83
iclaslarda ermənilərin Rusiyanın himayəsinə
keçməsinin zəruriliyi vurğulanırdı.
1885-ci ildən başlayaraq başda mitropolit Yosef
Arqunti olmaqla, Eçmiədzinin yuxarı dairələri, söz və
iş adamları, həmçinin böyük mülkədarlar yuxarıda
qeyd edilən proqramın icrası istiqamətində Rusiyada
ciddi fəaliyyət göstərirdilər. Hələ 1782-ci ilin dekab-
rında erməni ruhaniləri, böyük mülkədarlar və həm-
çinin tanınmış şəxslər rus imperatriçası II Yekaterinaya
göndərdikləri məktublarda xahiş edirdilər ki, erməni
millətini özlərinin sədaqətli dostlarından hesab etsin və
onları öz himayəsinə qəbul eləsin.
1
Ruslar XIX əsrin əvvəllərində və İranla müharibə
başlanan vaxt erməni Nersis İskova çar Rusiyasının
sərhədləri çərçivəsində erməni muxtar vilayətini yarat-
mağı söz vermişdilər. Bu vəd təkcə İran-rus mühari-
bəsində erməni silahlı qüvvələrini ruslara xidmət işinə
səfərbər etmədi, həm də bir çox ölkələrdə, o cümlədən
Hindistanda ticarətlə məşğul olan erməni varlılarının
maliyyəsinin “səfərbərliyə alınması” ilə nəticələndi.
...1804-cü ildə Zaqafqaziyada şah ordusu rus
qoşunları ilə ilk dəfə üz-üzə dayanarkən Qarabağ
erməniləri onlarla birləşərək Qarabağı və Şuşanı rusla-
ra təslim etdilər. Ancaq bu zaman müsəlmanlar İrəvan-
da və Bakıda ruslara ciddi müqavimət göstərir, hətta
rus ordusunun komandanı Sisyanov Bakı qalasının
ətəyində öldürülmüşdü. İkinci İran-Rusiya müharibə-
sində, daha dəqiq desək, 1826-cı ildə də erməni silahlı
qüvvələri ruslara əsaslı şəkildə kömək etməyə
başladılar. Qarabağlı general Mədətyanın və katolikos
İskov Nersisin komandanlığı altında ruslar Abbas
1
Bax: Xanək Eşqi. Siyasət-e nezami-ye Rusiye dər İran (1790-
1810-cu illər), səh.23
84
Mirzəni məğlub edib, İrəvanı, Naxçıvanı və Zaqaf-
qaziyanın digər şəhərlərini işğal etməyə nail oldular.
1
Bu xəyanətlərə baxmayaraq, İrəvan şəhərinin kəfən
geyinmiş müsəlman alimlərinin və adi insanlarının
müqaviməti nəticəsində ruslar dəfələrlə məğlubiyyətə
uğradılar. Məhəmməd Həsən xan bir məktubunda
İrəvanın üləma və ağsaqqalarını bu cür təsvir edir:
"...Sizə məlum olduğu kimi, rus kafirləri Gəncə
şəhərinin əhalisinə qalib gəlmiş, onları qətlə yetirmiş,
əsir almış və həmin şəhərdə möhkəmlənmişlər. Rusların
qoşun hissələri Car və Tələyə gecə hücum edib, həmin
yerlərə ciddi ziyan vurmuşlar. Onlar orada ordu
saxlamış və sərkərdə Şahbazur İrəvan şəhərinə qarşı
döyüşə getmişdir. Aləmin və xalqın pənahı, düşmənləri
məğlub edən... Fətəli şah... onları cəzalandırmağa gəldi.
O, düşmənləri tələyə salıb, mühasirəyə alaraq ildırım
kimi çaxan qılınclarla ehtiraslı kafirləri yuxudan
oyatdı... Eşitmişəm ki, çeçen, kabardin və hüri xalqı
məğlub olmuş əsgərlərə yardım aparan kafirlərin yolunu
Mazdokda kəsmişlər. Onlarla üzbəüz döyüşə girmiş və
heç kim tərəfindən göstəriş almadan Allahın fərmanı və
peyğəmbərin buyruğu ilə islamın və müsəlman
dövlətinin qeyrətini çəkmişlər (Xudavəndi-təala onların
üzlərini ağ etsin və onlardan razı olsun!). İndi onların
qarşılarında Dərbənd yolundan başqa bir yol yoxdur.
Onları xüsusi diqqətlə izləyin, əgər gəlsələr yollarına
sədd çəkin. Necə olursa-olsun, onların Dərbənddən
keçmələrinə yol verməyin. Elə ki, Dərbənd istiqamətdən
yolu bağladınız, bizdən yardım üçün əsgər istəyin və
xudavəndi-təalanın köməyi ilə göndərəcəyik. Biz
Dağıstan əmirlərinə də məktub yazmışıq, onlarla da
1
Bax: Mənije Turabzadə və başqaları. Mahiyyət-e təhəvvolat dər
Asiya-ye mərkəzi və Qəfqaz, səh.60-61
85
məşvərət keçirə bilərsiniz. Bu xeyirli əmrlə razılaşsanız,
Allah-təala da sizdən razı qalacaq. Bu, sizə, başqa
əmirlərə, bütün qeyrətli və islam təəssübü çəkən
müsəlmanlara vacibdir. Müsəlmana kafirlərlə dostluq
etmək və onlardan ənam almaq caiz deyil. Onların
müsəlmanlara yaxşılığı müsəlmanlar üzərində qələbə
çalmaq üçündür. Qələbə qazanan kimi dostluqlarına
əncam çəkmək və islamı məhv etmək, nadanlığı və
azğınlığı yaymaq istəyəcəklər. Bu fani dünyadan bir şey
əldə etmək olmaz, çünki dünya gedəri, axirət əbədidir.
Müsəlman mütləq Allahın və onun rəsulunun xoşuna
gələn işlər görməlidir. Müsəlman Allahın əmrinə,
peyğəmbərin buyruğuna əməl etmək üçün cihad
etməlidir. Sizin üləmalarınız da sizə bunu demişlər".
1
Hüseyn xan Sərdar öz ixtiyarında olan kiçik qüvvə
ilə qələbəyə imkan yarandığını hiss etdi. İrəvan
şəhərinin üləmalarını və ruhanilərini dəvət edərək on-
lardan şəhərin müsəlman əhalisini cihada, döyüşçü-
lərin və müdafiəçilərin sıralarına qoşulmağa vadar
etməyi xahiş etdi. İrəvan komandanının xahişi ilə ülə-
malar və ruhanilər şəhərin müsəlman əhalisini düşmən
əleyhinə qaldırmaq, döyüşə təşviq etmək və kəfən
geyinib ələ silah götürmək üçün hərəkətə gəlib, xalqın
arasına girdilər. Onlar şəhərin küçə və xiyabanlarını
dolaşır, camaatı məscidə toplayaraq gurultulu xütbə-
lərlə onları cihada səsləyirdilər.
İrəvan üləmalarının dəvəti nəticəsində qeyrətli
müsəlmanların əksəriyyəti ələ silah götürüb, Hüseyn
xan Sərdarın rəhbərliyi altında İrəvanın müdafiəsinə
qalxırlar. O da döyüşçüləri qarşıdakı istehkamlara
doğru apardı. Rusların hücumu güclü top atəşləri ilə
1
Əsnadi əz rəvabet-e İran ba mənateğ-e Qəfqaz, səh.189
Dostları ilə paylaş: |