Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə47/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   ...   43   44   45   46   47   48   49   50   ...   61

 
114
4. Mərkəzi Kitabxananın kitab fondlarının  universal  olması müxtəlif oxucu 
kateqoriyalarının ümumtəhsil və ixtisas sorğularının ödənilməsi üçün əlverişli 
olması. 
Qeyd edilənlərdən aydın olur ki, MKS-də biblioqrafik işin təşkili qarşısında 
duran  bu ümumi məsələlərlə  yanaşı onları  biri-birindən  fərqləndirən cəhətlər  
də vardır. Ona görə ki, onların biblioqrafik fəaliyyətlərinin  məzmunu və 
xidmət dairəsi müxtəlifdir. 
Bütün bunlarla yanaşı biblioqrafik fəaliyyətin təşkilində MKS-lər üçün eyni 
olan bir sıra faktorlar vardır. Onlar aşağıdakılardır: 
a) Bütün sistem üzrə biblioqrafik fəaliyyətə  rəhbərlik edən MK-nın  
təşkiledici rolu. 
b) Ayrı-ayrı  biblioqrafik proseslərin mərkəzləşdirilmiş  şəkildə  yerinə 
yetirilməsi 
c) Sistemin yarımbölmələrinin ixtisaslaşdırılmış fəaliyyəti 
Mərkəzləşmə  kitabxanalara informasiya işini daha operativ və keyfiyyətli 
təşkil etmək, əhaliyə biblioqrafik xidmət prosesini yeni mərhələyə  qaldırmaq 
imkanı verdi. Mərkəzləşmə kitabxana işinin idarə olunmasına, kitabxanalarda  
əməyin düzgün təşkilinə, işçilər arasında  ixtisaslaşmalar aparılmasına, 
metodiki işin yaxşılaşdırılmasına  əlverişli  şərait yaratdı. Mərkəzləşmiş 
sistemlərdə  kitabxana kataloqlarının  yenidən qurulması, kartotekaların 
yaranması, məlumat fondlarının təşkili, filiallara  köməklik göstərmək, əhaliyə 
biblioqrafik xidmətin forma və metodlarını daha da  yaxşılaşdırmaq üçün bir 
çox yeni şöbələr təşkil edildi.Onların metodika-biblioqrafiya şöbəsini xüsusilə 
qeyd etmək lazımdır. Filial  kitabxanalara metodiki rəhbərlik biblioqrafik iş 
proseslərinin daha səmərəli və keyfiyyətli yerinə yetirilməsində  Mərkəzi 
Kitabxanada yaradılan  bu şöbə xüsusi əhəmiyyətə malik olmuşdur.  
MKS-in yeni yarandığı bir dövrdə    şöbə filial-kitabxanaların biblioqrafik 
fəaliyyətini tənzimləyir, yerlərdə kataloq və kartotekaların yaradılmasına, soraq 
və biblioqrafik nəşrlər  fondunun təşkilinə nəzarət edirdi. 
MKS-nin  fəaliyyət sahəsindəki  inkişafının  ikinci dövrü 1980-1985-ci illəri 
əhatə edir ki, bu dövr MKS-in təkmilləşdirilməsi və dinamik inkişaf dövrü 
adlandırmaq olar. Çünki məhz bu dövrdə istər biblioqrafiyalaşdırma, istərsə də  
biblioqrafik xidmət  sahəsində demək olar ki, respublikamızın  bütün rayon 
MKS-ində böyük nailiyyətlər əldə edilmişdir. Dövlət qayğısı ilə əhatə olunmuş 
MKS-lər üçün ayrılan vəsait ildən-ilə artırıldı. Ona görə  də  Mərkəzləşmiş 
Kitabxana Sisteminin  maddi-texniki bazası gündən-günə möhkəmlənir, yeni 
kitabxana  binaları tikilir, hər ay alınan kitablar  əsasında  vahid fondun  
formalaşması    həyata keçirilir, bunun nəticəsində  isə kitabxananın  
informasiya fəaliyyəti ümumiyyətlə biblioqrafik xidməti də geniş miqyas 
almağa başlayır. Bu dövrdə  Mərkəzləşmiş Kitabxanalarda  fəaliyyət göstərən 
elmi-metodiki  şöbə filiallara  metodiki rəhbərlik edir, onların biblioqrafik 


 
115
fəaliyyətlərini düzgün istiqamətləndirir, yeni tövsiyyələr elmi məsləhətlər verir. 
Bu  şöbə  həmçinin mərkəzləşdirilmiş  sistemin elmi  tədqiqat işlərinin 
yaxşılaşdırılmasında fəal iştirak edir, qabaqcıl iş  təcrübəsini tətbiq edir. 
Mərkəzi kitabxana filial-kitabxanaların plan və hesabatlarının tərtibində  və 
göstəricilərin təhlilində  fəal iştirak edir. Göstərilən bütün bu vəzifələrin həyata 
keçirilməsində  yüksək ixtisaslı metodistlərin olması da vacibdir. 
Bu dövrdə elmi-metodika şöbəsinin fəaliyyət dairəsi daha da genişlənmiş və 
zənginləşmişdir. Belə ki, şöbə soraq-bibliorafiya, eləcə  də biblioqrafik 
informasiya xidmətinin səmərələşdirilməsinə, filial-kitabxanaların biblioqrafik 
fəaliyyətinin planlaşdırılması, hesabatların hazırlanması 
və 
ümumiləşdirilməsinə öz müsbət təsirini göstərirdi. 
Beləliklə  məlum olur ki, MKS-də metodiki işin düzgün təşkili sistemin  
ümumi fəaliyyətinin səmərələşdirir, xidmət işini  sürətləndirir, zənginləşdirir və 
yeni nailiyyətlər  üçün perspektivlər yaradır. Heç də  təsadüfi deyildir ki, bu 
illərdə  (1980-1985-ci illər) respublikada hər il orta hesabla 5-10 yeni 
kitabxana  binası tikilir, 258 kitabxana təmir edilirdi. Mədəniyyət Nazirliyi 
tərəfindən kütləvi dövlət kitabxanalarına hər il orta  hesabla 1 milyon 300 min  
manat vəsait ayrılırdı, onlara həmin vəsait hesabına  ildə təqribən 2 milyon 200 
min nüsxə yeni nəşrlər daxil olurdu. (4). 
Üçüncü dövr 1985-1990-cı illəri əhatə edir. Bu dövrdə cəmiyyətimizdə  baş 
verən  sosial-iqtisadi, siyasi dəyişikliklər Mərkəzləşdirilmiş Kitabxana 
Sistemlərinə  də öz mənfi  təsirini göstərdi.Bazar iqtisadiyyatına keçid dövrü  
ilə əlaqədar olaraq kitabxanalara dövlət nəzarəti  zəiflədi. Rayonlarda bir çox 
kənd filial kitabxanaları müvafiq binanın olmaması  və maliyyə problemi ilə 
əlaqədar olaraq ləğv edilirdi. Ayda bir neçə dəfə kitab alan mərkəzləşdirilmiş 
kitabxana sistemlərində ildə bir-iki dəfə çox az miqdarda kitab alırdı. Belə bir 
vəziyyətisə  mərkəzləşdirilmiş kitabxana sistemlərinin bütün biblioqrafik 
fəaliyyətini iflic vəziyyətinə salırdı.  Əmək haqqının az olmasına görə 
kitabxanalarda kadr itkisi yaranırdı. 
 Vaxtilə respublikamızın biblioqrafik fəaliyyətinə çox böyük töhfələr bəxş 
etmiş Mərkəzləşdirilmiş Kitabxana Sistemləri maddi-texniki bazanın olmaması 
və onlara ayrılan dövlət vəsaitinin çox cüzi olması üzündən müasir 
texnologiyadan istifadə etməyə, oxuculara daha səmərəli operativ  xidmət 
göstərməyə imkan vermirdi. 
Cəmiyyətimizin bütün sahələrində baş verən belə çətinliklər bu yolu keçmiş 
ölkələrin hamısı üçün xarakterik olan ümumi problemlərdir. Kitabxanaların 
fəaliyyətində  böhran yaradan iqtisadi vəziyyət müstəqilliyə  qədəm qoymuş 
Azərbaycan Respublikası dövlətinin  elm və mədəniyyət  sahəsindəki yeritdiyi  
düzgün siyasətin nəticəsində aradan qaldırıldı.  
Artıq son 20 ilə yaxındır ki,  bütün tip kitabxanalarda olduğu kimi 
mərkəzləşdirilmiş kitabxana sistemlərinin biblioqrafik  fəaliyyətində  də yeni 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə