13
dəmir yolu şirkətlərinin kütləvi müflisliyi və səhmlər bazarının da-
ğ
ılması səbəb olmuş, bu da dünya bank sisteminin iflasa uğraması-
na və istehsalın kəskin aşağı düşməsinə gətirib çıxartmışdır.
Latın Amerika ölkələrində kreditlərə artmış tələblər, Alma-
niya və Avstriyanın daşınmaz əmlak bazarında möhtəkar qiymət
artımı ilə nəticələnən 1873 -1878-ci il ərzində dünya maliyyə böh-
ranına yol açmışdır.
1893-cü il ABŞ təlaşını gümüş bazarında azad qiymət qo-
yulmaya yol verən Şermanın Gümüş Paktı qəbul etməsi ilə əlaqə-
ləndirirlər. nvestorlar bu paktın qəbul edilməsindən sonra ABŞ-ın
“qızıl standartdan” uzaqlaşdığını gözləyərək kapitalı ölkədən çı-
xartmağa başladılar. Pul təklifinin azalması və fond bazarının kol-
lapsı hesablama-ödəniş sistemində, bankların fəaliyyətində pozul-
malara gətirib çıxarmışdır.
1907-ci il böhranı daha əvvəlki böhranlardan çox əlamətlərə
malik olmuş, lakin miqyas və nəticələri ilə əvvəlkilərdən olduqca
güclü idi. Onu 1906-cı ildə öz qızıl ehtiyatlarını artırmaq üçün
uçot dərəcəsini 3,5% - dən 6 %-ə qaldıran ngiltərənin bankı təh-
rik etmişdir. Bu hadisə ABŞ-dan kapitalların axınına səbəb olmuş,
nəticədə isə iş fəaliyyətinin aşağı salınması və bu ölkənin
kommersiya banklarının ləğv edilməsi başlanmışdır. Pul kütləsinin
həcminin kəskin azalması milli ödəniş-hesablaşma sisteminin
pozulmasına və uzun davam edən iqtisadi resessiyaya gətirib
çıxarmışdır. ABŞ və ngiltərədən böhran Fransa, taliya və başqa
ölkələrə yayılmışdır.
1914-cü ildə Birinci Dünya Müharibəsinin başlanması ilə
beynəlxalq maliyyə böhranı baş vermişdir.
Dünyada 1900-1903, 1907, 1920-ci illərdə iqtisadi böhranlar
yaşanmış, lakin onların heç biri 1929-1933 illərdə baş vermiş və
bütün kapitalizm dünyasını, iqtisadiyyatın bütün sahələrini əhatə
etmiş dünya böhranı ilə müqayisə edilə bilməzlər. Bu böhran
zamanı kapitalist ölkələrinin sənaye istehsalının məcmu həcmi
46%, polad əridilməsi - 62%, kömür hasilatı -31 %, gəmiqayırma
istehsalı - 83%, xarici ticarət dövriyyəsi - 67% azalmış, işsizlərin
14
sayı 26 mln nəfərə çatmış yaxud istehsalatda işləyənlərin 25%
təşkil etmişdir, əhalinin real gəlirləri orta hesabla 58% azalmışdır.
Böhran, çox saylı müflislik halları ilə müşayiət olundu – və
sadəcə, ABŞ-da 109 min şirkət iflasa uğramışdı.
1929 - 1933-cü illərdə - baş verən böhran müasir tarixdə ən
iri dünya maliyyə böhranı dövrüdür. O, Nyu-Yorkda fond birjasın-
da iflasdan başlamış və bank sistemini, sənayeni və kənd təsərrü-
fatını əhatə etmişdir. Öz xüsusiyyətinə görə bu təkrar istehsalın
dövri böhranı idi, bu zaman əhalinin aşağı alıcılıq qabiliyyəti nəti-
cəsində malın istehsal kütləsi tələb olunmamış və satılmamışdır.
Nəticədə ictimai təkrar istehsal prosesi pozulmuş, çox saylı ticarət
və sənaye müəssisələri, nəqliyyat şirkətləri, banklar dağılmışdır.
1932-ci ildə ABŞ-da sənaye istehsalı, ümumən 46%, məhsulun ay-
rı-ayrı növləri üzrə isə olduqca daha çox azalmışdır, məsələn, çu-
ğ
un - 79%, polad -76% avtomobil -80%. Fəaliyyətdə olan 279
domna Peçindən yalnız 44 qalmışdır. Böhran iflasın kütləvi dalğa-
sına səbəb olmuşdur. 1929-1933 illərdə 135 min şirkət və 5760
bank iflasa uğramışdır. Yalnız 1932-ci ildə korporasiyaların itkisi
3,2 mlrd dollar təşkil etmişdir. Xarici ticarət dövriyyəsi 3,1 dəfə
azalmışdır. Ölkə 1911-ci il səviyyəsinə düşmüşdür.
Post-böhran depressiyası uzun müddətli olmuşdur. Müəyyən
canlanmadan sonra 1937-ci ildə əvvəlcədən yüksəlmə fazasının
olmaması ilə xarakterizə edilən yeni böhran baş vermişdir. Yeni
böhran əvvəlkindən zəif olsa da, olduqca kəskin keçirdi. Kapitalist
dünyada sənaye istehsalının ümumi həcmi 11%, ABŞ-da isə 21%
ixtisara salınmış, avtomobillərin buraxılması 40% azalmışdır. Bu
böhranın inkişafı və ağırlaşması 1939 - 1945-ci illərdə kinci
Dünya Müharibəsi ilə dayandırılmışdır.
kinci Dünya Müharibəsindən sonra 1948 - 1949-cu illərdə
ABŞ və Kanadanı əhatə edən yerli iqtisadi böhran başlanmışdır.
ABŞ-da sənaye məhsullarının həcmi 18,2 %, Kanada da - 12% en-
miş; inkişaf etmiş kapitalist ölkələrin ümumi həcmi 6% azalmışdır.
Kapitalist ölkələrdə növbəti iqtisadi böhran 1957 - 1958-ci illərdə
ABŞ, Yaponiya, Fransa, Kanada, Böyük Britaniya, Belçika, sveç,
15
Niderlandı, Finlandiya və digər ölkələrdə yaranmışdır. Lakin mü-
haribədən sonrakı dövrdə ən iri iqtisadi böhran bütün kapitalist öl-
kələrini əhatə etmiş və yüksək inflyasiya səviyyəsi ilə fərqlənən
1974-1975 illərdə olmuşdur. Bu böhranın səciyyəvi xüsusiyyəti
onun istehsalın əsas sahələrini – energetikanı, kənd təsərrüfatı da-
xil olmaqla xammal sahələrini, həmçinin valyuta sistemini əhatə
etmişdir.
Müharibədən sonra ilk dünya iqtisadi böhran 1957-ci ilin
sonunda başlamış və 1958-ci ilin ortalarınadək davam etmişdir. O,
ABŞ, Böyük Britaniya, Kanada, Belçika, Niderland və digər bəzi
kapitalist ölkələrini əhatə etmişdir. nkişaf etmiş kapitalist ölkələ-
rində sənaye məhsulunun istehsalı 4% aşağı düşmüş, işsizlər ordu-
su demək olar ki, 10 mln nəfərə çatmışdır.
1973-cü ilin sonunda ABŞ-da başlanmış iqtisadi böhran,
müddət, dərinlik və dağıdıcı gücü baxımından 1957 - 1958-ci il
dünya iqtisadi böhranını olduqca ötüb keçmiş və bir sıra xüsusiy-
yətlərinə görə 1929 -1933-cü il böhranına yaxınlaşmışdır. Böhran
dövründə sənaye istehsalı ABŞ-da 13%, Yaponiyada -20% AFR -
22% Böyük Britaniyada -10% Fransada - 13% taliyada 14% azal-
mışdır. Səhmlərin kursu yalnız bir ilə (1973-cü ilin dekabr ayın-
dan 1974-cü ilin dekabr ayına kimi) ABŞ-da 33%, Yaponiyada -
17% AFR – 10% Böyük Britaniyada -56% Fransada -33; taliyada
-28% aşağı düşmüşdür. 1973-cü illə müqayisədə 1974-cü ildə müf-
lisliyin sayı ABŞ-da 6%, Yaponiyada - 42; AFR – 40% Böyük
Britaniyada -47%, və Fransada -27% təsir etmişdir. 1975-ci ildə
inkişaf etmiş kapitalist ölkələrinp işsizlərinin sayı 15 mln. nəfərə
çatmışdır. Bundan başqa, 10 mln. çox işçi yarımçıq iş həftəsinə kö-
çürülmüş və ya müvəqqəti olaraq müəssisələrdən kənarlaşdırılmış-
dır. Hər tərəfdə əhalinin real gəlirlərinin aşağı düşməsi müşahidə
edilmişdir.
1973-cü ildə OPEK təşkilatına üzv olan ölkələrin neftin hasi-
lat həcminin azaldılması haqqında qərarı ilə başlamış ilk energeti-
ka böhranı baş vermişdir. Beləliklə, dünya bazarında neftin qiy-
mətini qaldırmaq təşəbbüsü göstərilmişdir. 1973-cü ilin 16 oktyab-
Dostları ilə paylaş: |