6
RƏSMİ SƏNƏDLƏR
“AZƏRBAYCAN KİTABXANALARININ FƏALİYYƏTİNİN
YAXŞILAŞDIRILMASI HAQQINDA”
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir. Xalqımızın
yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb
saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə
çatdırılmasında və
cəmiyyətimizin intellektual-mənəvi potensialının
artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır.
Ölkəmiz qədim dövrlərdən başlayaraq, öz
yüksək kitab mədəniyyəti ilə
seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır. Azərbaycanın müxtəlif
kitabxanalarında saxlanılan və xalqımızın ədəbi-estetik, elmi-mədəni fikir
dünyasını əks etdirən çox sayda əlyazma XIX əsrin əvvəllərindən regionda
cərəyan edən hadisələr nəticəsində ölkə xaricinə aparılmış və bu gün də dünya
kitabxanalarında Şərq fondlarının əsasını təşkil edərək mühafizə olunur.
XIX əsrdə Azərbaycanda maarifçilik hərəkatının
güclənməsi, neft
sənayesinin görünməmiş yüksəlişi və ictimai-siyasi həyatda baş verən
dəyişikliklər ölkəmizin elm-mədəniyyət mərkəzi kimi tanınan şəhərlərindəki
kitabxanalar şəbəkəsinin yaradılması və genişləndirilməsinə gətirib
çıxarmışdır. XX əsrdə milli kitabxana mədəniyyəti tarixinin yaddaqalan
hadisələri baş vermiş və respublikanın ən böyük kitab xəzinələri yaradılmış,
bütün bölgələri əhatə edən geniş kitabxanalar şəbəkəsi qurulmuş və
mərkəzləşdirilmiş, kitabxanaların maddi-texniki bazası möhkəmləndirilmiş və
Kitab palatası təşkil edilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ
münaqişəsi nəticəsində erməni silahlı dəstələri işğala məruz qoyduqları
ərazilərimizdə vandalizm aktı törətmiş, illərlə fondlarında 4 milyondan artıq
kitabın mühafizə olunduğu 1000-ə yaxın kitabxananı və kitabxana filiallarını
birləşdirən mərkəzləşdirilmiş kitabxana sistemlərini bütünlüklə dağıtmışlar.
Bu gün geniş kitabxana-informasiya şəbəkəsinə malik Azərbaycanda 12
mindən çox müxtəlif tipli kitabxana mövcuddur. 1996-cı ildə Azərbaycan
hökuməti "Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu
yaxşılaşdırmaq tədbirləri haqqında" qərar qəbul etmişdir. 1999-cu ildə
"Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə
minmişdir.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası
ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar və
"2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə
tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" 2004-cü il 27 dekabr
7
tarixli sərəncamlarına əsasən, son üç il ərzində ümumi sayı doqquz
milyona
yaxın ədəbiyyat nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə edilmişdir.Yeni
nəşrlər kitabxana fondlarını və onlardan istifadə imkanlarını xeyli
genişləndirməklə yanaşı, həmin kitabların yerləşdirilməsi baxımından
çətinliklər yaratmışdır. Müasir Azərbaycan cəmiyyətinin
informasiya
təminatının həyata keçirilməsində ölkə kitabxanalarının tutduğu mühüm yer
mədəniyyətin bu sahəsində informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq,
müasir texnologiyaların tətbiqini zəruri edir. Kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılmasının ölkəmizin ictimai-mənəvi həyatının daha da canlanmasına
təsiri baxımından böyük əhəmiyyətini və Azərbaycanın informasiya
cəmiyyətinə doğru əhatəli inkişaf perspektivlərini nəzərə alaraq, elmi-mədəni
sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsi və eləcə də
Azərbaycan kitabxanalarının dünya informasiya məkanına daxil olmasının
təmin edilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
ilə birlikdə:
1.1. Azərbaycan Milli Kitabxanasının
modernləşdirilməsi, müasir
informasiya texnologiyaları ilə təmin edilməsi və maddi-texniki bazasının
möhkəmləndirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb iki ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Yerli icra hakimiyyəti orqanlarının təkliflərini nəzərə alaraq,
Azərbaycanın regionlarında fəaliyyət göstərən kitabxanaların
təmirinə, maddi-
texniki bazasının möhkəmləndirilməsinə və müasir informasiya daşıyıcılarına
ehtiyacının ödənilməsinə dair xüsusi tədbirlər planını hazırlayıb iki ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. Ölkənin iri kitabxanalarının elektron kataloqu və elektron
kitabxanasının müasir standartlar səviyyəsinə qaldırılması və onun bazasında
"Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nın oxucuların tam istifadəsinə
verilməsini təmin etsin.
2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi müvafiq
qurumlarla birlikdə "Azərbaycan Respublikasında
kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nı hazırlayıb üç
ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi məktəb
kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsinə və müasir
informasiya texnologiyaları ilə təchizatına dair tədbirlər planını hazırlayıb iki
ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.