Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   5   6   7   8   9   10   11   12   ...   58

27 
lirdi. Müasir kimya elmi artıq bitki mənşəli, funqisidlik qabiliyyətli 
maddələrin tərkibinin əldə olunaraq süni yolla alınması və istifadəsi 
istiqamətində xeyli irəliləyiş  əldə etmişdir. Son dövrdə Azərbay-
canda istifadə edilən aşağıdakı preparatlar qeydiyyatdan keçmiş və 
geniş istifadə edilir: Divident 0,36 FS (Novartis, Şvesiya), Conil DS 
(Safa-Tarım, Türkiyə), Vitavaks 75% (Yuniroyal, ABŞ), Monseren 
WS 70 (Bayer Kropsaynes, Almaniya), Qauço M WS 585 (Bayer 
Kropsaynes, Almaniya), Raksil FS 060 (Bayer Kropsaynes, 
Almaniya). 
3. Torpaq funqisidləri torpaqda olan xəstəlik törədicilərinin 
məhv edilməsi üçün tətbiq edilir. Bu qrupa daxil olan funqisidlər 
yüksək uçuculuq (buxarlanma) qabiliyyətinə malik olmaqla, kəskin 
iyli olması ilə fərqlənir. Torpaq funqisidləri başlıca olaraq örtülü sa-
hələrdə  tətbiq edilir. Şitilxanalıqlarda, istixanalarda, kiçik həcmli 
plyonka örtüklü torpaqlarda VerticilliumPythium, RhizoctoniaFu-
sariumAlternariaBotrytis və b. göbələk xəstəliklərinin törədicilə-
rinə, bakteriyalara, həmçinin bitkilərə zərər vuran torpaq nematodla-
rına qarşı mübarizədə geniş istifadə edilir. Torpaq funqisidlərində 
aşağıda göstərilənlər hazırda təsərrüfatlarda geniş istifadə edilir. 
- Formalin 
- Metam-Sodium 
- Vidat-10 
- Nemakur 
- DD qarışığı 
- Karbation 
- Tiazon 
- Benlat 
- Nitrofen 
- Dazomet 
- Brom-metil və s. 
       4.  Vegetasiya  dövründə  xəstəliklərə qarşı istifadə edilən 
funqisidlər. 
Vegetasiya dövründə xəstəliklərə qarşı istifadə edilən funqisidl-
ər təsir etmə mexanizminə görə iki qrupa bölünür: 


28 
Qarşılayıcı (profilaktik) xarakterli maddələr. Bu qrupa daxil 
olan funqisidlərdən Bordo məhlulu, mis xlor oksidi, Sineb, 
Polikarlatsin, Xometsin, Ditan M-45, Kaptan, dəmir kuporosu və 
başqalarını misal göstərmək olar. Profilaktiki tədbirlər xəstəliklərin 
bitkilərə sirayət etməmişdən qabaq bitki üzərində mühafizə təbəqəsi 
yaratmağa yönəldilmişdir. Bitkinin yerüstü hissəsi üzərinə çilənmiş 
və ya tozlanmış preparatlar xəstəliklərin bitkilərə sirayət etmə-
mişdən qabaq bitki üzərində mühafizə təbəqəsi yaratmağa yönəldil-
mişdir. Yerüstü hissə üzərinə çilənmiş  və ya tozlanmış preparatlar 
bitki üzərinə düşdükdə bilavasitə preparatla təmasda olur və hücey-
rəyə daxil ola bilmir. Bu qrupa daxil olan maddələr patogenin bitki 
daxilinə keçəndən sonra ona təsir etmə xüsusiyyəti yoxdur. Başlıca 
olaraq göbələyin reproduktiv orqanlarına təsir edir və kontakt təsirə 
malikdir. 
Müalicə funqisidləri. Bu qrup preparatlar göbələklərin vege-
tativ repraduktiv orqanlarına, həmçinin qış ehtiyatına öldürücü təsir 
edir. Müalicə  məqsədi ilə istifadə edilən funqisidlər patogenin 
bitkilərin tərkibinə daxil olmasından dərhal sonra tətbiq edildikdə 
daha yaxşı  səmərə verir. Belə ki, Unlu şeh, Boz çürümə, Alter-
narioz, Fuzarioz, Vertiselloz, Xərçəng, Yalançı unlu şeh (Preno-
sporoz) və başqa xəstəliklərin ilkin əlamətləri müşahidə edilərkən 
mübarizə  tədbiri dərhal aparılmalıdır. Patogenin bitki daxilinə 
sirayət etməsindən uzun müddət keçdikdə müalicə  məqsədi ilə 
tətbiq edilən preparatların səmərəsi az olur. Belə hallarda bitkilərin 
immunitetinin artırılmasına yönəldilmiş funqisidlərdən istifadə 
edilir. Belə funqisidlər bitkilərin maddələr mübadiləsi zamanı tok-
siki təsirə malik maddələrin meydana gəlməsi və daxili patogenin 
inkişafının qarşısının alınmasına, başqa sözlə bitki immunitetinin 
artırılmasını təmin etməyə yönəlmişdir. Funqisidlər bitkilərdə yayıl-
ma xüsusiyyətinə görə 2 qrupa bölünür: 
1. Kontakt təsirli funqisidlər.  
Bitki üzərində düşdüyü sahəni mühafizə edir və bitki daxilinə 
keçmir. Xəstəlik törədicisinə bilavasitə kontaktda olduqda təsir edir. 
Bu qrupa mis tərkibli qeyri üzvi və bəzi üzvi birləşmələr, dikorba-


29 
min turşusu və onun birləşmələrindən alınan preparatlar və s. aiddir. 
Kontakt təsirli funqisidlər bitkinin tərkibinə keçə bilmədiyi üçün 
yağmurlar zamanı mütləq hissəsi yuyulur. Beləliklə, təkrar dərman-
lamanın aparılması lazım gəlir. Bir çox kontakt preparatların təsiri 
də meteoroloji parametrlərdən asılıdır. 
Heterotsiklik tərkibli funqisidlər başlıca olaraq unlu şeh, ağ və 
boz çürümələrə, parşa, mildiu və başqa Peronosporales sırası göbə-
ləklərinə qarşı  səmərəli hesab olunur. Roval, Ronilan, Plondrel, 
Morestan onların sinonimləri bu qrupa aiddir. Fosfor üzvü birləş-
mələri, Sulfamid törəmələri, Anilin (dixloran) tərkibli funqisidlər 
Oidium, Unlu şeh, Ağ və Boz çürümələr, Parşa, Rizopus, Fomopsis 
və başqa xəstəliklərə qarşı tətbiqi səmərəlidir. 
2. Sistem təsirli funqisidlər. 
Bitki tərkibinə daxil olma xüsusiyyətinə malikdir. Bitki orqan-
larına daxil olmuş funqisid bir nahiyədən digərinə yayıla bilir, belə-
liklə də bitkiləri uzun müddət xəstəliklərdən mühafizə edir. Prepa-
ratların təsir etmə müddəti 14-70 gün davam edə bilər. Bu dövr fun-
qisidin kimyəvi tərkibindən, bitkilərdə parçalanma dinamikasından, 
ətraf mühitin temperatur və başqa meteoroloji parametrlərindən (ph, 
yağmurlar, günəş  şüasının intensivliyi və s.) asılıdır. Sistem təsirli 
funqisidlər kimyəvi tərkibinə görə aşağıdakı qruplara bölünür: 
Asilalaninlər: 
1) Fosfor üzvi birləşmələr; 
2) Benzomidazol törəmələri; 
3) Tiomoçevina törəmələri; 
4) Heterosiklik tərkibli funqisidlər; 
5) Karboksianilik törəmələri; 
6) Karboksimid törəmələri; 
Eyni funqisidi uzun müddət tətbiq etdikdə patogenlərdə da-
vamlılıq yaranır və preparatın səmərəliliyi aşağı düşür. Bunun qarşı-
sının alınması üçün vegetasiya dövründə  xəstəliklərə qarşı komp-
leks mübarizədə kombinə edilmiş perparatlardan və kombinə edil-
miş  tərkibi müxtəlif qarışıqlardan ibarət funqisidlərdən geniş isti-
fadə edilir. Kombinə edilmiş preparatlardan Mikal (Alett 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə