Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə18/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   14   15   16   17   18   19   20   21   ...   133

 

57 


Mühitin İnsanı Köləyə çevirməsi iddiasından İmtina! 

“Yenilikçi”  özündənayrılma,  özünə  qarşı  çevrilmə,  özünə  yadolma 

səfalətindən İmtina! 

Elmin,  texnikanın  Bəşərə  səadət  gətirəcəyinə  sadəlövh  etiqaddan 

İmtina! 

Peyğəmbərlərin indiki Dünyaya gərəksizliyi cəhalətindən İmtina! 

Ölçülü Həqiqətdən İmtina! 

 “Xalq Ruhunun tərcümanlarına” etiqaddan İmtina! 

Laboratoriyalarda yaradılmış tarixi şəxsiyyətlərdən İmtina! 

Bu İmtinalar – Zəruridir! 

Zəkanı və Ürəyi zərərli, zəhərli təsəvvürlərdən təmizləmək gərəkdir! 

Onları əsl, həqiqi fikirlərlə, duyğularla zənginləşdirmək üçün! 

 

VIII. İDEAL 

 

 Doqmatizm  Bəşəriyyətin  Nicat  Yolunu  fərdi  mülkiyyətin  ictimai  (yəni 

ümumi) mülkiyyətlə əvəz olunmasında görür.  

Həyat  isə  göstərir  ki,  bu  əməliyyat  vasitəsilə  İnsan  özünə  qayıtmır, 

İnsani Mahiyyətini təsdiq etmir.  

Çünki  ümumi  mülkiyyət  hamıya  məxsus  olduğu  halda,  heç  kəsə 

məxsus olmur.  

Zavod  hamınındır,  ancaq  əslində  heç  kəsin  deyil,  torpaq  hamınındır, 

ancaq əslində heç kəsin deyil.  

Ümumi,  ictimai  mülkiyyətə  sahib  olmaq  gerçəklikdə  heç  nəyə  sahib 

olmamaq deməkdir. 

Mülkiyyət  hamınındır,  deməli,  həm  də  sənindir,  ancaq  əslində  sənin 

deyil, mücərrəd ümuminindir.  

Fərdi  mülkiyyətin  ümumi  mülkiyyətlə  əvəz  olunması  həqiqətdə  İnsanı 

mülkiyyətdən məhrum etdi. Paradoksal vəziyyət yarandı: hər şey sənindir 

və heç şey sənin deyil! 

Torpaq hamınındır, ancaq sən ondan istifadə edə bilməzsən, çünki, o, 

tək səninki deyil, deməli, əslində heç kəsin deyil! 

Doqmatizmin  Həyata  gətirdiyi  əməliyyat  İnsan  ilə  mülkiyyət  arasında 

görünməmiş yadlıq yaratdı. Ümumi torpaq – yad torpağa çevrildi, hamının 

olan  hamıya  özgə  oldu,  ümumilik  dəhşətli  dərəcədə  fetişləşdi  və  son 

nəticədə  mülkədarların,  kapitalistlərin  hakimiyyəti  dövlət  hakimiyyəti  ilə 

əvəz olundu.  

Mülkiyyətin  sahibi  ayrı-ayrı  şəxslər  yox,  dövlət  oldu.  Dövlət    –  izafi 

dəyəri,  kənd  təsərrüfatı  gəlirinin  çox  hissəsini  ələ  keçirdi  və  sonralar 

kəndlini muzdlu fəhləyə döndərdi.   




 

58 


Fərq o oldu ki, bir zamanlar fəhlə, kəndli əməyinin gəliri istismarçı sinif-

lərə qismət olurdu, indi isə onun “öz”, “doğma” dövlətinə qismət olur.  

Lakin bu fərq əslində nəzəri, formal fərqdir. 

Zəhmətkeşlərin  maddi  vəziyyəti,  cəmiyyətdə  yeri  baxımından  həmin 

fərq heçə bərabərdir.  

Yenə  də  işləyənlə  dişləyən,  becərənlə  mənimsəyən  bir-birindən  ayrı 

düşdü, əməkçi öz əməyinin sahibi olmadı.  

O, real sahiblik əvəzinə, formal sahiblik əldə etdi.  

Digər  tərəfdən,  heç  bir  kitabda  yazılmayan,  nəzərə  alınmayan, 

gözlənilməyən  hadisə  baş  verdi:  sinifsiz  cəmiyyət  arzusunu  Həyata 

keçirən bir məmləkətdə yeni hampalar, zadəganlar silki meydana gəldi.  

Kolxoz  sədrinin  adi  kolxozçuyla,  müdirin  fəhləylə,  vəzifəlilərin 

vəzifəsizlərlə,  rütbəlilərin  rütbəsizlərlə  münasibətində,  müqayisəsində 

yuxarı – aşağı silk əlaqələri bərpa olundu.  

Yeni  zadəganlar  mülkiyyətə  sahib  olmadılar,  ancaq  ümumi 

mülkiyyətdən  ən  çox  qazandılar,  varlandılar,  Xalqdan  uzaqlaşdılar,  öz 

xüsusi Həyat tərzini, məişətini, əxlaqını yaratdılar.  

Fəhlə  –  kəndli  hakimiyyətində  fəhlə  olmağa,  kəndli  olmağa  həvəs 

oyanmadı,  yuxarı  dairəyə  dırmaşmağa  və  həmişəlik  orada  qalmağa 

həvəs oyandı.  

Burjua  cəmiyyətinə  xas  olan  və  klassik  realizm  tərəfindən  dahiyanə 

təsvir  olunan  mənsəb,  var-dövlət  uğrunda  amansız,  əxlaqsız  döyüş 

Həyatın başlıca qanununa çevrildi.  

İstismarçı siniflər ləğv olundu, ancaq antixəlqi silk yenidən peyda oldu, 

yerini bərkitdi və cəmiyyətə hakim oldu.  

Fəqət İnsanın fəlakətli halı bununla bitmədi. 

İnsanın  Ağlı,  Mənəvi  Dünyası,  Düşüncəsi,  Duyğuları,  Taleyi  – 

Doqmatizmi  zorla  həyata keçirən  amansız və mütəşəkkil  Qüvvənin  əlinə 

keçdi.  Həmin  Qüvvə  İnsanın  vəziyyətini  düşünmədi,  nəyin  bahasına 

olursa-olsun, hakimiyyəti saxlamaq haqqında düşündü.  

Bu məqsədi yerinə yetirmək üçün o, yalana tapındı, azadfikirliyi boğdu, 

İnsanları  təşviş,  qorxu  altında  saxladı,  ziyalının  qeyrətlisini  qırdı, 

qeyrətsizini  satın  aldı,  İnsanları  miskinləşdirdi.  Cilddən-cildə  girdi,  yeri 

gələndə  özünü  xalqın  keşikçisi  kimi  gözə  soxdu,  yeri  gələndə  Zora  əl 

atdı.  

Nəticədə  cənnət  əvəzinə  cəhənnəm  yaratdı  və  inandırdı  ki,  bu, 



cəhənnəm yox, cənnətdir.  

Qüvvə  anladı  ki,  Dünyanın  normal  vəziyyətə  qayıtması  doqmatizmin 

ölümüdür.  

Bu səbəbdən də o, Dünyanı dəhşətli dərəcədə saxtalaşdırdı.  




 

59 


Əqidə  süniləşdi,  Mənəviyyat  süniləşdi,  Qəhrəmanlıq,  Vətənsevərlik, 

Sənət, Fəlsəfə süniləşdi. 

Saxtalıq ayaq açıb sürətlə yeriməyə başladı.  

Həyat öz təbii məhvərindən çıxdı.  

İnsana  İnam  itdi,  onun  üzərində  nəzarət  piramidası  ucaldıldı  

(təşkilatlar, müəssisələr nəzarəti, tədris nəzarəti, inzibati nəzarət və s. və 

i.a.). 

Süni  Həyat  Əqidəsizlik,  Əxlaqsızlıq,  Mənsəbpərəstlik,  Rüşvətxorluq 



axını yaratdı və bu axın cəmiyyəti bürüdü.  

Doqmatiklər  deyirlər  ki,  bu  mənfiliklər  İdeal  Cəmiyyətin  birinci 

mərhələsinə  (fazasına)  xas  olan  xüsusiyyətlərdir,  ikinci  mərhələdə  onlar 

aradan qalxacaq.  



Bu, son dərəcə yanlış iddiadır.  

Birinci faza ilə ikinci faza arasında yerlə göy qədər fərq ola bilməz.  

Bu,  artıq  mərhələ  yox,  bir-birini  rədd  edən  müxtəlif  hadisə  hesab 

edilməlidir.  

Əslində  birinci  mərhələnin  ziddiyyətlərini  həll  etmək  üçün  onu  inkar 

etmək tələb olunur: yəni ikinci mərhələ birinci mərhələni ləğv etməlidir. 

Çünki naqisliklər cəmiyyətin dərinliklərinə işləyib, çirkinliklər dəhşətli bir 

antihəyat yaradıb.  

Birinci fazada antihəyat yaradan cəmiyyətin ikinci fazada gözəl həyata 

çevrilməsi – əfsanədir.  

Digər tərəfdən, doqmatizmin irəli sürdüyü əsas tələb – fərdi mülkiyyətin 

ictimai  mülkiyyətlə  əvəz  olunması,  planlı  təsərrüfat  –  birinci  mərhələnin 

özündə Həyata keçdi.  

Buna görə də Doqmatizmin ideal Cəmiyyəti elə indiki Cəmiyyətdir. 

Doqmatizmin  İflası  qabaqcıl  istehsal  əlaqələrinin  Kamil  İnsan 

yetişdirməsi ideyasını da alt-üst etdi.  

Əmək – Kamil Şəxsiyyət yetişdirmir; bu, cəfəngiyyatdır.  

Kamil  Şəxsiyyətin  yetişməsi  ən  çox  Şəxsiyyətin  Özünüdərketmə, 

Özünüdəyişdirmə Qüdrətindən asılıdır.  



İnsanı  fəlakətdən  qurtarmaq  üçün  Dünyanı  normal  vəziyyətə 

qaytarmaq,  formal  Azadlığı  əsil  Azadlıqla  əvəz  etmək,  İnsanı  əsl 

İdraka, Mənəviyyata, Həyat tərzinə yüksəltmək lazımdır.  

Bunun  üçün  Ali  Sözün  gücüylə  Yeni  İdrak,  Yeni  Mənəviyyat  və  Yeni 

Həyat Tərzi əsasında  İntibah yaratmaq, İnsanı  özünə  yaxınlaşdırmaq, 

özünə çatdırmaq gərəkdir.  

 

 



 

 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə