Microsoft Word Islahatlar II doc



Yüklə 5,18 Kb.
Pdf görüntüsü
səhifə4/93
tarix23.01.2018
ölçüsü5,18 Kb.
#22118
1   2   3   4   5   6   7   8   9   ...   93

 
 
12
məhdudlaşmamışdır. 
Əsrin sonunda yeni geopolitik 
vəziyyətdə, çətin iqtisadi situasiyada maliyyə, maddi-texniki 
problemlərə baxmayaraq, Azərbaycan alimləri tənəzzül 
meyllərini dəf edərək, elm axtarışlarını və tədqiqatlarını davam 
etdirməklə 
ənənəvi gərəkliyi bir daha 
möhkəmləndirməkdədirlər. 
Respublika neft-qaz sənayesi ilə bağlı elmin inkişafında 
akdemik A.X.Mirzəcanzadənin tədqiqatları müstəsna yer tutur. 
Alimin neftqazçıxarma istehsalın texnologiyası, neft-qaz 
yataqlarının işlənməsinə dair çoxsaylı monoqrafiyalarında, 
xüsusən də son dövrdəki tədqiqatlarında müasir dünyada neft 
biznesi, respublikanın neft sənayesinin mümkün perspektivləri 
ehtiyatlarından milli mənafelərə uyğun səmərəli istifadə aspekti 
dərin elmi təhlil olunmuş, neft-qaz sənayesinin strateji 
inkişafını  təmin edəcək konseptual xarakterli tövsiyələr 
verilmişdir. Bu əsrlərdə respublikanın gələcək inkişafında neft-
qaz sənayesinin rolu, onun tərəqqisinə  təsir edən amillər 
konkret faktlarla açıqlanmış  və bizim tədqiqatımızda bütün 
bunlardan müəyyən dərəcədə istifadə edilmiş, mənbə kimi əsas 
götürülmüşdür. Dünyanın aparıcı elmi təşkilatlarının, iqtisadi 
maliyyə mərkəzlərinin, mühüm siyasi iqtisadi qurumların, eyni 
zamanda Azərbaycan Respublikası Elmlər Akademiyasının, 
Azərbaycan Dövlət Neft Akademiyasının, Azərbaycan Dövlət 
Neft  Şirkətinin nəzdindəki elmi-tədqiqat institutlarında 
yanacaq sənayesinin bütünlükdə energetik kompleksin inkişafı 
ilə bağlı elmi araşdırılmalarından, məlumatlarından, internet 
şəbəkəsinin müvafiq informasiyalarından, dünyanın mühüm 
elm nəşrlərindən də bu və ya digər dərəcədə  tədqiqatmızda 
istifadə edilmişdir. 
Respublikaya sənayesinin strukturu, yanacaq 
kompleksinə investisiya qoyuluşu, yığım fondundan istifadə, 
neft-qaz sənayesinin inkişafı  və elmi-texnbiki tərəqqi 
problemləri Z.Səmədzadə, A.Nadirov, F.Fərəcov, S.Hüseynov, 
H.İsmayılov, B.Xıdırov, M.Axundov və G.Yüzbaşovanın 


 
 
13
əsərlərində araşdırılmışdır.Yanacaq sənayesi xüsusəndə 
neftqazçıxarmanın iqtisadiyyatı ilə bağlı problemlər iqtisadçı 
alimlər A.Ağayeva, N.Vançakova, A.Əhmədov, N.Hacıyev, 
N.Sultanova, 
İ.Kərimov, M.Həsənova, M.Kərimov, 
R.İmanzadə, 
Ş.Muradova, A.Partnov, M.Atakişiyev, 
Q.Səfərov,  Ə.Ələkbərov və başqalarının  əsərlərində öz əksini 
tapmışdır. Bu əsərlərin  əhəmiyyətini qeyd etməklə yanaşı 
müəllif tam səmiyyətlə göstərir ki, mövcud tədqiqatlarda dünya 
yanacaq energetik kompleksində gedən meyllər, iqtisadi 
amillər, təsərrüfat mexanizmi məsələləri və Azərbaycanın 
YEK-nin bu aspektdə regional və dünyaəvi inteqrasiyası, keçid 
dövrünün və bazar münasibətləri prinsiplərinə uyğun iqtisadi 
islahatlar prosesi konkret olaraq tədqiq edilməmiş, daha dəqiq 
desək  əsas obyekt kimi öyrənilməmişdir. Müəllif bu cəhəti 
xüsusən vurğulayıer kı, Azərbaycan respubliikası dövlət 
müstəqilliyin  əldə etdikdən sonra onun yanacaq sənayesində 
yeni iqtisadi ümansibətlərin qurulması, iqtisadi islahatların 
ətraflı, sistemli şəkildə strategiyasının işlənib hazırlanması  və 
həyata keçirilməsi, kompleksdə geniş restruktizasiyası 
prosesinin aparılması, hazilat tempinin müəyyən edilməsi, neft 
biznesi, serviz işi, çevik maliyyə  şəbəkəsinin təşkili çox ciddi 
aktual və bu vaxtadək işlənməmiş elmi və  əməli  əhəmiyyət 
kəsb edən bir məsələdir. 
Keçid prosesinin prinsipial tələbləri ilə yeni əsrə daxil 
olan respublikamızda islahatlar prossesi dərinləşməkdədi. 
İqtisadiyyatın digər sahələrində olduğukimi YEK-də  də 
başlanan iqtisadi islahatlar yeni mərhələyə  qədəm qoyur. 
Tədqiqat işində bu çoxsahəli mürəkkəb istehsalar 
kompleksində islahatların yeni mərhələsinin strtaegiya və 
taktikasında müvafiq konturları dünya təsərrüfatındakı 
proseslər, tarixi faktorlar, beynəlxalq təcrübə, bazar 
iqtisadiyyatının prinsipləri, hazırki gerçəkliklər və yaxın 
perspektivlər rakursunda təhlilinə  cəht edilmişdir. Müəllifin 
fikrincə YEK-də istehsal münasibətlərinin bazar 


 
 
14
iqtisadiyyatının tələblərinə uyğun yenidən qurulması, iqtisadi 
artımın və davamlı inkişafının formalaşmasının təminatı 
planetin energetik ehtiyatlarının bölgüsü, müvafiq istehsal və 
infrastrukturun yerləşməsi, coğrafi, demoqrafik, tarixi, siyası 
faktorlar, dünya neft biznesində liderlər, neft iqtisadiyyatında 
toplanan təcrübə  və potensial, sair bu kimi komponentlərin 
öyrənilməsi, geniş  təhsil edilməsi ilə uzlaşma yetərli səmərə 
verə bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
15
I FƏSİL 
 
DÜNYA YANACAQ ENERJİ KOMPLEKSİ MÜASİR 
VƏZİYYƏT VƏ İNKİŞAF MEYLLƏRİ 
 
1.1.Müasir dünya təsərrüfatı, qarşılıqlı maraqlar dairəsi və 
inteqrasion proseslər 
 
Başa çatmaqda olan XX əsr mühüm geosiyasi, coğrafi 
iqtisadi proseslərə  zəngin olmuş, sosialist təsərrüfat sistemi 
dağılmış, soyuq müharibə sona yetmiş, beynəlxalq  əmək 
bölgüsü yeni keyfiyyət müstəvisinə keçmişdir. Biz bu 
tədqiqatımızsa məhz yaranmış yeni iqtisadi-siyasi gerçəkliklərə 
istinadən Yanacaq Energetika Kompleksinin iqtisadci 
problemlərinin təhlilində dünya neft ehtiyatlarının bölgüsü, 
istehsalın yerləşməsi, dünya təsərrüfatı, beynəlxalq  əmək 
bölgüsü, beynəlxalq bazarının müasir strukturu, qloballaşma və 
regionalaşma proseslərinə diqqət yetirməyi məqbul hesab 
edərək müəyyən araşdırmaları nəzərə gətiririk. 
Ayrı-ayrı milli təsərrüfatların bir-bir ilə iqtisadi əlaqasi 
dünya təsərrüfatında ehtiva olunur və onun inkişafısının  əsas 
xüsusiyyətləri, meylləri ictimai istehsalın fəaliyyətinin 
obyektiv qanunauyğunluqları ilə müəyyənləşir. Bununla 
əlaqədar istehsal həcminin daha da artırılması, buraxılan 
məhsulun nomenklaturasının genişlənməsi inkişaf etmiş 
ölkələrdə beynəlxalq 
əmək bölgüsünü dərinləşdirir. 
Ensiklopediya və iqtisadi lüğətlərdə dünya bazarı haqqında 
müxtəlif təriflərə rast gəlinir. Sadəcə olaraq isə Dünya bazarı-
ticarət-iqtisadi münasibətlərlə bir-biri ilə bağlı olan ayrı-ayrı 
ölkələrin milli bazarlarının məcmusu kimi qəbul olunur. Dünya 
bazarı dünya təsərrüfatının subyektləri tərəfindən maddi 
nemətlərin ümumi tələb və  təklifin qlobal sistemi, əməyin 
coğrafi bölgüsünün amilli və  nəticəsidir. Lakin bununla belə 
dünya bazarı  nəzərdən keçirilən təriflərdən də daha geniş 


Yüklə 5,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə