Artıq mart ayı girmişdi. Bayram ayı olan mart ayı. Bzim tərəflərdə ilaxır
çərşənbəni, novruz bayramını çox təntənə ilə qeyd edirdilər. Bu çərşənbə də
tonqallar elə çatılırdı ki, alovun hündürlüyü ərşə qalxardı.
Bu il isə… Vəziyyətə görə heç kim ürək edib bayram adını çəkmək istəmirdi.
Mərd Laçınlıların əl-qolunu Xocalı hadisələri elə bağlamışdı ki, insanlar yas içində
idilər.
Həmişə nikbin olan Laçınlıları bədbin bir ruh bürümüşdü ki, nə bayram, nə
toy, heç nə yadlarına düşmürdü.
Düşmənlərlə üzbəüz olan laçın şəhəri kim deyə bilərdi ki, Xocalının gününə
salına bilməz?
Arıtq qar əriyir, havadan xoş bir bahar ətri duyulurdu. Bu bahar ətri də vətən,
yurd eşqilə alışıb-yanan oğulların ürəklərini isidə bilmirdi.
Keçən əsrin əvvəllərində də ermənilər torpaqlarımıza – vətənimizə göz
dikiblər. O vaxtlar da onların – yaltaq ermənilərin arxasında çar Rusiyası
dayanmış, onlara hər cür yardım etmişdilər. O vaxtlar da bizim Azərbaycanlılara
bir min əziyyət verib, hətta körpə uşaqlara, hamilə qadınlara belə rəhm etməyiblər.
Ancaq Türk qardaşlarımızın-osmanlıların köməyindən sonra bir az vəziyyət
dəyişir. Onu da qeyd edim ki, böyük Azərbaycanın bir hissəsi olan rəvan xanlığını
da elə o vaxtlar itirdik. Zaman keçdikcə müxtəlif siyasi hadisələrin qurbanına
çevrilmiş Azərbaycan həmişə qonşu dövlətlər tərəfindən belə təqiblərə məruz
qalmışlar. Zaman-zaman öz dərə-baba yurdlarından köçürülmüş Azərbaycanlılar
müxtəlif bölgələrə üz tutmuşdular.
O vaxtlar rəvanı itirdik. ndi isə onlar gözəl Qarabağa göz dikiblər. Deməli,
vaxt gəlib. Onların Qarabağa dikilər gözlərini çıxarmaq lazımdır.
Amma, nə fayda ki, artıq siyasi oyunlar başlamışdı. SSR dağılmış,
kommunist ideologiyası məhv olmuş, onun yerinə yenə də Azərbaycana göz verib,
işıq verməyən bir Rusiya gəlmişdi.
Rusiya da öz əməllərini yerinə yetirmək üçün həmişə ikiüzlü, riakar, yaltaq və
yalançı erməniləri əllərində vuran bir balta kimi alət etmişdilər. Bu gün də o alət
işə düşmüşdü. Yenicə azadlıq qazanmış Azərbaycanı, erməni-balta ilə vurmaq,
yenə də Azərbaycana yiyələnmək, torpaqlarımızın bir hissəsini isə ermənilərə pay
vermək istəyində olan Rusiyanın bir siyasi oyunu idi bu oyun.
Vaxtilə Əli bəy Hüseynzadənin yazdığı kimi. Əli bəy (Əli Turan) yazırdı ki,
ermənilər Avropanın bir ucundan o biri ucuna, bəlkə də Amerikadan Avstraliyaya
qədər o yolda fəryadlar edir, daha bizim kimi aciz qalmırlar.
Yəni biz çox aciz millətik? Bu suala kim cavab verə bilər ki? Gərək
Azərbaycanı da bu vəziyyətdən çıxara bilən müdrik və qəhrəman bir dövlət başçısı
lazımdır ki, millətimiz də bu günə qalmasın.
Digər tərəfi isə ölkə daxilində olan çəkişmələr və hakimiyyət uğrunda gedən
mübarizənin, bu çəkişmənin kimin xeyrinə həll olunacağı isə heç kimə məlum
deyildi. Bircə o məlum idi ki, aciz insanların qara günləri başlamışdı. Həm də
vətənimizin qara günləri…
Həddən artıq qürurlu olan Rəmzini elə-obaya bağlayan vətən sevgisi, vətən
məhəbbəti idi. Uca dağları, soyuq bulaqları, şəfalı yaylaqları olan Laçın dağlarını
özünün canı, üzəryi bilirdi. Özündə olan qüvvəti, özündə olan mərdliyi, elinə
məhəbbətini dağların ona verdiyi pay kimi qiymətləndirirdi.
Hər kəsə baş əymədim,
Nakəsi bəyənmədim,
Namərdə əyilmədim,
Dost yolunda, çətinliyi, mərdliyi,
Dağlar mənə pay verib.
Hər küləyə əsmərəm,
Haram çörək kəsmərəm,
Dinməyə tələsmərəm,
Söz deyəndə ötərəm, ötkəmliyi,
Dağlar mənə pay verib.
nsanlığa hörmətim,
Elimə mhəəbbətim,
Düşmənlərə nifrətim,
Qaya kiim möhkəmliyi, sərtliyi,
Dağlar mənə pay verib.
Sözlü-söhbətli Rəmzi çox dəyişilmişdi. Sanki qaradinməz olmuşdu. Çox
arıqlamışdı. Üzünü saqqal basmışdı. Tək Rəmzi yox, döyüşçülərin çoxu belə idi.
Anamgil birdən onu danlayırdılar:
- Ay bala, elnən gələn qara gün toy-bayramdır. Özünə fikir ver! Heç olmasa
üzünü qırx Axı belə olmaz!
- Mən sizə qabaqcadan da dmişəm. Nə vaxt yurdumun üzü gülər, nə vaxt
Xocalının qanını alarıq, onda mən yasdan çıxaram. Ay ana, onlar xırda işlərdir.
Niyə mənə görə bu qədər üzülürsən. Belə vziyyətdə olan bir mən deyiləm ki.
Məndən də yaxşı oğlanlar heç evlərinin üzünü də görmürlər. Məndən narahat və
nigaran qalmayın.
Vəziyyət gərginləşmişdi. Laçında hər kəs başını itirmişdi. Heç kim bilmirdi
ki, sabah nə olacaq. Və bu olacaqlar içində kimlərin başına nə gələcəkdi. Bu günü
sabah edən və sabahı o biri gün edənlər isə Xocalının başına gətirilən dəhşətlərdən
qorxurdu. Qorxurdular ki, Xocalının başına gətirilən zülmlər, rüsvayçılıqlar bizim
də başımıza gətirilə bilər. Demək olardı ki, çox adamlar evdən arvad və qızlarını
aparıb ayrı rayonlarda yaşayan qohum və tanış evlərinə qoyurdular ki, sabahı
bilmək olmaz. Heç olmasa arvad, qız, gəlin əsir düşməsin.
Bir də insanları qorxudan o idi ki, əllərində heç bir silah yox idi. Çünki,
yuxarıdan gösəriş gəlmiş, bütün ov tüfəngləri yığılmışdı. Laçın camatı tamamilə
ə
liyalın qalmışdı. Heç olmasa düşmən qapının ağzını kəsəndə özünümüdafiə üçün
adi bir ov tüfəngi də yox idi. Bax, beləcə bütün Laçınlıları əli-qolu bağlı vəziyyətə
qoydular.
nsanların ümid yeri döyüşən vətən oğulları idi. Bəlkə onlar ellərini,
insanlarını qoruyalar, düşmənin hücumundan müdafiə edələr.
Bir çıxış yolu qalmışdı. Bu yol da Laçın Qubadlı yolu idi. Qürurlu və qeyrətli
olan Laçınlılar nəyin gücünə olur-olsun evlərindən, yurdlarından çıxıb getmək
istəmirdilər. Vətən, yurd axı çox şirin olur…
Bunu ancaq qürbətdə yaşayanlar daha yaxşı bilir. Bunu ancaq vtəən həsrətini
çəkənlər bilir.
Güllü, çiçəkli may ayı gəlmişdi. Laçına elə bil ki, çiçəklər açmaq isəmirdi.
Ona görə açmaq istəmirdi ki, yurdumuzun elli-obalı axırıncı mayı idi.
Bakıdan gələn hərbçilər mayın 8-də Şuşanın işğalından sonra çxııb gedirdilər.
Ləyaqətli və qeyrətli Laçın döyüşçüləri hər vəchlə axıra qədər döyüşməli və
yurdlarını xilas etməlidirlər.
Laçın təklənir, heç bir hərbi kömək gəlmir, hakimiyyət dəyişdiyi üçün
Bakıdan əmr almış hərbçilər paytaxta üz tuturdular. Laçınlılardan ibarət olan 300
döyüşçü ilk əvvəl dinc əhalini çıxartmalı idi.
Mayın 15-də ermənilər artıq laçına girirdilər. Üç gün ərzində demək olardı ki,
dinc əhalinin çoxu çıxıb getmişdi. Qalanlar döyüşçülər və kişilər idi.
Rəmzi köhnə poçt ərazisindəki postda idi. O, əhalinin çıxmasında fəal iştirak
edirdi. Bir çox adamlar maşın olmadığı üçün çıxış yolu olan posta gəlirdi. Bir çox
adamlar da artıq maşınlara heyvanlarını və yüklərini aparırdılar. Belə işlərə
dözməyən Rəmzi əşya və heyvanları maşınlardan boşaltdırıb dinc əhalini həmin
maşınlara yerləşdirirdi.
Şə
hərin ətrafında qoyulan postlardakı döyüşçülər imkan vermirdilər ki,
ermənilər şəhərə daxil ola. Hərbçilər, polislər və mülki vətəndaşlar çiyin-çiyinə
düşmənə müqavimət göstərirdilər.
Mərkəzdəki yerlərdə ləyaqətlə dayanan topçularımız da Ermənistan tərəfdən
düşmənin irəliləməsinə imkan vermirdi. Bütün bunlara baxmayaraq mayın 16-da
Laçından çxıış yolları bağlandı.
Amma, fədakar dyöüşçülər (Onlardan biri də Rəmzi idi) döyüş əməliyyatına
başladılar. 5 km məsafəyə qədər düşməni geri oturtdular.
Rəmzinin birdən ailələri yadına düşdü. Hansı rayondansa əhaliyə kömək
gələn avtobusa minib evlərinə getdi. Gördü ki, hamı evdədir. Səsləndi:
- Tez olun, yığışın maşina. On dəqiqə keçməmiş getməlisiniz.
- Ay bala, hara gedək? Necə gedək deyə ana dilləndi.
- Ana, əgər sizlərdən biriniz düşmənə girov düşsəniz onda mən gərək birinci
sizləri öldürəm. Qorxmayın müvəqqəti olaraq əyin paltarlarınızı götürüb və bir
neçə günlüyə buralardan uzaqlaşın. Hara getsəniz mən özüm sizi tapacağam.
Oğlunun inadkarlığını və xasiyyətini yaxşı bilən anam heç bir söz edmədən
dolu olan 8 otaqlı evi və həyət-bacanı olduğu kimi qoyaraq evdən qızı və gəlini və
nəvələri ilə çıxdılar. Xatırladım ki, həmin vaxt qardaşım Elxan və Fuad da döyüşdə
idilər.
Mayın 18-də axşama yaxın Qayğı qəsəbəsindən Yuxarı Laçının yandığı
görünürdü.
Rəmzi yerindəcə quruyub qalmışdı. nana bilmirdi ki, laçından uzaq
düşmüşük. nana bilmirdi ki, onun vətəni artıq düşmənlərin əlindədir. Oturub bir
daşın üstündə fikrə getmişdi. Laçın polku Cəbrayılda yerləşirdi. Plan da bu idi ki,
qüvvələrimizi yenidən səfərbərliyə alıb hücuma başlasınlar. Amma, yenə nədənsə
yuxarılardan hücum əmri gəlmirdi.
Rəmzi bir daşın üstündə oturmuşdu. Başını əllərinin arasına alıb cox qəmgin-
qəmgin hara isə baxırdı. Bəlkə də heç baxdığı yeri görmürdü elə bil ki, yuxuda idi.
Kaş elə yuxu olaydı bu gördüklərim deyirdi. Amma, deyəsən yuxu deyildi bu bir
həqiqqət idi ki, neçə gündü laçından ayrılmışıq. Nə düşünürdüsə ürəyinin
dərinliklərindən bu düşüncələri çıxara bilmirdi. Bu ağır düşüncələr onun ürəyinə
ağırlıq edir, ancaq qüruru isə bu ağırlığı saxlaya bilirdi.
Gözümdədi buz bulaqlar,
Ahımdadı od, ocaqlar,
Sənə güvəndiyim dağlar,
Sənə də qar yağdı demə.
Zirvələrin yolsuz izsiz,
Göz yaşlarım axar sizsiz...
O Gülüstan bildiyiniz
Bir viranə bağdı demə
Yoldaşlarından biri olan Həsən ona yaxınlaşdı..
-Deyəsən qardaşımın halı yaxşı deyil. Dur, bir az oyana-buyana gəzək, bəlkə
bir az özümüzə gələk.
Rəmzi başını qaldırıb Həsənə baxdı. Onun da rəngi qapqara qaralmışdı. Elə
bilirdi ki, vətəninin dar günü tək elə ona aiddir. Yox, bilirəm ki, tək mən yox elə
döyüşçülərin hamısı-Laçınlıların hamısı indi cox pis vəziyyətə düşüblər.
-Yox qardaş, gəzməyim də, danışmaqım da, özüm də, sözüm də-hamısı
laçında qaldı.
Bir az kövrəldi. Anasından ayrı düşmüş, yetimə dönmüş bir uşaq kimi
boynunu bükdü.
-Rəmzi, komandirimiz dedi ki, yeni bir əməliyyat pılanı hazırlanır. Bu plan
yaxşı baş tutsa cox ola on günə iyirmi günə yenə də laçındayıq.
-Nə olar təki sən deyən olsun. Amma dostum mənə elə gəlir ki, mənim üçün
bu dərd ölümdən də betərdi. Mən Bakıdan Laçına gələndən sonra bir gün də olsun
heç hara getməmişəm. Elə bilirdim ki, bir saat hara isə getsəm yurdum viran qalar.
Bir də mənə ən çox ağır gələni isə Bakıdakı dotlarıma söz vermişdim ki,vətənimin,
yurdumun üzü güləndə qayıdacağam. ndi isə dili gödək, suclu adam kimi heç
kimin üzünə çıxmaq istəmirəm. Elə bilirəm ki, hamı mənə rişxənd ilə baxacaq,
bunu da qeyrətimə sıxışdıra bilmirəm. Vallah qardaş bu çox ağırdır, çox,çox,çox....
Rəmzi ilk dəfə idi ki, lənət oxudu dünyaya. lk dəfə idi ki, dünyaya gəldiyinə
peşmançılıq hissi çəkirdi. Yaxşı ki, onun özü kimi dostları var idi. Onlara baxıb
bəlkə də bir az təsəlli alırdı. Nə çörək yeyir, nə də ki, danışırdı. Bunu görə
komandanlıq döyüşçülərə söylədi ki, ruhdan düşmək olmaz, biz yenidən əməliyyat
hazırlayıb döyüşə girməliyik. Onun üçün də bizə mütləq silah və sursat lazımdır.
Bir neçə gün dincəldikdən sonra əməliyyata başlamaq lazımdır.
Rəmzini çağırdılar:
- Sən Ağdamla Yevlax arasındakı Uzundərə deyilən yerədə hərbi bazaya
gedib oradan silah və döyüş sursatı gətirməlisən! Amma, nə maşın bilinməlidi nə
də gedib-gəldiyin vaxt.
Rəmzi özünün qrantamyotunu, avtomatını və hərbi çantasını götürdü. Bilirdi
ki, bu bir çətin yoldur. Həm də bu işi hər adama etibar etmək olmazdı.
Bu bir əmr idi. Rəmzinin ümidi artdı. «Baş üstə» dedi. Fikirləşdi. Mütləq biz
döyüşə-döyüşə Laçına girəcəyik. Yurdumuzu düşmənlərdən təmizləyəcəyik! Artıq
mən buna inanıram. Bu yolda öldü var, döndü yox!
Neçə gün idi ki, yuxusuz və ac olan Rəmzi yolüstü mişlidə atasının
dostugildə olan ata və anasına baş çəkməyi düşünürdü. Elə də etdi. Silah və hərbi
sursat üçün gətirdiyi maşınla mişliyə döndü. Atam və anam Rəmzini görəndə ilk
ə
vvəl gözlərinə inanmadılar.
- Nə yaxşı sağ-salamat gəldin ay bala! O qədər nigaran idik ki, səndən,
bilmirdik ölmüsən ya qalmısan. Gözlərimizə inana bilmirik.
- Kaş mən öləydim ay ana! Kaş hamımız öləydik! Amma, yurdumuza,
vətənimizə heç nə olmayaydı. Kaş laçınımıza murdar düşmən ayağı dəyməyəydi.
Kaş…
Qəhər onu boğmuşdu. Danışa bilmirdi. lk dəfə olaraq, hönkürə-hönkürə
ağladı.
Ana, ata və yanındakılar hamısı ona qarışdı. Birdən Rəmzi ayağa durdu:
- Deməli, heç nəyiniz yoxdur? Heç olmasa evdən bir az şey götürməmisiniz?
Həmişə vəzifələrdə işləyən, hörmət-izzət sahibi olan varlı-hallı ailəsinin indi
kiminsə həyətindəki qarajında olmasına az qaldı ki, ürəyi partlasın. Elə bil başına
hava gəldi. Ağlaya-ağlaya:
- Ana, mən hərbi sursat və silah gətirməyə gedirəm. Ancaq bu bir sirdir. Bunu
ancaq sənə deyirəm. Əməliyyat planı hazırdır. Biz yenidən hücuma keçəcəyik.
Bizim əməliyyatımız yaxşı baş tutacaq.Mən bilirəm ki, sən qeyrətli və mərdsən.
Bir az da səbr et. Mütləq axırı yaxşı olacaq.
-Belə də zülm olar ay balam. Bu nə işdi gəldi başımıza. Elə bil ki, neçə gündü
atanla mən ölmüşük. Bizi yerdən götürən də yoxdu. Kaş biz də ölüb yerimizdə,
yurdumuzda qalaydıq. Amma belə günləri görməyədik.
Onsuz da özü fikirli, dalğın, gözləri çuxura düşmüş, bəlkə də neçə gün idi ki,
yerin altında, ya üstündə olduğunu bilməyən Rəmzi anasını heç belə görməmişdi.
Ürəyi yerindən çıxırdı. Nə qədər özünü qürurlu, möhkəm tutsa da göz yaşları ona
tabe olmurdu. Həmişə atasını, anasını her şeydən uca tutan, onların yolunda ölümə
belə getməyə hazır olan Rəmziyə indi geniş dünya dar olmuşdu. Elə bil tutulmuşu.
Nə deyəcəyini, nə edəcəyini bilmirdi. Anam ona yaxınlaşdı. Onun kölnünü, qəlbini
alacaq söz axtardı ancaq tapa bilmədi. Birdən dilləndi:
-Balalarımın hərəsi bir yana didərgin düşüb, heç yerlərini də bilmirəm. amma
allaha şükür ki, sağ və salamatsınız. Səndən cox nigaran idim sən də gəlib çıxdın.
Özüm yemək hazırlamışam gətirərəm yeyərsən.
Nə yemək, nə çay heç Rəmzinin boğazından su da keçmirdi. Elə hey
fikirləşir, fikirləşirdi.
Vəziyyəti belə görən atam ağlamaqdan qızarmış gözlərinin yaşını sildi və
anama üzünü tutub dedi:
-Onsuz da Rəmzinin halı yaxşı deyil, sən də bir yandan onun ürəyini üzmə.
Bəlkə də allahın izni ilə döyüşçülərimiz torpaqlarımızı geri qaytardılar mən buna
inanıram. Çətinlik də olsa bu çox çəkməz. “Yaman günün ömrü az olar” deyiblər.
Anam yemək çay gətirdi.Amma o heç nə yeyə bilmirdi. Rəmzinin ata və anasına
ilk dəfə idi ki, yazığı gəldi. “Bir də anam gil məni allah bilir qismət olsa nə vaxt
görərlər” deyə fikirləşdi. Heç olmasa onların qəlbinə dəyməyim nə desələr onu da
edim.Birdən başını qaldırıb atamın üzünə baxdı. Elə bil ki az müddətdə atam çox
qocalıb. Yemək boğazında qaldı. Bilirdi ki, atamın istəkli qardaşı biş və oğlu
Nadir itkin düşüb. Bu ağır dərdə atam dözə bilmir.
Ə
lini yeməkdən çəkdi, gəlib atamın boynunu qucaqladı və hər ikisi ağlaşdılar.
Anam da onlara qoşuldu. Nə qədər çətin və acınacaqlı günlər olsa da cəfakeş və
mərd anam dilləndi.
-Bilirsən, balam sən də heç bizdən nə nigaran qal, nə də fikrimizi çək. Əgər
sənə desəm ki, getmə bilirəm onsuz da gedəcəksən. Amma sənə and verirəm atanın
və qardaşlarının canına özündən müğayət ol! Özünü qoru!
Beləcə bir-birlərinə təskinlik verdilər. Nə edək? allah bilən məsləhətdir təki
sağlıq olsun. Yəqin ki, bu işlərin də bir axırı olar dünya belə qalmaz.
Amma, amma sən demə dünyanın təkəri tərsinə fırlanırmış. Rəmzi qəmgin-
qəmgin dilləndi.Daha mənim sizə deyiləsi heç bir sözüm yoxdur. Bir də sözümü
sizə yurdumuzda, Laçınımızda deyəcəyəm.
O, anasını, atasını qucaqlayıb, doyunca öpdü. Ağlamaqdan çox göz yaşları
ürəyinə tökülən Rəmzi avtomatını çiyninə saldı. Hərbi çantasını götürüb qapıdan
çıxdı. Arxasınca baxan anama ancaq belə dedi:
- Hamınız salamat qalın, ay ana. Əgər sizinlə bir də görüşməsən haqqınızı
mənə halal edin.
Nitqi tutulmuş, qəhər boğmuş anam isə heç nə deyə bilmədi, ağladı, ağladı.
Rəmzi iri addımlarla maşina mindi, maşını sürətlə sürüb uzaqlaşdı. Anam isə
arxasınca baxdı, baxdı.
Bu gediş, bu görüş Rəmzinin son görüşü, son gedişi oldu…
Artıq axşam düşür, gün qaralırdı. Maşını necə idarə edirdisə heç özü də
bilmirdi. Bütün həyatı, keçirdiyi günlər yadına düşdü.
O torpaqda doğulmuşdum,
Xəmirilə yoğrulmuşdum,
Od parçası, od olmuşdum,
O yerlərdə izim qaldı.
Ha çalışdım, ha vuruşdum,
Nə kam aldım, nə qovuşdum,
Külək əsdi, özüm çaşdım,
Ürəklərdə sözüm qaldı.
Vətən getdi, yurdlar getdi,
Cavan ömrüm heçlə bitdi,
Cığır itdi, yollar itdi,
Vətənimdə gözüm qaldı,
Vətənimdə gözüm qaldı.
Amma bilmirdi ki, ....
Bu necə nalədir belə yanıqlı,
Bu necə yaradı qəmə sarıqlı,
Nəmli gözlərə bax, hicran soraqlı,
Nə oldu qəhrəman, məğrur oğlana
Hicranın əlindən qan ağla, ana!
Amma bilmirdi ki, anasının yanıqlı-yanıqlı ağladığı bu bayatı elə Rəmzinin
nakam talehinə deyilən bir bayatıdır...
Mən aşiq olmayaydı,
Saralıb, solmayaydı,
Bir ayrılıq, bir ölüm
Heç biri olmayaydı.
Kaş ki, bu dünyada olmayaydı “Bir ayrılıq bir ölüm”
Epiloq
Hər dəfə əlimə qələm alıb Rəmzi haqqında nə isə yazmaq istəyəndə qəhər
məni boğur, əlimdə qələm titrəyir, içimdən bir fəryad qopur. Bu fəryadlar acı göz
yaşlarına çevrilir. Ürəyimdən keçənlər acı göz yaşları ilə birlikdə sözlər əvəzinə
vərəqlərin üzərinə düşür. Uzun bir vaxtdır ki, yazacağım buy azı yazılmaq bilmir
ki, bilmir…
Bəzən məni qınayanlar çox olur, «Bu nə çətin bir işdir ki, sən bunu yazıb
qurtara bilmirsən» deyənlər də.
Ancaq bunu mənə deyənlər onu da unudurlar ki, həyatını, keçdiyi yolu
yazdığım gənc oğlan mənim qardaşım – canım, ürəyimdir. Nə edim, özümlə heç
cür bacara bilmirəm.
Hələ elə olmayıb ki, əlimə qələm, vərəq götürəndə göz yaşlarım dəftərin
üzərinə tökülməsin.
Ayrı vaxtlar ürəyimdən keçənləri, xatirələri, yazacağım sözlər qəhər içində –
göz yaşları içində əriyib gedir, hər şey yaddan çıxır.
Axı mən bacıyam – məgər özümlə bacara bilərəm? Qardaş haqqında –
nakam, arzuları ürəyində dəfn olunmuş, ömrü yarımçıq qalmış, həyatının çiçək
açan dövründə qara məzara dustaq olmuş qardaş haqqında yazmağı o qədər də asan
bilməyin.
Sonradan fikirləşəndə ki, bu qardaş həm də mənim eloğlumdur –
Laçınlımdır, vətənini, elini sevən qeyrətli bir oğlandır, onda sözlər sıralanır.
Bəlkə də Rəmzinin adına layiq qəhrəmanlıqlarını, ürəyindən keçənləri
doğru-dürüst bilməmişəm. Yarımçıq qalmış arzularıı özü ilə aparan, nakam
həyatını ona layiq sözlərlə ifadə edib qələmə ala bilməmişəm.
Sən çox az ömür yaşadın qardaş, 24 yaş nədir ki? Ancaq nakam taleli olsan
da maraqlı, xatirəli, yaddaşlardan çıxmayan bir ömür – ata-ana, qardaş-bacı,
qohum, yad sevgisi qazanan bir ömür yaşadın! Gizli qalmış arzularını, deyə
bilmədiyin sözlərini, ən əsası isə yurdunun, elinin həsrətini, məhəbbətini, obana
vurğunluğunu, özünlə qəbrə apardığın həyatını… təfsilatı ilə qələmə alıb yaza
bilmədiyim üçün məni bağışla qardaş – bizi bağışla!
Yeganə təsəllim isə məzarını ziyarət etməyim və ruhun qarşısında baş
ə
yməyimdir Rəmzi!!!
Dostları ilə paylaş: |