15
və mineral maddələr təşkil edir. Karbohidratlardan şəkər, qlükoza,
nişasta və başqaları göbələklərin başlıca qidası hesab olunur. Lakin
bu maddələri parçalamaq üçün lazımı fermentlər hər göbələkdə ol-
mur. Bəzi himenomisetlərdə invertaza olmadığından onlar şəkəri,
maya göbələyində isə amilaza olmadığından nişastanı parçalaya
bilmir. Bununla da qida maddələri ilə zəngin mühitdə belə qidalana
bilmirlər.
Göbələklərin normal inkişafı üçün qida maddələrindən əlavə xa-
rici mühit şəraitinin (nəmlik, temperatur, hava, mühitin reaksiyası –
pH, işıqlanma və başqaları) əlverişli olması əsas şərtlərdəndir.
Əksər göbələklərin inkişafı zamanı temperaturun minimal həddi 1-
5°C arasında dəyişir. Əksər növlərin inkişafının optimal həddi 15-
30°C arasındadır. Aparılmış tədqiqatlar göstərmişdir ki, pomidorun
patogeni Alternaria sp. 25-30°C-də aqarlı arpa şirəsində daha yaxşı
inkişaf edərkən maksimum mitsel kütləsi əmələ gətirir və
sporəmələgəlmə dövründə tez yetişir. Bəzi göbələklərdə optimal
temperatur həddi aşağı və ya yuxarı ola bilir. Məsələn, buğdanın
bərk sürməsi xəstəliyini yaradan Tilletia caries Tul. torpaqda tem-
peratur 8-10°C olduqda, teliosporların maksimal inkişafı müşahidə
edilir.
Su göbələklərin inkişafında mühüm rola malikdir. Onların inki-
şafında nisbi rütubət həddi 20-100% arasında dəyişir. Bu göstərici
göbələklərin yer kürəsində bütün mühitlərdə yayılması və inkişaf et-
məsinə şərait yaradır. Bitkilər üzərində patogenlik edən göbələklə-
rin əksər növləri havadan və qida mühitinin nəmlik həddinin 40-
95% olduğu səviyyədə daha yaxşı inkişaf edirlər. Saprolegnia
göbələkləri, hətta 100% suyun içində normal inkişaf edir. Unlu şeh
xəstəliklərinin törədiciləri Erysiphe və Uncinula sırasına aid olan
göbələklər havanın nisbi nəmliyinin aşağı olduğu vaxtlarda (50-
60%) intensiv inkişaf edirlər.
Qida mühitinin reaksiyası (ph) göbələklərin inkişafı üçün bö-
yük əhəmiyyətə malikdir. Əksər növlər zəif, turş mühitdə (ph 4,5-6)
daha yaxşı inkişaf edir. Bəzi növlər daha turş mühitdə inkişaf
edərək zərər vurur. Penicillium sp. mühitin reaksiyası ph=3 olduqda
16
sitrus bitkilərində daha tez sirayətləndirir. Göbələklər qələvi reak-
siyada (ph 8-14) inkişaf etmir.
Hava və oksigen tələbatına görə göbələklər 2 qrupa bölünür:
- Anaerob-havasız (oksigensiz) mühitdə inkişaf edən:
- Aerob-oksigenli mühitdə inkişaf edən.
Daxili orqanlarda yayılan və anaerob mühitdə inkişaf edə bilən
göbələklərə misal olaraq Fusarium, Verticillium cinsinə aid olan gö-
bələklərin bəzi növlərini göstərmək olar. Onlar bitki traxeyalarında
2-10 həftə havasız mühitdə inkişaf edərək yayıla bilir.
Aerob mühitdə inkişaf edən göbələklər başlıca olaraq kök ətrafı
və yerüstü orqanlar üzərində parazitlik edir. Onlar müxtəlif örtüklər,
ləkəliklər və başqa əlamətləri ilə seçilir.
Göbələklərin çoxalması 3 üsulla: vegetativ orqanlarla, qeyri-
cinsi və cinsi yolla baş verir.
Vegetativ çoxalma geniş yayılmışdır və əksər növlər bu yolla
çoxala bilirlər. Bu, göbələklərin ayrı-ayrı orqanlarının bir hissəsinin
qopması və yayılması yolu ilə baş verir.
Qeyri-cinsi çoxalma göbələyin müxtəlif sporəmələgəlmə, spor-
ların çoxalması və yayılması yolu ilə baş verir. Sporlar örtülü və
açıq olmaqla müxtəlif formalıdırlar. Onlar hərəkətli, hərəkətsiz, şar-
vari, ellepsvari, oraqvari, toppuz şəkilli, uzunsov, bir və ya çoxhü-
ceyrəli ola bilir. Spor və konidilər, hiflər, spor yaradan hissələr, mit-
sellər, meyvə bədənləri üzərində formalaşaraq artır və ətrafa
yayılırlar.
Cinsi yolla çoxalma birhüceyrəli və çoxhüceyrəli göbələklərin
əksəriyyətində müşahidə edilir. Cinsi çoxalma erkək və dişi cinsi
hüceyrələrin qarşılıqlı münasibətindən yaranmış ziqotanın əmələ
gəlməsinə əsaslanır. Artıb çoxalma və yayıla bilməsi üçün ziqota
göbələyin inkişafında başlanğıc olur.
Beləliklə, göbələklər mürəkkəb fizioloji və biokimyəvi proses-
lər sisteminə malik olan orqanizmlərdir. Müxtəlif şəraitlərdə yaşa-
maq, mühitə uyğunlaşmaq və yaşadığı mühitə təsir edib, onu də-
yişmək, tələb etdiyi formaya salmaq və mənimsənilməyə uyğunlaş-
dırmaq xüsusiyyətləri vardır.
17
BİTKİ XƏSTƏLİKLƏRİNƏ QARŞI
MÜBARİZƏ ÜSULLARI
Bitkilərin müxtəlifliyi və onları sirayətləndirən xəstəliklərin tö-
rədicilərinin növlərinin geniş olması, onlara qarşı aparılan mübarizə
metodlarının da müxtəlif olmasını tələb edir. Kənd təsərrüfatı, meşə,
park, bağ və şəxsi təsərrüfatlarda becərilən bitkilərin xəstəliklərdən
mühafizəsi düzgün təşkil olunmadıqda yüksək məhsul itkisi və bit-
kilərin həyatını tez başa vurması müşahidə olunur. Bitki xəstəlik-
lərinə qarşı mövcud olan başlıca mübarizə üsulları aşağıdakılardır.
Aqrotexniki mübarizə
Yüksək əkinçilik texnikasına əsaslanan aqrotexniki mübarizə
üsulları xəstəliklərin ehtiyatının azalmasına və inkişafının qarşısının
alınmasına xidmət edən tədbirlər kompleksindən ibarətdir. Mədəni
əkinçilikdə aqrotexniki tədbirlərdən dərin şum, kultivasiya, don-
durma şumu, qış suvarması, toxum və əkin materiallarının çeşidlən-
məsi, növbəli əkin sistemi, cərgə və bitki arasının becərilməsi, səpin
və ya əkin vaxtı, səpin norması, əkin materiallarının torpaqda
dərinliyi, gübrələmə, optimal məhsul yığımı dövrü, davamlı
(immun) sortların seçilməsi və tətbiqi xəstəliklərin yayılması və
inkişafının qarşısını alır.
Torpağın becərilməsi aparılan sahələrdə ZO-ların qış ehtiyatı
və torpaqda olan xəstəlik törədicilərinin 25-30 sm dərinliyə düşməsi
onun 80-90%-nin məhv olmasına səbəb olur. Qışda verilən dondur-
ma suyu torpaqda və bitkilərin kök qalıqlarında xəstəlik törədicilə-
rinin inkişafının qarşısını alır və ya yayılma intensivliyini azaldır.
Toxumların təmizlənməsi və seçilməsi, səpin materialının se-
çilməsi toxumla yayılan xəstəliklərin qarşısının alınmasında əhə-
miyyətli tədbirlərdəndir. Xəstə toxum inkişafdan qaldığı və kiçik
olduğu üçün sağlam toxumlardan tez ayrılır. Əkin materiallarının
Dostları ilə paylaş: |