Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   33   34   35   36   37   38   39   40   ...   44

hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi” metodik-biblioqrafik 
vəsaiti 1972-ci ildə nəşr edilmişdir (2). 
Biblioqrafik göstərici iki hissədən ibarətdir. Birinci hissədə  uşaq-
ların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında kitabxanaçıya 
kömək məqsədilə  kitab təbliğinin müxtəlif üsullarından, məktəblilərdə 
vətənpərvərlik hissinin aşılanmasında daha əhəmiyyətli kütləvi təd-
birlərin  maraqlı  şəkildə  təşkili və keçirilməsindən bəhs olunur. İkinci 
hissədə isə “Uşaqların hərbi vətənpərvərlik ruhunda  tərbiyə edilməsi” 
mövzusu ilə əlaqədar olan mövcud ədəbiyyatın annotasiyalı biblioqrafik 
siyahısı da verilmişdir. 
Metodik–biblioqrafik vəsaitə 1970-ci  ilədək 5-8-ci sinif  şagirdləri 
üçün çap edilmiş  ən mühüm  kitablar seçilib daxil edilmişdir. Vəsaitin 
biblioqrafiya hissəsində mövzu ilə əlaqədar 78  adda ədəbiyyatın təsviri 
verilmişdir. Biblioqrafik təsvir müəllifin familiyasına, müəllifsiz kitablar 
isə sərlövhələrinə görə verilmişdir. Burada hər kitaba yığcam annotasiya 
da verilmişdir. 
F.Köçərli adına Respublika  Dövlət Uşaq  Kitabxanası, əsasən, uşaq 
və yeniyetmə oxuculara xidmət etdiyi üçün öz profilinə uyğun olaraq son 
illərdə də tövsiyə göstəriciləri tərtib edir. Belə ki, kitabxananın məlumat-
biblioqrafiya  şöbəsinin  əməkdaşları oxucuların biblioqrafik informasi-
yaya olan tələbatını müntəzəm şəkildə ödəmək üçün tövsiyə biblioqrafik 
göstəriciləri tərtib edib çap etdirmişdir. 
Belə biblioqrafik vəsaitlərdən biri də “Möcüzələr aləmində” adlı  
tövsiyə biblioqrafik göstərici  1990-cı ildə  R.Hacıyeva tərəfindən tərtib 
olunmuşdur. Tövsiyə biblioqrafik göstərici  1965-1987-ci  illərdə  nəşr 
edilmiş  uşaq  ədəbiyyatını  əhatə edir. Biblioqrafik vəsaitdə materiallar 
məzmun  əlamətinə görə qruplaşdırılmışdır. Göstəricidə bir çox elm 
sahələrinə dair ədəbiyyat haqqında biblioqrafik məlumat verilmişdir.  
Biblioqrafik göstərici  10 bölmədən ibarətdir: 
1.
 
Fizika nəyi öyrənir? 
2.
 
Kibernetika və həyat 
3.
 
Fəzanın sabahı 
4.
 
Kimya bu gün və sabah 
5.
 
Maraqlı aləmə səyahət  
6.
 
Yerin sirləri açılır 
7.
 
 Bizi əhatə edən mühit 
8.
 
 Ədədlər aləmi 
9.
 
Düşünən maşınlar 


10.
 
 Fantastika 
    “Fantastika”  bölməsinə  nəşr ilindən asılı olmayaraq maraqlı 
kitablar  daxil edilmişdir. Göstərici hərtərəfli biliyə malik olmaq istəyən 
məktəbli oxucular üçün əlverişli biblioqrafik informasiya mənbəyidir (9). 
1991-ci ildə dahi şairimiz  N.Gəncəvinin  anadan olmasının 850 
illik yubileyi respublikamızın bütün mədəniyyət ocaqlarında, o cümlədən 
kitabxanalarda da təntənəli  şəkildə qeyd olunmuşdur. Bu mənada 
F.Köçərli adına Respublika Dövlət Uşaq Kitabxanası 1991-ci ildə  
N.Gəncəvinin 850 illik yubileyi münasibətilə “Hikmət xəzinəsi” adlı 
tövsiyə biblioqrafik göstəricisi tərtib etmişdir. Göstəricidə materiallar 
Azərbaycan və rus dilində qruplaşdırılmışdır (tərtibçi: S.Əhmədova, red: 
F.Qasımova). Biblioqrafik göstərici  4 hissədən ibarətdir: 
1.
 
Həyat və yaradıcılığının əsas tarixləri 
2.
 
Əsərləri 
3.
 
Özü və yaradıcılığı haqqında 
3-cü hissə iki yarımbölməyə ayrılır: 
a)   Kitablar 
b)   Dövri mətbuat 
4.   Köməkçi  aparat 
Biblioqrafik göstəricinin sonunda axtarışı asanlaşdırmaq məqsədilə 
N.Gəncəvi haqqında yazan müəlliflərin əlifba göstəricisi tərtib edilmişdir 
(6). 
F.Köçərli adına Respublika Dövlət Uşaq Kitabxanasının məlumat-
biblioqrafiya şöbəsinin əməkdaşları tərəfindən tərtib edilən tövsiyə gös-
təricilərindən biri də “Bizə kitab gəlib” adlanır (5). Müəllifləri S.Əhmə-
dova və F.Qasımovadır. Göstəricidə kitabxanaya 1991-ci ildə daxil olan 
kitabların annotasiyalı təsviri verilmişdir. Vəsaitdə materiallar Azərbay-
can dilində sistemləşdirilmiş, aşağıdakı bölmələr daxilində qruplaşdırıl-
mışdır:  
1.
 
Azərbaycan ədəbiyyatı 
2.
 
Türk və slavyan xalqları ədəbiyyatı 
3.
 
Dünya ədəbiyyatı 
4.
 
Vətənimizin tarixindən 
5.
 
Xalq maarifi 
6.
 
Ədəbiyyatşünaslıq və tənqid 
7.
 
Dilimiz, varlığımız 
8.
 
Gözəllik aləminə səyahət 
9.
 
Sizi paklığa çağırırıq 


10.
 
Sağlam olmaq istəyirsinizmi? 
11.
 
Bunları bilmək maraqlıdır. 
Hər bir bölmə daxilində materiallar yarımbölmələrə ayrılır. “Azər-
baycan ədəbiyyatı” bölməsinə daxil olan bölmələr aşağıdakılardır: 
1.
 
Folklor 
2.
 
Poeziya 
3.
 
Nəsr 
4.
 
Publisistika 
Bu biblioqrafik göstərici  xüsusilə məktəbli oxucular üçün ayrı-ayrı 
xalqların ədəbiyyatını, ədəbi-bədii əsərlərin, təbiət sirlərinin öyrənilməsi 
baxımından çox əhəmiyyətli mənbə olmuşdur. 
Respublikamız yenidən müstəqillik qazandıqdan sonra hər sahədə 
olduğu kimi uşaq  ədəbiyyatının biblioqrafik nəşrlərinin yaranıb inkişaf 
etməsində yeni bir dövr başlanmışdır. Bu hər  şeydən  əvvəl Res-
publikamızın baş  uşaq kitabxanası, uşaq  ədəbiyyatının dövlət kitab-
saxlayıcısı  və  uşaq kitabxanalarının elmi-metodik mərkəzi olan Firudin 
Bəy Köçərli adına Respublika Dövlət Uşaq Kitabxanasının biblioqrafik 
fəaliyyəti ilə bağlı olmuşdur. 
   F.B.Köçərli adına Respublika Dövlət Uşaq Kitabxanasının  1990-
cı illərdən sonrakı biblioqrafik fəaliyyəti  və  uşaq  ədəbiyyatını özündə 
əks etdirən biblioqrafik vəsaitlərin geniş təhlili barədə növbəti məqalədə 
bəhs ediləcəkdir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Abdulla Şaiq /Biblioqrafiya.-B.,1956.-9s. 
2.
 
Abbasov A. Uşaqların hərbi vətənpərvərlik ruhunda tərbiyə 
edilməsi.-B.,1972.-34s. 
3.
 
Azərbaycan kitabı: (Biblioqrafiya) üç cilddə.C.2, I kitab.-
B.:Yazıçı,1982.-745s. 
4.
 
Azərbaycan SSR Elmlər Akademiyası 
nəşrlərinin 
biblioqrafiyası. III c./1960-1965/ VII kitab.-B.,1984.-134s. 
5.
 
Əhmədova S. Bizə kitab gəlib (tövsiyə göstəricisi).-B.,1992.-
42s. 
6.
 
Əhmədova S. Hikmət xəzinəsi.- B.,1991.-30s. 
7.
 
Əsədullayev A. Azərbaycan uşaq  ədəbiyyatı: Annotasiyalı 
tövsiyə ədəbiyyat göstəricisi.-B.,1970.-76s. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə