Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   8   9   10   11   12   13   14   15   ...   58

37 
müş, qurudulmuş balıq iyi verir və unun keyfiyyətini aşağı salır. 
Bərk sürmənin törədiciləri  torpaqda  öz  həyat qabiliyyətini uzun 
müddət saxlaya bilmir, adi şeh damlasının təsiri nəticəsində cücərir 
və torpaqdakı mikroorqanizmlər tərəfindən məhv edilir. Teliospor-
lar dəyirmidir 14-22 mkm ölçüdə olur (Şəkil 1). 
Sürmə  xəstəliklərinin məhsula vurduğu ziyan birbaşadır, yəni 
100 sünbüldən 10-u xəstədirsə, deməli, məhsul itkisi 10%-dir.  
Kütləvi yayılma (epifitotiya) dövründə sürmə  xəstəliklərinin 
əmtəəlik  ərzaq buğdasının məhsuldarlığına vurduğu gizli ziyanın 
səviyyəsi bəzən 25-50% olur (sünbülün kiçik qalması, bir sünbüldə 
olan dənlərin say və çəkicə az olması və s.). Xəstəliyə qarşı müba-
rizə  tədbiri aparılmadığı    halda,  məhsul itkisi becərilən sortların 
bioloji xüsusiyyətlərindən asılı olaraq, 8-25% arasında dəyişə bilər. 
Odur ki, sürmə xəstəliklərinə qarşı mübarizədə toxum materialının 
xəstəlik törədicilərindən təmizlənməsi ən vacib məsələlərdən biridir.  
Mübarizə  tədbirləri. Növbəli  əkin sistemi tətbiq edilməlidir. 
Buğdanın bərk sürməsinə qarşı radikal və səmərəli mübarizə tədbiri 
seleksiya yolu ilə  xəstəliyə davamlı sortların yaradılması  və 
tətbiqidir. Bundan başqa, bərk sürmə ilə güclü yoluxmuş sahələrə 
təkrar taxıl səpilməsinə yol verilməməlidir. Torpaqda nisbi rütu-
bətin 40-60%, temperaturun 5-10ºC-yə düşməsi bərk sürmə törədi-
cilərinin inkişafını daha da artırdığı üçün payızlıq buğdaların səpi-
nini optimal müddətdən bir qədər tez keçirilməsi (oktyabrın əvvəl-
lərində) xəstəliyin qarşısının alınmasında böyük əhəmiyyətə malik-
dir. Taxıl yığımı zamanı sağlam əkin sahələrində toxumun bərk sür-
mə sporları ilə yoluxmasının qarşısının alınmasında xəstəliklə sira-
yətlənmiş əkin sahələrinin ayrıca biçilməsi və dənin çıxdaş edilməsi 
mühüm aqrotexniki tədbirlərdən hesab olunur. 
Toxumun optimal dərinlikdə səpilməsi (5-7 sm), üzvi və mine-
ral gübrələrdən torpağa mütənasib məsariflə (N, P, K) istifadə olun-
ması bitkilərin bərk sürməyə qarşı davamlılığını artırır. 
Bərk sürməyə qarşı digər mübarizə yolu toxumun səpinqabağı 
mübarizə vasitələri ilə dərmanlanmasıdır. Toxumun dərmanlanması  
toxumu həm xəstəlik törədicilərindən azad edir, həm də onu cücər-


38 
mə zamanı torpaqdakı  zərərli mikroorqanizmlərin təsirindən qoru-
yur və cücərtilərin normal inkişafını təmin edir. 
Toxumun dərmanlanması ya səpindən 1,5-2 ay əvvəl, ya da 
səpin qabağı aparıla bilər. Apardığımız tədqiqat işlərinin nəticələri 
göstərmişdir ki, səpinqabağı toxum funqisidlərindən 40%-li Vitava-
ks 200 FF/3 l/ton, 3%-li Divident 2 kq/t, 6%-li Raksil 0,4-0,5 l/t mə-
sarif normasında istifadə olunması toxumla keçən sürmə  xəstə-
liyinin qarşısını alır. Bu preparatların səpindən 1,5-2 ay əvvəl işlə-
dilməsi onların toxumun daxilinə yaxşı nüfuz etməsi ilə (toz sürmə 
və fuzarioza qarşı) faydalılığını xeyli artırır. Burada preparatın 
sərfiyyatına qənaət etmək olur. Qeyd olunan preparatların ayrılıqda 
hər birinin 1 ton toxum üçün müəyyən edilmiş normasına 10 litr su 
əlavə edilib qarışdırılır və  dərmanlama “PU-I”, PSŞ-3”, PS-10” 
aqreqatları ilə həyata keçirilir.   
Bərk sürmə ilə yoluxma 0,1%-dən çox olduqda və Elit toxum-
larda I, II reproduksiya sahələrindən götürülmüş toxum materialı 
5%-dən yuxarı sirayətlənmiş olduqda, səpin üçün yararsız hesab 
edilir. 
Biz əminik ki, taxılçılıqla məşğul olan bütün sahibkarlar toxum 
materialı ilə yayılan sürmə və digər xəstəliklərə qarşı təklif olunan 
mübarizə tədbirlərindən səmərəli istifadə edəcək və həmişə onların 
həyətlərindən kəsif balıq iyi yox, buğda çörəyinin xoş  ətri gələ-
cəkdir. 
 
Tozlu sürmə 
 
Törədicisi Ustilago tritici Jens. Bərk buğda sortları bu xəstəliyə 
daha çox həssaslıq göstərir. Təsnifata görə  Ustilago tritici, 
Basidiomycota şöbəsinin, Ustilaginomycetes sinifinin, Ustilaginales 
sırasının, Ustilaginaceae fəsiləsinin, Ustilago cinsinin nümayən-
dəsidir. Xəstəlik taxılın çiçəkləmə dövründə baş verir. Tozlu sür-
məyə tutulmuş sünbüllər üzərində olan xəstəlik törədiciləri-telio-
sporlar külək, həşərat və digər vasitələrlə sağlam sünbüllərə keçərək 
onların çiçək yatağına və yumurtalığına daxil olur, orada diploid 


39 
mitsellər verirlər. Mitsellər əvvəlcə dənin rüşeym hissəsində, sonra 
qabıqaltı aleyron təbəqəsində və endospermdə diffuz şəkildə yayıl-
mağa başlayır. Yetişmənin sonuna qədər bu mitsellər dənin da-
xilində bir qədər də yoğunlaşıb güclənir və sakitlik stadiyasına 
keçirlər. Belə dənlər xarici əlamətlərinə və görünüşünə görə sağlam-
lardan fərqlənmir, dənin daxilində olan mitsellərdə isə 3 il müddə-
tində öz həyati qabiliyyətini saxlaya bilir. Xəstə  dənlər torpağa 
səpildikdə onların daxilində olan mitsellər də onunla birlikdə cücə-
rir və buğda cücərtilərinin divarlarını deşərək gövdəyə daxil olur. 
Onunla birlikdə bitkinin sünbülləmə mərhələsinə qədər inkişaf edir. 
Sünbülləmə zamanı göbələk sünbül oxundan başqa onun bütün his-
sələrini – sünbülün qabığı, qılçıq və s. parçalayaraq dən yerində 
qara rəngli teliospor kütləsi əmələ gətirir. Əmələ gəlmiş teliosporlar 
yenidən külək və  həşəratlar vasitəsilə yayılaraq sağlam sünbülləri 
sirayətləndirir və yuxarıda qeyd etdiyimiz proses yenidən təkrar 
olunur. Göbələyin teliosporları 60-70% nisbi rütubətdə və 20-25ºC 
temperaturda yaxşı inkişaf edir, temperaturun 5-7ºC-ə düşməsi ilə 
inkişafı dayanır. Azərbaycanda xəstəliyin məhsuldarlığa vurduğu 
ziyan 5-7%-dən yüksək olmur (Şəkil 2). Kütləvi yayılma illərində 
bəzən bütün məhsul patogenlərlə zibillənir. Belə dənlər toxum kimi 
istifadə edilmir. 
Mübarizə tədbirləri. Taxılın 2-3 il dalbadal eyni sahədə əkil-
məsi yolverilməzdir. Payızlıq buğdanın səpin müddətinin bir qədər 
gecikdirilməsi (torpaqda temperauturun 7-10ºC-ə düşməsi törədi-
cinin inkişafını dayandırır), yəni aşağı düzən bölgələrdə noyabr, 
dekabr səpinləri və sürməyə davamlı sortlardan istifadə olunması 
xəstəliyin qarşısının alınmasında başlıca amillərdəndir. Tozlu sürmə 
sporları külək vasitəsilə asanlıqla yayıla bildiyi üçün yeni səpiləcək 
taxıl sahələrinin, xüsusilə toxumluq sahələrin əvvəlki il tozlu sürmə 
ilə güclü yoluxmuş əkin sahələrindən 500-600 m aralı olması məq-
sədə uyğundur. Bitkilərin qida maddələrinə olan tələbatının təmin 
edilməsi onun sürməyə davamlılığını artırır. Elit toxum sahələrində 
toz sürmə ilə sirayətlənmə 0,3 ayrı-ayrı reproduksiyalarda isə 2% 
olarsa, bu sahələrdən götürülmüş toxum materialı  səpinə yararsız 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə