Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə23/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   19   20   21   22   23   24   25   26   ...   133

 

78 


Ləkə Yağışından keçmək. 

Naşı Qarğışından keçmək. 

Ölüm Qarşısından keçmək. 

Sinənin Dağı.  

Sifətin Qırışı.  

Belin Bükümü.  

Əllərin Qabarı.  

Ayağın Yağırı.  

Ömrün Yükü.  

 

                      YOL 



 

Meyar əsasında Yaşamaq.  

Meyar əsasında Yaşatmaq. 

Meyar uğrunda Döyüşmək. 

Bəşəri dəyişmək.                               

                             Bakı. Sentyabr, 1982-ci il.  



 

 

 

QANUN 

 

MÜTLƏQ 

 

Mütləq Var, çünki İnsan Gerçəklikdən Artıqdır.  

Mütləq Var, çünki Həyat Gerçəklikdən Artıqdır. 

Mütləq Var, çünki  Dünya Gerçəklikdən Artıqdır. 

Mütləq Var, çünki İnsan Nisbiyə sığmır.  

Mütləq Var, çünki  Həyat Nisbiyə sığmır.  

Mütləq Var, çünki Dünya Nisbiyə sığmır.  

Mütləq Var, çünki İnsanilik – Sonsuzdur! 

Mütləq Var, çünki Həyatilik – Sonsuzdur! 

Mütləq Var, çünki Dünyəvilik – Sonsuzdur! 

Mütləq Var, çünki İnsanilik – Əbədidir! 

                             Həyatilik – Əbədidir! 

                             Dünyəvilik – Əbədidir! 

Mütləq Var, çünki İnsanilik – Kamillikdir! 

                             Həyatilik –  Kamillikdir! 

                             Dünyəvilik – Kamillikdir! 



 

79 


İnsanın Mahiyyəti – Mütləqdir! 

Həyatın Mahiyyəti – Mütləqdir! 

Dünyanın Mahiyyəti – Mütləqdir! 

Yeri-Göyü yaradan Allah yoxdur! 

İnsan taleyinə sahib olan Allah yoxdur! 

O dünya təskinliyi və qorxusu yoxdur! 



Mövhumat – Yalandır.  

Mütləqə inanmayan – İnsana inanmır.  

                                    Həyata inanmır.  

                                    Dünyaya inanmır.  

İnsanı İnsandan kiçik görür! 

Həyatı Həyatdan kiçik görür! 

Dünyanı Dünyadan kiçik görür! 

Dəyişkəni görür – Dəyişməzi görmür! 

Ölümlünü görür – Ölümsüzü görmür! 

Qeyri-kamili görür – Kamili görmür! 

Sonlunu görür – Sonsuzu görmür! 

İnsan – İnsaniliyə bərabərdir.  

İnsanilik – Mahiyyətdir.  

Mahiyyət – Mütləqdir. 

Mütləqə inanan – İnsana inanır. 

Həyat – Həyatiliyə bərabərdir.  

Həyatilik – Mahiyyətdir.  

Mahiyyət – Mütləqdir. 

Mütləqə inanan – Həyata inanır.  

Dünya – Dünyəviliyə bərabərdir.  

Dünyəvilik – Mahiyyətdir. 

Mahiyyət – Mütləqdir. 

Mütləqə inanan – Dünyaya inanır.  

Özünə bərabər olmaq üçün İnsan Mütləqə bərabər olmalıdır.  

Özünə bərabər olmaq üçün Həyat Mütləqə bərabər olmalıdır.  

Özünə bərabər olmaq üçün Dünya Mütləqə bərabər olmalıdır. 

Mütləqə İnanan – Özünə inanır.  

Mütləqləşən – Özünə çatır.  

 

İNSAN 



 

İnsan – Nisbidə təzahür edən Mütləqdir. 

Cismanilikdə təzahür edən Ruhanilikdir.  

Ölümlüdə təzahür edən Əbədilikdir.  

Qeyri-kamildə təzahür edən Kamillikdir. 



 

80 


Bu səbəbdən də Özünə, Mahiyyətinə bərabər deyil! 

Özünə bərabər olmaq üçün o, özündən Yüksəyə qalxmalıdır. 

Nisbiliyin üzərində Qələbə çalmalı – Mütləqləşməlidir! 

Cismaninin üzərində Qələbə çalmalı – Ruhaniləşməlidir! 

Keçicinin üzərində Qələbə çalmalı – Sonsuzlaşmalıdır! 

Ölümlünün üzərində Qələbə çalmalı – Əbədiləşməlidir! 

Qeyri-kamilliyin üzərində Qələbə çalmalı – Kamilləşməlidir! 

Nisbiliyin  üzərində  Qələbə  çalmaq  –  Mütləq  Mənəviyyata,  Mütləq 

İdraka və Mütləq İradəyə sahib olmaqdır. 

Cismaninin üzərində Qələbə çalmaq –  

Heyvaniliyi, Vəhşiliyi öldürməkdir.  

Keçicinin üzərində Qələbə çalmaq –  

Hərcayiliyi məğlub etməkdir.  

Ölümlünün üzərində Qələbə çalmaq –  

Ölümsüz Düşüncələr, Duyğular, Əməllər sahibi olmaqdır.  

Qeyri-kamilliyin üzərində Qələbə çalmaq –  

yarımxeyirdən, yarımgözəllikdən, yarımböyüklükdən xilas olmaqdır. 

İnsanilik – Mahiyyətə bərabər olmaqdır. 

Mütləqləşmək – Var olmaqdır! 

 

XALQ 

 

Xalq – Müstəqil Fərdlərin Birliyidir. 

Müstəqil Fərd olmayan yerdə – Xalq yoxdur! 

Xalq – Müstəqil Birlikdir. 

Müstəqil olmayan – Yox olandır! 



Xalq – Ruhani Birlikdir. 

Etiqad, İdrak, Əxlaq, Dil Birliyi olmayan yerdə – Xalq yoxdur! 



Xalq – İctimai Birlikdir. 

Təbəqələrə ayrılan, parçalanan, paralanan Xalq – Xalq deyil! 



Xalq – Mənşə Birliyidir. 

Etnik Vəhdətə malik olmayan Xalq – Xalq deyil! 



Xalq – Tale Birliyidir. 

Tarixi Birlik olmayan yerdə Xalq yoxdur! 



Xalq – Müqəddəsləşən Torpaq, Vətən Birliyidir. 

Vətən Birliyi olmayan yerdə Xalq yoxdur! 

Bəşər – Müstəqil Xalqların Vəhdətidir. 

Qeyri-müstəqil Xalqlardan yaranan Bəşər – yoxdur! 



Bu səbəbdən də Xəlqilik – Bəşərilik deməkdir.  

Fərdi itirən Xalq – Özünü itirir.  

Xalqı itirən Bəşər – Özünü itirir.  



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə