Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   6   7   8   9   10   11   12   13   ...   58

30 
50%+Etalon 25%), Serosin, Ditan-Kupromiks, Polixom, Kuprozan 
və başqa bir sıra preparatları misal göstərmək olar. 
Kombinə edilmiş  tərkibi müxtəlif qarışıqlardan Polikarbatsin, 
Ridomil, Topaz və başqaları hazırda geniş tətbiq edilir. 
Sistem təsirli funqisidlərə qarşı patogenlərin davamlılığının ya-
ranmaması üçün onlar kontakt təsirli funqisidlərlə birgə qarışdırıla-
raq tətbiq edilir və yaxud növbələşdirilir. 
 
 
Vegetasiya dövründə tətbiq edilən kontakt funqisidlər 
 
Kimyəvi tərkibinə görə 
qrupu 
Tətbiq obyekti 
Mis tərkiblilər 
Üzümdə mildiu, kartofda və pomidorda 
fitoftora, soğan, xiyar və b. Perenosporoz 
Ditiokarbanin turşusu 
tərkiblilər 
Peronosporales  sırası göbələklər çəyir-
dəklilərin ləkəliliyi, monilioz, dəmgil 
xəstəliklərinə qarşı 
Ftal turşusu birləşmələri 
Monilioz, klyastosporioz, üzümün boz 
çürüməsi, kartof və pomidorun fitoftorozu, 
antroknoz, ləkəlilik xəstəlikləri 
Kükürd tərkibli qeyri-
üzvi maddələr 
Sphaeriales və Erysiphales , sırası 
göbələklərə, qarşı istifadə edilir. 
Fenolun nitro törəmələri 
Erysiphales  sırası göbələklərə, dəmgil 
xəstəliklərinə qarşı geniş tətbiq edilir. 
 
 
 
 


31 
İnteqrir mübarizə sistemləri 
 
Bitkilərdə zərərli orqanizmlərə qarşı inteqrir mübarizə tədbirlə-
rinin mahiyyəti ətraf mühitin sağlam saxlanılması şərti ilə  müxtəlif 
mübarizə metod və vasitələrinin optimal tətbiqi əsasında fitosanitar 
vəziyyətin stabil saxlanması üzrə bitkilərin mühafizəsi sistemidir. 
İnteqrir mübarizə tədbirləri (İMT) haqda fikirlər XX əsrin 50-ci 
illərində yaranmışdır. E.F.Knipling, Z.U.McGuire (1966) öz əsər-
lərində ardıcıl çıxışlar etmişdir: “İnseksidlər qorxuludur yoxsa həşə-
ratlar?” sualı  İMT sahəsinda yeni sistemlərin işlənib hazırlanması 
və tətbiqində ilk addımlardan olmuşdur. İMT ilk dəfə P.F.Smith və 
V.V.Allen (1954) tərəfindən termin kimi istifadə edilmişdir. Onlar 
İMT-nin ilkin versiyasının konsepsiyasını işləyib hazırlamış və çap 
etmişlər. 
İnteqrir mübarizə  tədbirlərinin hazırlanmasında  əsaslandırma-
nın başlıca elementləri aşağıdakılardır: 
- Bitkilərin mühafizəsində ziyanlı həddin öyrənilməsi və tətbi-
qi; 
- Sanitar qarşılayıcı tədbirlərdən davamlı sortların tətbiqi, xəstə 
bitkilərin vaxtaşırı  çıxdaş edilməsi, bioloji gübrələrdən və biosti-
mullaşdırıcılardan istifadə edilməsi; 
- ZO-nun inkişafının dinamikasını öyrənmək və populyasiyanın 
sıxlığını nəzarətdə saxlamaq; 
- Mexaniki mübarizə üsullarının daim təkmilləşdirilməsi; 
- Bioloji mübarizə üsul və vasitələrinin tətbiqi
- Pestisidlərin tətbiqinin minimallaşdırılması  və ekologiyaya, 
xeyirli fauna və floraya az zərərli olan preparatların istehsalı və tət-
biqi. 
İMT-nin hazırlanmasında xəstəlik, zərərverici və alaq otları ilə 
mübarizədə bu ZO-ların iqtisadi ziyan vurma həddinin (İZH) tapıl-
ması əhəmiyyəti ilə seçilir. İZH o həddir ki, ZO-nun bu həddindən 
sonra ona qarşı mübarizə  tədbiri aparılmalıdır.  İZH-nin tətbiqi ilk 
əvvəllər zərərvericilərə (cücülər, gənələr, istiqanlı gəmiricilər və s.)  


32 
aid edilirdi. Hazırda xəstəlik törədiciləri və alaq otlarının kriteriyası-
nın dəqiqləşdirilməsi və  tətbiqi  İMT-nin mühüm elementlə-
rindəndir. 
Zərərli orqanizmlərin (ZO) (gəmiricilər, həşəratlar, gənələr, pa-
razitlər, göbələklər, bakteriyalar, mikoplazmalar, viruslar və s.) 
müxtəlifliyi və onların inkişafında olan özünəməxsusluqla yanaşı, 
qidalandığı  və  zərər vurduğu bitki üzərində yaratdığı  əlamətlər də 
fərqli olur. ZO mədəni  əkinçiliyə ziyan vurursa, onunla mübarizə 
aparılmalıdır. Bitki mühafizəsinin səmərəli olması üçün yüksək 
bilik və bacarığa malik mütəxəssislər güclü maddi-texniki bazaya 
malik olan xidmət sahələri olmalıdır. Bu baxımdan xəstəlik, zərər-
verici və alaq otlarını tanıyan və onlara qarşı inteqrir mübarizə təd-
birlərinin hazırlanmasında istifadə edilən metod və vasitələr haqda 
müfəssəl məlumata malik mütəxəssislərin olması əhəmiyyətlidir. 
Pestisidlərin məhdudiyyətsiz tətbiqi ekosistemin çirklənməsi, 
biosenozda tarazlığın pozulması ilə  nəticələnmiş, xeyirli fauna və 
floranın məhvinə səbəb olmuşdur. Yaranmış vəziyyətdən çıxış yolu 
ekosistemin bərpası  və bitki mühafizəsində rasional səmərəli və 
ekoloji baxımdan təhlükə yaratmayan metod və vasitələrin tapıl-
masını  təmin edən  İMT-nin hazırlanması  və  tətbiqidir.  İMT-nin 
hazırlanmasında hər becərilən bitkinin aqrofonu, torpaq-iqlim 
şəraiti, fitosanitar vəziyyəti, ölkədə olan mövcud bitki mühafizə 
vasitələri və istehsal vasitələrinin səviyyəsi nəzərə alınmalıdır. 
İMT-ni tətbiq edən bitki mühafizəsi üzrə ixtisaslı mütəxəsislərdən 
istehsalat sahəsində uyğun yaradıcı yanaşma (improvizasiya) tələb 
edilir. Belə ki, İMT sistemi yaradan və  tətbiqi ilə  məşqul olan 
mütəxəsisin yerli torpaq-iqlim şəraitini, aqrosenozda dominantlıq 
edən ZO-ları, onların yayılması, inkişaf dinamikası, məhsuldarlığa 
təsiri, iqtisadi-ziyanlı  həddini, bioekoloji xüsusiyyətləri (inkişafın 
temperatur, rütubət, mühitdə pH səviyyəsi, patogenlik dərəcəsi və 
s.) haqda, ətrafı  məlumatı olmalıdır. Rayonlaşdırılmış  və faktiki 
becərilən bitki sortlarının bölgədə yayılmış  xəstəliklərə davamlığı, 
istehsalçının tətbiq etdiyi aqrotexniki tədbirlər və bu sahə üçün 
tətbiqinin səmərəli olacağı  dəqiqləşdirilmiş aqrotexniki tətbirlər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə