Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə23/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   83

 
 
57 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

Pedaqoji İnstitutda təhsil alan Ə.Cavad burada oxuduğu müddətdə müxtəlif sa-
hələrdə (texnikumda müəllim, jurnalda məsul katib) çalışır. 1930–1935-ci il-
lərdə Kənd Təsərrüfatı İnstitutunda işləyən şair 1934-cü ildə Azərbaycan Ya-
zıçılar İttifaqına üzv qəbul edilir, 1935-ci ildə isə “Azərnəşr”in bədii şöbəsində 
redaktor vəzifəsində  fəaliyyətə başlayır. O, əvvəllər də  məşğul olduğu tərcü-
məçilik fəaliyyətini genişləndirir, müxtəlif xalqların  ədəbiyyatından (V.Şeks-
pirin “Otello”, A.Puşkinin “Kapitan qızı”, “Tunc atlı”, F.Rablenin “Qarqantua 
və Pantaqruel” və s.) uğurlu tərcümələr edir.  
Ə.Cavad 1920-ci illərin ortalarından başlayaraq xüsusi orqanların təqiblərinə 
məruz qalır. Sovet rejimi, qırmızı terror “cümhuriyyət  şairi”ni, “köhnə müsa-
vatçı”nı, türk xalqlarının birliyini, əlbir olmasını təbliğ edən nüfuzlu şəxsi bağış-
laya bilməzdi. Qələm “dostları” onun hər şeirində, misrasında yeni quruluşun əley-
hinə işarələr axtarır, sayı bilinməyən müzakirələr keçirir, böhtan, ittiham dolu ya-
zılar çap etdirirlər. “Sosializm quruculuğunu tərənnüm edən” əsərlər yazmamaqda 
günahlandırılan şairin bu məzmunda qələmə aldıqları da (“Pambıq dastanı”, “Kür” 
və s.) kəskin tənqid edilir, ona bəslənilən düşmən münasibət dəyişmir. 1920-ci 
illərdə müxtəlif bəhanələrlə bir neçə dəfə həbs edilən şair 1937-ci ilin iyun ayında 
həbsxanaya atılır, kiçikrütbəli rus və erməni zabitləri tərəfindən dəhşətli işgən-
cələrə  məruz qalır. Vətənini, millətini sonsuz məhəbbətlə sevən  şair həmin ilin 
oktyabr ayında “xalq düşməni” kimi məhv edildi. Onun həyat yoldaşı  Şükriyyə 
xanım sürgün edildi, kiçikyaşlı övladlarını bir-birindən ayırıb müxtəlif uşaq evlə-
rinə göndərdilər. Adının çəkilməsi, əsərlərinin oxunması və saxlanılması vətənində 
yasaq edilən Ə.Cavada Türkiyə sahib çıxdı; əsərləri çap edildi, yaradıcılığı ilə bağlı 
tədqiqat aparıldı,  şeirləri dildən-dilə  gəzdi. Məşhur “Çırpınırdı Qara dəniz”  şeiri 
Türkiyədə bu gün də milli marş kimi səsləndirilir və sevilir.
 
 
 
ARAŞDIRMANI 
DAVAM 
ETDİRİN
 
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlu-
mat əsasında zənginləşdirin və tamamlayın. 
2.
  Araşdırma apararkən aşağıdakı sual və tapşırıqların cavablarını 
geniş əhatə etməyə çalışın: 
a)
  Ə.Cavadın Xeyriyyə  Cəmiyyətinin nümayəndəsi kimi cəbhə bölgələ-
rindəki fəaliyyəti nədən ibarət olmuşdur? Bu fəaliyyətin əhəmiyyəti 
nə idi? 
b)
   Şairin “Qoşma” adlı kitabında toplanmış ictimai məzmunlu şeirləri 
müəyyənləşdirin. Onlarda, başlıca olaraq, nədən danışılır? 
“Qoşma”dakı ictimai 
məzmunlu şeirlər 
Bu şeirlərdə əks olunmuş  
əsas məsələlər 
c)
  Şairin “Dalğa” adlı kitabındakı müstəqillik, milli azadlıqla bağlı 
şeirlərini müəyyənləşdirin. Onların ideya-məzmunu arasında hansı 
oxşar cəhətlər vardır?  
№ 
Müqayisə olunanlar
 
Onların oxşar cəhətləri 
 
 
3.
 
Yazılı qeydlər əsasında təqdimata hazırlaşın.
 
 
 
1.XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com. 
2. Ə.Cavad. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2005, səh. 4-9.
 
 
 
 
• EVDƏ İŞ 
• 
MƏNBƏLƏR
 
  LAYİHƏ


 
58 
 
SƏSLİ QIZ 
(ixtisarla) 
• 
MƏZMUN 
ÜZRƏ İŞ
 
OXUYA HAZIRLAŞIN 
Sualın üzərində düşünün, cavabını cədvəldə qeyd etdikdən sonra fikir 
mübadiləsi və müzakirə aparın. 
– Müharibə hansı faciələrə səbəb olur? 
Haqqında məlumatım olan 
müharibələr 
Onların törətdiyi faciələr 
barədə bildiklərim 
– Kimlər müharibə qurbanları sayılır? 
Kimlərə müharibə qurbanları deyilir? 
– Müharibə dövründə mülki əhalinin hansı hüquqları qorunmalıdır? 
Müharibə dövründə mülki əhalinin hansı hüquqları var? 
Aşağıdakı qaydalara əməl etməklə əsərdən verilmiş hissəni oxuyun. 
 
1) Müəyyənləşdirilmiş cütlərdən biri ilk parçanı ucadan oxuyur  və yol-
daşının mətnlə bağlı suallarına cavab verir. Ortaq qərara gəlincəyə 
qədər cavablar müzakirə olunur. 
2)
  Cütlər rollarını dəyişir: Sual verən ikinci parçanı ucadan oxuyur, 
ilk parçanı oxuyan isə suallar verir. Cütlər ortaq qərara gəlincəyə 
qədər cavablar müzakirə edilir. 
3) Bütün parçalar bu qayda ilə oxunub başa çatdırıldıqdan sonra kiçik 
qruplar yaradılır, hər parça üzrə  səsləndirilmiş suallar və onların 
cavabları ilə bağlı fikir mübadiləsi aparılır, çıxarılmış nəticələr mü-
zakirə edilir. 
 
– Əsərdə əksini tapmış milli-mənəvi və bəşəri dəyərləri müəyyənləşdirin. 
Fikrinizi nümunələrlə əsaslandırın. 
Əsərdə əksini tapmış milli-mənəvi və bəşəri 
dəyərlər 
Bunları təsdiq edən 
nümunələr 
 
 
Oxudum tarixlərdə: 
Qan içən bir hökmdar 
Bir ölkəni amansız 
Eyləmişdir tarimar. 
Altı aydan çox sürən  
Qanlı bir mühasirə,   
Tutulmuşdu çox acı  
Basqına birdən-birə: 
Yüz minlərlə atılan 
Can yağısı oxları 
Dişlərilə çeynəyib, 
Sərilmişdi çoxları.   
Doğranmış əllərində  
Qırıq qılınc qəbzəsi, 
Boğulmuşdu köysündə 
 
İgidlərin son səsi.
Yurdunu verməyənlər 
Doğranmışdı xınchaxınc.  
Tökülmüşdü yerlərə   
Dağ kimi qalxan, qılınc. 
O yanda qanlı gövdə, 
Bu yanda gövdəsiz baş... 
Yüz minlərlə qız-qadın 
Dağılmışdı düzlərə. 
Ölüm rəngi çökmüşdü 
Saralan üz-gözlərə, 
Cənnət kimi bir ölkə 
Məzarlığa dönmüşdü. 
Bir çox evlər yıxılıb, 
 
Xanimanlar sönmüşdü. 
İşlənməmiş qalmadı 
Bir cinayət, bir günah. 
Əzmişdi insanlığı 
Ordusuyla padişah. 
Haqsızlıq oldu qanun, 
Yıxıldı xanimanlar... 
Əsgərsiz komandalar 
Qırıb atdı yayını. 
Fələk döndərdi zəhrə 
Bu ölkənin payını. 
Gülmək zatən yox idi, 
Ağlamaq oldu yasaq. 
Zavallı məğlub ölkə 
Sənə nə hüquq, nə haqq!.. 
 
Ertəsi gün çox erkən
Yuyuldu qaldırımlar. 
Haqqı yoxdu kimsənin
Söz deyib, dərd açmaya. 
Qan içən padişaha 
Hazırlandı istiqbal: 
• I dərs 
II
I
I
 
II
 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə