Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə22/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   83

 
 
55 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

 
 
 
 
 
 
 
 
 
 
ƏHMƏD CAVADIN HƏYATI,  
YARADICILIQ YOLU  
 
 

ARAŞDIRMAYA 
HAZIRLAŞIN 
 
1. Ə.Cavad  haqqında bildiklərinizi yada salıb yığcam müzakirə 
aparın. 
2.
  Aşağıdakı qaydaya əməl etməklə mətni oxuyun: 
a)
 İlk sualı  və onunla bağlı  mətni  oxumaq üçün iki nəfər ayrılır. On-
lardan biri mətni ucadan oxuyur, oxunmuş hissə ilə bağlı ikilikdə açar 
sözlər müəyyənləşdirirlər. 
b)
 Mətni oxumayan ikinci şagird açar sözlərdən istifadə etməklə suallar 
hazırlayır və onlara cavab verməyi birinci şagirdə təklif edir. Cavab-
ların müzakirəsində bütün sinif iştirak edir. 
c)
  Cütlüklər  əvəzlənməklə digər mətnkənarı suallar və onların ca-
vabları bu qayda ilə oxunub başa çatdırılır. 
 
3. Müzakirənin gedişində və sonda mətnə hansı məzmunda əlavələr et-
məyin lazım olduğunu müəyyənləşdirib bəndlər şəklində yazın.
 
 
 
Əhməd Məhəmməd oğlu Cavadzadə (Əhməd 
Cavad)  Şəmkir mahalında, tanınmış ruhani 
ailəsində dünyaya göz açmışdır. Atasını tez 
itirsə də, ailə onun mükəmməl təhsil almasının 
qayğısına qalmışdır. Üç ilə  qədər mollaxanada oxuyan Əhməd 1906–1912-ci 
illərdə Gəncə müsəlman ruhani seminariyasında təhsil almışdır. O, burada fars, 
ərəb, rus dillərini öyrənmiş, ilk şeirlərini yazmış, həmin illərdə mətbuatda çıxış 
etmişdir. Elmə, təhsilə ciddi münasibəti, təmkini, nəcib davranışı ilə seçilən 
Əhmədin “mədrəsə şeirləri” (seminariya bu adla da tanınırdı) onun sənətdə ilk 
addımları idi. İnadlı axtarışlar bəhrəsini verirdi; ərəb-fars sözlərinin çox 
işləndiyi,  ənənəvi məcazlara geniş yer verilmiş  şeirləri zaman keçdikcə 
durulaşır, onlarda xalq ədəbiyyatının təsiri aydın duyulurdu. 
 
O, türkün başında qatılaşan dini, milli, qövmi genosidə 
qarşı türk birliyi ideyasının beşiyi başında duranlardan 
biri olub. Elə bütün bunlara görə  də onu hamıdan çox 
təqib ediblər, “xalq düşməni”, “müsavat şairi” anlamına 
və obrazına tuş olan bütün zərbələr ona dəyib. 
Yaşar    Qarayev
 
 
 
 
 
 
 
 
Əhməd Cavad 
(1892–1937)
 
 
Ə.Cavadın uşaqlığı, gəncliyi və ya-
radıcılığının ilk dövrü üçün səciy-
yəvi  olanlar nədir? 
  LAYİHƏ


 
56 
 
Şeir aləmində  Əhməd Cavad kimi tanınan 
gənc müəllim 1913-cü ildən pedaqoji fəaliyyətə 
başlamışdır. O, fasilələrlə Şəmkir, Gədəbəy, Qu-
ba qəzasında və digər bölgələrdə müəllimlik et-
mişdir. I Dünya müharibəsi dövründə Xeyriyyə 
Cəmiyyətinin nümayəndəsi kimi müxtəlif cəbhə bölgələrinə getməsi pedaqoji 
fəaliyyətində fasiləyə  səbəb olmuşdur. Müharibədən zərər çəkmiş, ehtiyac 
içində olan insanlara yardım olunmasını təşkil edən Ə.Cavad müşahidə etdikləri 
ilə bağlı mətbuatda onlarla məqalə dərc etdirmişdir. 
Şairin 1916-cı ildə çap olunan “Qoşma” adlı ilk kitabında toplanan şeirlər 
mövzuca fərqli olsa da, onlarda ictimai motiv, “Əhməd Cavad kədəri” güclüdür. 
Vətənin “məzarlıq aləminə dönməsi”nə etiraz (“Quşlara”), vətən yolunda fəda-
kar olmağa çağırış (“Qafqazlısan, sev Qafqazı!”), dilimizin saflığının qorunması 
(“Dilimiz”), xalqı qəflətdə saxlayan yalançı axundların tənqidi (“Ey axund...”) 
kimi məsələlərə kitabda geniş yer verilmişdir. 
Əhməd Cavadı “cümhuriyyət nəğməkarı” adlandıranlar səhv etmirlər. Hələ 
1912-ci ildə “Qafqaz könüllüləri” tərkibində  İstanbula – türk qardaşlarımıza 
köməyə gedən şair üçün vətənin azadlığından, müstəqilliyindən uca heç nə yox 
idi. Cümhuriyyət  dövründə qələmə aldığı əsərlərin əksəriyyəti müstəqil ölkənin 
tərənnümünə həsr edilmişdir. Bu əsərlərin çoxunun toplandığı “Dalğa” (1919) 
kitabı böyük maraqla qarşılandı. “Azərbaycan bayrağına”, “Al bayraq”, “Can 
Azərbaycan”, “ Qardaş” və s. dildən-dilə düşərək qısa bir zamanda bütün ölkəyə 
yayıldı. Dövlət himninin mətnini yazan Ə.Cavad müstəqilliyə qovuşmuş vətəni-
mizi tərənnüm etməkdən, sevincini dilə gətirməkdən usanmırdı: 
Torpağına can demişəm, 
Suyuna mərcan demişəm, 
Canımı qurban demişəm.                      
Gəlib qızıl vaxtın sənin, 
Açılıbdır baxtın sənin! 
Şairin doğma vətəninə, onun bənzərsiz təbii gözəlliklərinə, saf məhəbbətin 
tərənnümünə  həsr etdiyi şeirləri oxuculara sevdirən cəhətlər çoxdur. Dilinin 
yüksək səviyyədə aydın olması, canlı danışıq dili ilə yaxından səsləşməsi, təbii, 
səmimi hislərin böyük ustalıqla ifadə edilməsi bu əsərlərin hamısı üçün səciy-
yəvidir: 
Mən hey göyə baxdım, göy mənə baxdı, 
Yollara baxmaqdan gözlərim axdı. 
Şimşək oldu, ancaq bir kərə çaxdı, 
Baxdı qurbanına qurban olduğum. 
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu 
şairi sarsıtmış, yaradıcılığına  əhəmiyyətli təsir 
etmişdir. O, ömrünün sonuna kimi ölkəsinin əsir 
vəziyyətini gah açıq  şəkildə, gah da rəmzlərlə, 
mətnaltı  mənalarla ifadə etməkdən çəkinmədi. 
Bu illər ərzində onun “könül rübabı” kədərə bü-
rünür, nisgil dolu misraların əks olunduğu şeirlərinin (“Nə yazım?”, “Unudul-
muş sevda”, “Olsun qoy” və s.)  sayı çoxalır... 
O, pedaqoji fəaliyyətə qayıdır, bir müddət (1920-ci ilin oktyabrından 1922-ci 
ilin yayına kimi) Qusarın Xuluq kəndində müəllim işləyir. 1922–1926-cı illərdə 
Şairin Cümhuriyyət dövrü  ya-
radıcılığı  hansı  cəhətləri  ilə 
diqqəti çəkir? 
Demokratik Cümhuriyyətin sü-
qutundan  sonra  şairin  həya-
tında  və  yaradıcılığında  hansı 
dəyişikliklər baş verdi? 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə