir 
model  olub,  real  həyatda  çox  az,  məsələn  taxıl,  qiymətli  kağızlar,  balıq,  gül-çiçək,  tez 
xarab  olan  məhsullar,  valyuta  bazarlarında  təsadüf  olunan  haldır.  Lakin  bu  sadə  bazar 
vəziyyəti, bir çıxış nöqtəsi kimi başqa tip bazar modellərini təhlil etmək üçün nümunədir.  
Tanınmış  iqtisadçı  J.Şumpeter  (Avstriya)  «Kapitalizm,  sosializm  və  demokratiya» 
kitabında  yazmışdır  ki,  keçmiş  zamanın  romantik  alverçilik  qaydaları  artıq  arxada 
qalmışdır.  «İndi  hər  şeyi  təkcə  uzaqgörənlik  deyil,  həm  də  ciddi  hesablamalar  aparmaq 
bacarığı  həll  edir».  Aydındır  ki,  ən  ciddi  haqq-hesab  aparmaq  bacarığı  da,  bazarda  tam 
uğur qazanmaq üçün zəmanət verə bilməz. Çünki, biznes və sahibkarlıq fəaliyyəti sadə bir 
iş olmayıb, bazardakı qeyri-müəyyənlik, risqə getmək, qiymət dəyişkənliyi, tələblə-təklifin 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə