Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   28   29   30   31   32   33   34   35   ...   44

Solmaz SADIQOVA 
Biblioqrafiyaşünaslıq  kafedrasının baş müəllimi 
 
İQTİSADİYYAT ELMİNƏ HƏSR OLUNMUŞ ÜMUMİ 
XARAKTERLİ BİBLİOQRAFİK İNFORMASİYA MƏNBƏLƏRİ 
 
İqtisadiyyat sosial-siyasi elmlərin mühüm tərkib hissələrindən biri 
hesab olunur. İqtisadiyyat üzrə ədəbiyyatın yaranması ictimai biliklərin 
öyrənilməsi və təbliği ilə əlaqədar olmuşdur. Ona görə də Azərbaycanda 
iqtisadiyyat üzrə  ədəbiyyatın nəşri və onun biblioqrafiyası XX əsrin 
əvvəllərindən həyata keçirilməyə başlamışdır.   
Müstəqil Azərbaycan Respublikasının bazar iqtisadiyyatı sisteminə 
keçməsi şəraitində elmi iqtisadi biliklərə, elmi iqtisadi təfəkkürə kifayət 
qədər malik olmaq mühüm əhəmiyyət kəsb edir. İqtisadi  ədəbiyyatın 
öyrənilməsində  və bu sahədə yeni məlumatların operativ şəkildə 
mütəxəssislərə çatdırılmasında Azərbaycan milli biblioqrafiyasının 
mühüm qollarından biri olan iqtisadiyyat ədəbiyyatının biblioqrafiyası 
mühüm əhəmiyyətə malikdir. 
İqtisadiyyat keçmişdə də, indi də hər bir şəxsin, ailənin, cəmiyyətin 
həyatında mühüm əhəmiyyət kəsb etmişdir. Bunun üçün də bu gün 
müstəqil Azərbaycan Respublikasında yaşayan hər bir vətəndaş ölkə-
mizin iqtisadiyyatını, onun keçmişini, bu gününü bilməlidir. 
İqtisadiyyat-istehsal münasibətlərinin məcmusu, cəmiyyətin 
iqtisadi bazisidir. Tarixi mənbələrdə iqtisadiyyatın tərifi belə veril-
mişdir: «İstehsal münasibətlərinin məcmusu cəmiyyətin iqtisadi qurulu-
şunu, real bazisi təşkil edir, hüquqi və siyasi üstqurum və bazis üzərində 
yüksəlir və müəyyən ictimai şüur formaları bu bazisə uyğun olur». 
İqtisadiyyat bütün digər ictimai münasibətlərin  əsasını  təşkil edir və 
cəmiyyətin inkişafında həlledici rol oynayır (10, S.379).  
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev müvafiq sahəyə 
dair 2004-cü il 11 fevralda fərman imzalamışdır. Fərmanda deyilir: 
«Azərbaycan Respublikasında son on ildə  həyata keçirilən iqtisadi 
islahatlar qısa tarixi dövr ərzində ölkədə makroiqtisadi sabitliyin 
bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan 
vermiş  və  əhalinin həyat səviyyəsini  əhəmiyyətli dərəcədə 
yaxşılaşdırmışdır» (1, S.1). 
İdeoloji məhdudiyyət və qadağalar nəticəsində Azərbaycan 
xalqının iqtisadi fikir tarixində çoxlu çətinliklər mövcud olmuşdur. 


Müstəqillik qazanaraq hüquqi demokratik dövlət quruculuğunu həyata 
keçirdiyimiz müasir dövrdə respublika iqtisadçıları üçün yeni olan bazar 
təsərrüfatı problemləri ilə qarşılaşmışlar. Ona görə  də  cəmiyyətdəki 
dəyişikliklərin bu mərhələsində iqtisadi fikirlər, iqtisadi publisistika 
üstünlük təşkil edir. İqtisadi hadisə  və proseslərin həm mütəxəssislər, 
həm də geniş kütlə üçün izahı ön plana keçir. Bununla əlaqədar olaraq 
kütləvi və iqtisadi mətbuat səhifələrində çoxlu yazılar dərc olunmuşdur.  
Hazırda iqtisadi fikrin, həm də müəyyən mənada dövlətin də 
başlıca vəzifələri iqtisadi inkişaf modelini seçmək və bu modelin 
reallığa çevrilməsinə xidmət etməkdir. Bu istiqamətdə ilkin addımlar 
atılmış  və Azərbaycan tarixi təcrübəsində  sınanmış bazar iqtisadiyyatı 
əsasında inkişafa üstünlük verilmişdir. Respublika iqtisadçılarının və 
digər mütəxəssislərin birgə  iştirakı  və yaxından köməkliyi ilə bazar 
iqtisadiyyatı prinsipinə cavab verən qanunvericilik bazarı yaradılır. 
1991-ci ildən sonrakı dövrdə iqtisadi mövzuda 70-dən çox qanun 
hazırlanıb qəbul edilmişdir. Mülkiyyət, özəlləşdirmə, fermer təsərrüfatı, 
sahibkarlıq fəaliyyəti, haqsız rəqabət, torpaq islahatı, banklar və bank 
fəaliyyəti, maliyyə  və  sənaye qurumları, dövlət vergi xidməti,  əmək 
birjası, kooperasiya və s. haqqında qanunlarla münasibətlərin bazar 
iqtisadiyyatı prinsipləri  əsasında təşəkkül tapmasının hüquqi təməli 
qoyulmuşdur. Bu qanunlar ilk növbədə mətbuat səhifələrində öz əksini 
tapmışdır.  İqtisadiyyatın biblioqrafik təminatı informasiya təminatının 
əsas istiqamətlərindən biridir. Azərbaycan dövlətinin informasiya 
təminatı həmişə böyük əhəmiyyət kəsb etmişdir.  
 Bu gün özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhə-
ləyə  qədəm qoymuş Azərbaycan Respublikasında həlli vacib məsələ-
lərdən biri regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə oradakı 
əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə et-
məklə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırıl-
masına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan 
ibarətdir.  
Müasir dövrdə iqtisad elminə, iqtisadçı sözünə ehtiyac hər hansı 
dövrdə olduğundan daha çoxdur. Bir tərəfdən dərin iqtisadi böhran, 
digər tərəfdən yeni iqtisadi inkişaf modelinə keçidin çətin yolları iqtisad 
elminin və onun nümayəndələrinin qarşısına mühüm vəzifələr qoyur. 
İqtisadi biblioqrafiya sosial-siyasi elmlər kompleksinə daxildir. So-
sial-siyasi elmlər kompleksinin biblioqrafik informasiya sisteminə müx-
təlif məzmunlu biblioqrafik materiallar daxildir. Sosial-siyasi elmlər 


kompleksinin biblioqrafik informasiya sistemi dinamikdir. Bu isə 
bilavasitə biblioqrafik nəşrlərin mövzu dairəsinin genişlənməsi, onların 
tiplərə, növlərə, oxucu və  məqsəd istiqamətinə görə biblioqrafiyanın 
daim təkmilləşdirilmiş metodikası əsasında formalaşmasıdır. Bu proses-
lərin inkişafına aşağıdakı əsas amillər təsir edir: 1. Elmi Texniki Tərəq-
qinin təsiri nəticəsində insan fəaliyyətinin bütün sahələrində  dərin də-
yişikliklərin baş verməsi; 2. Sosial-iqtisadi elmlər kompleksinin sənəd 
axını; 3. Sosial-iqtisadi fəaliyyət sahəsinin daha da formalaşması; 4. 
İqtisadiyyatın informasiya istifadəçiləri; 5. İqtisadi biblioqrafiyanın 
nəzəri və metodiki məsələləri ümumilikdə; 6. İqtisadiyyat, hüquq və 
sosiologiya üzrə dövlət siyasəti; 7. Yeni informasiya texnologiyasının 
tətbiqi; 8. İqtisadiyyat sahəsi üzrə ölkədə  fəaliyyət göstərən idarə  və 
müəssisələr. 
İqtisadi elmlər ictimai-siyasi xarakter daşımaqla öz növbəsində 
təbii və texniki elmlərlə  əlaqədardır.  İqtisadi elmlərin bu qayda üzrə 
öyrənilməsi kitabxanaçı-biblioqrafların işini mürəkkəbləşdirir. Ona görə 
də iqtisadi ədəbiyyatın kitabxana-biblioqrafiya təsnifatına  əsasən 
təsnifləşdirilib qruplaşdırılması lazım gəlir. Beləliklə, iqtisadi ədəbiy-
yatın böyük əhəmiyyəti vardır. 
Müstəqillik  şəraitində iqtisadi ədəbiyyat başqa respublikalarda 
olduğu kimi, Azərbaycanda da iqtisadi əlaqələrin yaranmasına və 
əlaqələrin öyrənilməsinə kömək edir. 
Məlumdur ki, 1925-ci ildə respublikamızda Dövlət Kitab Palatası 
təşkil olunmuş  və onun biblioqrafik nəşrləri olan «Salnamə»lər nəşr 
olunmağa başlamışdır. «Azərbaycan mətbuat salnaməsi»ndə, «Birillik 
Azərbaycan kitabiyyatı»nda başqa elmlərlə yanaşı, iqtisadiyyat üzrə 
ədəbiyyatın cari biblioqrafik mənbələri verilmişdir. 
Salnamələrin «İqtisadiyyat.  İqtisadi elmlər» adlanan bölməsi 
iqtisadiyyat üzrə  ədəbiyyatın öyrənilməsində oxucular üçün istiqamət 
verir. Daxildə bu əsas bölmə müxtəlif yarımbölmələrə ayrılmışdır. 
Məsələn, «Siyasi iqtisad», «Maliyyə», «Pul dövriyyəsi», «Kredit», 
«İctimai sığorta» adlanan bölmələr verilmişdir. Bu dövrdə iqtisadiyyatın 
biblioqrafiyasının yaradılmasına təşəbbüs göstərilmişdir.  
İqtisadiyyat sahəsində elmi fikrin yaranması da keçən  əsrin 
əvvəllərində özünü göstərmişdir. Belə ki, kitabxana işinə dair bir neçə 
kitabın müəllifi kimi tanınmış  Əli  Əjdər Səidzadə 1922-ci ildə çap 
etdirdiyi məqalələrinin birində yazmışdı: «Azərbaycanda çıxmış bütün 
ədəbiyyatın bir ümumi biblioqrafiyasını düzəltmək işinin tam vaxtıdır» 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə