bir insan idi. Gözəl xasiyyətli, sakit təbiətli, mam Əli-Əsgər timsallı bir şəxs
olmuşdu. Heç kimin xətrinə dəyməzdi. Ən yüksək yerlərə başa çəkiləndə də özünü
çox sadə aparırdı.
El ağsaqqalı idi. Hamıya əl tutmağı bacarırdı. Atamın qapısına gələn heç
vaxt əliboş getmirdi. Dostluğa sədaqəti bitib-tükənməz idi. Etibarda atama Kim
çatardı ki? Kiçik bir haşiyəyə çıxmaq istəyirəm.
1974-cü ilin dekabr ayı idi. O qədər qar yağmışdı ki, evdən çölə çıxmaq
mümkün deyildi. Atam baş mühasib işləyən vaxt xəzinədar (kassir) atama 300
manat əvəzinə 5000 manat pul verir. Əlbəttə səhv düşür. Atam evə gəldi. Elə bir
qar yağırdı ki, belə getsə idi, bütün yollar, izlər bağlanacaqdı. Daha maşınlar
hərəkət edə bilmirdi. Atam paltosunu soyunub pulu cibindən çıxaranda gördü ki,
pul çox artıqdır. Tez qayıdıb paltosuyu geyindi:
- Mən bu pulu tez onun özünə qaytarmalıyam – dedi.
Artıq gecə düşürdü. Anam nə qədər təkid etdisə də mümkün olmadı. Atam
sözə baxmadı.
O vaxt xəzinədar işləyən Gülalı kişi (Milli qəhrəman Oktay Güləliyevin
atası) bir də görür ki, pulu kiməsə artıq verib. Yazıq kişi, çox pis vəziyyətdə qalır.
Ancaq nə qədər fikirləşirsə də pulu kimə verdiyini bilmir. Deyir ki, kimə desəm də
boynuna almayacaq. Ancaq bircə Əsgərovdan başqa. Bəli, atam uzaq məsafəni
piyada qarı yara-yara gedərək o pulu həmin gecə kassaya qaytardı.
Atamın həddən artıq böyük hörməti vardı. Hər yerdə sözü keçərli idi. Qann
üstünə getsəydi, orada barışıq olardı.
Ş
irin sözlü, gözəl nitqi vardı. Söhbətindən, sözündən doymaq olmurdu.
Uzun yol getsəydin, o qədər maraqldı söhbətlər edərdi ki, uzaq yol yaxın olardı,
necə mənzil başına çatdığını bilməzdin.
Atam etibarlı və sədaqətli dost olduğu kimi də onun da yaxşı dostları vardı.
ş
i ilə əlaqədar atam Qorçu kəndinə gedir. Oradan da Ərikli kəndinə yolu düşür.
Onu da qeyd edim ki, Laçının 133 kəndini və yaylaqlarını atam qarış-qarış
gəzmişdi. Elə bir yer yox idi ki, oraya ayağı dəyməmiş olsun. Əriklidə Mürşüd adlı
dostunun evində qonaq qalır. Səhər kəndə çıxanda görür ki, bir kişi bir az qoyunla
5-6 keçini bir-birinə qatıb otarır. Kişiyə salam verir. Sonra isə kişiyə deyir ki, bu
çəpişi (keçinin balasını) sat alım. Kişi deyir ki, satmaram. Atam nə qədər pul təklif
etsə də kişi sözünün üstündə qalır. Onda dostu atama deyir ki, sən burada ol, mən
bir saata qayıdaram.
Atam gözləyir. Görür ki, dostu gəlib çıxmaq bilmir. Onda sürücüyə deyir ki,
maşını işə sal gedək. Elə bu vaxt görür ki, budur, dostu gəlib çıxdı, yanında da bir
ə
lik balası. Dostuna deyir ki, ay sağ olmuş, mən bunu neyləyirəm. Çəpiş əti
dərman olduğu üçün mən onu almaq istəyirdim.
Dostu deyir:
- Əsgərov, mən mütləq bilirəm ki, o səni tanımadı. O, tutduğu işdən sonra
peşiman olacaq. Mən bunu ona görə etdim ki, sənin kimi bir insan ancaq
yaxşıların yaxşısına layiqsən. Atamın dostu sonra 2 səpiş ayrı yerdən alıb əlik
balasının yanına qoşur.
Üç il o əlik balası – cüyür atamgildə qaldı. 3 ildən sonra isə anamın yaxın
qohumu olan böyük bəstəkar Soltan Hacıbəyova atam onu hədiyyə etdi.
Atama çəpiş satmayan kişi sonra gəlib atamın dostu Mürşüd kişidən soruşur
ki, sənin yanındakı kim idi ki, sən ona çəpişi yox, əlik verdin. Onda Mürşüd kişi
deyir?
- Sən satmadın, guya biz tapmadıq. Mən səndən gözləməzdim. Bilirsən o
bizim hamımızın əzizi Əsgərov Əsgər idi.
Atamın adını eşidəndən sonra kişi deyir:
- Vallah heç bilməmişəm. Çünki mən onu ilk dəfə idi ki, görürdüm. Amma,
onun necə yaxşı bir insan olduğunu qardaşım deyib. O, qardaşıma bir dəfə elə bir
yaxşılıq edib ki, heç vaxt yaddan çıxmaz.
Sonralar o kişi də atam o kəndə gedəndə gedib üzürxahlıq eyləmişdi ki, bəs
mən səni tanımamışam.
Anam Raisə xanım Xankəndində, bəy ailəsində dünyaya göz açmışdı. Uşaq
vaxtalrından xüsusi tərbiyə və təlim görmüş, bəy qızı kimi böyütmüşdülər. Hətta
babamın bir vaxtlar söylədiyinə görə, heç nədən qorxmasın deyə, ona qurd ürəyi də
yedizdirmişlər. Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanın başqa
bölgələrində olduğu kimi Xankəndində də bəyləri didərgin salmış, onların var-
dövlətləri talan edilmiş, nə qədər əmlakları var idisə, əlindən almışdılar.
Anamın babası, əmiləri və bibiləri də Xankəndindən pərən-pərən düşmüş,
ran, Türkiyə və başqa ölkələrə üz tutmuşdular. Azərbaycanda qalanlar isə müflis
edilmiş halda ayrı-ayrı bölgələrə köç edib, orada yaşamışlar.
Anamın atası – Qaytaran babam uzun müddət Xankəndindən, ana yurdundan
ayrıla bilmir. Lakin, siyasi vəziyyət, digər tərəfdən də təqiblərə məruz qalan babam
40-cı illərdə Laçına köçür və ömrünün sonuna qədər orada yaşayır.
Anamgil 3 qardaş və iki bacı idilər. Böyükləri Telli xalam idi. Xatım-xatın,
gözəl və yaraşıqlı xalam 1995-ci ildə rəhmətə getdi. Telli xalam tibb bacısı idi.
Bununla belə, çox elmli və savadlı idi. Elmin çox sahələrindən xəbərdar bir ziyalı
qadın olmuşdu.
Böyük dayım Saday, ikincisi Aydın, üçüncü dayım isə Seymurdur. Onu da
qeyd edim ki, dayım Aydın 1992-ci ildə müharibədə şəhid oldu.
Hələ kiçik yaşlarından anama fars dilini öyrətmək üçün babam xüsusi
müəllim tutur. Anam 8 yaşında ikən iki erməni uşağının bir-biri ilə dalaşdığını
eşidən anam gülür: Babam ondan soruşur ki,
- Sən nə üçün güldün?
Anam cavab verir:
- Ata, uşağın biri o birisinə gülməli söz deyir.
Babamın acığı tutur:
- Sən necə başa düşdün ki, bu gülməli söyüşdür?
- Ata, müəllimim mənə erməni dilini öyrədib, onun üçün də mən bunu
bilirəm.
Artıq işin üstü açılmışdı. Babam hər yerə adam saldırır. şini bilən müəllim o
qaçan qaçır. Sən demə fars dilini bilən bu müəllim əslən erməni imiş. Bic,
millətpərəst olan bu erməni müəllim anama fars dilinin əvəzinə erməni dilini
öyrədirmiş. Özü də elə mükəmməl ki, heç bir sözdə, heç bir səhvə yol vermədən
danışmağı. Onu da qeyd edim ki, babam özü fars dilində yaxşı bilirdi və dürüst
danışırdı. Fars dilini yaxşı bildiyi üçün həmişə radioda randan verilən verilişlərə
qulaq asardı. Azərbaycanda məhərrəm ayını,, orucluq ayının qadağan edildiyi bir
vaxtda Laçına bu ayların dəqiq vaxtını həmişə babam deyərdi.
Həmin vaxtlarda heç yadımdan çıxmaz. Məhərrəmlik ayında, aşura günündə
anam imam ehsanı bişirər və şərbət paylayardı. Bu işlərin qadağan olunmaına
baxmayaraq anam bu ayinləri yerinə yetirər və heç nədən çəkinməzdi.
Babamın qardaşlarından biri o vaxtlar rana mühacir etmişdi. Babam həmişə
radioda rana qulaq asanda səksəkəli halda «bəlkə qardaşımdan bir xəbər var» deyə
sakitcə oturardı. Ölən günə qədər öz bəylik qürurunu, şəxsiyyətini saxlayan babam
1983-cü ildə dünyasını dəyişdi.
Ş
irinbəyovlar nəslinin sonuncu oğlu babam idi.
Sən demə bəy ailəsindən olan babamgili ermənilər öz «qara siyahı»larında
birinci yerdə saxlayırlarmış. Baxmayarq ki, babam Laçına 1940-cı illərdə köçür, o
günə qədər onlara göz verib işıq vermirmişlər.
Ana nənəm – Məstan Rzaqulu qızı əslən Laçın rayonunun Pirənis
kəndindəndir. Abırlı-həylaı, həddən artıq sakit olan bu xanım nənəm ölən günə
qədər yaşmağı ağzından açmadı. Piçənis kəndindən böyük bir nəsil Xocalıda
yaşayırdılar. Nənəmin bacıları və bacısı uşaqları da Xocalıda olurdular.
Ermənilərin Xocalıya etdikləri vəhşilik və soyqırım da onlardan yan keçmədi.
Anamın çoxlu qohumlarından əsir düşənlər də oldu, ölənlər də.
Nənəm ağzı dualı, əlləri göydə olardı. Qarğış nə olduğunu bilməzdi. Həmişə
sülh tərəfdarı idi. Babam çox zəhmli bir kişi olduğu üçün, nənəm onun bir
Dostları ilə paylaş: |