4
işgüzar təşkilatlarda rəhbərlik sistemin ümumi parametrləri;
özünüidarə və özünü təşkil etmə;
idarəetmənin təşkilati strukturlarının qurulması prinsipləri və metodları;
təşkilati strukturların formalaşması və təhlili;
idarəetmədə təşkilati strukturların təsnifatının meyarları;
təşkilatda asılılıqlar və təşkilati mədəniyyətin qurulması
özünü müdafiə, sinergiya effekti
işgüzar təşkilatlarda daxili münaqişələrin əlamətləri və onların aradan
qaldırılması yolları və s.
Tə
dqiqatın predmeti.
Tədqiqatın əsas predmeti kimi işgüzar təşkilatlarda
idarəetmə sisteminin qurulması, rəhbərlik sisteminin ümumi parametrləri,
təşkilati idarəetmə strukturlarının müxtəlif aspektlərdən xüsusiyyətləri,
idarəetmə qabiliyyəti, təşkilatdaxili münaqişə və mədəniyyətin müasir çalarları
öz əksini tapmışdır.
Tə
dqiqatın obyekti
.
Tədqiqatın obyekti olaraq Cahan Holding seçilmişdir.
Tə
dqiqatın nə
zə
ri və
metodoloji ə
sasları
nı Azərbaycanın və xarici ölkələrin
iqtisadçı alimlərinin insan resurslarının idarə olunması sahəsində dərc edilmiş
elmi tədqiqatları, nəzəri və praktiki fikirləri, mövzuya dair, Nazirlər kabinetinin
idarəetmə standartları təşkil edir. Dissertasiyanın yazılması prosesində sistemli
yanaşma, müqayisəli təhlil, məntiqi araşdırma və s. üsullardan istifadə
edilmişdir.
Tədqiqatın elmi yeniliyi. Demək olar ki, tədqiq olunan sahəyə ilk dəfə
başqa səpkidən yanaşılmış, müasir informasiyaların daha çevik dövr etdiyi
zamanda ic-icə olan qarışıq proseslər təhlil edilərək, bir çox təkliflər verilmiş və
təkmilləşmə aparılmışdır. Bu baxımdan elmi yeniliyə aid fikirlərdən
aşağıdakıları göstərmək olar:
ilk öncə işgüzar təşkilatlarda tək hakimiyyətliliyin müasir vəziyyəti
nəzərdən keçirildi;
5
təşkilatda rəhbərlik sisteminin rolu və funksiyaları müxtəlif
parametrlər üzrə dəyərləndirildi;
idarəetmədə təşkilati strukturların təsnifləşdirilməsi zamanı ayrı-ayrı
idarəetmə amillərin təsiri müəyyən edildi;
işgüzar təşkilatlarda normal kollektiv münasibətlərin pozulduğu
zaman çıxış yollarına nəzər yetirildi;
ş
çi heyəti ilə rəhbər struktur vəzifəni icra edən səxslər arasındakı
münasibətlərin inkişafının yeni mədəni tipləri göstərildi.
Tədqiqatın təcrübi əhəmiyyəti
. Araşdırılan tədqiqat əsasında əldə edilmiş
nəticələr və irəli sürülən təklif və tövsiyyələr tətbiq edilmə imkanlarını daha da
genişləndirir.
Dissertasiya işinin strukturu. Dissertasiya işi giriş, 3 fəsil, 9 paraqraf,
nəticə və təkliflərdən ibarət olmaqla 80 səhifədən ibarətdir. Dissertasiya işində
22 adda ədəbiyyat və internet resurslarından istifadə edilmişdir.
6
Fəsil 1. şgüzar təşkilatlarda tək hakimiyyətlilik sisteminin nəzəri əsasları
1.1.
darə
etmə
də
avtoritarizm anlayış
ı və
tə
k hakimiyyə
tliliyin mahiyyə
ti
darəetmə tədqiqatı mürəkkəb obyektidir və müxtəlif aspektlərdə təsəvvür
etmək olar. darəetmənin müəyyənləşdirilməsi haqqında müxtəlif izahları var və
bu haqda beynəlxalq assosiasiyası tərəfindən təxminən 1000-dən artıq anlayışlar
təqdim edilmişdir. Tək hakimiyyətliliyin mahiyyətini aydınlaşdıran zaman
monarxiya anlaşıyına diqqət edək. Monarxiya – (yunanca – təkhakimiyyətlilik)
– elə bir idarəetmə formasıdır ki, burada ali hakimiiyət vətəndaşların
iradəsindən asılı olmayaraq tam və ya qismən bir mütləq dövlət başçısının
(imperator, kral, sultan, şah və s.) əlində cəmləşmişdir
1
. Monarxiyanın
xüsusiyyətləri:
➢ hakimiyyət vərasət yolu ilə ötürülür;
➢ müddətsiz olaraq həyata keçirilir;
➢ insanların iradəsindən asılı deyil.
darəetmə rejim — bu sistemin strukturlarının qaydaya salınmış qarşılıqlı
təsiridir, həmçinin hakimiyyətin həyata keçirilməsi və hədəflərin nailiyyəti
metodlarının məcmusu. Tək hakimiyyətli idarəetmənin keyfiyyət xüsusiyyətləri
bunlardır: rəhbərin fərdi istəyindən asılı olaraq idarəetmə subyektlərinin
reqlamentinin formaları, hakimiyyətin həyata keçirilməsi metodları, təşkilat
daxili münasibətlərin xarakteri, mövcudluq və ya vacib qərarların qəbuluna təsir
etməyə təşkilatdakı işci heyətinin mudaxilə imkanlarının yoxluğu, həyati
qərarların hazırlanması və yatəkmilləşdirməsi metodları.
darəetmənin vacib şah aparıcısı məfhumu hakimiyyətdir. Hakimiyyət –
bu başqa insanlara təsir etməyə qabiliyyətidir və ya fərdin imkanıdır.
Hakimiyyət – bu bir çox elementi özünə daxil edən çox mürəkkəb anlayışdır.
Gündəlik həyatda hakimiyyəti təşkilatda vertikal münasibətlərə müvafiq olaraq
eyniləşdirirlər.
1
Fəlsəfə terminlərinin izahlı lügəti, Adilə Nəzərova, Bakı 2014, səh 126