Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   7   8   9   10   11   12   13   14   ...   44

proqram təminatına daxil edib, formalaşdırıb və  çıxış edə bilərlər. Bu 
proqram təminatı 2300-dən artıq məqalə  nəşr etmək standartları  və 
müxtəlif formatları beynəlxalq istinad yazma tərəfindən qəbul 
olunmuşdur  (17).  
10.
 
IEEE (Institute of Electrical and Electronics Engineers): 
İnformasiya texnologiya, elektronika, kompüter, fizika, tətbiqi fizika və 
işıq mühəndisliyi və s. mövzularında  ən böyük verilənlər bazasıdır. 
1988-ci ildən jurnallar, standartlar, konfransların informasiyalarını  əks 
etdirir. XXI əsrə  qədər 38 cəmiyyətə  və üzvlərinə 130 jurnal, 300-dən 
artıq illik  konfrans və 900 aktiv standart ilə xidmət edir (18). 
11.
 
ACM (Association for computing Machinery): Hesablayıcı 
maşınların assosiasiyası 1947-cı ildən işə başlamışdır. Hazırda ACM 
assosiasiyasının 92000 üzv və kompüter-riyaziyyat, kompüter-biologiya, 
kompüter-dilçilik, kompüter-ticarət və iqtisadiyyat, kompüter şəbəkələri, 
kompüter proqram təminatı,  İnternet və s. mövzularda 37  jurnal  nəşr 
edir. ACM bir elmi təşkilatdır və  (İT)  İnformasiya Texnologiyalarının 
ixtisasındadır. Hazırda bu assosiasiya elektron kitabxanasının fəaliyyətini 
genişləndirib və ACM e-jurnalları, 6 illik onlayn konfrans hesabatının 
arxivi və 1985-ci ildən verilənlər bazalarının biblioqrafik informasi-
yalarından istifadə etməyi mümkün edir. Bu elektron kitabxananın 
imkanlarından istifadə etmək pulsuzdur (19). 
12.
 
   ACS (American Chemical Society): Amerika Kimya 
Cəmiyyəti 1875-ci ildən kimyəvi elmlərin inkişafı  məqsədilə  fəaliyyətə 
başladı. Hazırda o dünyanın  ən böyük elmi cəmiyyətidir ki, onun 
158.000-dən artıq üzvü var. Hazırda  ACS 35 jurnal vasitəsilə geniş 
xidmət edir və mühəndislər və elmi- tədqiqat işçilərini informasiya ilə 
təmin edir. Bu informasiyalardan kimyəvi cəmiyyətlər və kimyəvi 
ekspertlərin istifadəsinə imkan yarardır  (20). 
13.
 
 AIP (American Institute of physics): 1931-ci ildən Amerika 
Fizika  İnstitutu fəaliyyətə başladı. AIP-in məqsədi fizika elminin isti-
fadəsini genişləndirmək və inkişafıdır. Bu institut və ona bağlı  cəmiy-
yətlər dünyanın dörddə bir elmi-tədqiqat mətnlərini nəşr edir. 125.000 
alim, mühəndis və tələbə ondan istifadə  edir (21). 
14.
 
APS (American physics Society): Amerika Fizika Cəmiyyəti 
1899-cu ildən fizika elmlərinin inkişafı  məqsədilə  fəaliyyətə başladı. 
APS fizika elmi üzrə dünyanın ən məşhür jurnallarını nəşr edir.(22) 
15.
 
  ASME (American Society of Mechanical Engineers): Ame-
rika Mexanika Mühəndisləri Cəmiyyəti 1880-cı ildə öz fəaliyyətinə baş-


ladı  və hazırda dünyanın  ən qabaqcıl və tanınmış Mühəndislik cəmiy-
yətlərindən biridir. ASME 100 ildən artıq təcrübəsi var və 127.000-dən 
artıq  dünyanın mexanika mühəndisləri olan üzvləri ilə öz fəaliyyətini 
davam etdirir. ASME hər il 30 konfrans təşkil edir və mexanika 
mühəndislik ixtisasında texnika üzrə ən böyük naşirlərdən biridir. 1980-
ci ildən jurnalları, 1999-ci ildə e-kitabları, 2002-ci ildən konfransların in-
formasiyasını əks etdirir.(23) 
16.
 
