Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   36   37   38   39   40   41   42   43   44

8,2%-i Quba-Xaçmaz 7,1%-i Yuxarı Qarabağ, 5,8%-i Naxçıvan, 4,9%-i  
Dağlıq  Şirvan, 4,5%-i  Kəlbəcər-Laçın   və  2,1%-i  Abşeron  iqtisadi   
rayonunun  payına  düşür.                                                                                     
2009-cu  ilin  1-ci  yarısında  kitabxanalara  4,8 milyon müraciət  
qeydə alınmış, 53,4 milyon kitab və ya digər informasiya  mənbə-
lərindən istifadə edilmişdir. Müraciətlərin  39,6%-i  18  yaşınadək   uşaq  
və  gənclər tərəfindən olmuşdur.  İnternet vasitəsi ilə elektron  kitab-
xanalara edilən müraciətlər kitabxanalara olunan ümumi  müraciətlərin  
cəmi  2%-ni  təşkil  etmişdir.                                     
Kitabxanalardakı 1695  kompüterdən  94,2%-i  şəhər,5,8%-i  isə  
kənd  yerlərinin  payına  düşür. Müayinənin  nəticələrinə  görə  mövcud  
kompüterlərdən 56,5%-i istifadəçilər üçün,43,5%-i isə kitabxana  əmək-
daşları  üçündür. Eyni  zamanda  bu  kompüterlərin  705  ədədi  və  ya 
41,6%-i internetə qoşulmuş, 86 itabxanada elektron poçt, 30 kitab-
xanada elektron kataloq mövcuddur. Bu  kitabxanalar isə şəhər  yerlə-
rində  yerləşir.   
Respublikamızda yerləşən  bütün  kitabxanalarda   işləyən  işçilərin  
cəmi 3346  nəfəri   və  ya 38,3%-i  kitabxana  üzrə  ali  və orta  ixtisas   
təhsili, 2579 nəfəri yaxud 29,6%-i  digər sahələr  üzrə ali  və orta  ixtisas  
təhsili, 2802 nəfəri ə ya  32,1%-i  isə ümumi orta təhsili olan  şəxslərdir.           
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin     
2009-cu ilə olan statistik məlumatına görə, respublikamızda 8507  
kitabxana var. Bu kitabxanaların 2322-si, yəni 27,3%-i şəhər yerlərində, 
6185, başqa sözlə, 72,7%-i kənd yerlərində yerləşir. Mədəniyyət və 
Turizm Nazirliyinin tabeliyində 3812, yəni 44,8% kitabxana  yerləşir. 
Azərbaycan  Respublikasında 10  iqtisadi rayon var. Onlardan   biri  
də  Quba- Xaçmaz  iqtisadi  rayonudur. 
Respublikanın  şimal-şərq hissəsində yerləşən Quba-Xaçmaz   iq-
tisadi  rayonunun  əlverişli  təbii  şəraiti,  bu  bölgənin  bütün  tarixi  
dövrlərdə, iqtisadi  inkişafına  müsbət  təsir  göstərmişdir. Ərazisi  7 min  
kv.km   olan  iqtisadi  rayon, respublika  ərazisinin  8%-ni  əhatə  edir.  
Bölgənin   dəniz  sahillərindən  yüksək  dağlıq  sahələrə  qədər  uzanan  
ərazisi,   iqtisadi  rayonun  çoxsahəli   təsərrüfatının   inkişafına  zəmin  
yaratmışdır. İqtisadi  rayonun  ümumi  ərazisinin  37%-i Quba, 22,1 %-i 
Qusar,15,6% -i  Xaçmaz, 11,3%-i Siyəzən,14%-i  isə Şabran   inzibati  
rayonlarının   payına  düşür (13). 


Quba-Xaçmaz iqtisadi rayonunun relyef müxtəlifliyi  ərazidə  
məhsuldar qüvvələrin inkişafına və  əhalinin qeyri-bərabər məskun-
laşmasına səbəb olmuşdur.  
Rayonun istehsal sahələrinin inkişafında təbii resursların  zən-
ginliyi  xüsusi  əhəmiyyət  kəsb edir (13.s.191-192). 
Quba-Xaçmaz  iqtisadi  rayonunda, 2009-cu  il əhalinin siyahıya  
alınmasına  görə  487000 nəfərin məskunlaşdığı qeydə alınmışdır. 
Ayrı-ayrı inzibati  rayonların  əhalisinin  sayı və  milli  tərkibi  də  
müxtəlifdir.Quba rayonunda  151900, Qusar  rayonunda 87500, Xaçmaz  
rayonunda 158800, Şabran rayonunda 51200,Siyəzən rayonunda  37600 
nəfər  əhali  yaşayır ( bax: cədvəl.4). 
İqtisadi rayonda  yaşayan ümumi  əhalinin 72%-i  azərbaycanlılar, 
22,7 %-i ləzgilər, 2,1%-i tatlar, 1,6 %-i türklər və s. təşkil edir. Əhalinin 
siyahıya alınma  məlumatlarına  görə, burada yaşayan əhalinin 29,8 %-i  
Xaçmaz, 28,6 %-i Quba, 17,9 %-i Şabran, 16,6 %-i Qusar, 6,9 %-i 
Siyəzən inzibati rayonunun payına  düşür (13). 
Quba-Xaçmaz  iqtisadi  rayonu üzrə  cəmi  təhsil  alanların sayı 
388672  əfərdir. Onların yalnız 4,1%-i ali təhsillilər, 0,2%-i isə  nata-
mam ali təhsillilərdir.                                                                                            
İqtisadi rayonun əsas bölgələrindən biri olan Quba rayonunun  
ərazisi  2,58 min kv.m-dir.  
Rayonda Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1932-ci ildə  yara-
dılmış  kitabxana əsasında formalaşdırılmışdır. Kitabxananın 107 filialı 
var ki, bunlar Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində yerləşir 
(bax: cədvəl.4; cədvəl.1). 
Bundan  başqa, rayonda 1 elmi, 1  ali təhsil  müəssisəsi , 1 orta 
ixtisas  təhsili  müəssisəsi, 2 ilk  peşə-ixtisas təhsil müəssisəsi, 106 ümu-
mtəhsil müəssisəsi, 2 musiqi məktəbi, 1 səhiyyə müəssisəsi kitab-
xanaları  fəaliyyət göstərir. Rayon ərazisində yerləşən kütləvi  kitab-
xanalar 48,3 %  təşkil edir.      
Quba  rayonunda təhsil alan 1197724 nəfər, iqtisadi   rayon   üzrə 
cəmi  təhsil  alanların  30,8%-ni təşkil  edir ki, bunlardan  4,32%-i və  
ya  5172  nəfəri ali təhsilli kadrlardır. Rayonda 416  nəfər natamam  ali  
təhsili,7754 nəfər orta ixtisas təhsilli, 46554 nəfər və ya 38,88%   
ümumi orta təhsilli,21447 nəfər və ya 17,91% natamam orta təhsilli, 
3298 nəfər  peşə  təhsilli  şəxs var.  
Ümumiyyətlə, rayonda  cəmi  221 kitabxana  var  ki,  onlardan  34-
ü və ya 15,4%-i şəhərdə, 187-si və ya 84,6%-i kəndlərdə  yerləşir. Bu   


kitabxanalarda 14 ədəd kompüter var. Onlardan 12 ədədi şəhər  kitab-
xanalarında, 2 ədədi isə kənd kitabxanalarında yerləşir. Kompüterlərin 8 
ədədindən informasiya tələbatçıları, 6 ədədindən isə  kitabxana işçiləri 
istifadə  edir. 
Kitabxana-biblioqrafiya   ehtiyatının   əsas   komponenti   fond   və 
informasiyan tələbatçıları, oxuculardır (11). 
Quba rayonunda kitabxana fondu 1498735 nüsxə  təşkil edir. 
Fondun 1456171 nüsxəsi kitablar, 43 nüsxəsi elektron informasiya 
daşıyıcıları, 28129 nüsxəsi  jurnallar,7538 nüsxəsi qəzetlər,6854 nüsxəsi  
isə  digər  materiallardan  ibarətdir. 
Azərbaycan Respublikası    Mədəniyyət və  Turizm  Nazirliyinin  
2007-ci  ildə  nəşr  etdirdiyi  «Azərbaycan  kitabxanaları  21-ci  əsrin  
informasiya  məkanında»  adlı  2 cildlik  kitabda, 2004-2005-ci  illərdə  
Quba  rayonunda  kütləvi  kitabxanalarda  işləyən  mütəxəssislərin  
ümumi  sayının  144 nəfər olduğu   göstərilir (1).    
Azərbaycan  Respublikası Dövlət  Statistika  Komitəsinin  2009-cu  
ildə apardığı statistik müayinə zamanı, ümumiyyətlə, Quba  rayonunda  
kitabxanalarda işləyən mütəxəssislərin 169 nəfər olduğu hesablanmışdır. 
Bu işçilərin 6 nəfərinin yəni 3,6 %-nin ali ixtisas  təhsilli  mütəxəssis,5 
nəfərinin yəni 3% -nin  ali  qeyri - ixtisas təhsilli, 29 nəfərinin, yəni 17,2 
%-nin orta ixtisas təhsilli, 36 nəfərinin orta qeyri-ixtisas təhsilli, 93 
nəfərinin, yəni 54,9%-nin ümumi orta təhsilli olduğu bildirilir 
(bax:cədvəl.2).  
Quba-Xaçmaz iqtisadi zonasında yerləşən  Qusar  rayonu  da   
mühüm  bölgələrdən biridir. Rayonun ərazisi 1,54 min kv.m-dir. 
Qusar  rayon  Mərkəzləşdirilmiş  Kitabxana  Sistemi, 1930-cu  ildə  
yaradılmış  kitabxananın  bazası  əsasında  qurulmuşdur. Kitabxananın  
75  filialı  var .  Bu  filialların  512400 nüsxə  kitab  fondu, 16200  nəfər 
oxucusu  var (bax: cədvəl.1). 
Qusar  rayonunda  ümumilikdə 146 kitabxana var. Onlardan 68-i,  
yəni 46,5%-i ümumtəhsil məktəblərində,1-i musiqi məktəbində, 1-i  
səhiyyə müəssisəsində yerləşir (bax: cədvəl.4). 
Rayonda yerləşən bütün kitabxanaların cəmi 1008583 nüsxə  kitab 
fondu var. Bu fondun 1002611 nüsxəsi kitablar, 10 nüsxəsi elektron 
informasiya daşıyıcıları, 194 nüsxəsi jurnallar, 394 nüsxəsi qəzetlər, 
5374  nüsxəsi  isə  başqa  nəşrlərdir.    
Qusar rayonundakı kitabxanalarda statistik məlumatlara  görə,  107 
nəfər  mütəxəssis çalışır. Onlardan 7 nəfəri, yəni 6,5%-i  ali ixtisas  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə