117
Quyruqla mümkündür tülkünü tutmaq.
Şirniyə aldanar həmişə uşaq.
Xalqın məclisində mütrübtək şad ol,
Sərvsən, kibrdən, çalış, azad ol
172
.
Dünyanı sübH kimi nurunla bəzə,
Camalın səhərtək görünsün gözə.
Bəzəmə özünü sən reyhansayaq,
Özgənin əlində ol nurlu çıraq
173
.
Səninçün bir yükdür daim xəzinə,
Dincəlmək istəsən, ver özgəsinə,
Zər atəş deyil ki, daim yığılsın,
Qığılcım kimidir, gərək dağılsın.
Qızıl ya sahibi xoşdur? - Sorma sən,
Düyün bənddən pisdir, bənd də düyündən
174
.
Bir gün atəşpərəst soruşdu oddan:
"Söylə, mən yaxşıyam, ya sən yaxşısan?"
O dedi: "Istəsən düzünü bilmək,
Mənə yanmaq gərək, sənə də ölmək!"
Geniş ətəkli ol, çünki meyvələr
Geniş ətəklərə daha çox düşər
175
.
Çox yemə, süfrədə hər şey çox da var,
Artıq bir qətrədən qədəh də daşar.
Bir müflis xəzinə tapmışdı həmən
Yıxılıb ölmüşdü sevindiyindən.
Necə susuz olsan, istiyə düşsən,
Tələsik soyuq su əsla içmə sən.
Bir yeri talayıb dağıtmış olsan,
Orda mənzil salıb yatma heç zaman!
Əsla içməyəsən yoxlanmamış su,
İçirt başqasına, yoxla bir onu.
Qəribə görünən meyvəni yemə,
Özünü dərd-qəmə düçar eləmə!
Olarsa birisi yeməkdə loğman,
Saxlar öz nəfsini yad loxmalardan.
Heç kəs getmədiyi naməlum yolla,
Yoldaş çox olsa da, getmə sən əsla!
Çox yaxın olsa da, qorxulu yoldan
118
Qorxusuz uzaq yol yaxşıdır, inan!
Çox yığıb, yükünü ağır etmə sən,
Qoşunun içində dilə düşərsən.
Əlinə keçərsə əgər qənimət,
Ondan yoxsula da qoy çatsın qismət.
Bir pay ver xəlvəti pay istəyənə,
Allahın rizası bəs edər sənə.
Gizlincə verilən bir bəxşiş, inan,
Hifz edər insanı dərddən, bəladan.
Orduya nə versən, rütbəylə payla,
Yol xərcindən artıq pul vermə əsla.
Qarınqulu adam olsa da qoçaq,
Qarnı doyan kimi tənbəl olacaq.
Nə o qədər ver ki, sərxoş olsunlar,
Nə də elə et ki, lap ac qalsınlar.
Nə çox bərk, nə çox boş et rəftarını,
Orduda itirmə etibarını.
Gündə iki dəfə qurub ziyafət,
Bütün başçıları sən eylə dəvət.
Heç bir yad ölkədə şərab içmə sən,
Heç yerdə əylənmə Ruma dönmədən.
Nurani adama tapşır əmanət,
Olmaz duru suda toz, ya üfunət.
Günəş hər bir şeydən pak olduğundan
Dağ, dəniz sirrini gizlətmir ondan.
Xoşbəxtlik istəsən, xoşbəxti tanı,
Xoşbəxt xoşbəxt edər çünki insanı!
Bədbəxt adamlardan ol daim kənar
Ki, üzüm üzümə baxıb qaralar.
Doğma xislətindir vəfalı olmaq,
Çalış ki, əslini itirmə ancaq.
Biri adətini dəyişsə əgər,
Yığdığı dövlət də onu tərk edər.
Köhnə xasiyyətdən dönmə heç zaman.
Xasiyyət dəyişmək deyildir asan.
Aqil ol, əl çəkmə xasiyyətindən,
Özgə xasiyyətə uyma qətiyyən!
119
Həmişə düz gedən piyada əsgər
Vəzir olan kimi əyri yol gedər
176
.
Taleyi xoş olan xoşbəxt adamla
Aranı xoş elə, çəkişmə əsla.
Hər bir hadisədən ötrü fələklə
Bəhs etmə, onunla xoş rəftar elə.
Ruzigar nə versə qəbul eylə sən,
Çalış, ustadının çıxma sözündən.
Incimə dövlətin etdiyi nazdan,
Dövlətin nazında dövlət taparsan.
Vaxtı yetişəndə sənin də, əlbət,
Çəkəcək nazını bir gün o dövlət.
Sədəfin qabığı xeyli bərk olur,
Odur ki, içi də dürlə doludur.
Bərk daşlar içində gizlənər gövhər,
Gövhər çətinliklə əldə edilər.
Bəd gündə ulduzdan olma bədgüman
177
,
İşlər yaxşılaşar, əlbət, bir zaman.
Göy rəngli günbəzdən olma mükəddər,
Aqibət xeyr olar, düzələr işlər.
İş bərkə düşəndə, məyus olma sən,
Könlünə qüvvət ver, bəxtinə güvən.
Göyə atılan daş yerə tez düşər,
Bu qısa müddətdə işlər dəyişər
178
.
Zülmü birdəfəlik yadından çıxar,
Çünki zülmkarlıq ömrü azaldar.
Padşah ədaləti çıxartsa yaddan
Ölkəsi tez olar zülm ilə viran.
Allah ədalətçün yaradıb səni,
Zülm etmə, ədl ilə saxla ölkəni!
Pis fikrə düşərsə yaxşı bir insan,
Özünə yamanlıq eləyər, inan!
Dünya yaranandan belədir qanun,
Dəyişir istisi, soyuğu onun.
Havada olanda belə ziddiyyət,
Onda heç axtarma, heç umma səhhət.
Yaxşısı budur ki, ildə hər fəsil
120
Öz qaydası ilə keçsin müttəsil.
Gərək bahar fəsli keçə bahartək,
Yay da yaylığını göstərə gərək.
Bir şey qaydasından çıxarsa kənar,
Ondan üz döndərər, əlbət ki, ruzgar.
Əgər pislik etsə bir nəfər sənə,
Sən yaxşılıq etsən bir özgəsinə,
Onu da, bunu da yad etmə əsla,
Xalqa bədguluqdan dilini saxla.
Çalış ki, kirpiyin olsun almaztək
179
,
Ayıq ol, ölkənin keşiyini çək.
Belə məsəl çəkmiş aqil bir insan:
"Qurd girməz sürüyə, yatmasa çoban!"
Canın möhkəm olsa, döşünə döymə,
Gülüb, yersiz-yersiz özünü öymə.
Acizlik üz versə, qəm çəkmə yenə,
Bunu da bildirmə özgələrinə.
Özünü şad göstər, heç olma qəmgin.
Gizlin dərdin olsa, zahirdə sevin.
Qarşına bir döyüş, qovğa çıxarsa.
Döyüş adamına ehtiyac varsa,
Başqa bir ordudan qaçıb gələni
Əsla qəbul etmə, aldadar səni!
Qaçmağa öyrənmiş adam qaçacaq,
Sənin də ordunu xarablar ancaq!
Döyüşdə qələbə çalmaq istəsən,
Müzəffər sərkərdə seç özünə sən.
Qələbə qazanmış xoşbəxt atlılar
Səni hər səfərdə edər bəxtiyar.
Yaxşı, pis,- nə etsən, həmişə bil sən.
Yaxşını allahdan, pisi özündən."
Bu məşhur naməni qurtarıb ustad,
Şaha təqdim etdi, o da oldu şad.
Dostları ilə paylaş: |