94
şəhəri olmaqla Xəzərsahili əyalətlərə bölünürdü. Sabiq
məmurlar yerlərini rus məmurlarına verdilər.
1
Türkmənçay müqaviləsindən 10 il sonra çar
Qafqaz vilayətini yoxlamaq üçün İrəvana gəldi. Əli
Əkbər Bina yazır: "Hicri-qəməri tarixi ilə 1253-cü ildə
Məhəmməd şahın başı Xorasanda Herat döyüşlərinə
qarışmışdı. Bu vaxt şaha xəbər çatdı ki, I Nikolay
Gülüstan və Türkmənçay müqavilələri əsasında Rusi-
yanın müstəmləkəsinə çevrilmiş Cənubi Qafqaz
şəhərlərini görmək üçün ora gəlir.
Həmin vaxt Tehranda idarəçilik məsələlərini Mə-
həmməd şah tərəfindən dövlətin səlahiyyətli şəxsi təyin
edilmiş (mötəmeddövlə) Fərhad Mirzə həyata keçirirdi.
Şah Məşhəddən mötəmeddövlənin (yəni Fərhad Mir-
zənin) yanına bir nəfər göndərərək ona belə bir tapşırıq
verdi: “Təbriz əmiri-nizamı Məhəmməd xan Zəngənəyə
töhfələr və hədiyyələr göndərib, ona tapşır ki, vəliəhd
Nəsrəddin Mirzənin başçılığı ilə bir heyət düzəldib
imperatoru qarşılamaq üçün İrəvana yola düşsün və
orada mənim adımdan imperatoru salamlasın”.
Bu zaman vəliəhd Nəsrəddinin 8 yaşı vardı.
Təbriz əmir-nizamı töhfə və hədiyyələri aldıqdan
sonra Məhəmməd şahın göstərişinə uyğun olaraq,
1253-cü ilin rəcəb ayında vəliəhdlə birgə İrəvana gəlib
çıxdı. Bu səfərdə əmiri-nizam Məhəmməd xanın yol
yoldaşları aşağıdakı şəxslər olmuşdur: Nizam-ül-üləma
Hacı Molla Məhəmməd, Məhd Əliyanın qardaşı
Etizadüddövlə Dullu, Məhəmməd şahın məktubunu,
töhfə və hədiyyələri aparan Məhəmməd Tahir Qəzvini,
Mirzə Məhəmməd Tağı Fərahani (sonralar baş əmir və
1
Bax: “Tarix-e Azərbaycan”. Tərcümə edən: İ.A.Əfşar, səh.177
95
baş nazir oldu), həkimbaşı Mirzə Məhəmməd və
tərcüməçilik edən Mirzə Əli Əkbər Təbrizi.
1
Türkmənçay müqaviləsi imzalanandan sonra illər
boyu mühacirət davam etdi. Səid Nəfisi yazır: "Türk-
mənçay müqaviləsi nəticəsində ölkədə sakitlik yaran-
mış, ən azı Qacarlar dövləti intəhasız dərd-sərlərdən
azad olmuşdu. Müqavilənin icrası zamanı qarşıya çıx-
mış maneələr və ixtilaflar sonradan aradan götürüldü.
Məsələn, 17 il iki dövlət - İran və Rusiya arasında
problem yaratmış didərginlər və qaçqınlar haqqındakı
XIV maddə, nəhayət, 1844-cü ilin iyun ayının 3-də
(hicri-qəməri tarixi ilə 1260-cı ilin cəmadiülaxir ayının
28-də) İranın baş naziri Hacı Mirzə Ağasi və Rusiya-
nın səlahiyyətli nümayəndəsi A.Medem tərəfindən
Tehranda təfsir edilərək, müqavilədəki ixtilafın aradan
qaldırılması üçün aşağıdakı sənəd imzalandı: "Rusiya
və İranın qonşu vilayətlərinin sakinlərinin bir-birinə
mühacirəti zamanı baş verən intizamsızlığa və çoxüz-
lülüyə son qoymaq üçün müqavilə bağlamış iki dövlə-
tin nümayəndələri öz dövlətlərinin icazəsi və razılığı
ilə aşağıdakı müqaviləni imzaladılar:
Birinci maddə: Bundan sonra hər iki dövlətin
təbəələri öz dövlətlərinin buraxılış vərəqəsi və mötəbər
icazənaməsi olmadan bu ölkədən o biri ölkəyə keçə
bilməzlər.
İkinci maddə: Hər kəs ki, hər iki dövlətə tabe olsa
və üçüncü dövlətin ərazisinə getsə, buraxılış vərəqəsi
olsa da saxlanacaq, onun bütün geyimi, silahı (yanında
olandan başqa) daha yaxındakı sərhəd məntəqəsinin iş-
çilərinə və yaxud da səlahiyyətli nümayəndəyə, vəzi-
fəli şəxsə, öz dövlətinin konsuluna veriləcək.
1
Bax: Əli Əkbər Bina. Tarix-e siyasi və diplomasi-ye İran. II cild,
səh.153
96
Üçüncü maddə: Hər iki dövlətin təbəəsinin müha-
cirət üçün öz dövlətindən icazə almaq barədəki ərizə-
sinə başqaları tərəfindən müdaxilə olmadan baxılacaq.
Dördüncü maddə: Əgər iki dövlətin kargüzarları
aralarındakı dostluqdan istifadə edərək bir-birindən bir
neçə ailə üçün buraxılış vərəqəsi istəsələr və bu qanuna
zidd olmasa, ondan imtina etməyəcəklər”.
1
Bu müqavilədən sonra da bütün problemlər həll
olunmadı. Arazın o tayında yaşayan və rusların haki-
miyyətinə dözməyən müsəlmanların İrana mühacirəti
və ermənilərin İrandan Rusiya ərazisinə köçü davam
etdi. Qarapapaqların şimaldan cənuba köçü də bu
qəbildəndir. Hicri-qəməri tarixi ilə 1267-68-ci illərdə
Rusiyanın səlahiyyətli nümayəndəsi tərəfindən İranın
xarici işlər nazirinə göndərilmiş sənədlərdə də Qarapa-
paq camaatının İrana köçü haqqında danışılır: "Hökm-
dara yaxın olan ləyaqətli və şərafətli cənabın şəfqətli
dostluq köməyinə ümidlə İrəvanın Göyçə torpağında
məskunlaşmış Qarapapaq tayfasından bir neçə ailənin
köçməsinə icazə məsələsi ilə bağlı məlumat gəlib
çatdı. Dostsevən yüksək cəlallı cənabın o şərhinin
tərcüməsindən anlaşdı ki, şövkətli və cəlallı cənabın öz
xidmətindən göndərdiyi məktubda canişinə aid bir
sifarişnaməsi vardır. Bu barədə müəzzəmullah cənabın
dostsevənə məktubu çatarsa, əlbəttə, o cənabla
mehribanlıq izharı ilə razılaşılacaq, çünki məsələ onun
ixtiyarında olduğu üçün zəhmət tələb etmir.
Yazıldı 1267-ci ilin zilhiccə ayının 19-da.
Cəlalınıza və ləyaqətinizə dostların böyük hörmət
izharı ilə...
1
Səid Nəfisi. Tarix-e ectemai-ye siyasi-ye İran. II cild, səh.193
97
Qarapapaq tayfasına məxsus bir neçə ailənin
İrəvandan köçməsi barədə dövlət başçısı əlahəzrət pad-
şahın göstərişi ilə dostsevən knyaz Zanovun diqqətinə
bir xahiş çatdırıldı. Rus sərhədçilərinin məlumatla-
rından aydın oldu ki, İrana gəlmək arzusunda olan və
dövlət başçısının müəyyənləşdirdiyi bir neçə ailə qəra-
rını dəyişib. Lakin öz qərarında israr edən və adları
göndərilmiş siyahıda olan digər 17-yə yaxın ailə müəy-
yən olunaraq padişahın Rusiyaya müraciəti nəticəsində
köçmək icazəsi aldı. O cənabın bu izn və icazəsindən
rus dövlətinin müqavilənin şərtlərinə uyğun olaraq
adları çəkilən şəxslərin qayıtmasının nə zaman və necə
reallaşacağı aydın olur. Belə ki, erməni Yusif xan
mühacirət üçün xahişnaməni Rusiya məmləkətinə
çatdırmalıdır. Köçmək istəyən şəxs tələbnamə yazmalı
və çar sarayından bu barədə göstəriş gəldikdən dərhal
sonra İran dövlət başçısı iki dövlət arasında qayıdış
yerini müəyyənləşdirməlidir.
3 şaban 1268-ci il"
1
İrəvan, Aleksandropol, Naxçıvan, Hurbayəzid
bölgələrinin təşkilinə dair rus imperatorunun 1849-cu
il tarixli fərmanı ilə İrəvan vilayəti meydana gəldi. Bu
vilayət şimaldan Tiflis, şərqdən Yelizavetpol [Gəncə]
vilayəti, qərbdən Türkiyə, cənubdan İran dövləti ilə
həmsərhəd idi. Bu vilayətin ərazisi 27.830 kv.km,
əhalisi 829.550 nəfər idi. İrəvan vilayətinin əhalisi ta-
xılçılıq, heyvandarlıq, ipəkqurdu yetişdirmək, tütün-
çülük, üzümçülüklə... məşğul idi. Vilayətdə hərbi inzi-
bati işlər hərbi komandantlığın nəzarəti altında idi. O,
hərbi məsələlərdə hərbi nazirə tabe idi. Vilayət işlərin-
də isə Qafqaz canişininin göstərişlərini yerinə yetirirdi.
1
Əsnadi əz rəvabet-e İran ba məntəqe-ye Qəfqaz, səh.429-31
Dostları ilə paylaş: |