Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə16/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   12   13   14   15   16   17   18   19   ...   179

48 

Osmanlılarla müharibə  İrəvan bölgəsinə böyük dağıntılar 

gətirmişdi. Müharibə  fəlakərinə  məruz qalmış  İrəvan Nadir xanın 

burada həyata keçirdiyi tədbirlərdən sonra daha da acınacaqlı vəziy-

yətə düşdü. Onun əmrinə  əsasən, bu bölgədən 300 ailə Xorasana 

köçürüldü. Hətta xəzinədən hər ailə üçün ev əşyalarını daşımaq 

üçün iki baş yük heyvanı, üç baş iribuynuzlu mal-qara, üç xalça, üç 

litrlik mis qab, hər bir ailə üzvünə 3 litr un və taxıl, bir tümən pul 

verilmişdi (497, 14; 493, 146). Bundan sonra yerli Azərbaycan 

türklərinə şəhərdə qalması və yaxud şəhərdən könülü çıxıb getməsi 

haqda müraciət edildi. Maddi vəziyyətindən asılı olaraq həm 

müsəlman, həm də xristian varlılarından 10, 20, 40 və 50 tümən 

məbləğində vergi alındı (87, 249). Nadirin göstərişinə  əsasən bu 

dəfə  də, “Üçmiəzzin kilsəsinə toxunulmadı. Onun tərəfindən kato-

likos A.Kretatsiyə mehribanlıq göstərilmişdi (238, 249). 

Qoşununun bir hissəsini İrəvan şəhərində saxlayan Nadir xan 

yenidən Gəncəyə qayıdaraq mühasirəni davam etdirdi. Köməksiz 

qalmış Gəncə qarnizonu məğlub edildi (498, 127). Gəncə qarnizonu 

təslim olduqdan sonra Osmanlı qoşunları Azərbaycanı tamamilə 

tərk etdi. 

Azərbaycan ərazisi Osmanlı dövlətindən geri alındıqdan sonra 

Nadir qoşunu ilə Muğan düzünə  çəkilir. 1736-cı ildə  Səfəvilər 

sülaləsinin son nümayəndəsi  şah III Abbasın (1732-1736) qəfil 

vəfatından istifadə edən sərkərdə  həmin ilin martında özünü şah 

elan etdi (493, 150-154; 242, 118-125; 298, 319-320; 239, 106-108; 

91, 63; 83, 122-125). Nadirin culusu mərasimində ayrı-ayrı böl-

gələrdən gəlmiş nümayəndələrlə yanaşı,  İrəvandan gəlmiş xan

şeyxülislam, katolikos, bəylər, mirzələr, ağalar, kələntərlər, kənd-

xudalar, məliklər və s. iştirak etmişdilər (238, 32). 

Nadir  şah seçildikdən sonra Səfəvi imperiyasının inzibati-

ərazi bölgüsünü ləğv etmişdir. Onun yaratdığı möhtəşəm dövlət 

dörd iri vilayətə – Azərbaycan,  İran  İraqı, Xorasan və Fars vila-

yətlərinə bölündü (91, 126). Səfəvilərin Azərbaycanda mövcud olan 

ayrı-ayrı  bəylərbəylikləri Azərbaycan vilayəti adı altında birləş-

dirildi. Onun başçısı Nadir şahın qardaşı  İbrahim xan təyin 

olunmuşdur (238, 70; 242, 127; 44, 109-110). 




49 

Nadir  şahın gördüyü ilk tədbirlərindən biri də Azərbaycanın 

müxtəlif bölgələrinə və şəhərlərinə hakimlərin təyin edilməsi oldu. 

O, ilk növbədə bölgələrdə  Səfəvilər dövlətindən qalmış yerli 

hakimləri işdən kənarlaşdıraraq, özünə yaxın və inandığı  şəxsləri 

hakim təyin edirdi. Yuxarıda göstərildiyi kimi, İrəvan qalasının geri 

alınması  ərəfəsində  Məhəmmədqulu xan bölgənin hakimi təyin 

edilmişdi. O, qısa hakimiyyəti dövründə  İrəvan bölgəsini  ədalətlə 

idarə etmiş və yerli əhalinin rəğbətini qazana bilmişdi (238, 40). 

Lakin  şah seçildikdən sonra Nadir nədənsə  Məhəmmədqulu 

xanı yenidən geri qaytarmış, əvəzində Muğana gəlmiş Pir Mahmud 

xanı İrəvan bölgəsinin xanı təyin etmişdi. A.Kretatsi yazırdı: «...ilk 

əvvəl  İrəvan xanı  və  bəylərbəyi təyin olunmuş Pir Mahmud xan 

Heratdan gəlib çıxdı, lakin (şah) onu hal-hazırda yanında saxlayır. 

Onun əvəzinə Muğandan (İrəvana) göndərilən naib Məhəmməd Rza 

bəy bu günə qədər Pir Mahmud xanın əvəzinə İrəvan əyalətini idarə 

edir” (238, 47). 

Fəaliyyətinin birinci dövründə ölkəni xarici müdaxiləçilərdən 

təmizləyən Nadir şah seçildikdən sonra apardığı saysız-hesabsız 

müharibələri və  ağır vergi siyasəti ilə xalqın vəziyyətini daha da 

ağırlaşdırdı. Taxıl çatışmazlığı  və  əkin sahələrinin boş qalması 

nəticəsində ölkəni aclıq bürümüşdü. Ölkədə yaranmış acınacaqlı 

vəziyyəti A.Kretatsi belə təsvir edirdi: «Təkcə Muğanda deyil, hər 

yerdə-Təbrizdə, Tuzaxda (Tovuz), Gəncədə, Qazaxda, Loruda, 

Gürcüstanda, Sevan (Göyçə – E. Q.) gölünün sahillərində, Saxnu-

zorda, Qafanda, Naxçıvanda, İrəvanda çörək tapılmırdı. Bu vilayət-

lərdə buğdanın satış qiyməti bir şahıya satılır və bəzən bu qiymətə 

də tapmaq olmurdu» (238, 82). 

XVIII yüzilliyin 40-cı illərin  əvvəllərində xalqın vəziyyəti 

daha da ağırlaşdı. Apardığı müharibələr nəticəsində ordu və maddi 

itkiyə  məruz qalan Nadir şah 1743-cü ildə köhnə borcların və 

vergilərin alınması haqqında fərman verdi və eyni zamanda yeni 

vergi və  cərimələr təyin etdi (240, 64-65; 91, 99). Şahın bu 

fərmanından istifadə edən vergiyığanlar və  əyalət başçıları varlan-

maq məqsədi ilə vergini ikiqat artırmaqla qazanc əldə edirdilər. 

Vergilər isə əhalidən amansızlıqla alınırdı (240, 65). 




50 

Olduqca ağır vəziyyətə düşmüş, vergiləri vermək imkanı 

olmayan xalq öz narazılığını müxtəlif vasitələrlə bildirirdi. Sadə 

xalq vergi verməkdən boyun qaçırır, evlərini tərk edərək  əlçatmaz 

yerlərə  sığınır, silahlı üsyan qaldırır və yaxud üsyançı  dəstələrə 

qoşulurdu. Məsələn, 1743-cü ilin axırları-1744-cü ilin əvvəllərində 

Qars  şəhərində yerləşən II Sam Mirzə özünü Səfəvilər taxt-tacının 

varisi olduğunu elan edəndə, Azərbaycanın digər bölgələrindən, o 

cümlədən  İrəvandan minlərlə sadə adam, imtiyazlı  təbəqənin 

nümayəndələri və  hətta qoşun hissələri onun tərəfinə keçmişdi. 

Nadir  şah bu axının qarşısını almaq üçün İrəvandan Qarsa qədər 

cəza dəstələri yerləşdirmışdı (91, 175-176). 

Bundan əlavə, irəvanlılar özləri də hakimiyyətə qarşı üsyan da 

qaldırmışdı. Lakin əvvəllər  İrəvan hakimi Pirmahmud xan bu 

üsyanları yatırmağa müvəffəq olurdu (35, 24). 

1746-1747-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində 

Əfşarlar dövlətinə qarşı üsyanlar daha da gücləndi. Hətta sadə 

xalqdan əlavə, nüfuzlu şəxslər də bu üsyanlarda fəal iştirak edirdi. 

Həmin dövrdə Azərbaycanda olmuş Rusiya səfiri M.M.Qolitsın 

yazırdı: «…hazırda buranın bir çox vilayətlərində  və yerlərdə 

təhlükəli vəziyyət yaranmış, böyük çaxnaşma başlanmışdı. Artıq 

Gəncə,  İrəvan, Naxçıvan, və Tiflisdə çoxlu vergilər və  cərimələr 

üzündən demək olar ki, kiçikdən böyüyə kimi bütün əhali, hətta 

həmin şəhərlərin vəzifəli şəxsləri üsyan edib öz var-dövlətləri, mal-

qaraları ilə dağlara çəkilmişdilər» (35, 25). Azərbaycan bölgəsi 

nəzarətdən çıxmışdı,  əhali karvanları soyur və qarətlə  məşğul 

olurdu. Rəşt şəhərindəki Rusiya konsulu Kopıtovski M.M.Qolitsına 

ünvanladığı 1747-ci il 24 may tarixli məlumatında bildirirdi: 

«İrəvan, Gəncə, Tiflis, Şamaxı  şəhərləri üsyan qaldırıb,  əvvəlcə 

Tiflis, Gəncə, Şamaxı, sonra isə İrəvan şahdan ayrılıb. Şamaxılılar 

dağıstanlılarla, tiflislilər Gəncə əhalisi ilə birlikdə karvanları soyur 

və qarətlə  məşğul olurdular. İrəvanlılar isə qalanı möhkəmlən-

dirməklə məşğuldurlar» (8, 45-46). 

Nadir  şah bu üsyanların qarşısını almaq üçün əmisi oğlu 

Əmiraslan xanı 20 min nəfərlik qoşunla  şimali Azərbaycana gön-

dərdi. Bərdə yaxınlığında gəncəlilərlə baş verən döyüşdə şah qoşu-




Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə