Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə25/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   21   22   23   24   25   26   27   28   ...   64

                                                                                                                                                    
97
Üzərrik yaxarlar göz dəyən üçün, 
Od yaxıb-yandırar dərdi büsbütün. 
Başqa alim isə belə şərh edir: 
Üzərrik yananda tüstüsü gedir, 
Qara pərdə kimi tutur havanı, 
Qaytarır, rəf edir gələn bəlanı." 
Rumipərəst hindli doymaq bilmədi. 
Öz hind qılıncını çəkərək dedi:
144
"Yaxşını, yamanı, deyin, nə təhər 
Verir qabaqcadan münəccim xəbər? 
Bir əməl ki, üzə çıxmayıb hələ, 
Xoşluğu, bədliyi gələrmi dilə?" 
Diqqətlə yetirib hindliyə nəzər 
Ilahi kəlamla dedi İskəndər: 
"Dünyada nə varsa - yaman və yaxşı. 
Göylərin tağına çəkilib naxşı. 
Münəccim rəmlini atdığı zaman, 
Taleyin naxşını oxuyur ordan. 
Zəmiyə səpilmiş toxumun bir-bir 
Necə bitməsini bilir, bildirir. 
Bizə üz verəndə bir gün ehtiyac, 
Eldir dərdimizə yaradan əlac. 
Baxıb arzumuza, istəyimizə, 
Açır qədərincə sirləri bizə, 
Göndərir bir mələk, əlində açar, 
Edir gizli sirri bizlərə aşkar." 
Hindli bu şərabdan məst olub qaldı
145

Nəhayət, qılıncı əlindən saldı. 
Sordu ki: "Zənciylə çinli nə sayaq 
Biri qara olmuş, o birisi ağ? 
Bu küpdə olan rəng yalnız bircədir
146

Bəs bu ikiliyin səbəbi nədir?" 
Şah dedi: "Hərlənən bu kürə, əslən 
Özü ikirəngdir, birrəng bilmə sən. 
Güzgütək iki üz vardır günəşdə, 
Bir üzü Çindədir, biri Həbəşdə. 
Bir üzü eləyər üzü aypara, 


                                                                                                                                                    
98
Bir üzü eləyər kömürtək qara!" 
Hindli sualların cavablarından 
Qalmışdı şahdakı biliyə heyran. 
Ona təslim olub diz çökdü yerə, 
Şahın da ucaldı başı göylərə. 
Çox şükür eləyib böyük allaha, 
- Afərin! - dedilər alimlər şaha. 
İSKƏNDƏRİN YEDDİ ALİM İLƏ  
       XƏLVƏTƏ ÇƏKİLMƏSİ 
Müğənni, çal yenə qədim havanı, 
Kömək et, bitirim mən bu dastanı! 
Dünya dastanından bəlkə birtəhər 
Canımı qurtarım, bitsin bu əsər... 
Biri nəql edirdi filosoflardan: 
"Şaha xoş göründü bu qoca dövran. 
Mübarək bəxtindən gəlib hümmətə, 
Bol dövlət payladı el-cəmaətə. 
Bəxşişin hüdudu, həddi olmadı, 
Rumda bir nəfər də yoxsul qalmadı. 
Şahlar baş əydilər ona cahanda, 
Durdular hamısı qultək fərmanda. 
O xoşbəxt padişah bir səhər yenə
Çıxaraq firuzə rəngli təxtinə, 
Söhbətə başladı insafdan, dindən, 
Dürr, gövhər saçdı söz xəzinəsindən 
Padişah son qoydu şirin söhbətə, 
Meyl edib çəkildi yenə xəlvətə. 
Kimsənin qəlbinə heç toxunmadan 
Yeddi filosofu seçdi bu zaman: 
Ərəstu - tədbirli bir vəzir idi, 
Bəlinas - cavanmərd, Sokrat - pir idi. 
Valislə Əflatun, bir də Fərfuryus - 
Heyrandı bunlara o rühulqüdüs
147



                                                                                                                                                    
99
Yeddinci Hürmüzdü, bilir ki, hamı
Yeddinci göydədir onun məqamı. 
Yığışdı dövrəyə bu yeddi pərgar, 
Nöqtətək mərkəzdə şah tutdu qərar. 
Gözəl bir məclisdi, fikirlər parlaq, 
Quru təkəbbürdən, badədən uzaq. 
Bu məhrəm məclisdə alnıaçıq şah 
Fikrindən onları eylədi agah. 
Dedi alimlərə sirri açaraq: 
"Sirrimiz nə qədər gizlin qalacaq? 
Çox gecə keçirdik biz kef edərək, 
Gəlin, bir günü də elmə sərf edək! 
Bircə gün baxaraq Günəşə, Aya, 
Fələyin sirrini qoyaq ortaya. 
Bilək ki, bu öküz belitək çadır 
Bu möhkəm yer üstdə necə dayanır? 
Əvvəli necəymiş bu göyün, yerin, 
Bu haqda fikrini hamı söyləsin! 
Ağıla, idraka bir vəzifədir, 
Bilsin ki, dünyada ilk tərkib nədir. 
Bu yeni əskiltmə və artırmalar 
Yoxluqdan nə cürə olmuş aşikar? 
Əzəldən nə olmuş xilqətə bais? 
Bunu ulduzlardan tədqiq edək biz. 
Belə elmi məclis yığılar az-az, 
Daha bir də belə məclis yığılmaz. 
Görək bu yollarda kim yeyin gedər? 
Görək xəzinəni kim tez kəşf edər? 
Hərə öz fikrini atsın ortaya, 
Necə yaranmışdır, desin, bu dünya? 
Onda ki, hökm etmiş uca yaradan, 
Əvvəl yer yaranmış, yoxsa asiman? 
Qoy açsın bu sirri ağlın açarı: 
Necə çiçəklənmiş yerin baharı?
148
Necə qoyulmuşdur bina əzəldən? 
Necə səslənmişdir ilk mahnı teldən?" 
Padişah beləcə dürrlər saçdı, 


                                                                                                                                                    
100
Bağlı xəzinənin ağzını açdı
149

Sonra da buyurdu: "Cəsarət edən 
Danışsın varlığın ilk tarixindən." 
Sarsıtdı onları şahın sualı, 
Dedilər: "Cavabı layiq olmalı." 
Bir səslə dedilər qərar verərək: 
"Ilk sözə Ərəstu başlasın gərək!" 
ƏRƏSTUNUN DEDİKLƏRİ 
Aydın düşüncəli alim Ərəstu. 
Böyük tacidara səna oxudu, 
Dedi ki: "Elm axtar həmişə, ey şah. 
Örtülü sirlərdən ol daim agah. 
Haqqın köməyilə şad keçsin ömrün. 
Olmasın səninçin açılmaz düyün. 
Padşahın əmrinə əməl eləyim. 
Ilk xilqət haqqında fikrimi deyim: 
Əvvəl vardı ancaq tək bir hərəkət, 
Onu iki yerə ayırdı sür ət. 
Bu iki hərəkət gəlib bir yerə. 
Yeni bir hərəkət doğurdu hərə. 
Əvvəlki hərəkət ayrıldı yenə. 
Bu üçü qoşuldu biri-birinə. 
Üç xətt zahir oldu üç hərəkətdən, 
Üç dövrə yarandı ondakı xətdən. 
Mərkəzdən ayrıldı həmin dövrələr. 
Yaranıb ortaya çıxdı bir cövhər. 
Cövhər keşməkeşdən doğub parladı, 
"Hərəkət eləyən cism" oldu adı. 
Həmin cism qərar tutmayıb bir an 
Dönür, hərlənirdi əsla durmadan. 
Bu cismin parlayan saf parçaları
Həmişə qaçırdı mərkəzə sarı
Yüksəyə uçanlar etdi hərəkət, 
Aşağı enənlər tapdı sükunət. 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə