Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   31   32   33   34   35   36   37   38   ...   44

Sima  İSMAYILOVA 
Biblioqrafiyaşünaslıq kafedrasının  baş müəllimi 
 
AZƏRBAYCANDA UŞAQ VƏ GƏNCLƏR ÜÇÜN  
ƏDƏBİYYATIN BİBLİOQRAFİK NƏŞRLƏRİNİN YARANMASI 
VƏ İNKİŞAFI 
 
       Respublikamızda uşaq və  gənclər üçün ədəbiyyatın biblioq-
rafiyasının inkişafının özünəməxsus səciyyəvi xüsusiyyətləri vardır. Bu 
da ilk növbədə müxtəlif yaşlı  uşaqların mütaliəsinə  rəhbərliklə, 
həmçinin? mütaliəyə  rəhbərlik edənlərin uşaq və  gənclər  ədəbiyyatına 
olan biblioqrafik tələbatı ilə əlaqədardır.  
Azərbaycanda uşaq ədəbiyyatı biblioqrafiyasının yaranması, uşaqlar 
üçün  ədəbi-bədii  əsərlərin, həmçinin, elmi-fantastik və idrak 
ədəbiyyatının yaranması ilə  əlaqədar olmuşdur. Uşaq  ədəbiyyatını 
özündə  əks etdirən ümumi və sahəvi biblioqrafik mənbələri bilmədən 
uşaq ədəbiyyatı ilə maraqlanan müəllimlərin, müxtəlif yaşlı uşaqların  və 
başqa oxucu qruplarının sorğularına lazımi qaydada  cavab vermək 
mümkün deyil. Bu mənbələrlə yanaşı,  ümumi xarakterli biblioqrafik 
vəsaitlərin  də öyrənilməsi vacibdir. Ümumi xarakterli biblioqrafik vəsait  
dedikdə, uşaq ədəbiyyatı ilə yanaşı, müxtəlif elm sahələri üzrə ədəbiyyatı 
özündə əks etdirən biblioqrafik mənbələr nəzərdə tutulur. 
Uşaq  ədəbiyyatını da özündə  əks etdirən ümumi xarakterli 
biblioqrafik mənbələrdən bəhs edərkən ilk əvvəl  zəngin informasiya 
mənbəyi olan  iki cildlik “Azərbaycan kitabı” adlı biblioqrafik vəsaitin  
adını çəkmək lazımdır.  “Azərbaycan kitabı”nın  I və II cildləri öz daxili 
quruluşuna, tərtibat metodikasına  və materialların sistemləşdirilməsinə 
görə bir-birindən  fərqlənir. Fərqli tərtibat xüsusiyyətlərinə baxmayaraq 
hər iki göstəricidə  uşaq  ədəbiyyatına dair materialların  biblioqrafik 
təsviri verilmişdir.  
 “Azərbaycan kitabı”nın I cildində lazımi sorğu üzrə  uşaq 
ədəbiyyatına dair materialların axtarılmasında  vəsaitin zəngin köməkçi 
aparatı mühüm rol oynayır. Əgər I cild 1780-1920-ci illəri əhatə edirsə
II cild 1920-1940-cı illərdə  nəşr edilmiş  ədəbiyyatı özündə  əks 
etdirmişdir. Göründüyü kimi, I cild uzun  tarixi dövrü xronoloji 
ardıcıllıqla,  II cild isə elm sahələrinə görə, müəlliflərin əlifba sırası ilə  
materialları əks etdirir.  


“Azərbaycan kitabı”nın  birinci cildindən uşaq  ədəbiyyatına dair 
materialları “Mövzu”, “Sərlövhələrin”, ”Təxəllüslərin” köməkçi gös-
təriciləri vasitəsilə  aşkara çıxarmaq    mümkündür.  Vəsaitin I cildindən 
fərqli olaraq II cildində uşaq ədəbiyyatına dair materiallar xüsusi  “Uşaq 
ədəbiyyatı” bölməsində müəlliflərin  əlifba sırası ilə qruplaşdırılmışdır. 
Bu bölmə daxilində  uşaq  ədəbiyyatına dair cəmi 59 ədəbiyyatın 
biblioqrafik təsviri verilmişdir (3). 
Uşaq  ədəbiyyatına dair materialları özündə  əks etdirən ümumi 
xarakterli mənbələrdən biri də AMEA-nın MEK-i tərəfindən tərtib  
edilmiş  “Azərbaycan  EA nəşrlərinin biblioqrafiyası” adlı vəsaitdir. Bu 
biblioqrafik göstərici ümumi xarakterli biblioqrafik mənbə olmaqla 
Akademiyanın nəzdində olan elmi-tədqiqat institutlarının nəşrlərini  əks 
etdirmişdir.Vəsaitdə  uşaq  ədəbiyyatına dair materiallar  Nizami adına 
Ədəbiyyat  İnstitutunun elmi əməkdaşlarının fəaliyyətinin nəticəsi olaraq 
verilmişdir. Uşaq yazıçı  və  şairlərinin  əsərlərinin elmi tədqiqatlarının, 
dərslik və tədris ədəbiyyatının nəşrində  bu institutun xidmətləri  böyük 
olmuşdur. “Akademiya nəşrlərinin biblioqrafiyası”nda ayrı-ayrı elm 
sahələri ilə yanaşı , “bədii  ədəbiyyat və  ədəbiyyatşünaslıq” üzrə xüsusi 
bölmə verilmişdir. Bölmə daxilində    uşaq  ədəbiyyatına dair müvafiq 
mövzular üzrə axtarış aparmaq mümkündür (4).  
Respublikada uşaq  ədəbiyyatı biblioqrafiyasının təşkili və 
inkişafında elmi müəssisələrin, kitabxanaların, müvafiq nazirliklərin 
fəaliyyəti  diqqəti cəlb edir. İlk nümunə kimi uşaq ədəbiyyatına dair töv-
siyə xarakterli biblioqrafik vəsaitlərin yaranması  keçmiş  Şvars adına ki-
tabxana, sonradan Puşkin adlanan bu kitabxana uşaq  ədəbiyyatına dair 
biblioqrafik vəsaitlərin yaradılması sahəsində ilk addım atmışdır. Bu ki-
tabxana uşaqların və eləcə də uşaqların mütaliəsinə rəhbərlik edən vali-
deynlərə köməklik məqsədilə 1936-cı ildə “Balalarımız nə oxumalıdır-
lar?”, “Valideynlər nə oxumalıdırlar?” mövzusunda iki biblioqrafik gös-
tərici  tərtib edib nəşr etdirmişdir. Rus dilində çap edilmiş  bu biblioqra-
fik göstəricilər tövsiyə xarakterli olmaqla həm uşaqlar, həm də vali-
deynlər üçün ədəbiyyatın təbliğ olunmasında mühüm vasitə olmuşdur.  
Azərbaycanda uşaq  ədəbiyyatı biblioqrafiyasının yaradılmasında  
Azərbaycan XMK-nın 1930-cu ildən sonra Elmi-Tədqiqat Məktəbəqədər 
İnstitutun fəaliyyəti böyük olmuşdur. İnstitut tərəfindən ilk nümunə kimi 
“Uşaq  ədəbiyyatı” mövzusunda biblioqrafik göstərici çap olunmuşdur. 
Bu biblioqrafik göstərici Maarif Komissarlığı  tərəfindən çap etdirilərək 
müxtəlif yaşlı  şagirdlərin mütaliəsinə  rəhbərlik məqsədilə lazımi 


ədəbiyyatın seçilməsi və bu vəsait vasitəsilə  uşaqlara çatdırılması 
mühüm tədbirlərdən biri olmuşdur. 
Respublikamızda uşaq ədəbiyyatı biblioqrafiyasının yaradılmasının 
ilk nümunələrindən  danışarkən Respublika  Mədəniyyət Nazirliyinin 
Mədəni-Maarif  İşçilərinin Metod Kabinəsi tərəfindən tərtib olunmuş 
“Kataloq” nümunəsini də qeyd etmək  lazımdır. Metod Kabinə  plana 
görə 1949-cu ilə  qədər çap olunmuş  uşaq  ədəbiyyatının kataloqunu  
yaratmağa səy göstərmişdir. Kataloqun  üç buraxılışı  xüsusi olaraq uşaq 
ədəbiyyatına həsr olunmuşdur. 1949-cu ildə kataloqun  III buraxılışı  çap 
edilmişdir. Bu buraxılışda ədəbiyyat aşağıdakı əsas və yarım bölmə üzrə 
şöbələrdə  təsvir edilmişdir. Kataloqun əsas I bölməsi  məktəbəqədər 
uşaqlar üçün ədəbiyyat, II əsas bölmə    məktəb yaşlı  uşaqlar üçün 
ədəbiyyat adı ilə  nəşr edilmişdir. Bu bölmələr də öz növbəsində  
yarımbölmələrə ayrılmışdır. Birinci yarımbölmədə  uşaq  ədəbiyyatı, 
Azərbaycan uşaq  ədəbiyyatı, rus və başqa xalqların uşaq  ədəbiyyatı, 
xarici ölkələrin uşaq ədəbiyyatından tərcümə nəşrləri verilmişdir.  
Bu yarımbölmələrlə yanaşı, uşaq ədəbiyyatı kataloqda uşaqların yaş 
dərəcələrinə görə seçilmişdir. Məsələn, I və    IV    sinif  şagirdləri üçün 
ədəbiyyat; V–VIII sinif şagirdləri üçün ədəbiyyat. Azərbaycan uşaq 
ədəbiyyatının təbliği və öyrənilməsi  baxımından kataloqun o dövrdə çox 
böyük rolu olmuşdur. 
Respublikamızda uşaq  ədəbiyyatı biblioqrafiyasının  əsl inkişafı 
Böyük Vətən müharibəsindən sonrakı illərə  təsadüf edir. Müharibədən 
sonra Azərbaycan ədəbiyyatı biblioqrafiyasının yaranıb inkişaf etməsin-
də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının fəaliyyəti çox 
böyük olmuşdur. Azərbaycan  ədəbiyyatı biblioqrafiyasının mühüm bir 
istiqamətini təşkil edən uşaq  ədəbiyyatına dair ilk biblioqrafik vəsaitlər 
də məhz  bu kitabxana tərəfindən  nəşr edilmişdir. 
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası  tərəfindən  
1956-cı ildə görkəmli yazıçı, Azərbaycanda uşaq ədəbiyyatının yaradıcısı 
hesab edilən Abdulla Şaiq haqqında Ş.M.Əfəndiyeva və M.N.Meylmanın 
tərtib etdikləri tövsiyə xarakterli biblioqrafik göstərici nəşr olunmuşdur 
(1). 
Biblioqrafik göstəricidə A.Şaiqin 1940-cı ildən sonra kitab halında 
çap olunmuş  əsərlərinin biblioqrafik təsviri verilmişdir. Göstəricinin 
“Əsərləri” adlanan bölməsində  müəllifin 21 əsərinin təsviri verilmişdir. 
Burada yazıçının “Seçilmiş  əsərləri”nin müxtəlif illərdə olan nəşrləri 
göstərilməklə, həmin nəşrlərə daxil edilmiş  əsərlər də    vəsaitdə qeyd 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə