Microsoft Word Islahatlar II doc



Yüklə 5,18 Kb.
Pdf görüntüsü
səhifə8/93
tarix23.01.2018
ölçüsü5,18 Kb.
#22118
1   ...   4   5   6   7   8   9   10   11   ...   93

 
 
25
avtomatik olaraq ABŞ-la bağlılığı olan Mərkəzi Amerika və 
çox saylı Karib ölkələri də daxil olmuşlar. Bununla belə 
Cənubi Amerika ölkələrinin də bu qruplaşmaya daxil olması 
gözlənilir. 1991-ci ildə 200 milyon əhalini  əhatə edən 
Merkosur qruplaşması yaradılmışdır. 1995-ci ilin yanvarın 1-
dən bu qruplaşmalar azad ticarət zxonasından qarşılıqlı ticarəti 
liberallaşdıran vahid kömrük tarifləri ittifaqına çevrilmişdir. 
Hazırda NAFTA və Merkosura digər ölkələrin daxil olması və 
yaxud onların birləşmə meylləri nəzərə çarpmaqdadı. 
İnteqrasiyanın mühüm perspektivli regionlarından biri də 
dünyəvi konteksdə Asiya-Sakit okean regional qruplaşması ola 
bilər. Bu regionları əhatə edən dövlətlər arasında artıq müvafiq 
sövdələşmələr aparılmaqdadır. Sovetlər  İttifaqının süqutundan 
sonra onun ərazisində yaranmış Müstəqil Dövlətlər Birliyi 
(MDB) də regional qruplaşmanın yeni bir nümunəsidir. Hələ 
möhkəmlənməyən bu birliyin strukturunda müxtəlif 
institutların yaranması gerçəkləşçə  də hazırda o dərin siyasi 
böhran içərisindədir. 
Ölkələrin sahə  və universal çoxfunksiyalı iqtisadi 
qrupolaşmasında BMT-yə daxil olan 40-a qədər xüsusi 
təyinatlı  təşkilatların da əhəmiyyətli böyükdür. Bu təşkilatlar 
arasında ticarət və inkişaf konferensiyası (YÜNKTAD), 
sənayenin inkişafı üzrə (YUNİDO) təşkilatı,  ərzaq və  kənd 
təsərrüfatı  təşkilatı (FAO), ekologiya proqramı (YUNEP), 
Ümumdünya, Səhiyyə  Təşkilatı, təhsil, elm və  mədəniyyət 
təşkilatı (YUNESKO) və sairlər daha çox fərqlənirlər. Bundan 
başqa dünyəvi məkanda onlarla ölkələr və hökümətlər arası bir 
funksiyalı univer4sal müvafiq təşkilatlar da mövcuddur 
(OPEK, Beynəlxalq Dəniz Təşkilatı, Ümumdünya Poçt İttifaqı, 
Beynəlxalq Mülki Aviasiya Təşkilatı). 1948-ci ildə  qərb 
yarımkürəsində 
nəhəng Amerika Ölkələri Təşkilatı 
yaradılmışdır ki, burada praktiki olaraq bütün Latın Amerikası, 
Karib Hövzəsi (Kuba istisna olmaqla), o cümlədən ABŞ-da 
daxil olmuşdur. Mənzil qırargahı Vaşinqtonda yerləşən bu 


 
 
26
təşkilatın nizamnaməsinə görə onun əsas iş qayəsini müvafiq 
dövlətləarası iqtisadi, hüquqi, sosial və  mədəni münasibətlər 
təşkil etsədə reallıqda o qərb yarımkürəsində  təhlükəsizliyin 
təminatı  və  hərbi  əməkdaşlıq istiqamətlərində  işini davam 
etdirir. Bundan başqa bu regionda 1960-cı ildə Latın Amerikan 
Azad Ticarət Assosiasiyası  təşkil edilmişdir. Assosiasiya 
qarşısına ümumi regional bazarın formalaşması  məqsədini 
qoysa da bu işdə  əsaslı nailiyyətlərdə etmçəmişdir. Təşkilat 
1980-ci ildə Latın Amerikan İnteqrasiya Assosiasiyasına 
çevrilərək Argentina, Boliviya, Braziliya, Venesuella, 
Kolumbiya, Meksika, Paraqvay, Uruqvay, Peru, Ekvador və 
Çili olmaqla 11 ölkədə  əhatə olunmuşdur. Bununla yanaşı 
möpvcud regionda 1975-ci ildə Kuba da daxil olmaqda 26 
ölkənin  əhatə edən daha geniş  və çoxfunksiyalı  təşkilat Latın 
Amerikan  İqtisadi Sistemi yaradılmışdır ki, onun da 
məqsədlərinə birgə çox milli korporasiyaların yaradılması 
dünya arenasında ümumi iqtisadi siyasətin hasil olunması daxil 
edilmişdir. Müxtəlif fərqlərin mövcudluğu bu regionda yeni 
subregional iqtisadi birliklərin, o cümlədən Latın Amerikan 
inteqrasion assosiasiyalarının müstəqil AND qrupu 
(Venesuella, Kolumbiya, Ekvador, Peru, Boliviya), Laplat 
qrupu və ya Cənub Ümumi Bazarı (Merkosur-Argentina, 
Braziliya, Paraqvay, Uruqvay), Mərkəzi Amerikan Ümumi 
Bazarı (Qvatemala, Qonduras, Kjosta-Rika, Nikaraqua, 
Salvador), Karib Əməkdaşlığı (14 böyük olmayan Karib 
ölkələri  Şərqi Karib ölkələri təşkilatda daxil olmaqla) 
təşkilatlarının yaranmasına rəvac vermişdir. Asiya və Afrika 
kontinentlərində dövlətləarası regional qruplaşmaların hüquqi 
müqaviləşməsi daha sonrakı dövrlərə  təsadüf edir. Onların 
inteqrasion istiqamətdə nailiyyətləri isə daha nisbi səciyyə 
daşıyır. Bu həmin ölkələrin  əksəriyyətinin iqtisadi geriliyi və 
onlar arasındakı münasibətlərin gərginliyi ilə izah edilir. Lakin 
bu arada bütün regionu əhatə edən Cənub-Şərqi Asiya 
dövlətləri assosiasiyası (ASEAN) daha çox siyasi və iqtisadi 


 
 
27
təcrübə toplamışdır (qruplaşmaya regionun Komboça ölkəsi 
daxil deyildir). Burada həmçini  1985-vi ildə  təşkil edilmiş 
Cənubi Asiya Assosiasiyası (Hindistan subkontinentinin 7 
qonşu ölkəsi) kənd təsərrüfatı, nəqliyyat və telekomunikasiya 
da regional əməkdaşlığı  həyata keçirir. Afrikada isə ictimai 
siyasi təşkilat kimi Afrika Vahidliyi Təşkilatı (ÇAP-dan başqa 
bütün Afrika ölkələri birliyə daxildir) və Ərəb Ölkələri Liqası 
daha çox fərqli xüsusiyyətlərə malikdirləır. Mərkəzi Afrikanın 
Kömrük və İqtisadi İttifaqı (MAR, Konqo, Qabon, Kamerun), 
və 16 ölkənin daxili olduğui Qərbi Afrika dövlətlərinin İqtisadi 
Əməkdaşlıq Təşkilatı isə subregional iqtisadi inteqrasiyada 
iştirak edirlər. Müəyyən ictimai siyasi-iqtisadi proseslər 
ölkələrin, inteqrasion birliklərin süqutuna gətiri. Ölkələrdə 
siyasi partiyaların hakimiyyətə  gəlməsi və dövlətin 
maraqlarının dəyişməsi zamanı müəyyən ittifaqların 
parçalanması prosesi də qaçılmaz olur. Buna misal olaraq son 
10 illiklərdə Birləşmiş  Ərğəb Respublikaları (Misir və 
Suriyanın parçalanması), Malaziya və Sinqapur 
Federasiyasının, Yuqoslaviya və SSRİ-nin parçalanması misal 
ola bilər. 
Respublikamız da regional qruplaşmalarda təmsil 
olunmaqdadı. Qara Dənizhövzəsi Dövlətlərin  Əməkdaşlıq 
Təşkilatı, (Guney Qafqaz ölkələri, Rusiya, Türkiyə, 
Bolqarıstan, Ukrayna, Rumıniya, Moldova) GUÖAM 
(Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan, Moldova), 
MDB (Baltiya ölkələri istisna olmaqla keçmiş SSRİ-nin 123 
müttəfiq respublikaları) Azərbaycanın daxil olduğu iqtisadfi 
regional qruplaşmalardır. Bundan başqa respublikamız  İslam 
Ölkələıri Təşkilatının və EKO-(İƏT)-nun da üzvüdür. 
Özünün müxtəlif çalarları ilə  sənaye istehsalının 
təşəkkülü və formalaşması istehsalın yerləşməsinin amillərin 
təsiri ilə baş verir. «Yerləşmə amilləri» anlayışını elmi tədavülə 
alman iqtisadşısı Alfred Veber (1868-1958) özünün 1909-cu 
ildə yazdığı «Sənayenin yerləşməsi nəzəriuyyəsi» adlı klassik 


Yüklə 5,18 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə