42
təsdiq edilmiş dövlət proqramlarının və tədbirlərin icrası üçün dövlət büdcəsindən
tələb olunan məbləğdə vəsait ayrılmışdır.
“Ali təhsil müəssisələrində yeni maliyyələşdirilmə mexanizminin tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli
220 nömrəli Sərəncamının icrası olaraq ali təhsil müəssisələrinə dövlət sifarişi
ə
sasında tələbə qəbulu ilə bağlı müvafiq maliyyələşmələrin həyata keçirilməsi
davam etdirilmişdir. Hesabat ilində təhsil xərclərinə 1437,7 mln. manat vəsait
yönəldilməklə, dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 7,5 faiz təşkil etmişdir.
Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də nəzərə alınmaqla,
təhsil xərclərinə dövlət büdcəsi xərclərinin 11,6 faizi həcmində və yaxud 2222,5
mln. manat vəsait ayrılmışdır.
Funksional təsnifata uyğun olaraq təhsil xərcləri üzrə istifadə olunmuş vəsaitin
775,9 mln. manatı və yaxud 54,0 faizi natamam və orta təhsil xərclərinin (2012-ci
illə müqayisədə 9,5 mln. manat və yaxud 1,2 faiz çox), 257,7 mln. manatı və yaxud
17,9 faizi təhsil sahəsində tətbiqi tədqiqatlar və digər xidmətlərin, 138,7 mln. manatı
və yaxud 9,6 faizi ali təhsil xərclərinin, 143,8 mln. manatı və yaxud 10,0 faizi
məktəbəqədər və ibtidai təhsil xərclərinin (2012-ci illə müqayisədə 41,7 mln. manat
və yaxud 40,8 faiz çox), 72,7 mln. manatı və yaxud 5,1 faizi texniki-peşə
məktəblərinin və liseylərin (2012-ci illə müqayisədə 1,0 mln. manat və yaxud 1,4
faiz çox), 49,0 mln. manatı və yaxud 3,4 faizi internat və xüsusi məktəblərin
maliyyələşdirilməsinə yönəldilmişdir.
qtisadi təsnifata müvafiq olaraq təhsil xərclərindən əməyin ödənişinə 927,6
mln. manat, malların (işlərin və xidmətlərin) satın alınmasına 212,3 mln. manat və
yaxud 2012-ci illə müqayisədə 50,0 mln. manat (30,8 faiz) çox, təqaüd və sosial
müavinətlərə 51,1 mln. manat və yaxud 2012-ci illə müqayisədə 18,2 mln. manat
(1,6 dəfə) çox, digər xərclərə (sosialmədəni və məişət təyinatlı obyektlərin əsaslı
təmiri və yenidən qurulmasına, icarə xərclərinə, bank xərclərinə) 202,6 mln. manat,
qeyri-maliyyə aktivlərinin alınmasına (əsas vəsaitlərin, maşın və avadanlıqların,
qurğu və digər istehsal obyektlərinin alınmasına, bina və qurğuların tikintisinə və s.)
43
44,1 mln. manat və yaxud 2012-ci illə müqayisədə 23,2 mln. manat (2,1 dəfə) çox
vəsait ayrılmışdır.
2013-cü ildə səhiyyənin inkişafı üçün artımla proqnozlaşdırılmış büdcə vəsaiti
onun maddi-texniki bazasının gücləndirilməsinə, müasir tibbi avadanlıq və
qurğularla təchizatının yaxşılaşdırılmasına, yeni tibb mərkəzlərinin yaradılmasına
imkan vermişdir. Ötən il səhiyyə xərcləri üzrə icra 618,9 mln. manat olmuşdur ki,
bu da 2012-ci illə müqayisədə 9,6 mln. manat və yaxud 1,6 faiz çoxdur.
2014-cü il üzrə büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə
xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında
maliyyələşdirilmişdir.
Dövlət büdcəsinin kəsiri 298,8 mln. manat təşkil etmişdir və kəsir maliyyələşmə
mənbələri hesabına bağlanmışdır.
Cari ilin üç ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil,
səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı
obyektlərin tikintisinə və yenidən qurulmasına 507,7 mln. manat, enerji, su və qaz
təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə,
yenidənqurulmasına və digər sahələrə 911,6 mln. manat vəsait yönəldilmişdir.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin
maliyyələşdirilməsinə 10,2 mln. manat vəsait sərf edilmişdir.
Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də nəzərə alınmaqla,
səhiyyə xərclərinə dövlət büdcəsi xərclərinin 4,8 faizi həcmində və yaxud 912,3
mln. manat vəsait ayrılmışdır.
qtisadi təsnifata uyğun olaraq səhiyyə xərcləri üzrə əməyin ödənişinə 301,9
mln. manat, malların (işlərin və xidmətlərin) satın alınmasına 258,2 mln. manat və
yaxud 2012-ci illə müqayisədə 39,0 mln. manat (17,8 faiz) çox, təqaüd və sosial
müavinətlərə 1,5 mln. manat və yaxud 2012-ci illə müqayisədə 0,1 mln. manat (7,1
faiz) çox, digər xərclərə (sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri
və yenidən qurulmasına, icarə və bank xərclərinə) 27,7 mln. manat, qeyri-maliyyə
aktivlərinin alınmasına (əsas vəsaitlərin, maşın və avadanlıqların, qurğu və digər
maddi istehsal obyektlərinin alınmasına, bina və qurğuların tikintisinə və s.) 29,6
44
mln. manat və yaxud 2012-ci illə müqayisədə 3,1 mln. manat (11,7 faiz) çox vəsait
ayrılmışdır.
2013-cü ildə stasionar müəssisələrin, ambulator və imtiyazlı xəstələrin dərman
preparatları ilə təminatı daha da yaxşılaşdırılmış, bu məqsədə 158,0 mln. manat
vəsait sərf edilmişdir ki, bu da 2012-ci illə müqayisədə 23,5 mln. manat və yaxud
17,5 faiz çoxdur.
2013-cü ildə mədəniyyət və turizmə, gənclərlə iş və idmana qayğı, milli
mədəniyyətin və turizmin potensialının dünya mədəniyyət və turizm məkanına
inteqrasiya olunması, milli mədəni irsin, dəyər və sərvətlərin qorunub saxlanılması,
gənc nəslin cəmiyyətin fəal və aparıcı qüvvəsinə çevrilməsi, peşəkar idmanın
inkişafında müsbət nəticələr əldə edilmişdir.
2013-cü ildə dövlət büdcəsinin mədəniyyət, incəsənət, informasiya, bədən
tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üzrə 289,7
mln. manat proqnoza qarşı icra 274,9 mln. manat və yaxud 94,9 faiz olmuşdur ki, bu
da 2012-ci illə müqayisədə 34,1 mln. manat (14,1) faiz çoxdur. Dövlət əsaslı vəsait
qoyuluşu xərclərindən ayrılmış vəsait də nəzərə alınmaqla, dövlət büdcəsinin
mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid
edilməyən sahədə fəaliyyət xərclərinə dövlət büdcəsi xərclərinin 5,4 faizi həcmində
və yaxud 1037,1 mln. manat vəsait ayrılmışdır.
Funksional təsnifata uyğun olaraq 2013-cü ildə mədəniyyət, incəsənət,
informasiya,bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət
xərcləri üzrə istifadə olunmuş vəsaitin 123,4 mln. manatı və yaxud 44,9 faizi
mədəniyyət və incəsənət sahəsində fəaliyyət (2012-ci illə müqayisədə 10,7 mln.
manat və yaxud 9,5 faiz çox), 64,9 mln. manatı və yaxud 23,6 faizi radio, televiziya
və nəşriyyat (2012-ci illə müqayisədə 4,6 mln. manat və yaxud 7,6 faiz çox), 86,6
mln. manatı və yaxud 31,5 faizi bədən tərbiyəsi, gənclər siyasəti, turizm və digər
kateqoriyalara aid edilməyən fəaliyyət (2012-ci illə müqayisədə 18,7 mln. manat və
yaxud 27,5 faiz çox) xərclərinə yönəldilmişdir. qtisadi təsnifata uyğun olaraq bu
bölmə üzrə xərclərdən əməyin ödənişinə 52,1 mln. manat və yaxud 2012-ci illə
müqayisədə 0,4 mln. manat (0,8 faiz) çox, malların (işlərin və xidmətlərin) satın
Dostları ilə paylaş: |