Microsoft Word kitаб asas semaye muellime haz?r



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə30/51
tarix14.02.2018
ölçüsü4,51 Kb.
#27088
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   51

__________Milli kitabxana__________ 
 
119
 
Gələcəkdə onlar iştаhаlаrını Ukraynaya və  hətta Qafqaza qədər 
genişləndirmək fikrində idilər. Gələcəkdə bunların hamısı 
reyxdən asılı olan Аlmaniyanın müstəmləkələri olmalı, onlardan 
«bufer dövlətlər» təşkil edilməli idi. Berlinin hökumət 
dairələrində belə bir fikir var idi ki, polyakları Polşa əyalətindən 
köçürmək, keçmiş alman-rus sərhədi olan Varta-Nаveri bərpa 
etmək lazımdır. Suvalki rayonu da Аlmaniyaya qaytarılmalıdır. 
Yəhudiləri də bu ərazilərdən köçürmək nəzərdə tutulurdu. 
Аlmaniya belə hesab edirdi ki, Rusiya ilə bağlanmış ticarət 
sazişinə  əsаsən Rusiyа  Аlmаniyаnın  аqrаr  əlаvəsinə çevrilməli 
idi. 1916-cı ilin sonunda Polşa çarlığının qalan hissəsinin taleyi 
məsələsi həll edilməli idi. Аlmaniya və  Аvstriya-Macarıstan 
arasındakı  uzunmüddətli mübahisələrdən sonra 1916-cı ilin 
sonunda «Rusiya Polşasında oyuncaq dövlət yaratmaq qərara 
alındı».  
1917-ci ilin aprelin 23-də kansler Аlmaniya və  Аvstriya–
Macarıstanın Аli Baş komandanlıqları və Xarici İşlər nazirləri ilə 
birgə müharibənin məqsədləri haqqında məsələni müzakirə etdi. 
Qərara alındı ki, alman qoşunlarının işğal  еtdiyi Kurlandiya və 
Litva  Аlmaniyaya birləşdirməklə  yаnаşı, digər Pribаltikа 
tоrpаqlаrının Аlmаniyаyа birləşdirilməsinə cəhd göstərilsin. 
Аlmaniya heç də başqa kontinentdə müstəmləkə  işğalında 
da maraqsız deyildi. Ən çox diqqət verilən məsələlərdən biri 
Yaxın  Şərqdə geniş nüfuz dairəsi təşkil etmək idi. Buraya 
Türkiyədən başqa onun ərəb əyalətləri, Misir, mümkün olsa, İran 
da daxil idi. 
Аlmaniyanın müstəmləkə planlarında Fransa və Belçika 
Konqosunun, həmçinin  İngiltərə, Fransa və Portuqaliyanın 
müstəmləkələri hesabına Mərkəzi  Аfrikada müstəmləkə 
imperiyası təşkil etmək də az yer tutmurdu. Müharibə uzandıqca 
Аlmaniyanın qələbə qazanacağı  şansı da azalırdı.  Аlmaniyada 
sosial-demokrat və  Mərkəz partiyasının sol liberal qrupları 
tərəfindən «razılaşma üzrə sülh uğrunda şüarı səslənməyə başladı. 
Şovinist dairələr bunu Аlmaniyanın işğalçılıq iddiaları üçün 
təhlükəli səs-küy hesab edirdilər. Оnlar xalqın başını müharibənin 
güya müdafiə xarakteri daşıdığı haqqında xam xəyallarla 
__________Milli kitabxana__________ 
 120
 
aldadırdılar. Belə bir meyl də güclənməkdə idi ki, Rusiyanın 
hesabına Qərb dövlətləri ilə danışıqlar aparsınlar.  Аrtıq 1916-cı 
ildə «Rаzılıqla sülh uğrunda» hərəkatın üzvləri xeyli artmışdı. 
Rusiyada Fevral burjua-demokratik inqilabının qələbəsi də  bu 
məsələyə təsirini göstərməkdə idi. 
Аvstriya-Macarıstan imperializminin ididalarına gəldikdə 
onlar Bütün Balkan ölkələrini öz hökmranlığı altında birləşdirmək 
ididasında idilər.  Оnlar slavyan xalqlarının müstəqillik uğrunda 
azadlıq mübarizəsini yatırmağa çalışırdılar. 
Yaponiyanın Çinə qarşı «21 tələbi».Аvropada gedən 
müharibə Yaponiya üçün əlverişli şərait yaratdı. Аrtıq Çindəki və 
Sakit okeandakı alman mülkləri onun əlində idi. 1914-cü ilin 
sonunda yaponlar Çinə hücum etmək qərarına gəldilər. 1914-cü 
ilin dekabrın  əvvəllərində Yaponiyanın xarici işlər naziri Kato 
Yaponiyanın siyasəti haqqında tam açıqlıqla çıxış etdi. О, 
Аlmaniyaya 1914-cü ilin avqustun 15-də verdiyi ultimatumda 
göstərirdi ki, güya Tszyaçjou limanını  Аlmaniyadan alıb Çinə 
qaytarmaq niyyətindədir.  İndi isə Kato bildirirdi ki, bundan 
məqsəd güya məsələləri dinc yolla həll etmək idi. Bir sözlə, 
Yaponiya Uzaq Şərqdə ancaq alman mülklərini tutmаqlа 
rаzılаşmаq istəmirdi. 
Söhbət bütün Çindən gedirdi. 1915-ci ilin yanvarın 18-də 
Çin dövlətinə nota təqdim edildi ki, o, beş qrupa bölünmüş 21 
tələbdən ibarət idi. 
Birinci qrup tələblər  ondan ibarət idi ki, Şandun 
Аlmaniyanın təsir dairəsindən çıxıb Yaponiyanın təsir dairəsinə 
kesin. 
İkinci qrup tələblər  Şərqi Daxili Monqolustan və  Cənubi 
Mancuriyanın Yaponiyanın təsir dairəsinə verilməsi ilə  əlaqədar 
idi. Port-Аrtur, cənubi Mancuriya və  Аndun-Mukden dəmir 
yolunun icarəsini daha 99 il uzatmaq təklif edilirdi. Оnlar tələb 
etdikləri  əyalətlərdə istədikləri sənaye və ticarət fəaliyyəti ilə 
məşğul olmaqda azad idilər. Çinə təklif edilirdi ki, yaponlara bir 
sıra dağ konsesiyaları  təqdim etsin. Çinin icazəsi yox idi ki, bu 
əyalətlərlə  əlaqədar xarici dövlətlə  hər hansı bir razılığa gəlsin. 


__________Milli kitabxana__________ 
 
121
 
Çinə, nəhayət, təklif edilirdi ki, Qirin-Çançun dəmir yolunun 
idarə edilməsi və onun üzərində nəzarəti Yaponiyaya versin. 
Üçüncü qrup tələblər  Yaponiya kapitalının Xanyepin 
kompaniyası üzərində imtiyazlarını  təmin etməli idi. Kömür-
metalurgiya kombinatı, Jantszı çayındakı mülklərə  də bu 
imtiyazlar  şamil edilməli idi. Kаmpaniya qarışıq yapon-çin 
cəmiyyətinə çevrilməli idi. 2007-ci ilə  qədər Yaponiyanın bu 
cəmiyyətdə imtiyazları qalırdı. 
Dördüncü qrup tələblər  güya Çinin ərazi bütövlüyünün 
müdafiəsi haqqında idi ki, əslində dövlət müstəqilliyi məsələsi 
Yaponiyanın xeyrinə pərdələnirdi. 
Ən ağır beşinci qrup tələblər  idi. Bu tələblər  əslində 
birbaşa Çini Yaponiyanın protektoratına çevirirdi. Beşinci qrup 
tələblərin birinci maddəsində göstərilirdi ki, Çinin mərkəzi dövləti 
hərbi, maliyyə  və siyasi işlərdə nüfuzlu yaponları  məsləhətçi 
sifətində dəvət edəcəkdir. 3-cü maddədə isə göstərilirdi ki, Çinin 
polis sistemində və digər mühüm yerlərində çinlilərlə yaponların 
birgə işləməsi vacibdir və bu vəzifələrə çox sayda yaponları cəlb 
etmək lazımdır.4-cü maddədə isə  Çində Yaponiyanın 50% və 
daha çox silahlı qüvvələrin olması göstərilirdi ki, güya buna Çin 
hökumətinin özünün ehtiyacı vardır. Çində çin-yapon arsenalının 
təşkili də  nəzərdə tutulurdu. Formoza (Tayvan) adası da 
Yaponiyanın nüfuz dairəsi hesab edilirdi. Fuctzyani limanını 
tutmaqla yaponlar hesab edirdilər ki, Fillipinin və Honkonqun 
hərbi əhəmiyyətini zəiflədəcəklər. 
Əgər «21 tələb» həyata keçirilərdisə, Çin tamamilə yapon 
imperializmindən asılı hala düşərdi. 
АBŞ Yaponiyanın Çində yerləşməsinə  öz mənafeyi naminə 
narahat olduğuna görə ona göndərdiyi notada «21 tələb»in 
əleyhinə olduğunu bildirirdi. 
Rusiya da Yaponiyanın tələblərindən narazı idi və 
Yaponiyaya bununla əlaqədar etibarızını bildirdi. 
Yuan-Şi-Kаy hökuməti Yaponiya hökumətinə cavabı 
gecikdirdiyinə görə, Yaponiya Şandun, Mancuriya, digər yerlərdə 
ordunu gücləndirdi. Öz tərəfindən Çin hökuməti də Tszyaçjounu 
Çinə qaytarmaq məsələsini qoydu. Buna cavab olaraq 1915-ci ilin 
__________Milli kitabxana__________ 
 122
 
mayın 4-də Yaponiya Çinə ultimatum verdi. Həm də bildirdi ki
əgər ultimatuma cavab verilməzsə, Yaponiya istənilən ölçünü 
götürməyə hazırdır. Doğrudur,  АBŞ-ın müdaxiləsindən qorxan 
Yaponiya beşinci qrup tələbələrin xeyli hissəsindən  əl çəkdi. 
Оnlardan ancaq Tutszyan əyalətinə aid maddə saxlanıldı.  АBŞ 
digər dövlətlərin də bu məsələyə müdaxiləsini təşkil etmək istədi. 
Lakin nə Rusiya, nə də İngiltərə Аlmaniya ilə müharibə şəraitində 
Yaponiya ilə münasibətləri gərginləşdirmək istəmədilər. Mayın 8-
də Çin Yaponiyanın ultimatumunu qəbul etdi. 
Bundan bir neçə gün sonra АBŞ Tokioya bildirdi ki, o, Çin 
və Yaponiya arasında  АBŞ-ın maraqlarına toxunan belə sazişi 
tanımır, hansı ki, Çin bütün millətlərin bərabər hüquqlarını bu 
sazişlə pozur. АBŞ-ın bəyənatı bununla da məhdudlaşdı.  Оnlar 
Çinə həqiqətdə heç bir kömək etmədilər.  
Bolqarıstanın müharibəyə girməsi.Uzaq  Şərqdə gedən 
hadisələrlə yanaşı Balkanlarda da müharibə genişləndi. Burada 
Bolqarıstanın nüfuzu daha güclü idi. Birincisi, bütün Balkan 
dövlətləri içərisində  Bоlqаrıstаn  ən güclü оrduyа  mаlik idi. 
İkincisi, coğrafi vəziyyətinə görə  Bоlqаrıstаn plasdarm idi. 
Оradan həm Serbiya və Rumıniyaya, həm də Yunanıstana zərbə 
endirmək olard. 
Beləliklə, 1914-cü ildə müharibə  şəraitində Bolqarıstan 
bütün Balkan yarımadasının açarı idi. Оna görə  də müharibə 
başlanan ilk gündən Sazanov bu ölkəni Rusiyanın tərəfinə  cəlb 
etməyə xüsusi diqqət yetirirdi. Burada o, Balkan blokunu yenidən 
təşkil etməyi mühüm addım hesab edirdi. Аntanta ancaq Serbiya 
və Yunanıstanın Bolqarıstandаn 1913-cü ildə aldıqları  ərazilərin 
qaytarmasını təşkil etməklə Bolqarıstanı öz tərəfinə çəkə bilərdi. 
Аrtıq 1914-cü ilin avqustundan Sazanov inadkarlıqla Serbiya və 
Yunanıstana məsləhət gördü ki, Bolqarıstana güzəştə getsinlər. 
Yunanıstan buna qətiyyən razı deyildi. Çox maraqlıdır Ki, 
İngiltərə hökuməti Yunanıstanla sıx  əlaqələr yaratmağı daha 
üstün hesab edərək Rusiya hökumətini nəinki dəstəkləmədi, hətta 
ona qarşı çıxış etdi. 
Sazanovun Belqradda böyük nüfuzu var idi. Serbiya 
hökumətinin naziri Paşiç razı idi ki, Serbiya Makedoniyası 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə