16
rında neftin bir barelinin qiyməti 67% (3 dən 5 dollara) kimi yük-
səlmiş və 1974-cü ildə isə neftin qiyməti 12 dollara çatmışdır.
1994–1995-ci illərdə Meksikada iqtisadi böhran baş vermişdir.
1997 - 1998-ci illərdə cənubi Asiya ölkələrində maliyyə böh-
ranı başlanmışdır. Onun səbəbləri arasında regionun milli və CŞA
ölkələrinin ödəniş balansının yüksək defisit səviyyəsi durur. qti-
sadçılarının hesablamalarına görə, Asiya böhranı dünya ÜDM 2
trln. dollara kimi azaltmışdır.
Məlum olduğu kimi, qlobal maliyyə böhranı (2007-2008)
dünya maliyyə böhranı Amerikanın daşınmaz əmlak bazarında
möhtəkirlikdən başlanmışdır. Bundan başqa, törəmə maliyyə alət-
lərinin yaranma səbəblərindən biri risklərdən qorunmaq olsa da,
onların spekulyativ məqsədlə istifadəsi sürətlə artdı. poteka “kö-
püyü” partlayaraq, bütün dünyada bank sektorundakı böhrana tə-
kan vermişdir ki, bu da öz növbəsində, dünyanın bütün dövlətləri-
nin iqtisadiyyatında real sektorda resesiyya səbəb olmuşdur. Bütün
bunlar maliyyə bazarlarında güvən amilinin itməsinə və panikanın
yayılmasına gətirib çıxardı.
Amerikanın bank sistemində başlayan böhran sürətlə dünya-
nın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinə yayıldı.
Beləliklə, 2007 - 2008 –ci illərdə başlanan və indiyədək da-
vam edən qlobal maliyyə böhranını 4 mərhələyə bölmək olar:
1.
Anglo- sakson maliyyə böhranı ( 2007 –ci ilin yaz ayın-
dan 2008 - ci ilin mart ayınadək). Qlobal böhranının ilk mərkəzi
ABŞ ipoteka bazarında problemlərin yaranması ilə meydana çıxdı
və ABŞ-ın ən iri ipoteka Bankının “Bear Stearns” qurtarılmasına
yönəlik başlanan əməliyyat oldu.
2.
Hüdüd çəkmə vəya sərhəd çəkmə (decoupling, mart- av-
qust 2008- ci il). Böhran bütünlüklə iqtisadi cəhətdən inkişaf et-
miş ölkələrə yayıldı, ancaq bununla yanaşı ümid varqlmaqda idi ki,
böhran inkişaf etməkdə ölkələrə təsir etməyəcək və nəticədə on-
ların dinamik iqtisadi inkişafı burulğan içində olan ölkələrin xilas
edilməsində əsas katalizator olacaqdır.
17
3.
Kredit daralma əməliyyatı (deleveraging, sentyabr- noyabr
2008 ci il). Qlobal böhranın inkişaf etməkdə ölkələrə bulaşması və
inkişaf etmiş ölkələrdə resesiyanın başlanması haqqında rəsmilərin
etirafları. Dünyanın bir çox ölkələrində bank sisteminin kollaps
təhlükəsinin başlanğıcı.
4.
Emissionla vurulmaq vəya doldurmaq (quantitative easing,
noyabr 2008 –ci ilin sonundan indiyədək olan müddətə). Dünya öl-
kələrinin əksər hökümətləti istehsalat kollapsına yol verməmək
üçün monetar və fiksal xarakterli çox çesidli tədbirlər paketi hazır-
ladı və məqsəd ilk növbədə, pul təklifini artırmaqla tələbi stumal-
laşdırmaqdır
3
.
Son məlumatlara qlobal maliyyə böhranı (2008) nəticəsində
dünya üzrə bankların məcmu itkiləri 700 mlrd dollardan çox təşkil
edir, bunlardan yarıya qədəri Amerika banklarının payına düşür.
Banklar bu məbləğin təxminən 50%-ni artıq yeni kapitalın cəlb
olunması hesabına kompensasiya edə biliblər. Lakin BMF-nun son
hesablamalarına görə bankların itkilərinin məbləği iki dəfədən də
çox-1,6 trln. dollaradək arta bilər.
Beləliklə, Qlobal maliyyə böhranı (2008) və postkrizis sse-
narisinin inkişafı ardıcılıqla aşağıdakı kimi olmuşdur:
1.
ABŞ ipoteka kreditləşmə sisteminin çöküşü;
2.
kredit həcminin azaldılması və kredit xəttinin açılmasına
ciddi nəzarət;
3.
Fond indekslərinin aşağı doğru meyli;
4.
büdcə defisitlərinin artımı;
5.
Real sektorda geriləmə;
6.
işsizliyin güclənməsi;
7.
istehlak xərclərinin azalması.
Dünya maliyyə və iqtisadi böhranın başlanmasına dair
olduqca müxtəlif fikirlər mövcuddur. Bəziləri, müasir böhran
3
Qaydar E.T. Финансовый кризис: в России и в Мире. M., Prospekt, 2009.
Qaydar. 2009. с. 43
18
kompleks şəkildə iqtisadi, hərbi, ekoloji sahələri əhatə etməklə
Sovet ttifaqının dağılması ilə eyni vaxtda başlamaqla düzgün
iqtisadi strategiyanın seçilməməsi ilə əlaqədardır. Digərləri bu
böhranın daha fundamental xarakter daşımaqla təkcə ABŞ-da
ipoteka krediti ilə deyil, daha geniş makro, mikro, institusional
xarakterli iqtisadi problemlərlə əlaqədar olduğunu qeyd edir.
Bəzilərinin fikrinə görə isə böhran ABŞ-da prezident R.Niksonun
vaxtından başlayaraq 1971-ci ildə üzən valyuta məzənnəsinin
tətbiqi ilə, yəni qızılla konversiya edilmiş dollardan imtina
olunması dövründən başlanıb. Bəziləri ABŞ-ın Federal ehtiyatlar
sisteminə 1987-2006-cı illər ərzində sədrlik etmiş A.Qrinspeni
günahlandırır. Siyahını xeyli uzatmaq olardı, çünki bu istiqamətdə
istər ölkə, istərsə də xarici elmi ədəbiyyat və informasiya
vasitələrində istənilən sayda məlumatlar verilmişdir
4
.
Bu baxımdan, dünya maliyyə böhranının səbəblərini araşdır-
maqla, onların baş verməsi xüsusiyyətlərini üzə çıxartmaqla, hər
bir ölkə öz milli iqtisadi inkişafının təmin olunması istiqamətində
böhrandan qorunmaq tədbirlərini hazırlamalıdır. Belə bir tədbirlə-
rin hazırlanması, eyni zamanda, keçmişin dərslərini mənimsəmək,
gələcəyə məqsəd və vəzifələri hazırlamaqla, yeni iqtisadi təfəkkü-
rün formalaşmasını qarşıya qoyur.
4
M. Meybullayev. Qlobal maliyyə böhranı və milli iqtisadi inkişafın tərəddüt-
ləri // Qlobal maliyyə böhranı: iqtisadi təhlükəzliyin Azərbaycan modeli və dün-
ya təcrübəsi. Beynəlxalq elmi- praktiki konfransın materialları(II kitab). Bakı:
qtisad universiteti.2010. s.70-71.
Dostları ilə paylaş: |