 ASCE ( American Society of Civil Engineers): Amerika 
İnşaatçılar Cəmiyyəti 1852-ci ildə fəaliyyətə başladı və hazırda 123.000 
üzvü var. ASCE onlayn tədqiqat kitabxanası 1995-ci ildən 630.000-dən 
artıq səhifədən ibarət 73.000 jurnalın 185.000-dən artıq tam mətnli 
məqalələrini əks etdirir. Hər il  4000 yeni səhifə ona əlavə olur. (24)  
İranda çap olmuş jurnallardan istifadə etmək üçün Təbriz Uni-
versiteti  “Magiran”  verilənlər bazasından istifadə edir. Magiran 1990-cı 
ildən fəaliyyətə başlamış və hazırda 1300 jurnalın tam mətnli məqalələ-
rindən istifadə etməyə imkan verir. O, jurnallar haqqında informasiyaları, 
cildin dizaynını, mündəricatını göstərir. Həmçinin əlifba, mövzu siyahısı 
vasitəsilə məqalələri axtarış etmək olar. Təbriz Universiteti bu verilənlər 
bazasının abonenti  olmuş və beləliklə, oxucular İranda çap olmuş istəni-
lən  jurnal və məqalələri e-jurnal formasında axtarış  və pulsuz əldə edə 
bilərlər.(www. magiran.com) 
Yuxarıda qeyd etdiyimiz kimi  Təbriz Universitetinin Mərkəzi 
Kitabxanasının yeni binası 2008-ci ildə dövlət həftəsində işə başladı. Bu 
kitabxananın 14000  kv.metr ərazisi var və 3 mərtəbəlidir. Oxu zalında 
900 nəfər yerləşə bilər. Oxu zalı birinci mərtəbədədir.  Kitabxananın 
oxucuları Təbriz Universitetinin tələbə, müəllim və köməkçi işçi heyəti-
dir. Həmçinin birinci mərtəbədə dissertasiya şöbəsi yerləşir. Bu şöbədə 
10.000-dən artıq magistratura və doktorantura pillələrində yazılmış dis-
sertasiyalar saxlanılır. Dissertasiyaları yalnız bu şöbənin zalında mütaliə 
etmək olar və onun surətini çıxarmaq qadağandır.  Həmçinin   bu  mərtə-
bədə muzey üçün də yer ayrılmışdır. 
Birinci mərtəbədə kitabxananın elektron kataloqlarından istifadə 
etmək məqsədilə 20 kompüter oxucuların xidmətinə verilmişdir. Oxucu-
lar elektron kataloqdan istifadə etməklə, istənilən kitabın şifrəsini yazıb 
və abonement şöbəsinə müraciət edə bilirlər. 
2-ci mərtəbədə abonement şöbəsi, kataloqlaşdırma  şöbəsi, sifariş 
şöbəsi, informatika şöbəsi və İnternet şöbəsi yerləşir. Həmçinin bu mər-
təbədə elektron kitabxana, indeksləşdırmə otaqları var. 


Abonement şöbəsində Fars və Latın kitabxanaları ayrıca iki salonda 
yerləşir və kitablar rəflərdə Amerika Konqres kitabxanasının təsnifatı 
əsasında düzülmüşdür. Bu şöbə açıq rəf üsulu ilə idarə olunur və  tələ-
bələr özləri rəflərə yaxınlaşıb istənilən kitabı  şifrə üzrə tapırlar və  əgər 
lazım olsa kitabxanaçının köməyindən də istifadə edə bilirlər. Bu şöbədə   
37.391 nüsxə Fars kitabı və və 46.330 nüsxə Latın kitabı var ki, hər gün 
onların sayı artırılır. Həmçinin bu şöbədə oxucular haqqında informasi-
yalar proqram təminatına daxil olur, oxucu bileti çap olunur və 
oxucuların ştrix kodu biletin arxasına yazılır.  
Kataloqlaşdırma  şöbəsinin iki bölməsi var: Fars və Latın kitab-
larının kataloqlaşdırması. Bu  şöbədə kitablar proqram təminatı vasitəsilə 
kataloqlaşdırılır. Beləliklə, kitab haqqında biblioqrafik informasiya 
proqram təminata daxil olur və elektron kataloqda yerləşdirilir. Həmçinin 
burada kitabın ştrix kodu çap edilir və kitabın arxasına yerləşdirilir. 
Sifariş  şöbəsi iki yerə bölünür: Fars və Latın kitabları, jurnallar, 
qəzetlər və s. bölməsi. Məsələn, Fars bölməsi yalnız sifariş olunmüş Fars 
kitablar, jurnallar və qəzetlərlə təmin edir. Bu şöbə kitablar, jurnallar və 
qəzetlərin siyahısını fakültələrə göndərir və seçilən sənədləri naşirlərdən 
və ya kitab sərgilərindən alır. 
İnformatika  şöbəsi Mərkəzi kitabxana və fakültə kitabxanalarının 
proqram təminatına nəzarət edir və yaranmış problemləri aradan qaldırır. 
Həmçinin oxuculara verilənlər bazalarından necə istifadə etməyi öyrədir. 
İnternet  şöbəsində 20 kompüter var.  Bu şöbədə oxucular İnternet 
vasitəsilə e-kitab, e-jurnal və müxtəlif verilənlər bazalarından istifadə 
edirlər. 
İndeksləşdirmə  şöbəsində 1994-cü ildən jurnalların indeksləri CD 
formada təmin olunur və oxuculara təqdim olunur. 1988-ci ildən 
jurnalların indeksləri kompüterdə mövcuddur. 
Mərkəzi kitabxananın 3-cü mərtəbəsində  məlumat fondu, nəşriyyat,  
jurnal fondu, əlyazma və nadir kitabların fondu, doktor Notqının hədiyyə 
etdiyi kitabların fondu, Əlqədir layihəsi və ictimai əlaqələr otağı, kitab-
xana rəhbərinin (rəis), köməkçisinin, makinaçının otağı  və uçot şöbəsi 
yerləşir. 
Məlumat fondunda ensiklopediyalar, lüğətlər, salnamələr, məlumat 
kitabları, statistikaya aid kitablar, biblioqrafik göstəricilər və s. Toplan-
mışdır. Kitabxananın məlumat-biblioqrafiya şöbəsi elmin bütün sahələri 
üzrə yazılı və şifahi arayışlar verir, oxucuların çoxcəhətli sorğularini ödə-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə